207
- razılaşdırılmış proqramlar çərçivəsində tapşırıqların bölünməsi,
partnyorlar arasında müqavilə məqsədlərindən irəli gələn istehsal
ixtisaslaşmasının təsbit edilməsi;
-beynəlxalq partnyorlar arasında qarşılıqlı və ya birtərəfli məhsul
tədarükü və əməkdaşlıq çərçivəsində istehsal proqramlarını uyğun
satışının əlaqələndirilməsi.
İstehsal
əməkdaşlığının
nəticəsi
”
beynəlxalq
iqtisadi
inteqrasiyadır, bu isə öz növbəsində ölkələrin milli təsərrüfatları
arasında dərin sabit əlaqələr və əmək bölgüsü əsasında siyasi-
iqtisadi birlik prosesi, müxtəlif səviyyələrdə və formalarda istehsal
strukturlarının əməkdaşlığıdır. Mikrosəviyyədə bu proses
yaxınlıqda yerləşən ölkələrin ayrı-ayrı təsərrüfat subyektlərinin
(müəssisələrinin, firmalarının) öz aralarında iqtisadi müqavilələr
sisteminin formalaşdırılması, xaricdə filiallarının yaradılması
yolu ilə kapitallarının əlaqələndirilməsi vasitəsilə həyata keçirilir.
Dövlətlərarası səviyyədə isə inteqrasiya dövlətlərin iqtisadi
birliklərinin formalaşdırılması və milli siyasətin razılaşdırılması
əsasında baş verir.
Firmalararası əlaqələrin sürətlə inkişaf etməsi ” iqtisadi,
elmi-texniki, maliyyə-valyuta, sosial, xarici və müdafiə siyasəti
çərçivəsində əmtəənin, xidmətlərin, kapital və işçi qüvvəsinin
ölkələrarası sərbəst dövriyyəsinin təmin olunmasına yönəlmiş
dövlətlərarası tənzimlənmənin vacibliyini irəli çəkir. İqtisadi
birliyin ən sadə forması ” azad ticarət zonasının yaradılmasıdır:
onun çərçivəsində iştirakçı ” dövlətlər arasında ticarət
məhdudiyyətləri, ilk növbədə isə gömrük rüsumları, ləğv edilir.
Digər birlik forması - gömrük ittifaqıdır. Bu növ ittifaqın
yaradılması, azad ticarət zonasının fəaliyyəti ilə yanaşı, vahid
xarici ticarət tariflərinin müəyyən edilməsini və üçüncü dövlətlərə
münasibətdə vahid xarici siyasətin yeridilməsini nəzərdə tutur.
Hər iki halda dövlətlərarası münasibətlər yalnız mübadilə
sahəsinə
toxunur
və
qarşılıqlı
ticarətin
və
maliyyə
hesablamalarının inkişafında iştirakçı-dövlətlər üçün eyni
imkanların təmin olunmasına xidmət edir.
İqtisadi birliyin nisbətən mürəkkəb forması ümumi bazardır.
Ümumi bazar onun iştirakçılarına azad qarşılıqlı ticarət və vahid
xarici tariflər şəraiti yaratmaqla, həm də kapitalın və işçi
208
qüvvəsinin azad hərəkətini və iqtisadi siyasətin razılaşdırılmasını
təmin edir.
Lakin dövlətlərarası iqtisadi birləşmənin ən mürəkkəb forması
iqtisadi (vəmaliyyə) ittifaqıdır. Bu növ birlik yuxarıda göstərilən
bütün formaları özündə birləşdirir və ümumi iqtisadi və valyuta-
maliyyə siyasətinin yeridilməsini tələb edir. İqtisadi birlik
qarşılıqlı əlaqələri həyata keçirən ölkələrə bir sıra əlavə imkanlar
yaradır.
Birincisi, birgə əməkdaşlıq ” təsərrüfat işləri aparan subyektlərə
(əmtəə mal istehsaçılarına) müxtəlif növ resurslara, o cümlədən
maliyyə, material, əmək, region miqyasında yeni texnologiya
resurslarına geniş yol tapmağa, eləcə də bütöv birlik qrupunun
yığcam bazarına yönəlmiş məhsul istehsalına imkan yaradır.
