216
6.2 BEYNƏLXALQ ƏMƏK BÖLGÜSÜNDƏ ƏMƏK HAQQI VƏ
ONUN FORMALAŞMASI
Mə‘lumdur real əmək haqqının ümumi səviyyəsi dün ya
ölkələrində böyük intervalda dəyişir. Əmək haqqının səviyyəsi
iqtisadi cəhətdən daha çox inkişaf etmiş ölkələrdə zəif inkişaf
etmiş ölkələrə nisbətən kifayət qədər yüksəkdir. Bunun bir neçə
səbəbi var və onlar əsasən aşağıdakılardan ibarətdir. Daha
inkişaf etmiş ölkələrdə:
1. əmək məhsuldarlığı daha yüksək səviyyədədir;
2. dövlət və müəssisə idarəçilik sistemələri daha inkişaf etmişdir;
3. zəhmətkeşlərin haqqlarının qoruyan qanun və müvafiq
təşkilatlar daha inkişaf etmişdir;
4. ümumiyyətlə insan haqqlarına daha yüksək səviyyədə önəm
verilir.
İnkişaf etmiş ölkələrdə əmək məhsuldarlığının hər iş yerində
daha yüksək səviyyədə olması ümumiyyətlə əhalinin təhsil və
sağlamlığının daha yuksək səviyyədə olması, texnologiyaların
daha inkişaf etməsi, təbiyi ehtiyatlardan və enerji daşıyıcılarından
daha səmərəli istifadə edilməsi, əmək məhsuldarlığını təşviq edən
sistemlərin, işgüzar, sosial və siyasi iqlimin inkişafı, işçilərin
müəssisənin əldə etdiyi mənfəətə payçılığa cəlb edilməsi və digər
amillər ilə izah edilir.
Rəqabətli əmək bazarı istənilən başqa rəqabətli bazarlarda
olduğu kimi əmək bazarında da bir-biri ilə rəqabət aparan bir
qism müstəqil firmalar səciyyəvidir. Təbii ki, bu bazarda daha
böyük həcmdə rəqabət iş axtaranlar arasında olur. Lakin nə
firmalar, nə də fəhlələr əmək haqqının bazar miqdarına nəzarət
etmir. Eləcə də, istənilən başqa rəqabətli bazarda olduğu kimi
tarazlaşdırılmış əmək haqqını tələb və təklif xətlərinin kəsişmə
nöqtəsi təşkil edir.
Təcrübədə hər bir firma işə qəbul edilmiş fəhlələrin ümumi
sayı ilə müqayisədə əmək bazarında çox az fəhlə tutur, ona görə
217
də firmalardan heç biri əmək haqqının miqdarına bu bazarda
tə‘sir edə bilmir.
Müasir dövrdə bütün inkişaf etmiş ölkələrdə minimal əmək
haqqı dövlət tərəfindən müəyyənləşdirilir. O adətən yaşama
minimumu qədər və ya bundan bir az çox olur.
üasir dövrdə bütün inkişaf etmiş ölkələrdə minimal əmək haqqı
dövlət tərəfindən müəyyənləşdirilir. O adətən yaşama minimumu
qədər və ya bundan bir az çox olur.
Əmək haqqının fərqləndirilməsi anlayışına yeni dən
qayıdaraq müxtəlif sahələrdə, müxtəlif bazarlarda və müxtəlif
fəhlələr arasında fərqləndirməni nəzərdən keçirək. Bu suala
ümumi cavabı tələblə təklif arasındakı qarşılıqlı münasibət, daha
dəqiq desək, müxtəlif əmək bazarlarında onların müxtəlif ölçüləri
verir. Bu fərqlərin mövcudluğunun səbəblərini nəzərdən keçirək.
Yə‘qin ki, bütün adamların inkişaf etmək və təhsil almaq
iste‘dadları və imkanları eyni deyil. Qabiliyyətlərinə uyğun olaraq
iş axtaranlar bazarda öz aralarında rəqabət aparmayan qruplara
bölünürlər. Bölüşdürmə üsulu kifayət qədər sadədir, lakin qruplar
arasında dəqiq sərhəd yoxdur. Qruplardan hər birinə bu qrupun
tərkibini müəyyənləşdirən bir və ya bir neçə peşə daxildir.
