158
Təsərrüfatçılıq təcrübəsində texnologiyanın daşıyıcısı kimi, ixtiralara
patent və lisenziyalar, texniki sənədlər, xüsusi ədəbiyyat, hər hansı hazır
məhsul və ya yarımfabrikat, müəyyən məsələlərin həlli üçün tələb olunan
bilik və bacarığa malik olan peşəkar-mütəxəssislər, çıxış edə bilirlər.
Beynəlxalq aləmdə texnologiya aşağıdakı üsüllarla ötürülür: yazılı
(patentlərin, lisenziyaların alqı-satqısı müqavilələrinin bağlanması,
mətbuatda nəşr olunması və s.), elektron şəbəkə-internet və televiziya
vasitəsilə, konferensiya və simpoziumlar vasitəsilə, sərgilərdə və s.
Beynəlxalq texnologiya mübadiləsi haqqı ödənilməklə və havayı ola bilər.
Beynəlxalq texnologiyanın əksər hissəsi haqqı ödənilmədən mübadilə
edilir.
(Televiziya
da
ödənişsiz
kanallarla,
konferensiyalarla,
simpoziumlarda haqqı ödəilmədən mübadilə edilir). Texnologiyanın
müəyyən hissəsi isə iqtisadi əhəmiyyətindən asılı olaraq müvafiq
müqavilələrdə əksini tapan dəyər ifadəsində qiymətləndirilir və alıcı
tərəfindən haqqı ödənilir.
İqtisadi əməkdaşlıq və inkişaf Təşkilatı (OECP-rusca), bu və ya digər
sahədə istehsalın xarakterindən asılı olaraq texnologiyanın 4 tipini
fərqləndirir ki, bu da beynəlxalq texnologiya mübadiləsinin keyfiyyət
cəhətini göstərir: Sənayenin aerokosmos, farmaseptika sahələrində, ofis və
mühasibat texnikası istehsalı, radio-televiziya və kommunikasiya
avadanlıqları istehsalı sahələrində tətbiq olunan yüksək texnologiya;
elektrotexnika maşınqayırması, cihazqayırma sahələrində, nəqliyyat
avadanlıqları və avtomobil mühərrikləri istehsalı sahələrində, kimya
sənayesində tətbiq olunan orta-yüksək səviyyəli texnologiya; nüvə yanacağı
istehsalında, neft məhsullarının təmizlənməsində, gəmiqayırmada, metal
istehsalında tətbiq olunan orta-aşağı səviyyəli texnologiya; kağız və kağız
məhsulları istehsalında, yeyinti məhsulları sənayesində, tütün və tekstil,
dəri istehsalı sənayesində tətbiq olunan aşağı səviyyəli texnologiya. BMT
təsnifatın da isə texnologiyanın 3 əsas səviyyəsi ” yüksək, orta və ağağı
səviyyələri fərqləndirilir.
Pulun dünya təsərrüfatçılıq sistemində istifadəsi ilə əlaqədar olaraq
yaranan və iqtisadi münasibətlərin xüsusi forması sayılan beynəlxalq
valyuta münasibətləri beynəlxalq iqtisadi münasibətlərin ən dinamik
formalarından biridir. Əksər təsərrüfatçılıq fəaliyyətlərində nəticələrini
mübadiləsi və onların beynəlxalq hesablaşması pul formasında həyata
keçirilir. Ona görə də beynəlxalq münasibətlərdə bir ölkənin pul vahidi
digər ölkənin pul vahidi ilə qarşı-qarşıya dayanır. Ölkə daxilində milli pul
159
vahidi həmin ölkənin pul nişanı kimi fəaliyət göstərir. Müxtəlif
səbəblərdən (xarici ticarət, kapital ixracı və s.) milli pul vahidi ölkə
sərhədlərindən kənara çıxdıqda o, yeni keyfiyyət kəsb edir ”valyuta kimi
çıxış edir. Valyuta münasibətləri beynəlxalq ticarətin və kapitalın
beynəlxalq hərəkətinin inkişafı nəticəsində yaranmışdır. Bu münasibətlər
müvafiq müstəqilliyə malikdir və qloballaşan iqtisadiyyat şəraitində daha
da genişlənir. Valyuta münasibətlərinin təkrar istehsal prosesinə təsiri
günü-gündən artmaqdadır. Bunun əsas səbəbləri aşağıdakılardır:
1. təsərüfatçılıq həyatının getdikcə daha çox beynəlmilləlləşməsi;
2.dünyanın müxtəlif regionlarında inteqrasiya proseslərinin
güclənməsi;
3. milli təkrar istehsal prosesinə xarici amillərin təsirinin kifayət
qədər güclənməsi;
4. dünyada böyük həcmli valyuta ticarətinin aparılması;
5. yeni maliyyə vasitələrinin yaranması və dünyada sürətlə
yayılmasıdır.
Milli valyutalar müxtəlif nisbətlərdə bir-birlərinə bərabər tutulur.
