136
Valyuta riskləri - xarici iqtisadi, kredit və digər valyuta əməliyyatları
zamanı bir xarici valyutanın digərinə nisbətən məzənnəsinin dəyişməsi
zamanı yaranan valyuta itkilərini əhatə edir.
Likvidlik riskləri – qiymətli kağızların və ya digər məhsulların
realizəsi
zamanı
onların
keyfiyyətinin
və
istehlak
dəyərinin
qiymətləndirilməsində yaranan itkilərdir.
Riskin səviyyəsinin müəyyən edilməsi ən vacib problemlərdən biridir.
Bunun üçün bir sıra obyektiv meyarlara və üsullara istinad etmək lazımdır.
Çünki riskin səviyyəsini müəyyən etmədən idarəetmədə hər hansı obyektiv
qərarı qəbul etmək mümkün deyildir.
Ayrı-ayrı ədəbiyyatlarda riskin səviyyəsi və hər bir səviyyənin
məzmunu müxtəlif qaydada izah edilir. Məsələn, ‚yol verilən risk‛,
‚böhran riski‛ və ‚fəlakətli risk‛ anlayışları arasındakı fərqlət müxtəlif cür
izah olunur.
İstənilən qərar informasiyadan asılıdır. İnformasiyanın keyfiyyəti
vacib əhəmiyyət daşıyır. İnformasiya nə qədər çox yayılmışdırsa, qərar
qəbul etmək də bir o qədər çətindir.
İnformasiyanın keyfiyyəti ötürülmə zamanı deyil, onun qəbulu
zamanı qiymətləndirilməlidir. İnformasiya tez köhnəlir, ona görə də onu
operativ olaraq istifadə etmək lazımdır. Sahibkar yalnız informasiyanı
toplamağı deyil, həmçinin onu saxlamağı və lazım olan zaman ondan
istifadə etməyi də bacarmalıdır.
Risklə bağlı olan istənilən fəaliyyət həmişə məqsədyönlüdür, belə ki,
risklə bağlı olan fəaliyyətin məqsədinin olmaması həlli mənasız edir. Riskin
və riskli kapital qoyuluşunun məqsədi risk və kapitalla dəqiq,
konkretləşdirilmiş və qarşılaşdırıla bilən olmalıdır.
Riskin idarə olunması insanların əmlakını, maliyyə vəsaitlərini
təhlükə altına qoyan riskin dərəcəsinin müəyyənləşdirilməsi deməkdir.
Sahibkar üçün onun fəaliyyətini təhlükə altına qoyan riskin dərəcəsini
bilmək vacibdir. Riskin dərəcəsinə görə sahibkarın faktiki itkilərini
aydınlaşdırmaq lazımdır. Riskli şəraitdə qərar qəbul etmək psixoloji
qavrayışdan asılıdır və bunu riskin azaldılması proqramının hazırlanması
zamanı mütləq nəzərə almaq lazımdır.
Eyni riskli vəziyyət müxtəlif insanlar tərəfindən müxtəlif cür qəbul
edilir.
Riskin idarə olunmasının ümumi sxemi
137
Riskin
azaldılması
maksimum çeviklik və
məqsədyönlü fəaliyyət
tələb
edir.
Bu
məqsədyönlü fəaliyyət
risklərin bütün növləri
üzrə(istehsal riski, maliyyə riski, kommersiya riski və s.) həyata
keçirilməlidir. Riskin tərəflər arasında bölüşdürülməsi və riskdən olan
itkilərin müəyyən edilməsidir. Lakin bazar şəraitində itkilərin mövcudluğu
risklərin sığortalanmasını tələb edir.
Riskin səviyyəsinin aşağı salınması – bu, itkinin ehtimalının və
həcminin ixtisar olunmasıdır.
Riskin neytrallaşma sxemi.
Riskin təhlili
Aydınlaşdırma və
təsnifat
Qiymətləndirmə
(kəmiyyət və
keyfiyyət)
Effektivliyindən asılı olaraq riskə
təsir edən metodların seçimi
Qərar qəbul etmək
Riskdən qaçmaq
Riski ötürmək
Mühafizə etmək
Nəticənin təhlili
138
Riskin
aşağı
salınmasının daha vacib və daha geniş yayılmış üsulu risklərin
sığortalanmasıdır. Sığortalamanın əsası odur ki, investor riskin aşağı
salınması üçün gəlirdən imtina etməyə, yəni riskin sıfra endirilməsi üçün
ödəməyə hazırdır.
