163
yarandıqda və milli valyuta sabitliyini itirdikdə kreditlər vermək, həmçinin
dövlətlərin öz öhdəliklərinin yerinə yetirməsinə nəzarət etməkdir.
Bretton-Vudss sistemi ABŞ ”ın iqtisadi gücünü əks etdirirdi və nə
qədər ki, bu ölkədə iqtisadi inkişaf sürətli idi və onun mövqeyi möhkəm idi
bu sistem normal fəaliyyət göstərirdi. 1960-cı illərdən etibarən ABŞ-ın
mövqeyi zəiflədikcə bu sistemin böhranı gücləndi. Bir sıra iqtisadçılar üzən
valyuta məzənnəsi rejiminə keçilməsinin zəruri olduğunu təklif edirdilər.
Böhrandan çıxış yolu kimi Bretton-Vudss sisteminin dəyişdirilməsi idi. Bu
haqda razılaşma 1976-cı ildaə Yamaykada əldə olundu ki, bu da 4-cü
dünya valyuta sisteminin yaranması idi, bu sistem 1978-ci ildən qüvvəyə
mindi.
Qızıldeviz standartının əvəzinə borcalmanın xüsusi qaydası standartı
tətbiq olunmağa başlanıldı. Bu qaydaya görə BVF üzv dövlətlər həmin
fonda üzvlük haqqı ödəyirdilər ki, həmin vəsaitdən üzv dövlətlərin tədiyyə
balansında kəsr olduqda ehtiyat valyuta kimi istifadə edilirdi. Ehtiyat
valyuta fondu hal hazırda BVF xüsusi hesabında faizlə 39 ABŞ dolları, 18
yapon iyeni, 21 alman markası, 11 ingilis funt sterlinqi və 11 fransız
markası təşkil edir. Bununla da qızılın dünya pulu funksiyasını yerinə
yetirməsinə son qoyuldu və hər bir dövlət özünün milli valyuta məzənnəsini
müəyyənləşdirərkən valyuta rejimini seçməkdə sərbəstlik əldə etdi.
Yamayka valyuta sistemi hər bir ölkənin milli valyutasının alıcılıq
qabiliyyətinə əsasən onun dəyərinin müəyyənləşdirilməsini nəzərdə
tuturdu. Bu əvvəlki sistemlərlə müqayisədə bir sistemsizlik kimi görünsədə
ölkələr arası valyuta münasibətlərində olan gərginliyi demək olar ki,
aradan qaldırdı və fəaliyyətdə olduğu müddət ərzində beynəlxalq valyuta
sistemində nəzərə çarpacaq bir böhran yaşanmamışdır.
1970-ci illərin sonunda Avropada regional valyuta sistemi hüquqi
cəhətdən formalaşdırıldı ki, bu da həmin regionda inteqrasiya meyllərinin
gücləndiyni əks etdirirdi. Pul vahidi olaraq eky qəbul edildi, onun da şərti
dəyəri, Aİ(avropa ittifaqına) ölkələrinin valyuta səbətinə nəzərən
hesablanırdı.Beynəkxalq valyuta sistemi Aİ-nda inteqrasiyanın daha da
dərinləşməsi nəticəsində evronun meydana gəlməsi ilə yeni inkişaf
mərhələsinə qədəm qoydu. Artıq dünya da dünya pulu funksiyasını yerinə
yetirən ABŞ doları ilə rəqabət aparan və bu funksiyanı yerinə yetirən
valyuta kimi evro öz mövqeyini günü-gündən möhkəmlədir və yapon iyenini
arxada qoydu.
164
Sənayeləşmiş ölkələr pullarının Amerik dollarının qarşısındı
sərbəst üzməsinə icazə verdikdən sonra Bretton-Vuds sistemi
dağıldı.Belə vəziyyətdə sərbəst dalğalanmaya keçmək, əsas
sənayeləşmiş ölkələrin, demək olar ki, tək alternativi idi. Amma
bununlf yanaşı Üzən kurs sisteminin qısa müddətli olması
düşünülürdü. Gələcəkdə keçmişdəki kimi əhatəli yeni bir
beynəlxalq valyuta sisteminin qurulacağına inam vardı. Lakin
tarix ölkələrin bu praktikadan çox şikayət etmədiklərini göstərdi.
Bəlkə məhz buna görə də yeni sistemin qurulması əhəmiyyətli
ölçüdə aktuallığını itirdi.