Məsələn, çox az adamın yaxşı idmançı, rəssam və ya alim olmaq
qabiliyyəti var, lakin daha az adam öz təhsil haqqını ödəyə bilər.
Bu, bazarda təklifin azalmasına gətirib çıxarır, və bu halda əmək
haqqı artır.
İş axtaranlar ixtisassız və ya yarımixtisaslı olduqda tamamilə
başqa vəziyyət yaranır. Onlar bir-birini asanca əvəz edə bilərlər,
çünki hamı bu və başqa işi görə bilir, lakin onlar nisbətən
məhdud qrupa aid olan nə misal üçün elektron hesablayıcı
maşını üzrə mütəxəssisə, nə də elektriklərə rəqabət təşkil etmir.
Nəhayət, qeyd edək ki, rəqabət aparmayan qrup anlayışını
müxtəlif yarımqruplara və hətta bu qrupda olan ayrı-ayrı şəxslərə
tətbiq etmək olar. Üzvi kimya üzrə mütəxəssisə ” Nobel Mükafatı
Laureatına tədqiqat işinə görə başqa kimyaçıdan daha çox haqq
verə bilərlər. Və belə vəziyyət, demək olar ki, rəqabət aparmayan
bütün qruplarda ola bilər.
218
Belə bir sual meydana çıxır: rəqabət aparmayan bir qrup
daxilində peşələr arasında fərqlər mövcuddurmu? Görünür ki,
mövcuddur. İki müxtəlif peşənin icra etdiyi iş üçün işçidən tələb
olunan təxminən eyni qabiliyyət və biliklərə baxmayaraq, çox
vaxt elə hallar olur ki, işin yerinə yetirilməsi üçün tələb edilən
əmək və sə‘y müxtəlif olur. Məsələn, orta məktəb mə‘zununun
həm dəftərxana işini, həm də tikinti fəhləsinin ixtisassız işini
yerinə yetirmək imkanı var. Birinci işin şəraitinin ikincidən daha
yaxşı olduğuna görə mə‘zunu tikintiyə cəlb etmək üçün ona
dəftərxanadakından daha çox əmək haqqı vermək lazımdır.
Əməyin ödənilməsində olan bu fərqə bərabərləşdirən fərq
deyirlər, çünki o müxtəlif növ işlər arasında olan fərqi ödəmək
üçün nəzərdə tutulmuşdur.
Hər halda niyə eyni işi görən bir peşə fəhlələri müxtəlif əmək
haqqı alırlar? Bunun müxtəlif səbəbləri ola bilər. Misal üçün:
a. Cooğrafi məhdudiyyət. Əmək haqqının cooğrafi
fərqləndirilməsi fəhlələrin miqrasiya etmək arzularının və ya
imkanlarının olmaması ilə izah olunur. Burada çoxlu misal
göstərmək olar, bu, əsasən, təzə yerdə işə keçərkən meydana
çıxan çətinliklərdən irəli gəlir.
b. Sosioloji məhdudiyyət. Burada əmək haqları arasında olan
fərq ayrı-seçkiliklə əlaqədardır. Məsələn, qanunlara baxmayaraq,
qadınlar adətən kişilərdən az əmək haqqı alırlar. İrqi ayrı-
seçkiliyi də qeyd etmək olar.
Əməyin həvəsləndirilməsi sistemində əmək haqqı aparıcı rol
oynayır. O, zəhmətkeşlərin maddi rifahının yaxşılaşdırılmasının
əsas mənbəyidir, belə ki, onların gəlirlərinin əsas hissəsini (orta
hesabla dörddən üçünü) təşkil edir.
Bir qayda olaraq, əməyin ödənilməsi ikili vəzifə daşıyır: o, bir
tərəfdən
işçilərin
gəlirlərinin
və
həyat
səviyyəsinin
yüksəldilməsinin əsas mənbəyidir, digər tərəfdən istehsalın
səmərəliliyinin artması və inkişafının maddi həvəsləndirilməsinin
əsas vasitəsidir. Daha təfərrüatlı yanaşmada əmək haqqının
aşağıdakı vəzifələrini ayırd etmək olar:
1.
İşçi qüvvəsinin təkrar istehsalının tə‘min edilməsi,
başqa sözlərlə işçinin həyat şəraitinin saxlanması və
Dostları ilə paylaş: |