44
Küncüt qida maddələrinə tələbkardır. Əkinlərin hər hektarına 10
ton peyin, 30 kq azot, 30 kq fosfor və 30 kq kalium gübrələri verilir.
Əsas şumun dərinliyi 25-27 sm olur. Qış-yaz dövründə torpaqda
nəmlik ehtiyatı yaratmaq və alaqlarla mübarizə aparmaq üçün lazımi
becərmə işləri (mala, kultivasiya) aparılır. Yazda 2-3 dəfə, 8-10 sm
dərinlikdə 1-ci kultivasiya, sonrakılar dayaz olmaqla aparılır.
Səpin torpağın üst qatında gündəlik temperatur 15-16
0
C olduq-
da aparılır. Bu may ayının əvvəlinə təsadüf edir. Küncütün səpini
taxılsəpən maşınlarla cərgəvi üsulla (45-70 sm) aparılır. Səpin nor-
ma
sı hektara 5- 8 kq olur. Toxumun basdırılma dərinliyi 2-3 sm-ə bə-
ra
bərdir. Səpindən sonra sahə kipləşdirilir və alaqlara qarşı mübarizə
tədbirləri həyata keçirilir. 3-4 dəfə cərgəarası becərmə aparılır. İki
dəfə suvarma (qönçələmə və kütləvi çiçəkləmədən sonra) aparılır.
Suvar
ma norması hektara 800-1000 m
3
-dir.
Məhsulun yığılması. Küncütün məhsulunu hissə-hissə yığırlar.
Yeti
şən zaman toxumlar tökülür. Aşağıdakı qutular (karobkalar)
qonu
rlaşanda otbiçən maşınlarla biçilir və xırmanda qurudulur. Bitki-
lər və toxum qutuları quruduqca kombaynla döyülür. Döyülmüş
toxum
lar çeşidlənib təmizlənir və qurudulur. Saxlanan toxumların
nəmliyi 9-10% olmalıdır. Xüsusi yığım maşınlarının olmaması səbə-
bin
dən və yetişdikdə qutucuqların açılıb toxumların tökülməsi üzün-
dən əkin sahələrinin artması ləngiyir. Toxumun məhsuldarlığı dəmyə
şəraitində hektardan 1,0-1,2 ton, suvarma şəraitində isə 1,8-2,0
ton/ha təşkil edir.
1. 5. SOYA
Əhəmiyyəti. Soya hərtərəfli istifadə olunan qiymətli bitkidir.
D
ənində yağ çox olduğuna görə yağlı bitkilər qrupuna, zülal çox ol-
du
ğuna görə isə paxlalı bitkilər qrupuna aid edilir. Dəninin
tərkibində
25-
27% yağ, 33-45% zülal (bəzi sortlarda hətta zülal 52%), 25-27%
sulu
karbonlar vardır.
Soya bec
ərən təsərrüfatlar 2 məhsul:
tam qiymətli zülal və bitki
yağı alırlar. Soyanın zülalı suda yaxşı həll olur və yaxşı həzmə gedir.
Soya d
ənində olan zülal arpaya nisbətən 3,6 qarğıdalı dəninə nisbə-
t
ən isə 4 dəfə çoxdur. Soyanı ərzaq, yem və texniki
məqsədlər üçün
45
bec
ərirlər. Soya dənindən yağ, marqarin, soya pendiri, süd, un, qən-
nadı məmulatı, konserv və başqa məhsullar alınır.
Soyadan alınan yağ sabunbişirmə sənayesi üçün xammaldır. Ey-
ni zamanda lak boyaq s
ənayesində də istifadə olunur.
Dünyada bitki
yağının istehsalına görə soya birinci yer tutur. Onun payına 40%,
gün
əbaxanın payına isə 18-20% düşür.
Soyanı digər dənli - paxlalı bitkilərdən fərqləndirən onun zülalı-
nın amin turşularının tərkibinə görə heyvan mənşəli zülala yaxın
olması və insan orqanizmi tərəfindən asanlıqla mənimsənilməsidir.
Soyanın tərkibində lizin, triptofan və metionin kimi amin turşuları
vardır. 1 kq buğda dənində 2,5 qram lizin olduğu halda, 1
kq soya
ununda 27 qram lizin vardır.
Soya unu v
ə jmıxı heyvanlar üçün çox dəyərli yemdir. Jmıxda
47%-
ə qədər, unda isə 40%-ə qədər zülal vardır. 1 kq soya dənində
1,31-1,47 yem vahidi, 275-338 qram h
əzm olunan protein olur. Ümu-
miyy
ətlə soyadan 400-ə qədər müxtəlif növ məmulatlar alınır. Soyanı
yaşıl yem və silos üçün də becərmək olar. Silos məqsədi üçün qarğı-
dalı və sorqo ilə qarışıq əkilir. Soyanın 100 kq yaşıl kütləsində 21
yem vahidi, 3,5 kq h
əzm olunan zülal vardır. Gövdəsinin (samanının)
100 kq-
da 32 yem vahidi, 5,3 kq zülal vardır ki, xırda davarlar
(qoyunlar) t
ərəfindən yaxşı yeyilir. Ot üçün biçilmiş kütləsinin 100
kq-
da 51 yem vahidi, 15,4% zülal, 5,2% yağ, 38,6% sulu karbonlar,
7,2% kül, 22,3% sellüloz vardır. Soya qiymətli yaşıl gübrə və əla
s
ələf bitkisidir.
T
arixi, yayılması və məhsuldarlığı. Soyanın vətəni cənubi-
şərqi Asiya hesab olunur. O, çinlilərə bizim eradan 6 min il əvvəl
m
əlum olub.
Sonralar Hindistan,
Yaponiya, Koreya, Vyetnam və
İndoneziyada becərilmişdir. Avropada nisbətən gec, XVIII əsrdə
bec
ərilməyə başlanılıb. Uzaq Şərqdə yaşayan rus mühacirləri soyanı
q
ədimdən becəriblər.
Əkin sahəsinə görə dənli-paxlalı bitkilər
içərisində soya dünyada
birinci yeri tutur. Dünya
əkinçilik sistemində soyanın əkin sahəsi 67
mln. hektardır. Soyanı təxminən 50-yə yaxın ölkədə becərirlər. Soya-
nın əkin sahəsi ABŞ-da 30 mln., Çində 15 mln., Braziliyada 3,0 mln.
hektardır. Bu bitki Hindistanda, Yaponiyada, Vyetnamda, İndone-