177
fəaliyyətinə kompleks qiymətin
verilməsini;
- sosial-iqtisadi inkişaf planlarının və idarəetmə qərarlarının
əsaslılığının müəyyən edilməsini və s.
Uçot, hesabat və digər informasiya mənbələrində verilən
faktiki göstəriciləri plan göstəriciləri ilə, keçmiş illərin müvafıq və
normativ göstəriciləri ilə müqayisə etməklə kənarlaşmaların və bu
kənarlaşmalara təsir edən amillərin təsir dərəcəsinin öyrəniliməsi
iqtisadi təhlilin metodunun xarakterik xüsusiyyətlərindən biridir.
Biznes-plandan, norma və normativlərdən, keçmiş ilin
faktiki göstəricilərindən kənarlaşmalara təsir göstərən obyektiv və
subyektiv səbəblərin öyrənilməsi, müəssisənin əsas iqtisadi
göstəricilərinə müsbət və ya mənfl təsir edən amillərin təsnifatnın
müəyyən edilməsi də iqtisadi təhlilİn metodununun xarakterik
xüsusiyyətlərindəndir.
Beynəlxalq mühasibat uçotu əsasında təsərrüfat fəaliyyətinin
təhlili metodunun üçüncü xarakterik xüsusiyyəti subyektlərdə
biznes-planın yerinə yetirilməsi prosesində əldə edilən iqtisadi
göstəricilərin zaman və məkan etibarı ilə öyrənilməsidir (ay, rüb,
il,
beşillik, müddət və sex, bölmə, briqada və s.)
Beynəlxalq mühasibat uçotu əsasında təsərrüfat fəaliyyətinin
təhlili metodunun dördüncü və daha çox nəzəri cəlb edən
xarakterik xüsusiyyəti müəssisə və birliklərin iqtisadiyyatı, təşkili,
işçi qüvvəsi ilə təmin olunması, texnika ilə silahlanması,istehsalın
texnoloji xüsusiyyətinin və sairənin müəsisənin istehsal-təsərrüfat
fəaliyyətinə təsirini kompleks şəkildə öyrənməkdən və gələcəkdə
istehsalın səmərəliliyinin yüksəldilməsinə yönəldilən tədbirlər
proqramı hazırlamaqdan ibarətdir.
Beynəlxalq uçot əsasında təsərrüfat fəaliyyətinin təhlilinin
ardıcılhğı və aramsız aparılması onun metodunun əsas
xüsusiyyətlərmdən biridir. Buna görə də müəssisə və birliklərin
təsərrüfat fəaliyyətinin iqtisadi təhlili bir qayda olaraq aşağıdakı
ardıcıllıqla aparıhr;
1. Müəssisənin istehsal-təsarrüfat-maliyyə fəaliyyəti ilə
tanışlıq;
2. Məhsul istehsalı vəsatının təhlili;
3. Müəssisənin əmək ehtiyatları, əmək vəsaiti və əmək
əşyaları ilə təmin olunması və onlardan istifadənin təhlili;