181
beynəlxalq əlaqələrin yaradılması və xarici investisiyaların ölkə
iqtisadiyyatına cəlb edilməsi şəraitində özünü maliyyələşdirən
yeni struktur və qurumların, habelə dövlət idarə və
müəssisələrinin fəaliyyətinin nəticələrinin tam müstəqil və
obyektiv şəkildə yoxlanılması və müvafiq rəy verilməsi mühüm
əhəmiyyət kəsb edir. Belə bir şəraitdə cəmiyyət həyatında iqtisadi
demokratiyanın bərqərar edilməsi, yəni maliyyə şəffaflığının
təmin olunması, sağlam rəqabətin inkişafı, vergiqoymanın
qurulması və vergilərin yığılması, iqtisadi münasibətlərin bütün
iştirakçılarının maddi maraqlarının nəzərə alınması və bütövlükdə
maliyyə vəsaitlərinin düzgün xərclənməsi üçün müstəqil maliyyə
nəzarəti orqanı kimi auditor xidməti geniş imkanlar yaradır.
Ölkəmizdə milli auditin təşəkkül tarixi "Auditor xidməti
haqqında" Azərbaycan Respublikası Qanununun (16 sentyabr
1994-cü il) qəbul edilməsindən başlanır. Həmin Qanunda audit
anlayışı aşağıdakı qaydada təsbit olunub: "Audit - əmtəə istehsalı
və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan
təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst
aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil
yoxlanılmasıdır". Qanunun tələbinə görə, auditor xidmətinin əsas
məqsədi
təsərrüfat
subyektlərinin
mühasibat
(maliyyə)
hesabatlarının düzgünlüyünü, onların apardıqları maliyyə və
təsərrüfat əməliyyatlarının mövcud qanunvericiliyə və normativ
aktlara
uyğunluğunu
müəyyənləşdirməkdir.
Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə yaradılmış və
əsas vəzifəsi respublikada auditor xidməti işini təşkil etməkdən,
mövcud qanunvericiliyə uyğun olaraq onun inkişafı və
fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirməkdən
ibarət olan Azərbaycan Respublikasının Auditorlar Palatası
1996-cı ilin aprel ayında fəaliyyətə başlayıb. Palatanın sədri,
iqtisad elmləri doktoru, professor Vahid Novruzovun bildirdiyinə
görə, ötən dövr ərzində ölkədə milli audit sisteminin formalaşması
və inkişafı, o cümlədən cəmiyyət tərəfindən auditin idarəetmədə
vacib nəzarət-analitik infrastruktur elementi kimi dərk edilməsi
istiqamətində xeyli iş görülüb. Nəticədə qısa müddət ərzində
auditor xidmətinin kifayət qədər təşkilatlanmış və ölkənin bütün
ərazisini əhatə edən strukturu, yüksək peşə-ixtisas hazırlığına
182
malik lisenziyalı auditorların böyük dəstəsi formalaşıb və bunun
sayəsində respublikamızda auditor xidmətlərinin həcmi 10 dəfəyə
qədər
artıb.
Mövcud qanunvericiliyə görə, auditor yoxlaması məcburi və ya
könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər: özünün
maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri
üçün, habelə qanunvericilik aktları ilə bilavasitə nəzərdə tutulmuş
hallarda və ya səlahiyyətli dövlət orqanlarının müvafiq qərarına
əsasən, yaxud da dövlət orqanlarının sifarişi ilə həyata keçirilən
audit
məcburi,
digər
hallarda
isə
könüllüdür.Hazırda
Azərbaycanda məcburi auditdən keçməli olan təsərrüfat
subyektlərinin
tam
siyahısı
belədir:
Birgə
müəssisələr;
xarici
investisiyalı
müəssisələr;
nümayəndəliklər; banklar və digər kredit idarələri; məhdud
məsuliyyətli
cəmiyyətlər;
səhmdar
cəmiyyətləri;
sığorta
təşkilatları; maliyyə-sənaye qrupları; investisiya fondları; qeyri-
hökumət təşkilatları; bələdiyyələr. Bunlarla yanaşı, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 5 aprel tarixli 77
saylı qərarına əsasən, aktiv və passivlərində verilən maddələri,
sonrakı bölgünü aparmadan, yalnız ümumi məbləğdə göstərəcək
hüquqi şəxslərin yekun gününədək on iki ay ərzində balansının
son məbləği 5 milyard manat və dövriyyədən mədaxilinin son
məbləği 2,5 milyard manat olan bütün təsərrüfat subyektləri
məcburi auditin obyektləridir. Bu gün dünya praktikasında
auditor xidmətlərinin təxminən 80 faizini KÖNÜLLÜ AUDİT
təşkil
edir:
bu
da
auditor
xidmətlərinin
çeşidinin
rəngarəngliyindən və idarəetmədə vacib nəzarət-analitik
infrastruktur elementi olmaq etibarı ilə auditin məsləhət-
konsaltinq yönümünün təsərrüfat subyektləri tərəfindən düzgün
dərk edilməsindən irəli gəlir. Ölkəmizdə də mülkiyyət
formasından və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq,
məhsul istehsal edən, xidmət göstərən təsərrüfat subyektlərinə və
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxslərə göstərilən auditor xidmətlərinin çeşidi kifayət qədər
genişdir.
