10
b
ətli, zirehli, kəhrəyə davamlı, bitkiyə çevrilmiş, toxumlarının tərki-
bind
ə yağın miqdarı 50%-də yuxarı qalxmışdır.
Rusiyada ilk d
əfə 1829-cu ildə Voronej vilayətinin Alekseyevka
k
əndində qraf Şeremetevin qala kəndlisi D.S.
Bokarev primitiv üsul-
la-
əllə sıxma üsulu ilə günəbaxan toxumlarından qızılı rəngli, dadlı
yağ çıxarmışdır. Bununla da günəbaxan Rusiyada dekorativ bitkidən
yağlı bitkiyə çevrilmişdir. D. S. Bokarev çətənə və kətan yağlarının
alınması üsulları ilə tanış olmuşdur və onu
günəbaxana da tətbiq
etm
ək qərarına gəlmişdir.
Artıq 1833-cü ildə tacir Papuşin Alekseyevka kəndinin qrafı
Şeremetevanın razılığı ilə D.S. Bokarevin iştirakı ilə birinci dəfə gü-
n
əbaxan yağı istehsal edən zavod tikmişdir.
Gün
əbaxan yağı Rusiyada tezliklə populyarlıq qazandı. Bunun
s
əbəbi o idi ki, onun istifadəsinə
“Böyük pəhriz” günlərdə kilsədə
qa
dağa qoyulmadı. Günəbaxanın ikinci adı olan
“Pəhriz yağı” elə
buradan yaranmışdır.
XIX
əsrin ortalarında Voronej və Saratov quberniyalarının bir
neç
ə rayonlarında günəbaxan əkinləri əkin sahələrinin 30-40 %-ni
tuturdu.
Tanınmış Sovet seleksiyaçılarından V. S. Pustavoyt, L. A. Jda-
nov v
ə başqalarının köməyi ilə günəbaxan tumlarının yağlılığını və
z
ərərvericilərə davamlılığını artırmaq mümkün olmuşdur.
Gün
əbaxan çoxaldılmasında və istehsalında verilən ən
yüksək
müka
fat da V. S. Pustavoytun adını daşıyır.
XIX
əsrin axırlarında isə emiqrantlar günəbaxan bitkisini yeni-
d
ən geriyə, ABŞ və Kanadaya qaytardılar. Tezliklə ABŞ günəbaxan
yağı istehsalında Rusiyadan sonra qabaqcıl yerlərdən birini tutdu.
Hazırda isə günəbaxan becərilməsi və ondan yağ alınması işi dün-
yanın praktiki olaraq hər yerində həyata keçirilir.
Yayılması və məhsuldarlığı. Dünya əkinçiliyi sistemində günə-
baxa
nın əkin sahəsi 14-15 milyon hektara yaxın, Rusiyada isə 4,5
milyon hektardır. Bu bitki əsasən ABŞ-da (1,5 milyon ha), Argen-
tinada (2,0 milyon ha), Hindistanda, Bolqarıstanda, Macarıstanda
əkilir. Günəbaxanın əsas becərilmə rayonları Rusiyada Şimali Qaf-
qaz, M
ərkəzi qaratorpaq vilayəti, Ukrayna, Moldova, Qazaxıstan və
11
Gürcüstandır. Günəbaxan silos üçün Rusiyanın qeyri qaratorpaq vila-
y
ətində becərilir.
Gün
əbaxanın dən məhsuldarlığı hektardan 12-14 sentnerdən 25-
30 sentner arasında dəyişir (cədvəl 1).
Az
ərbaycanda (2014) dənlik günəbaxanın əkin sahəsi 11705
ha, ümumi yığımı 19840 ton., məhsuldarlığı isə 17,3 s/ha olmuşdur.
Cədvəl 1
Azərbaycanda 2011 - 2014-cü illərdə dənlik günəbaxanın
əkininin
vəziyyəti
Göstəricilər
İ l l ə r
2011
2012
2013
2014
Əkin sahəsi, ha-la
11300
11000
9351
11705
Məhsul yığımı, tonla
19600
19100
17670
19840
Məhsuldarlığı, ha/s-lə
17,5
17,3
19,4
17,3
Azərbaycanda bu bitki silos məqsədi üçün Cəlilabad, Masallı,
Biləsuvar, Şəki, Şamaxı və s. rayonlarda becərilir.
Botaniki təsviri. Günəbaxan (
Helianthus annus L.)
astra
(Asteraceae)
(mürəkkəbçiçəklilər -
Compositae) fəsiləsinin,
helian-
tus
cinsinin birillik bitkisidir. Onu 2 sərbəst növə: mədəni günəbaxan
–
Helianthus cultus
; və yabanı günəbaxan –
Helianthus ruderalis
növ
lərinə bölürlər. Mədəni günəbaxan 2 yarımnövə ayrılır: səpin
günəbaxanı -
H. a. sativus, bəzək günəbaxanı
H. a. ornamentales.
Günəbaxanın güclü şaxələnən mil kökü vardır. Mil kök, rüşeym
kökcüyündən 2 dəfə sürətlə inkişaf edərək torpağın 2- 4 metr dərin-
liyinə, ətrafa isə 100-120 sm işləyir. Gövdələrinin hündürlüyü 0,7-
2,5 metr, hətta 3- 4 metrə çatan dik duran, üzəri tüklü içərisi özəklə
doludur
(r
əngli şəkil 1).
Yarpaqları uzun saplaqlı iri, oval, ürək formalı, iti nəhayətli və
kənarları mişar kimidir. Gövdənin aşağı hissəsində 3-5
cüt yarpaqlar
qarşı-qarşıya, sonrakılar isə növbə ilə düzülürlər. Bir bitkidə 15-35
yarpaq olur.