İkincisi, region çərçivəsində ölkələrin iqtisadi yaxınlaşması
iqtisadi birlik iştirakçısı olan ölkələrin firmalarına bir sıra
imtiyazlar verir, müəyyən dərəcədə onları üçüncü ölkələrin
firmalarının rəqabətindən qoruyur. Üçüncüsü, birgə əməkdaşlıq
onun iştirakçılarına geridə qalmış ayrı-ayrı rayonların inkişaf
şəraitinin
tarazlaşdırılması,
əmək
bazarında
vəziyyətin
yumşaldılması,
əhalinin
aztəminatlı
təbəqəsinə
sosial
zəmanətlərin verilməsi, səhiyyə,əməyin mühafizəsi və sosial
təminat sisteminin daha da inkişaf etdirilməsi kimi nisbətən
kəskinsosial problemlərin birlikdə həll olunmasına imkan
yaradır. İqtisadi birləşmə öz kökündə bir sıra obyektiv faktorlara
söykənir ki, onlardan ən vacib yerləri aşağıdakılar tutur:
1. Təsərrüfat həyatının artan beynəlmilləşməsi;
2. Əməyin beynəlxalq bölgüsünün dərinləşməsi;
3. Elmi-texniki inqilabın mahiyyətcə ümumdünya xarakteri
daşıması;
4. Milli iqtisadiyyatların açıqlıq \dərəcəsinin artması.
Bütün bu amillər bir-birindən asılıdırlar.Beləliklə, əməyin
beynəlxalq bölgüsü və sənayenin yenidən təşkili əmək bazarı üçün
əhəmiyyətli nəticələr verir.
İlkin, ikinci və üçüncü sektorlarda seqmentləşmənin
mövcüdluğu eyni səciyyəli xüsusiyyətlərə malikdir və inkişaf edən
ölkələrin azad iqtisadi zonalarındakı iş yerlərinə aiddir. Lakin
azgəlirlə, kiçik və orta səviyyəli müəssisələrlə bağlı olan Şimalın
209
ikinci və üçüncü sektorlarından fərqli olaraq, cənub ölkələrində
işə götürən sahibkarlar qismində çox vaxt strateji planlarına ucuz
qadın əməyinin cəlb olunması daxil olan subkontrakt şəbəkəli
multimilli korporasiyalar çıxış edirlər.
Məşğulluğun daha bir növü olan və qadınları xüsusilə cəlb
edən evdə görülmüş işi ayrıca qeyd etmək gərəkdir. Bu əmək
minimum qiymətlərlə ödənilsə də, uşaqlara baxmaq və ev işlərini
görmək imkanı verir.
Qadınlar tərəfindən müftə icra edilən və qida hazırlığı,
paltar yumaq, uşaqlara, xəstə və qoca qohumlara qulluq, evdə
işlədilən əşyaların hazırlanması ilə bağlı olan bu ev işləri
özlüyündə gizli məşğulluğun bir növüdür.
2. Əməyin təklifi və əməyə tələbat:
Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən
asılıdır, o cümlədən:
1. İqtisadiyyatın strukturundan, firma və ya sənaye sahəsi
səviyyəsində əməyin təşkilindəki dəyişikliklərdən;
2. Yeni texnoloji kəşflərdən və işçi qüvvəsinin digər idarə
üsullarından;
3. Beynəlxalq rəqabət bacarığından;
4. Firmaların, sənaye sahələrinin strategiyasından, habelə gəlir
meyarlarından və bazar qiymətlərindən;
5. Əmək haqqı normasına nisbətdə əməyin səmərəliliyindən;
6. Sosial və əmək hüquqlarının təminat səviyyəsindən;
7. Əmək münasibətlərinin çevikliyindən (məsələn, subkontrakt və
ya vaxt əsasında işçiləri nə qədər asan işdən azad etmək və ya işə
cəlb etmək mümkündür);
8. Firma istehsalatı üçün lazım olan təhsil, peşə bilikləri və
bacarıqdan;
9. Həmkarlar ittifaqlarının aktivliyindən;
10.Hökumətin hərəkətlərindən;
11.Monetar siyasətdən.
Son əsrdə əmək və kapital arasında əmək haqqı tarifləri,
əmək şəraiti və ittifaqlar yaratmaq uğrunda həlledici döyüşlər
nəzərə çarpırdı; bugün bir çox ölkələrdə qadınlar özlərinin yaxşı
işi və əməyin kişilərə bərabər ödənilməsi hüquqları uğrunda
mübarizə aparırlar.
Dostları ilə paylaş: |