Qanunvericilik yolu ilə və yaxud da bazardakı tələb və təklifdən asılı
olaraq, iki müqayisə olunan valyuta arasında qərarlaşan nisbətə valyuta
məzənnəsi deyilir. Valyuta məzənnəsi bir milli pul vahidinin qiymətinin
digər ölkənin pul vahidində ifadə olunmasıdır. Milli pul vahidinin
məzənnəsi hər hansı bir ölkənin valyutası və yaxud da bir neçə ölkənin pul
vahidləri (valyuta səbəti) vasitəsi ilə ifadə oluna bilər. Valyuta
məzənnəsinin formalaşması ilk baxışda çox sadə görünür. Lakin o, özündə
müqayisə olunan ölkələrin iqtisadiyyatında gedən prosesləri əks etdirir.
Onun əsasını milli valyutanın alıcılıq qabiliyyəti, əmtəə və xidmətlərə,
investisiyalara qiymətlərin ümumi səviyyəsi təşkil edir. Eyni zamanda
valyuta məzənnəsinin konkret kəmiyyəti inflyasiyanın tempindən, faiz
səviyyələri arasındakı fərqlərdən və tədiyə balansının vəziyyətindən də
asılıdır. Valyuta bazarına Milli Bankın müdaxiləsi (valyuta intervensiyası)
və valyuta möhtəkirlərinin (spekulyantların) fəaliyyəti də valyuta
məzənnəsinə təsir göstərən amillərdir. Ayrı-ayrı dövrlərdə gah milli
valyutaya, gah da xarici valyutaya etibar artmışdır. Bu cür hallar valyuta
məzənnəsinin formalaşmasına öz təsirini göstərmişdir. Valyuta
məzənnəsinin aşağıdakı iki növünü fərqləndirmək lazımdır: nominal və
real.
160
Milli valyutanın hər hansı ölkənin valyutasına və yaxud da əksinə,
dəyişdirilərkən olan konkret qiyməti nominal valyuta məzənnəsidir. Hər
gün mətbuatda nəşr olunan qiymətlər nominal valyuta məzənnəsidir.
Real valyuta məzənnəsini hesablamaq üçün iki ölkədə qiymətlərin
səviyyəsi nisbətləri ilə nominal valyuta məzənnəsinin hasilini tapmaq
lazımdır. Həmin ölkə ilə ticarət edən ölkələrdə qiymətlərin orta səviyyəsi
bazasında da real valyuta məzənnəsini hesablamaq olar. Bu zaman real
valyuta məzənnəsi idxal olunan mallara nisbətən milli əmtəələrin rəqabət
qabiliyyətliliyini göstərən kəmiyyət kimi çıxış edəcəkdir.
Valyuta məzənnəsinin beynəlxalq iqtisadi münasibətlərə çox böyük
təsir göstərir:
- valyuta məzənnəsi əsasında hər hansı əmtəəyə çəkilən milli istehsal
xərcləri ilə dünya qiymətlərini müqayisə etmək mümkün olur ki, bunun da
nəticəsində xarici iqtisadi fəaliyyəti və fəaliyyətin yekunlarını
proqnozlaşdırmaq və təsərrüfatçılıq fəaliyyətində düzgün istiqamətləri
müəyyənləşdirmək mümkün olur;
- ölkənin iqtisadi vəziyyətinə bilavasitə təsir göstərir ki, bu da özünü
birbaşa tədiyyə balansında əks etdirir;
-
dünya
ümumi
məhsulunun
ölkələr
arasında
yenidən
bölüşdürülməsinə təsir göstərir.
Məhz buna görə də müəyyən dövrlərdə dünya ölkələri arasında
iqtisadi mənafelər toqquşur və konfliktlər yaranır. Bunları da nisbətən
aradan qaldırılması üçün dövlət və dövlətlərarası səviyyələrdə müvafiq
razılaşmalar mövcuddur.
Bir ölkənin milli valyutasının digər ölkəninkinə dəyişdirilməsi inkişaf
etməmiş formada son bir neçə yüz il ərzində baş vermişdir. Lakin müasir
dünya iqtisadiyyatında valyutaların dəyişdirilməsi valyuta bazarlarında
həyata keçirilir ki, bu bazarlara da mötəkirlərin təsiri az deyildir. Sabit
valyuta alınıb satılması münasibətləri qərarlaşandan və hüquqi cəhətdən
müfafiq əsasa malik olduqdan sonra tarixən əvvəlcə milli sonra isə
beynəlxalq valyuta sisteminin formalaşması baş verdi. Ona görə də valyuta
sistemini iki tərəfdən nəzərdən keçirmək olar: birincisi, o, obyektiv reallıq
olub, ölkələr arasında iqtisadi əlaqələrin dərinləşməsi nəticəsində yaranır,
ikincisi, bu obyektiv reallıq dərk olunaraq hüquqi normalarda və
beynəlxalq razılaşmalarda əks olunur. Məhz bu mənada məqsədyönlü
fəaliyyət kimi valyuta sisteminin yaradılmasından danışmaq olar. Beləliklə,
valyuta sistemini valyutanın fəaliyyəti və onun təşkilinin formaları ilə
Dostları ilə paylaş: |