Valyuta risklərini əsasənə 1992-ci ildə tədavülə buraxılmış
manat təşkil edir. Valyuta münasibətləri sahəsində əsas
qanunverici akt «Valyuta tənzimi haqqında» Azərbaycan
Respublikasının Qanunu hesab olunur. Bu qanun ölkədə
valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərinin,
valyuta
tənzimi
və
valyuta
nəzarəti
orqanlarının
səlahiyyətlərini, funksiyalarını, hüquqi və fiziki şəxslərin
valyuta sərvətlərinə sahib olmaq və bunlardan istifadə etmək,
onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını,
vəzifələrini və valyuta qanunvericiliyinin pozulmasına görə
məsuliyyəti müəyyən edir.Hal-hazırda Azərbaycanda valyuta
bircalarında tələb və təklifdən asılı olan «üzən» valyuta
məzənnəsi fəaliyyət göstərir. Dolların manata olan rəsmi
məzənnəsini Milli Bank, Bakı Banklararası Valyuta bircasının
(BBVB) nəticələri əsasında müəyyənləşdirilir.Azərbaycanda
valyuta əməliyyatlarını Mİlli Bankın müvafiq lisenziyasını alan
banklar və digər kredit idarələri apara bilər. Xarici
valyutaların alqı-satqısı səlahiyyətli kommersiya bankları
tərəfiindən həyata keçirilir. Xarici valyutaların alqı-satqısı üzrə
sövdələşmələri birbaşa olaraq səlahiyətli banklar öz aralarında,
həmçinin Azərbaycan Milli Bankının müəyyənləşdirdiyi
qaydalar və şərtlər çərçivəsində fəaliyyət göstərən valyuta
bircaları ilə həyata keçirə bilərlər. Xarici valyutaların alqı-
satqısına səlahiyyəti olmayan banklar müdaxilə edə
bilməz.Azərbaycanda valyuta tənzimini Milli Bank həyata
keçirir. O rezidentlərə məxsus olan xarici valyutaların və xarici
165
valyutada
olunan
qiymətli
kağızların
dəyişdirilməsi,
göndərilməsi
qaydasını
müəyyənləşdirir,
valyuta
lisenziyalarının verilməsi və valyuta bircalarında valyuta
əməliyyatlarına
müdaxilə
edə
bilir.Azərbaycan
Respublikasında valyuta nəzarətini valyuta nəzarəti orqanları
və onların agentləri həyata keçirir. Valyuta nəzarəti orqanları
Azərbaycan Respublikasının Milli Bankı və Dövlət Gömrük
Komitəsidir.
Valyuta
nəzarəti
agentləri
Azərbaycan
Respublikasının Milli Bankı qarşısında hesabat verən
müvəkkil banklardır.Valyuta nəzarəti orqanları və onun
agentləri ölkədə həyata keçirilən valyuta əməliyyatlarının
mövcud qnunvericiliyə, lisenziya və icazələrin şərtlərinə nə
dərəcədə uyğun gəlməsini və bu əməliyyatlar üzrə uçotun,
hesabatın və sənədləşmələrin forma və qaydalarını müəyyən
edir.
Valuta riskləei Beynəlxalq Valyuta Sistemi, ölkələr
arasında mövcud olan valyuta kurslarını və tədiyə
münasibətlərini tənzimləyən qayda və müqavilələrdən meydana
gəlir. Beynəlxalq kommersiya və maliyyə münasibətlərinin
nizamlı bir şəkildə işləməsi üçün səmərəli bir beynəlxalq
valyuta sisteminin varlığı labüddür.Beynəlxalq valyuta
münasibətlərinin inkişafı səbəblərinə aşağıdakıları aid etmək
olar:- məhsuldar qüvvələrin inkişafı; - dünya bazarının
yaranması;- beynəlxalq əmək bölgüsünün dərinləşməsi;-
təsərrüfat əlaqələrinin beynəlmiləlləşməsi.
Valyutarisklərinin idarə olunması münasibətləri və təkrar istehsal
arasında qarşılıqlı əlaqə vardır. Göründüyü kimi, ictimai təkrar
istehsal prosesi valyuta münasibətlərini formalaşdırırsa,
beynəlxalq valyuta münasibətləri öz növbəsində ayrı-ayrı
ölkələrdə istehsalın səmərəliliyinə təsir edir.
Valyuta risklərinin idarə olunması sistemi iqtisadi nöqteyi-
nəzərdən təsərrüfat əlaqələrinin beynəlmiləlləşməsi əsasında
münasibətlərin məcmusudur.
Valyuta riskləri sistemi milli, regional və dünya sistemləri kimi
fərqləndirilir.
Bu sistem ölkədə təkrar istehsal prosesi üçün zəruri olan
valyuta resurslarının yaradılması və istifadəsinə, beynəlxalq
Dostları ilə paylaş: |