19
Yaxşılaşdırılmış ВНИИМК 8931 - Ümumittifaq Elmi -Tədqi-
qat Yağlı Bitkilər İnstitutunun (ВНИИМК) mərkəzi bazasında 5452
№ - li sortla ВНИИМК 6540 sortlarının carpazlaşdırılmasından alı-
nan hibridlərdən fərdi seçmə yolu ilə alınmışdır. Hektardan 35,5 s.
dən verir. Yağlılığı 53,6%-dir. Hektardan 17,1 s. yağ almaq müm-
kündür. Bitkinin boyu 175-
210 sm., vegetasiya müddəti 90-95 gün-
dür. Orta yetişən, yüksək məhsuldar, quraqlığa, günəbaxan odlucası-
na və vertisilium soluxmasına davamlı sortdur.
Yaxşılaşdırılmış zelyonka 368 Elmi - Tədqiqat Yağlı Bitkilər
İnstitutunun (ВНИИМК) Belqorod təcrübə stansiyasında
Zelyonka
63
sortunun bir neç
ə müxtəlif mənşəli sortlarla istiqamətləndirilmiş
s
ərbəst tozlanmasından alınan bitkilərdən fərdi seçmə yolu ilə alın-
mışdır. Hektardan 28,2-34,5 sentner dən verir. Yağlılığı 51,8-54% -
dir. Hektardan 13,2 - 16,8 sentner
yağ almaq mümkündür. Bitkinin
boyu orta hesabla 170 sm., vegetasiya müdd
əti 90-105 gündür. Orta
yetişən, günəbaxan güvəsinə və vertisilium soluxmasına davamlı
sortdur.
Kazio. Kazio sortu Fransadan g
ətirilib. Azərbaycanda 2002-ci
ild
ən başlayaraq rayonlaşdırılıb. Bitkinin hündürlüyü 153 sm, 1000
ədəd dənin kütləsi 55,9 qr, xüsusi çəkisi 385 qr, tumunda yağın
miqdarı 40,6%, zülalın miqdarı 19 %- dir. Bu sort orta tezyetişəndir.
Vegetasiya müdd
əti 120 gündür. Xəstəliklərə qarşı orta davamlıdır.
Alzan.
Fransa seleksiyaçıları tərəfindən yaradılmış ikixətli hib-
riddir. Hündürlüyü 160 - 172 sm, s
əbətinin diametri 17-18
sm olmaq-
la
nazik, yastı, maili (əyilən) deyildir. Toxumunun yağlılığı 46,0 -
52,0% - dir. B
ərabər hündürlükdə olan, müntəzəm çıxış verən, eyni
vaxtda yetişən hibrid kimi yüksək texnoloji xüsusiyyətlərə malikdir.
Yüks
ək məhsuldardır. 2004-2006-cı illərdə nümayiş tarlasında müsa-
biq
əli sortsınağında 30,5 s/ha toxum məhsulu vermişdir. Hektardan
yağ çıxımı 4 ildə orta hesabla 14,1 sen. təşkil etmişdir. Hektarda 54-
59 min bitki saxlanılır. Vegetasiya müddəti 94-101 gündür.
Bunlardan başqa günəbaxanın mayak, pervenes, yaxşılaşdırılmış
qabaqcıl, proqres, yaxşılaşdırılmış smena, start, yubiley - 60,
yaxşı-
laşdırılmış ВНИИМК- 8883, vosxod, zarya, zenit, poçin, armavirli,
nadyoj
nıy, salyut və s. sortları da vardır.
20
Gübr
ələmə. Yüksək məhsul əldə etmək üçün mühüm aqro-
texniki t
ədbirlərdən biri də üzvi və mineral gübrənin tətbiqidir. Güb-
r
ələmə texnologiyasında bir hal nəzərə alınmalıdır ki, günəbaxan
vegetasiya
ərzində torpaqdan xeyli miqdar qida maddəsi tələb edir.
Gün
əbaxan bitkisi 1 ton əsas və əlavə məhsulla torpaqdan 70 kq
azot, 27
kq fosfor v
ə 170 kq kalium elementi aparır. Bir sentner gü-
n
əbaxan toxumunda 6 kq azot, 2,6 kq fosfor və 18,6 kq kalium top-
lanmışdır ki, bu miqdar qida elementləri həmin çəkidə olan payızlıq
buğdanın 2-3 sentnerinə bəs edə bilər. Bunu nəzərə alaraq hektara
15-20 ton peyin, 2-3
sentner superfosfat verilm
əlidir.
Müxt
əlif qida maddələri, bitkinin müxtəlif inkişaf fazasında az
v
ə çox istifadə edilir. Səbət əmələ gəlmə fazasından çiçəkləmənin
axırına qədər azota tələbat ən çoxdur; azot toxumlarda yağın miq-
darını bir qədər azaldır, lakin toxum məhsulunu artırır. Fosfor cücər-
til
ər əmələ gələndən çiçəkləməyə qədər daha çox istifadə edilir.
