146
Qiymətli kağızların beynəlxalq valyuta riski ilə aşağıdakı hadisələrlə
sıx bağlıdır:
1) İnvestor hər hansı ölkənin şirkətinin səhm portfelini onların artım
perspektivinə görə saxlayır.
2) İnvestorun portfelində hər hansı ölkənin uzunmüddətli istiqrazları
saxlanılır. Bəzən həmin ölkələrdə siyasi vəziyyətin qeyri-sabitliyi
nəticəsində investorların valyuta məzənnələri düşür. Bundan ölkələr
ehtiyyat edirlər. Valyuta kursunun artması siyasi sabitləşmə ilə
əlaqədardır.
4-cü Fəsil:Beynəlxalq biznesdə maliyyə
4.1. Beynəlxalq biznesdə maliyyə bazarının rolu və yeri
147
Beynəlxalq biznesin ən mühüm tələblərindən biri də geniş və
tam nəzarət oluna bilən maliyyə bazarının mövcudluğudur. Çünki
bazar iqtisadiyyatı ölkələrində dövlətin maddi və maliyyə
ehtiyatlarının bölüşdürülməsinə müdaxilə etmək imkanları çox
məhduddur. Firmaların əksəriyyəti müstəqil olaraq beynəlxalq
bazarlarda maddi və pul ehtiyatları saxlayırlar.
Beynəlxalq biznesi təhlil edən iqtisadi ədəbiyyatlarda real
aktivlər bazarı, pul vasitələrinin iqtisadi münasibətlərin
iştirakçıları arasında bölüşünü təmin edən bazarlar isə beynəlxalq
biznes bazarları adlandırılır. Beynəlxalq biznesdə maliyyə bazarı
olduqca geniş anlayışdır. Ona görə ki, o təkcə milli iqtisadiyyatın
maliyyə tərəflərini deyil, həmçinin kredit münasibətlərinin
müxtəlif formalarını əhatə edir. Bütün bu müxtəlif formaları
diqqətlə təhlil etsək, ümumi şəkildə beynəlxalq biznesdə maliyyə
bazarını iki yerə bölmək olar:
1.
Beynəlxalq bank kreditləri bazarı;
2.
Beynəlxalq qiymətli kağızlar bazarı.
Beynəlxalq bank kreditləri bazarı kredit fond firma və ya
şirkətləri tərəfindən verilən ödənişli və qaytarılan ssudalar üzrə
meydana çıxan münasibətləri əhatə edir. Bu ssudalar xüsusi
sənədlərin tərtibindən asılı olmayaraq, sərbəst surətdə satıla,
alına və mübadilə edilə bilər. Beynəlxalq bank kreditlərinin
hərəkəti və ümumiyyətlə, kredit bazarı beynəlxalq iqtisadi inkişaf
nəticəsində xeyli genişlənmiş və beynəlxalq maliyyə bazarından
qoparaq müstəqil fəaliyyət sahəsinə çevrilmişdir. Bu sahə ilə indi
müstəqil maliyyə sahəsi olan bank işi fənni məşğul olur.
Beynəlxalq kredit bazarının özü iki mərhələdən ibarətdir:
1. Beynəlxalq topdansatış kredit bazarı - krditin
banklararası faiz normasını müəyyən edir və adətən banklararası
birjalarda həyata keçirilir. Məsələn: Dollar üzrə kreditin
topdansatış bazarı əsasən London banklararası birjasında
müəyyən edilir (LİBOR).
Azərbaycan manatının topdansatış faizinin müəyyən
edilməsi üçün birja fəaliyyət göstərmir. Respublikamızda kreditin
topdansatış bazarı milli bankın keçirdiyi kredit hərracları ilə
məhdudlaşır.
148
2. Beynəlxalq kreditin pərakəndə satış bazarı - beynəlxalq
kreditin banklar tərəfindən müştərilərə satılması münasibətlərini
idarə
edir
və
kreditlərin
pərakəndə
satış
faizlərini
müəyyənləşdirir.
Beynəlxalq qiymətli kağızlar bazarı isə həm kredit
münasibətlərini, həm də xüsusi sənədlər (qiymətli kağızlar)
buraxılmasında ifadə olunan ortaqlıq münasibətlərini idarə edir.
Bu xüsusi sənədlər və ya qiymətli kağızlar müstəqil dəyərə
malikdir və satıla, alına və ötürülə bilər. Beynəlxalq qiymətli
kağızlar bazarı maliyyə bazarının əsasını təşkil etdiyi üçün çox
vaxt beynəlxalq maliyyə bazarı anlayışı əvəzinə beynəlxalq
qiymətli kağızlar bazarı anlayışı işlədilir. Çünki bazar
iqtisadiyyatı şəraitində beynəlxalq kağızlar və digər alətlər
iqtisadi-maliyyə münasibətlərinin əsasını təşkil edir. İqtisadi
ədəbiyyatda beynəlxalq maliyyə bazarının tərkib hissəsi kimi
kapital (sərmayə) fond qiymətləri olan qiymətli kağızlar bazarda
ilkin yerləşdirmə, həmin beynəlxalq bazarda dövr etdirilmə
(satılma, alınma), dövriyyədən çıxarılma, yaxud ödənilmə üçün
buraxılır, girov və sığorta obyekti kimi çıxış edir, təcili
kontraktların bağlanmasının predmeti və digər əməliyyatların
obyektləri olur. Beynəlxalq qiymətli kağızlar bazarının
iştirakçıları aşağıda təhlil ediləcəkdir.
Beynəlxalq qiymətli kağızlar bazarının iştirakçıları da
tərkibcə müxtəlixdir. Onlar dövlət, əhali və kommersiya
təşkilatlarına ayrılır. Yəni iştirakçı kimi həm dövlət, həm əhali,
həm də kommersiya təşkilatları çıxış edə bilər. Öz növbəsində
kommersiya təşkilatları da maliyyə və qeyri-maliyyə təşkilatlarına
bölünür. Maliyyə kommersiya təşkilatlarına kommersiya
bankları, investisiya fondları, pensiya fondları, maliyyə şirkətləri
və başqaları daxildir. Beynəlxalq qiymətli kağızlar bazarının
subyektləri peşəkar və qeyri-peşəkar iştirakçılara bölünür.
Peşəkar iştirakçılar bir qayda olaraq beynəlxalq qiymətli kağızlar
bazarında bir sıra fəaliyyət növlərini həyata keçirmək üçün dövlət
tənzimləmə orqanlarından və yaxud maliyyə bazarında fəaliyyət
göstərən özünütənzimləyən təşkilatlardan lisenziya alırlar.
Beynəlxalq fond bazarı iştirakçılarının fəaliyyəti əsasən 4
növə bölünür:
Dostları ilə paylaş: |