172
şərtlər,qaydalar əsasında digər xarici ölkələrlə bankların hər gün yerinə
yetirdikləri
hesablaşmalardan
ibarətdir.Beynəlxalq
hesablaşmalar
sferasında bankların fəaliyyəti dövlət tənzimləməsi obyektidir.Beynəlxalq
hesablaşmalar qeyd edilen öhdəliklər və pula tələbin ödənilməsinin
tənzimlənməsi və təşkilini özündə əks etdirir.
Beynəlxalq hesablaşmalar müxtəlif ölkələrin kredit təşkilatları
arasında danışıqlarını əsasən banklar tərəfindən həyata keçirir.Yəni bu
danışıqlarda bankların rolu daha çoxdu.Buna görədə banklar öz
aralarında hesabların açılması haqqında müqavilələr imzalayırlar.Bunlar
nostro-bu bankın digər bankla,loro-digər bankın bu bankda hesabının
açılmasıdır.Bu
razılaşmaların
öz
qaydaları
var.Bu
qaydalarda
hesablaşmaların
aparılması,komisyon
ödəmələr
və
vəsaitlərin
xərclənməsindən sonra hesabların doldurulması metodları öz eksini
tapır.Həmçinin banklara bu hesablaşmaları beynəlxalq filiallarında
aparmaq hüququ da verilmişdir.
Beynəlxalq hesablaşmaların müxtılif formaları tətbiq olunur ki,buda
xarici ticarətin müqaviləsi şərtlərindən,milli və xarici valyutanın dönərliliyi
səviyyəsindən asılıdı.Beynəlxalq hesablaşma ümumi anlayış olub
hesablaşma vasitələrini və beynəlxalq hesablaşma üsullarıni özündə
birləşdirir.
Ödəmə usullarına aşağıdakılar aiddir.
1.
Avans ödəmələri.
2.
Akkreditiv.
3.
İnkasso.
4.
Açıq hesablar üzrə ödənişlər.
5.
Əmtəənin yola salınması ilə həyata keçirilən ödənişlər.
Hesablaşma vasitələrinə isə
1.
Çek.
2.
Veksel.
3.
Bank məsrəfləri.
4.
Köçürmələr.(poçt,teleqraf,teleks ödəniş köçürmələri.)
aiddir.
Akkreditiv sənəədləşmədən istifadə edilərək aparılan hesablaşmalar ilk
dəfə 1933-cü ildə Beynəlxalq Ticarət palatasının Bena konqresində qəbul
edilmişdir.Bu qanunda illər boyu çoxlu düzəlişlər edilmişdir.Ən son düzəliş
1993-cü ildə ildə edilmişdir.İnkasso formasında hesablaşmaların
reqlamentləşdirilməsi isə ilk dəfə 1936-cı ildə Beynəlxalq Ticarət palatası
173
tərəfindən həyata keçirilmişdir.Bu formada son dəyişiklik isə 1978-ci ildə
olmuşdur.
Hesablaşma forması həllədici tərəflərin maraqlarıyla seçilir.Bu
maraqlar çox vaxt uyğun gəlmir.İxracçı istiyir ki,əmtəə və xidmətlərin
dəyəri daha qısa müddətə ödənilsin,idxalçı isə bu müddəti uzatmağa
çalışır.Hər iki tərəfin tələblərinin maksimum nəzərə alınması üçün
hesablaşma formasının seçilməsi zamanı onlar arasında kompromisin
olmalıdır.
Beynəlxalq hesablaşmanın iki forması daha geniş yayılmışdır.Bunlar
İnkasso və Akkreditivdir.
İnkasso əməliyatının mahiyyəti,bank əmtəə ixrac edən müştərisinin
tapşırığı əsasında,mal yükləyib yola saldıqdan sonra,idxalçıdan ödənişləri
almaqdır.Bu zaman əldə olunan vəsait müştərinin hesabına oturdulur.
İdxalçıdan ödənişlər aşağıdakı formada alına bilər.
Ancaq maliyyə sənədləri.Buna sadə inkasso deyirlər.
Kmommersiya sənədləri ilə birlikdə göndərilən maliyyə sənədləri və
yaxud da ancaq kommersiya sənədləri.Bu dokumentar inkasso
adlanır.
Hesablaşmanın aparılması ardıcıllığı aşağıdakı kimidir.
1.
İdxalçı və ixracçı arasında vasitəçi bankların göstərişiylə müqavilə
bağlanması.
2.
