161
əlaqədar iqtisadi münasibətlər toplusu kimi müəyyənləşdirmək olar. İstər
milli, istərsə də dünya valyuta sistemi bir-birindən asılı və qarşılıqlı təsirdə
olan bir sıra elementlərdən ibarətdir. Bunun əsasında: milli valyuta
sistemində-milli valyuta, dünya valyuta sistemində isə beynəlxalq
hesablaşmalarda ödəniş vasitəsi və ehtiyat valyuta funksiyasını yerinə
yetirən ehtiyat valyutalar və həmçinin beynəlxalq hesab valyuta vahidləri
təşkil edir. Hər hansı sistemi xarakterizə edərkən valyutanın dönərliliyi
səviyyəsi, yəni xarici valyutaya dəyişməyin sərbəstlilik dərəcəsi mühüm
əhəmiyyət kəsb edir. Buna görə də valyuta dönərliliyinin müxtəlif
səviyyələrini xarakterizə edən sərbəst dönər valyuta, natamam dönər
valyuta və qapalı-valyuta meyarlarından istifadə edilir.
Dönərlilik səviyyəsi valyutanın xarici valyutaya dəyişdirilməsində
tətbiq olunan və yaxud da tətbiq olunmayan məhdudiyyətlər, onu
tənzimləyən reqlamentləşdirici tədbirlər sisteminin mövcudluğundan,
valyuta əməliyyatlarının növləri və sübyektlərinə tətbiq olunan hüquqi və
kəmiyyət məhdudiyyətlərinin mövcudluğu ilə müəyyən olunur.
Hazırki dövrdə ancaq bir sıra sənayecə inkişaf etmiş ölkələrin
valyutaları tam sərbəst dönərliliyə malikdir, qalan ölkələrin əksəriyyətində
valyuta əməliyatlarına bu və ya digər məhdudlaşdırıcı tədbirlər mövcuddur.
Valyuta sisteminin fəaliyyət göstərməsində mühüm əhəmiyyət kəsb edən
məsələlərdən biri də valyuta məzənnəsi rejimidir. İki əks valyuta məzənnəsi
rejimi mövcuddur ki, onların da əsasında müxtəlif variantlarda valyuta
məzənnəsi rejimi formalaşdırmaq mümkün olur: qeyd olunmuş valyuta
məzənnəsi rejimi və üzən valyuta məzənnəsi rejimi. Qeyd olunmuş valyuta
məzənnəsi rejimində ölkənin milli valyutasının məzənnəsi qanunvericilik
yolu ilə müəyyənləşdirilir və əsasən çox cüzi kənarlaşmalara (müəyyən
dəhliz daxilində) yol verilir. Sərbəst üzən valyuta məzənnəsi rejimində isə
valyuta məzənnəsi bazardakı milli valyutaya olan tələb və təklif əsasında
müəyyənləşir və özündə iqtisadiyyatda baş verən bütün dəyişiklikləri əks
etdirir. Qeyd edildiyi kimi bu rejimlərin müxtəlif kombinasiyasında valyuta
məzənnəsinin yeni rejimləri əldə olunur. Valyuta sistemi özündə həmçinin
valyuta bazarlarının rejimlərini və qızıl bazarlarını birləşdirir.
İlk qərarlaşan dünya valyuta sistemi 1867-ci ildən XXəsrin 20-ci
illərinə kimi fəaliyyət göstərən Paris sistemi olmuşdur. Onun xarakterik
cəhəti qızıl standartın və tələb təklifdən asılı olaraq sərbəst üzən valyuta
məzənnəsi rejiminin qəbul edilməsi idi. Qızıl standart sisteminə görə
valyuta münasibətlərinin təşkilində qızıldan pul əmtəəsi kimi istifadə
162
olunur. Ona görə də hər bir milli pul vahidi müəyyən qızıl tərkibinə malik
idi ki, onun da əsasında digər valyutalarla valyuta məzənnəsi
müəyyənləşirdi. Valyutanın sərbəst qızıla dəyişdirilməsi təmin edilir di ki,
qızıl dünya pulu kimi çıxış edirdi.
XX əsrin əvvəlində dünyada baş verən proseslər və Birinci dünya
müharibəsi, bir sıra ölkələrdə inqilabi şəraitin yaranması Paris valyuta
sisteminin dağılmasına gətirib çıxardı. Onun əvəzində 1922-ci ildə Genuya
valyuta sistemi gəldi ki, onun xarakterik cəhəti qızıldeviz standartına
əsaslanması idi. Yəni qızılla yanaşı digər ölkələrin valyutalarının ” qızıl
devizi kimi qəbul edilməsini qanuniləşdirirdi.
Valyuta məzənnəsində qızıl nisbətlər saxlanıldı və üzən valyuta rejimi
məzənnəsi bərpa olundu.Bir sıra ölkələrdə məs, ABŞ, İngiltərə və Fransada
qızılkülçə standartından da istifadə edilirdi. Genuya valyuta sistemi uzun
müddət yaşamadı. Artıq 1930-cu illərin birinci yarsında dünya iqtisadi
böhranı nəticəsində dünya valyuta sistemi gərgin sarsıntılar yaşadı və
qızıldeviz standartı dağıldı. İkinci dünya müharibəsinin başlanğıcında
ancaq ABŞ-da pul banknotları qızıla dəyişdirilirdi.
İkinci dünya müharibəsi dünyada iqtisadi güc mərkəzlərində böyük
dəyişikliyə səbəb oldu, İngiltərə, Fransa kəskin zəiflədi, Yaponiya və
Almaniya darmadağın oldu, ABŞ isə dünyanın ən güclü dövlətinə çevrildi.
Belə bir şəraitdə dünya valyuta sistemin təkmilləşdirilməsi, onun islahatını
aparılması ABŞ-n güclü təsiri altında baş verdi. Dünya valyuta sisteminin
əsasını ABŞ-ın Bretton-Vudss şəhərindəki beynəlxalq konfransın (1944)
qərarları təşkil etdiyindən, bu sistem Bretton-Vudss sistemi adlandırıldı ki,
onun da əsas prinsipləri aşağıdakılardan ibarət idi. Məhdud şəkildə olsa da
qızıldeviz standartından istifadə etmək saxlanıldı, qızıldan valyuta
məzənnəsini müəyyənləşdirməkdə istifadə edilirdi, ABŞ dollarının qızıla
dəyişdirilməsi Mərkəzi Bank tərəfindən olsada davam etdirildi, qızıl
beynəlxalq hesablaşmalar və ödəniş vasitəsi olaraq qalırdı, AÇŞ
dollarından başqa ingilis funt sterlinqi də ehtiyat valyuta rolu oynayırdı.
Həqiqətdə isə ancaq dollar standartı fəaliyyət göstərirdi, çünki ancaq dollar
qızıla dəyişdirilirdi. Bretton-Vudss sisteminin mühüm xüsusiyyəti qeyd
olunmuş valyuta məzənnəsi sisteminə keçilməsi idi ki, burada müəyən
olunmuş hədlərdən azacıq kənarlaşmağa icazə verilirdi. Həmçinin iki
mühüm valyuta-maliyə və kredit təşkilatı-Beynəlxalq Valyuta fondu (BVF)
və Beynəlxalq yenidənqurma və inkişaf bankı (BYİB) yaradıldı. Bunların
başlıca vəzifəsi iştirakçı dövlətlərə tədiyyə balansında ciddi kəsr
Dostları ilə paylaş: |