Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə75/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   71   72   73   74   75   76   77   78   ...   99

 
282 
Qədr gecəsi 
 
“Qurani  Kərim”-in  Qədr  gecəsində  nazil  olması, 
əl-Qədr surəsində buyurulmuşdur. Surədə buyurulduğu 
kimi:  
“Qədr  gecəsi  (savab  cəhətdən)  min  aydan  daha 
xeyirlidir!  (O  Ramazan  ayının  on  doqquzuna,  iyirmi 
birinə,  iyirmi  üçünə,  iyirmi  beşinə,  bir  rəvayətə  görə 
isə iyirmi yeddisinə təsadüf edir)”. (əl-Qədr, 97/3). 
 
Qədr gecəsi və orucluq haqqında hədislər 
 
Əbu  Hüreyrədən  (A.o.r.):  Peyğəmbər  (s.ə.v.) 
buyurmuşdur: 
1.
 
“Kim ki, Qədr gecəsinə inanaraq (onun böyük-
lüyünü, ehtiva etdiyi savab və bağışlanma imkanlarını) 
düşünərək keçirərsə, onun bütün günahları bağışlanar”. 
2.
 
“Kim  ki,  Ramazan  orucunu  inanaraq  və  (onun 
savab  və  rəhmət  amilini)  nəzərə  alaraq  tutarsa,  bütün 
keçmiş günahları əfv edilər”. 
3.
 
“Sizin  hər  hansı  biriniz  müsəlmanlığını  yaxşı 
yerinə  yetirərsə,  hər  etdiyi  bir  savabın  əvəzinə  ona  on 
qatı  yazılır.  Bu,  yeddi  yüz  dəfəyə  qədər  artır.  Hər 
etdiyi günah (isə ancaq) bir günah (olaraq) yazılır”. 
4.
 
“Oruc bir qalxandır! (Həmin günlərdə) heç kim 
çirkin  söz  danışmasın,  özünü  nadan  kimi  aparmasın, 
bir  adam  onunla  döyüşmək  istəyərsə  və  ya  onu 
söyərsə, iki dəfə “Mən orucam!” deyin. Nəfsim əlində 
olana  (Allaha)  and  içirəm  ki,  oruc  olanın  ağız  qoxusu 
Allahın  dərgahında  müşk  qoxusundan  da  yaxşıdır! 
Yeməkdən,  içməkdən  və  şəhvətindən  mənə  görə  əl 
çəkin…  Oruc  Mənim  üçündür.  Onun  mükafatını  Mən 
verəcəyəm.  Bir  savab  əvəzinə  on  savab  verilib 


 
283 
hesablanacaq”. 
5.
 
“Kim  Allahın  yolunda  iki  axca  (belə)  xərclə-
yərsə,  Cənnət  qapılarından  ona;  “Ey  Allahın  qulu,  bu 
bir xeyirdir!” - deyə nida gələcək, əgər o, namaz qılan 
olarsa,  namaz  qapısından  çağırılar,  mücahid  olarsa, 
cihad  qapısından  çağırılar,  oruc  tutandırsa,  (Reyyan) 
qapısından çağırılar, zəkat verəndirsə, zəkat qapısından 
çağırılacaqdır”. 
6.
 
“Ramazan  ayı  girəndə  Cənnətin  bütün  qapıları 
açılır…”. 
7.
 
“Ramazan  girəndə  səma  qapıları  açılır, 
Cəhənnəm qapıları bağlanır və şeytan isə zəncirlənir”. 
8.
 
“Kim ki, Qədr gecəsi (ona) inanıb, (ülviyyətini) 
nəzərə 
alaraq, 
əhya  edərsə,  onun  günahları 
bağışlanar…”. 
9.
 
“Kim  ki,  Ramazan  orucunu,  (ona)  inanaraq  və 
(mükafatını)  nəzərə  alaraq  tutarsa,  onun  keçmiş 
günahları əfv edilir”. 
10.
 
“Allahın  yalan  sözdən  və  onu  işlətməkdən 
çəkinməyən  şəxsin  yeməkdən  və  içməkdən  əl 
çəkməsinə ehtiyacı yoxdur”. 
11.
 
“Adəm  oğlunun  hər  əməli  onun  özü  üçündür. 
Təkcə oruc müstəsnadır… Şübhəsiz ki, o, Mənim üçün-
dür. Və onun mükafatını (şəxsən) Mən verəcəyəm. Oruc 
tutanın  iki  sevinci  (anı)  vardır  ki,  onlarla  könülü  şad 
olur:  iftar  etdiyi  zaman  sevinməsi  və  Rəbbinə 
qovuşacağı zaman oruc tutduğuna görə sevinməsi”. 
12.
 
“Ayı görən kimi oruc tutun və təzə ayı görən 
kimi  (də  orucu)  qurtarın!  Sizə  gizli  qalarsa,  Şaban 
ayını otuz (günə) tamamlayın!”. 
13.
 
“Kimsə  unudaraq  yeyib-içərsə,  orucunu 
axıradək  davam  etdirsin.  Çünki  onu  Allah  yedirib-


 
284 
içirmişdir”. 
14.
 
