204
fəaliyyət spesifikasından və menecerlərin tələblərindən çox
asılıdır. Ona görə də idarəetmə uçotu hər bir şirkət üçün unikal
xüsusiyyətlərə malikdir. Bütün bu xüsusiyyətləri nəzərə alaraq
şirkətdə idarəetmə uçotunun və onun müxtəlif metodlarının
tətbiqi həyata keçirilə bilər. İdarəetmə uçotu şirkətdə qərarların
düzgün və vaxtında qəbul olunması üçün, xərclərə daha yaxşı
nəzarət etmək üçün, şirkətin əmlakının düzgün idarəedilməsi və s.
üçün çox lazımdır.
Fəsil-6:Beynəlxalq biznesdə əmək bölgüsü
6.1. Beynəlxalq əmək bölgüsünün iqtisadiyyatda rolu və yeri
205
Müasir iqtisadiyyat bir-biri ilə geniş ticarət şəbəkəsi ilə
bağlı olan insan və firmaların ixtisaslaşdırılmasından asılıdır.
Qərb ölkələrinin təsərrüfatı sürətli iqtisadi artım keçirdi, belə ki,
ixtisaslaşmanın artması işçilərə müəyyən fəaliyyət sahələrində
məhsuldarlığın artırılmasına və öz məhsullarını onlara lazım olan
məhsullara dəyişdirilməsinə kömək etdi.
İqtisadiyyatın qanunauyğunluqlarından bir belədir: Hamını
hər işi babat görməyə məcbur etməkdənsə, əmək bölgüsünü təşkil
etmək lazımdır. Əmək bölgüsü hündürboy adamlara basketbolçu
olmağa, hesabı yaxşı bilənlərə iqtisadiyyat müəllimi və
mühasibatçı, inandırmağı bacaran adamlara satıcı işləməyə
imkan verir. «Beynəlxalq əmək bölgüsü» termini bir tərəfdən
ənənəvi olaraq millətlər arasında istehsalat vəzifələrinin kor təbii
bölgüsü, əmtəələrin müəyyən növlərinin müəyyən ölkələrdə
ixtisaslaşdırılması deməkdir. Digər tərəfdən istehsalat vəzifələri
planlı şəkildə içəridə və firmalar arasında bölüşdürülür. Sahələr
daxilində ixtisaslaşma geniş vüsət alır. Müxtəlif ölkələrin firmaları
arasında kooperasiyanın intensiv inkişaf etməsi”yaranma
təşəbbüsçüsü çox vaxt transmilli korporasiyalar (TMK) olan iri
beynəlxalq
istehsal-investisiya
komplekslərinin
meydana
çıxmasına səbəb oldu. Bu əsas üzərində milli iqtisadiyyatçıların
açıqlıq dərəcəsi artır. Açıq iqtisadiyyat ölkənin dünya təsərrüfat
əlaqələrinə daha artıq qoşulması əsasında formalaşır. İnkişaf
etmiş ölkələrdə açıq iqtisadiyyatın inkişafının formalaşmasında
ölkələrin ixrac istehsalının stimullaşdırıldması, xarici kapitalın,
texnologiyaların, ixtisaslı kadrların idxalı üzrə hüquqi bazanın
yaradılması sahəsində əcnəbi firmalarla kooperasiyaya yönəlmiş
xarici iqtisadi strategiyası mühüm rol oynayır.
Beynəlxalq istehsal əməkdaşlığının bir neçə mərhələsini
göstərmə olar.
Birinci mərhələ, başlıca olaraq, ölkələrin ümumi əməyin
beynəlxalq bölgüsü əsasında ixtisaslaşması ilə bağlıdır, yəni bu
zaman bir istehsal sahəsinin (tutalım, sənayenin) məhsulunun
digər sahənin (məsələn, kənd təsərrüfatının) məhsulu ilə
dəyişdirilməsi inkişaf edir.
206
İkinci mərhələ əməyin qismən bölgüsü bazasında sahələrarası
ixtisaslaşmanın intensiv inkişafı ilə xarakterizə olunur, bu isə ilk
növbədə
maddi
istehsalın
sahə
strukturunun
mürəkkəbləşdirilməsi, yəni sənaye sahələrinin fərqləndirilməsi ilə
bağlıdır. Bu öz təzahürünü «beynəlxalq ixtisaslaşdırılmış
sahələrin» və istehsalın yaranmasında, ölkənin bundan aldığı
məhsulun beynəlxalq bazara çıxarmasında göstərir. Üçüncü
mərhələ onunla xarakterizə olunur ki, burada əməyin ümumi və
özəl bölgüsünə əsaslanan beynəlxalq sahə ixtisaslaşmasının
inkişafı ilə yanaşı, əməyin özəl və fərdi bölgüsünə əsaslanan
beynəlxalq
sahələrdaxili
ixtisaslaşması
prosesinin
dərinləşdirilməsi başlayır.
İstehsal əməkdaşlığı üçün baza anlayışları olan «beynəlxalq
ixtisaslaşma» və «istehsalın kooperasiyası» bir-biri ilə qırılmaz
surətdə bağlıdır.
Beynəlxalq istehsal kooperasiyası ” bu müxtəlif ölkələrin
eyni və ya müxtəlif sahələrdə hüquqi şəxs olan, lakin bir-biri ilə
istehsal prosesləri ilə bağlı olan subyektlərin gündəlik əmək
əlaqələrinin bilavasitə birliyidir. Beləliklə, beynəlxalq istehsal
kooperasiyası onun üzvlərini konkret istehsal məqsədlərinin
vəhdəti ilə bağlayır. Beynəlxalq istehsal əməkdaşlığının aşağıdakı
formalarını fərqlənqdirmək olar: ixtisaslaşma və kooperasiya
əsasında istehsal və satışın birgə əlaqələndirilməsi; müəssisələrə
birgə sahibkarlıq (birgə müəssisə); podrat tikinti; elmi-tkexniki
əməkdaşlıq.Beynəlxalq iztisaslaşma əsasında birgə istehsal, bir
qayda olaraq, müxtəlif ölkələrin firmaları arasında beynəlxalq
inteqrasiya proseslərinin kifayət qədər yüksək inkişaf həddində
olduğunu əks etdirir.
İstehsal
əməkdaşlığının
xarakterik
əlamətləri
bunlardır:
partnyorlar arasında iqtisadi münasibətlərin uzunmüddətliyi,
sabitliyi və müntəzəmliyi;
-istehsal kooperasiyasının bilavasitə subyektləri qismində
müxtəlif
ölkələrin
sənaye
müəssisələrinin
(firmalarının)
mövcudluğu;
-kooperasiyanın baş obyektləri kimi hazır məmulatların,
komponentlərin, digər ayrı-ayrı məhsulların və müvafiq
texnologiyaların müqavilə qaydasında təsbit edilməsi;
Dostları ilə paylaş: |