Bazar riski ” faiz dərəcəsi, xarici valyuta məzənnəsi və kapitalın
(həmçinin bazar qiymətli kağızların) qiymətlərində enib-qalxmaların
nəticəsində əldə edilən itkidir. Bankın kredit müqavilələri və digər maliyyə
aktivlərinin və öhdəliklərinin əksəriyyəti sabit faiz dərəcəsinə malikdirlər.
Faiz dərəcəsinin marjasına bank nəzarət edir.
Bazar risklərinin növləri:
1. Faiz
2. Kapital
3. Qiymət
4. Portfel
5. Xəzinədarlıq
6. Valyuta
Faiz riski – aktivlərdə və passivlərdə faiz dərəcələri
dəyişikliklərindən əmələ gələn itkilərdir.
Risklərin
neytrallaşdırılması
mexanizmi
Riskin təmərküzləşməsini
məhdudlaşdırmaq
Hedc əməliyyatı
Riskdən yankeçmək
Diversifikasiya
Özünü
sığortalama
Rikin bölüşdürülməsi
Limitləmə
139
Faiz risklərinin yaranması mənbəyi dəyişkən və sabit faiz dərəcələri
üzrə aktivlərlə passivlər arasında olan uyğunsuzluq, bazarda baş verən
dəyişiklərə vaxtında reaksiya verilmədikdə riskin düzgün idarə oluna
bilməməsidir.
Kapital riski – kapitalın və digər bazar qiymətli kağızların
qiymətlərindəki dəyişiklərə görə yaranan itkilərdir. Yaranma mənbələri
bazardakı dəyişiklərə vaxtında reaksiya verilməməsi, aktiv və passivlərin
düzgün idarə edilməməsidir.
Qiymət riski – bankın portfelində saxlanılan bazar alətlərinin
likvidlik müddətində qiymətlərin dəyişiklərindən əmələ gələn riskdir.
Bazardakı dəyişiklərə vaxtında reasiya verilməməsi nəticəsində yarana
bilən riskdir.
Portfel riski - portfelin bir sahədə və ya bir qrupda cəmləşməsindən
əldə edilə biləcək itkilərdir. Bu səhv kredit siyasətinin, likvidliyin düzgün
idarə edilməməsinin, sektor üzrə cəmləşmə, region üzrə cəmləşmə, bazar
aləti üzrə cəmləşmə, təminat növü üzrə cəmləşmədən yaranır.
Xəzinədarlıq - iki növ bazar riskinə məruz qala bilər: məzənnə riski
və faiz dərəcəsi riski. Hər hansı bir valyutanın spot və forvard açıq
dərəcələrindəki dəyişikliklərin açıq mövqeyin həcminə birbaşa təsiri vardır.
Məzənnələrdəki mənfi dəyişikliklər riskinə xalis valyuta mövqeylərinin
(artıq məbləşdə alınmış və ya satıl-mış) həcmi vasitəsilə nəzarət oluna bilər.
Valyuta riski - bir valyutanın digər valyutalaa nisbətdə məzənnəsinin
dəyişməsi nəticəsində bankın ehtimal olunan itkiləridir.
Valyuta risklərinin yaranması bazardakı dəyişikliklərin nəzərə
alınmaması, bir valyutada cəmləşmə, aktiv və passivlərin düzgün idarə
edilməməsi nəticəsində baş verir.
Valyuta eyni zamanda xarici valyuta məzənnəsinin dəyişməsi
nəticəsində maliyyə aktivinin dəyərinin dəyişməsi riskidir. Xarici valyuta
məzənnəsindəki dəyişikliklər Bankın maliyyə durumuna və nəğd pul
vəsaitlərinin hərəkətinə təsir edir.
İdarə Heyəti valyuta ilə ayırmaların səviyyələrinə məhdudiyyətlər
qoyur ki, bu da Banka milli valyutaya qarşı valyuta məzənəsindəki
dəyişikliklərdən yaranan zərərləri minimuma endirmək imkanı verir.
ARMB-nın tələblərinin yerinə yetirmək üşün Bankın açıq valyuta
mövqeyinin gündəlik monitorinqi həyata keçirilir.
Valyuta riskinin həcmi valyutanın alıcılıq qabliyyətinin azalması ilə
bağlı olduğundan sövdələşmənin bağlanması vaxtı ilə ödəmə vaxtı
Dostları ilə paylaş: |