Professor V.Novruzovun dediyinə görə, hazırda respublikamızda
40 auditor təşkilatı (o cümlədən 5 xarici auditor təşkilatının filial
183
və ya nümayəndəliyi), 50-dən çox sərbəst auditor fəaliyyət
göstərir və mövcud qanunvericiliyə əsasən, onlar: Mühasibat
uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə
hesabatlarının auditini (yoxlanılmasını) aparmaq və audit
aparılmış təsərrüfat subyektlərinin maliyyə vəziyyətində, maliyyə-
təsərrüfat əməliyyatlarının
qanuniliyinə, illik mühasibat
hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun
ümumi vəziyyətinə auditor rəyi vermək; Maliyyə-təsərrüfat
fəaliyyətini təhlil etmək, ekspertizasını aparmaq və maliyyə
vəziyyətini proqnozlaşdırmaq; Əmlakın qiymətləndirilməsinin
düzgünlüyünə rəy vermək; Müəssisələrin maliyyə-təsərrüfat
fəaliyyətinin yaxşılaşdırılması üçün tövsiyə və təkliflər işləyib
hazırlamaq;
Mühasibat
uçotu
qurmaq;
Rüblük və illik mühasibat hesabatlarını bərpa və tərtib etmək;
Nəzarət
orqanları
tərəfindən
aparılmış
yoxlamaların
ekspertizasını
keçirmək;
Müəssisənin
ləğvi
və
təkmilləşdirilməsi
(birləşdirilməsi,
bölünməsi, ayrılması, çevrilməsi) zamanı məsləhətlər vermək və
müvafiq sənədlərin hazırlanmasında yardım göstərmək, ləğv
olunan müəssisənin əmlakını qiymətləndirmək və ləğvetmə
balansını tərtib edib mülkiyyətçiyə təqdim etmək; yeni yaradılan
müəssisə və təşkilatların təsis sənədlərini hazırlamaq və onların
müvafiq icra orqanlarında qeydiyyata alınmasına yardım
göstərmək; Bank təsis edən (yaradan) hüquqi şəxslərin maliyyə
vəziyyətinə
auditor
rəyi
vermək;
İnvestisiya layihə və proqramlarını tərtib etmək; Vergilərlə bağlı
məsələlər, o cümlədən fiziki və hüquqi şəxslərə vergilərin
hesablanması, bəyannamələrin hazırlanması və s. üzrə; sığorta
sahəsində; bank sahəsində; idxal-ixrac əməliyyatları sahəsində;
özəlləşdirmə və səhmləşdirmə sahəsində; təsərrüfat qanunvericiliyi
sahəsində; menecment üzrə; əmtəə birjasının yaradılması, idarə
olunması və birja ticarətinin təşkili sahəsində məsləhətlər vermək;
Kompleks biznes problemləri və məsələləri ilə rastlaşan hüquqi və
fiziki şəxslərə maliyyə və iqtisadi sahələr üzrə məsləhətlər vermək;
Sağlamlaşdırma, müflisləşmə və iflas prosesi başlanılmış
müəssisələrə müvafiq məsələlər üzrə məsləhətlər vermək və həmin
prosesdə
mütəxəssis
kimi
iştirak
etmək;
Dostları ilə paylaş: |