“Sizin  hər  biriniz  cümə  günü  qətiyyən  oruc 
tutmasın,  amma  ondan  bir  gün  əvvəl  və  ya  bir  gün 
sonra  tutsun…”  (Əlbəttə  ki,  bu  Ramazan  ayının  cümə 
günlərinə aid deyil – Ə.C.Ə.). 
15.
 
“Iki  oruc  və  iki  alış-veriş  qadağan  edilir: 
Ramazan  bayramı  ilə  Qurban  bayramında  oruc 
tutmaq…  Əl  toxundurmaqla  yaxşıca  baxmadan, 
seçmək  imkanı  və  sərbəst  olmayan  alış-veriş, 
Munabaza etmə (görmədən alıb-satma)…”. 
16.
 
“Kim  ki,  Ramazana  (gecələrinə)  inanıb  və 
(savabını dərk edib) səhərə qədər oyaq qalarsa, (bütün) 
onun keçmiş günahları bağışlanar”. 
17.
 
“Kim ki, Qədr gecəsinə, (ona) iman gətirərək 
(və  əzəmətinə)  əhya  edərsə,  (bütün)  keçmiş  günahları 
ona bağışlanar”. 
18.
 
“Peyğəmbər  (s.ə.v.)  hər  Ramazanın  (son) 
onuncu günü (başlayanda)  etikafa  girərdi.  Vəfat  etdiyi 
ildə isə etikafda iyirmi gün qalmışdır”. 
19.
 
Dostum (s.ə.v.) mənə üç şeyi tövsiyə etmişdi: 
“Hər  ayda  üç  gün  oruc…  Iki  rükət  duha  namazı… 
Yatmazdan əvvəl vitr namazı qılmaq…”. 
20.  Ey  millət!  Allahın  ayı  sizə  tərəf  üz  tutub 
gəlmişdir (Biharul-ənvar). 
21. Əziz Peyğəmbərimiz (s.ə.v.) hər vaxt Ramazan 
ayı  yaxınlaşanda  buyurardı:  -  Sübhənallah.  Nə  qədər 
böyük  bir  ayı  qarşılamağa  gedirsiniz  və  nə  qədər 
əzəmətli bir ay sizə tərəf gəlir (Biharul-ənvar). 
22.  Əgər  insan  Ramazan  ayında  nə  etməli 
olduğunu bilsəydi, arzu edərdi ki, ilin hamısı Ramazan 
olsun (Biharul-ənvar). 
23.  Səma  qapıları,  yəni  Allahın  rəhmət  qapıları 


 
285 
Ramazan  ayının  əvvəl  gecəsində  açılar  və  axır 
gecəsinədək bağlanmaz (Biharul-ənvar). 
24. Ramazan ayı elə bir aydır ki, əvvəli rəhmətdir, 
ortası  məğfirət  (bağışlanma),  axırı  isə  Cəhənnəm 
odundan qurtulmaq (Biharul-ənvar). 
25.  Ramazan  ayına  ona  görə  Ramazan  deyilib  ki, 
bu ay günahları yandırar (Kənzül-ümmad). 
26.  Ramazan  ayı  gələndə  Cəhənnəm  qapıları 
bağlanır. Cənnət qapıları açılır və şeytanlar zəncirlənir 
(Biharul-ənvar). 
27. Əgər bir nəfər Ramazan ayında bağışlanmasa, 
hansı ayda bağışlanar? (Biharul-ənvar). 
28.  Oruc  tutun,  sağlam  olarsınız.  Mədə  bütün 
xəstəliklərin evi, oruc isə dərmanıdır (Biharul-ənvar). 
29.  Bir  gün  Həzrət  Muhəmməd  (s.ə.v.)  minbərə 
çıxdı və buyurdu: -”Amin”. Sonra bunun səbəbini belə 
açıqladı:  “Ay  camaat!  Həzrət  Cəbrayıl  mənim  yanıma 
gəlib  dedi:  -  Ey  Muhəmməd  (s.ə.v.),  kim  Ramazan 
ayını dərk etsə və bağışlanmamış ölsə, Allah-Təala onu 
öz rəhmətindən məhrum edər” (Biharul-ənvar). 
30. Həqiqi bədbəxt o şəxsdir ki, bu əzəmətli ayda 
Allahın  bağışlanmasından  məhrum  qala  (Biharul-
ənvar). 
Peyğəmbərimiz (s.ə.v.) buyurmuşdur:  
1.
 
“Cənnətdə Riyan (sirab olmuş) adlı bir qapı var. 
Oradan  yalnız  oruc  tutanlar  daxil  olacaq”.  Şeyx  Səduq 
hədisin şərhində yazır: “Cənnətə belə bir ad oruc tutanın 
daha çox susuzluqdan əziyyət çəkdiyi üçün verilmişdir. 
Oruc tutanlar bu qapıdan daxil olduqları zaman elə sirab 
olarlar ki, bir daha susamazlar”. 
2.
 
“Əgər  ümmətim  Ramazan  ayının  orucunun  nə 
qədər  fəzilətli  olduğunu  dərk  etsəydi,  ilin  bütün 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə