155
həm aşağı, həm də yuxarı satıla bilər. İstiqrazlar üzrə pulun
qaytarılması müəyyən vaxt anında həyata keçirilir və ödənilmə
tarixi adlanır. Xüsusi istiqrazlar bir qayda olaraq 10 ildən 40 ilə
qədər və daha çox müddətə buraxılır. İndi ən geniş yayılan 20
ildən 30 ilə qədər buraxılan istiqrazlardır. 5 illik müddətə
dövriyyəyə buraxılan istiqrazlar qısa müddətli hesab olunur.
Bunlar bir qayda olaraq məhsul istehsalı və xidmət göstərilməsi
ilə əlaqədar olan şirkətlər arasında bölüşdürülür. Və onların
aktivlərinə zəmanət, yaxud sığorta ola bilər. Bundan başqa 7
ildən 15 ilə qədər müddətdə buraxılan istiqrazlar orta müddətli
istiqrazlara aiddir. 20 ildən artıq müddətə dövriyyədə olan
istiqrazlar isə uzunmüddətli istiqrazlar hesab edilir.
İstiqraz sahibləri ildə 2 dəfə ödənilməklə istiqraz üzrə faizlər
alırlar. İstiqrazlar üzrə faizlərin böyüklüyü müxtəlif amillərdən
asılıdır. Əsas amillərdən biri və borc öhdəliklərinin gəlirlilik
səviyyəsini əvvəlcədən müəyyən edən amil, bu istiqrazların
dövriyyə müddətinin davamlılığı, yaxud fasiləsizliyidir. Adətən
normal iqtisadi şəraitdə uzun müddətə buraxılan istiqrazlar qısa
və orta müddətə buraxılan istiqrazlarla müqayisədə daha yüksək
faiz gətirirlər.
Fövqəladə iqtisadi şəraitdə borc öhdəliklərinin gəlirliliyi
arasındakı əlaqə və onların dövriyyə müddəti pozulur.
İstiqrazlarda adətən, aşağıdakı əsas verilir:
Emitentin rəsmi adı, istiqrazların tipi, nominal dəyəri,
buraxılma tarixi, ödənilmə müddəti, ödənilmə zamanı hüquqlar,
faiz dərəcəsi, faizin ödənilməsinin tarixi və yeri, buraxılış
haqqında razılaşma.
Bir sıra ölkələrin qanunvericiliyinə müvafiq olaraq istiqraz
emitentləri
investorların
məlumatlanması
üçün
istiqraz
müqavilələrini onlara təqdim etməlidir.
İstiqraz müqaviləsinə müvafiq olaraq, istiqraz emitenti öz
üzərinə aşağıdakı öhdəlikləri qəbul edir:
d)
Qiymətli kağızlar üzrə hesablanmış faizlərin bu kağız
sahiblərinə
nizamlı
qaydada
və
vaxtlı-vaxtında
ödənilməsini
təmin edir-
e)
Öz əmlakının bəzi hissəsini istiqrazların təmin
edilməsində girov kimi ayırmaq-