Müqavilə şərtlərinə uyğun ixracçı tərəfindən malın yüklənilməsi.
3.
Daşımaçıdan malın nəqliyyat sənədlərinin ixracçı tərəfindən
alınması.
4.
İxracçı tərəfindən sənədlərin hamısının hazırlanması və inkasso
etmək tapşırığını remitet banka teqdim etmə.
5.
Remitent bank tərəfindən sənədlər nəzərdən keçirildikdən sonra
onları inkasso tapşırığı ilə birlikdə idxalçının ölkəsindəki müxbir
banka göndərir.
6.
İnkasso edən bank tərəfindən sənədləri və inkasso tapşırığını tanış
olmaq üçün idxalçıya təqdim olunması və ödənişin alınması.
7.
İnkasso edən bank tərəfindən ödənişin alınması vəona sənədlərin
verilməsi.
8.
İnkasso edən bank tərəfindən alınmış məbləğin remitent-banka
köçürülməsi
9.
Bank-remitent tərəfindən alınmış gəlir ixracçının hesabına keçirilir.
174
İnkasso əməliyyatı idxalçı üçün daha əlverişli hesab olunur.Bu
əməliyyatda ödəniş mala mülkiyyət hüquqi verən sənədlərlə qarşılanır.Bu
möddət ərzində vəsaitlər idxalçının hesabında qalır.İnkasso əməliyyatında
malın yola salınmaması riski azdır.
Bu əməliyyatda mal yola salındıqdan sonra ödəniş həyata
keçirilir.Sənədlərin bir bankdan digər banka hərəkəti bir neçə gündən
aylara qədər çəkə bilər.Bu da ixracçı üçün malın nisyə satılması deməkdir.
Akkreditiv
–
ixracçı
üçün
daha
əlverişli
hesablaşma
formasıdır.Akkreditiv hesablaşma,Müştərinin istəyi əsasında müvafiq
şərtləri yerinəyetirdikdə üçüncü şəxsin hesabına sənədlərin ödənişini etmək
üçün bank tapşırığıdır.Akkreditiv bankın razılığı ilə sənədlərin uçotunu
həyata keçirir,qısa müddətli krediti təmin edə bilir.
Akkeriditiv hesablaşma aşağıdakı formada həyata keçirilir.
Çox vaxt idxalçı və ixracçı banklarını özləri seçirlər.Sonra müvafiq əmtəə
və xidmətlətin alqı satqısı üzrə müqavilə bağlayırlar və onlar bildirirlər ki
hesablaşma akkreditiv formada olsun.İdxalçı öz bankına müraciət edir
ki,ixracçı üçün akkreditiv açılması haqqında ərizə ilə müraciət edir.Bu
zaman emitent bank hemin akkreditiv məktubu ixracçının ölkəsində
müxbir münasibətlərinin olduğu banklardan birinə göndərir.Onlar həmin
banka bu akkreditivi verməyi tapşırır.İxracçı akreditivi aldıqdan sonra
malı yükləyə bilir.Malı yüklədikdən sonra isə ixracçı şərtlərə uyğun olaraq
sənədləri göstərilən banka təqdim edir.Həmin bank sənədləri emitent
banka yola salır.Bank emitent sənədlərin düzgünlüyünü yoxladıqdan sonra
malın dəyərinin ödənilməsini təmin edir.Pul köçürüldükdən sonra isə
sənədləri idxalçıyatəqdim edirlər.Vasitəçi bank ödənişləri qəbul etdikdən
sonra vəsaitləri ixracçının heabına keçirir.
Beynəlxalq mühasibat uçotu əsasında iqtisadi təhlilin
metodunun başlıca xarakterik xüsusiyyəti təhlilin predmetinin,
onun obyektlərinin öyrənilməsi üsullarının məcmu ilə xarakterizə
olunur.
Beynəlxalq mühasibat uçotu və auditin bütün elmlərdə olduğu
kimi iqtisadi təhlil elminin də əsas metodu dialektik materialist
metoddur. Beynəlxalq mühasibat uçotu və auditin dialektikaya
əsaslanan iqtisadi təhlilin başlıca prinsipi proses və hadisələrin,
təhlil və sintezin, deduksiya və induksiyanın vəhdətliyi şəraitində
öyrənilməsini təbb edir. Təhlil zamanı bütün proses, hadisə,
göstərici, əməliyyat və s. üzrə tədqiqat nəticələrini ümumilədirmək
Dostları ilə paylaş: |