Gün
əbaxan bitkisi fosfor qidası ilə yaxşı təmin olunduqda dənlərdə
yağ faizi artır. Kalium isə səbətin formalaşmasından yetişmə dövrünə
q
ədər daha çox istifadə olunur.
Gün
əbaxanın gübrələmə sistemi belədir: payızda əsas şum altına
v
ə səpinqabağı torpaqbeçərmə ilə yazda, səpinlə birlikdə cərgəyə və
bir d
ə vegetasiya dövründə yemləmə kimi verilən gübrə.
Əsas gübrələmə dondurma şumuna verilən gübrələrdir ki, başqa
gübr
əvermə texnologiyasından səmərəlidir. Səpinlə birgə toxumla
veril
ən dənəvər superfosfat da yaxşı effektə malikdir.
Payızda şum aparılarkən üzvi gübrələri T-150, K-701 traktorları-
na qoşulan PRT-10, mineral gübrələrə isə MTZ-80-82 traktorlarına
qoşulan 1RMQ-
4, RTT- 4,2, RUM-5, RUM-8 aqreqat
ları ilə verir-
l
ər.
Torpağa verilən peyin onu qidalı maddələrlə zənginləşdirir, tor-
pa
ğın fiziki keyfiyyətini yaxşılaşdırır və mikrobioloji prosesləri güc-
l
əndirir.
Gübr
ələrdən istifadə edilməsi bitkilərin
kök sisteminin və yerüs-
tü orqan
larının güclü inkişaf etməsinə şərait yaradır.
Azot gübr
əsi bitkinin boyunu sürətləndirir, iri yarpaqlar, gövdə
v
ə səbətlərin formalaşmasını təmin edir. Lakin, yüksək azot norması
21
toxumlarda zülalın toplanmasını artırır, yağlılığı aşağı salır, və bitki-
y
ə qida elementləri bərabər daxil olmur.
S
əpin zamanı cərgənin yan tərəflərinə 5-10 kq azot, 10-15 kq
fosfor verdikd
ə bitkilər ilk inkişaf fazalarında qida elementləri ilə
yaxşı təmin olunmuş hesab edilir. Yemləmə gübrələri üçüncü cüt
yarpaqlar dövründ
ə (1-ci yemləmə), ikinci
isə səbət əmələgəlmə fa-
za
sında verilsə, daha yaxşıdır. Belə olduqda hər hektardan 2,9-3,9
sentner m
əhsul artımı ilə təmin olunur. Birinci kultivasiyada yem-
l
əmə gübrəsi kimi hektara 30 kq azot və 30 kq fosfor cərgələrdən 12-
14 sm aralı, 10-12 sm dərinliyə verilməlidir. Qalan gübrə normaları
ikinci v
ə üçüncü yemləmələrdə verilir. Məhsuldarlığı artırmaq üçün
əsas şum altına hektara 1- 2 kq normada manqan sulfat mikrogübrəsi
verilir. Eyni zamanda bakterial gübr
ə fosforobakterinin
verilməsi də
müsb
ət nəticə verir.
Gübr
ələrin tətbiqi təkcə mineral elementlərlə bitkilərin qidalan-
masını yox, həm də torpaq nəmliyindən məhsuldar istifadə olunma-
sını təmin edir və günəbaxanın ağ və qonur çürümə xəstəliyinə qarşı
davamlılığını artırır.
Toxumun s
əpinə hazırlanması, səpin müddəti, üsulu və nor-
ma
sı. Səpin üçün sağlam və yetişmiş toxumlardan istifadə olunma-
lıdır. Toxumların cücərmə qabiliyyəti ən azı 96%, təmizliyi isə 99 %
olmalıdır. Günəbaxan toxumları cücərmə qabiliyyətini
tez itirdiyin-
d
ən səpin üçün yalnız keçən ilki toxumlardan istifadə olunmalıdır.
Cüc
ərmə qabiliyyətini artırmaq üçün toxumlar isti havada sərilərək
qurudulur. S
əpinqabağı toxumlar zərərvericilərə qarşı 1 ton toxuma
15,8 litr
kruyzer (600 q/l), göb
ələk xəstəliklərinə qarşı isə 1 ton
toxuma 10-
15 litr hesabı ilə
apron və ya
maksim preparatları ilə
d
ərmanlanır.
S
əpin müddəti temperatur şəraitindən asılıdır. Torpağın əkin
q
atında temperatur 5-7
0
C,
toxumun basdırılma dərinliyində tempe-
ratur 8-12
0
C olduqda s
əpin aparmaq mümkündür. Gündəlik tempe-
ratur 10-12
0
C olduqda cüc
ərtilər daha tez alınır.
S
əpin erkən yazda fevral ayının axırları və mart ayının əvvəl-
l
ərində aparılır. Səpin üsullarından sıx-yuva üsulu daha geniş yayıl-
mışdır. Bu texnologiyada cərgəyə nəzərdə tutulmuş miqdarda toxum