213
yanaşma ” müqayisəli dəyər təklif olundu. Bu ideya «eyni iş üçün
bərabər əmək haqqı» ideyasını əvəz etdi. Bu yeniliyi başa düşmək
üçün əmək haqqının strukturunu təhlil etmək və baxmaq lazımdır
ki, müqayisəli dəyər əməyin ayrı-ayrı növlərində əmək ödənişinin
bərabərləşdirilməsinə necə təsir göstərir.
Müqayisə edilən dəyərlər təliminqə görə, əmək haqqı tarifi
həmin əməyin dəyərinə əsaslanmalıdır. Müqayisəli dəyərlərlə
ölçülən əmək sahələrində çalışan nadamların əməyi eyni cür
ödənməlidir və əgər işəgötürən bu prinsipə əməl etmirsə, bunu
mənəviyyatsızlıq və qanunsuz ayrı-seçkilik kimi başa düşmək
lazımdır. Bu yanaşmaya uyğun olaraq, cəmiyyət eyni işlər üçün
kişi və qadınlara bərabərləşdirilmiş eyni əmək haqqı ödənməsinə
nail olar, haqsız fərqləri və ayrı-seçkiliyi ləğv edə bilər. Bu
sistemin bir sıra çatışmayan cəhətləri vardır: məsələn,
qiymətləndirmədə istifadə olunan faktlar heç də tam əhatəli
deyildirlər və bazar şəraitində onlara istinad kifayət deyil;
xarakterizə edilən işlərin dəyəri işəgötürəndən asılı olaraq dəyişir;
hər-hansı işin ağırlığı (deməli, tələb olunan kompensasiya) bir
adamdan başqasına keçiddə xeyli dəyişə bilər. Müqayisəli
dəyərlər prinsipi həmkarlar təşkilatları tərəfindən istifadə olunur,
ələlxüsus qadınların çoxluq təşkil etdiyi təşkilatlar ki, onlar bu
prinsipi danışıqlar aparmaq üçün bir alətə çevirirlər. Bəzən
məhkəmələr qərar çıxarırdılar ki, müqayisəli dəyərlər kişilərin və
qadınların maaşları arasındakı davamlı fərqləri aradan götürmək
üçün ən münasib çıxış yoludur. Yəqin ki, müqayisəli dəyər təlimi
hələ uzun illər əmək bazarında dövlət siyasətinin baş problemi
kimi qalacaqdır.
Son illərdə davamlı olaraq qadınların məşğulluq səviyyəsinin
artım prosesi nəzərə çarpır. 1980-cı illərin ikinci yarısında əmək
fəaliyyəti ilə məşğul olan əhali arasında qadınların payı artmışdır.
Bu artımın əsas gücü «qeyri-istehsal» sektorudeyilən sahəyə
düşmüşdü ki, burada qadınların payı 86% təşkil edirdi. Öz əsas
işlərindən və ev işlərindən kənar əlavə olaraq əmək fəaliyyəti ilə
məşğul olan qadınların sayı artır, 1990-cı illərin sonunda
qadınların təqribən 40% əlavə qazanc üçün çalışırdı.Ö iş yerində
bir stavkadan artıq işləməyə məcbur olan qadınlar məşğul olan
qadınların 20%-ni təşkil edir. Bugün özəl sektorda çalışan
214
əksər qadınların bir iş gününün davamlılığı 10 saatı ötür. Hazırda
qadınların çoxu praktiki olaraq bütün vaxtlarını ailə üçün vacib
olan gəlirin müəyyən və ya tam hissəsini əldə etmək üçün sərf
edirlər, özü də bu zaman onların və ailələrinin həyat keyfiyyəti
aşağı enir. İştirak norması (əhalinin ümumi sayında işçi
qüvvəsinin payı). Son illərin ən təsir bağışlayıcı nailiyyətlərindən
biri qadınların ən təsir bağışlayıcı nailiyyətlərindən biri
qadınların əmək bazarına kəskin axınıdır. Əməklə məşğul olan və
ya iş axtaran 15 yaşdan yuxarı qadınların payı hazırda 1960-cı
illərin ortalarına nisbətən 40 faizdən 60 faizədək artmışdır.
Qismən də olsa, buna səbəb real əmək haqqının xeyli artması,
əməyin qadın üçün daha cəlbedici olmasıdır. Lakin bu
göstəricilərin dəyişməsi yalnız iqtisadi səbəblərlə izah etmək
mümkün deyil. Əməyin strukturunda baş vermiş bu gözəçarpan
dəyişikliyi anlamaq üçün cəmiyyətin qadına bir ana kimi, evdar
qadın və işçi kimi olan dəyişmiş münasibətinə kənardan nəzər
salınsınması gərəkdir. Bir məsələyə də diqqət yetirmək lazımdır
ki, əmək bazarında qadınların iştirakı artdıqca, bu bazarda ahıl
kişilərin, ələlxüsus da yaşı 65-i ötmüş kişilərin aktivliyi kəskin
surətdə aşağı düşüb. Ola bilsin, bu halın səbəbi sosial təminat
proqramları üzrə verilən ödənişlərin daha səxavətli olmasıdır ki,
bu da çox adamlara işləməkdənsə pensiyaya çıxmaq imkanı verir.
İmmiqrasiya. İşçi qüvvəsi kimi, immiqrantlar əhəmiyyətli rol
oynayırlar. Məsələn, ABŞ-a hər il 1 milyondan çox immiqrant
köçür, bunlardan 200 mini ölkəyə qanusuz daxil olur.
İmmiqrantlar əhalinin 39% artımını «yaratmaqla» işçi qüvvəsinin
artan hissəsini təşkil edirlər. İmmiqrant üçün iş seçimi rəqabətsiz
qrupların klassik nümunəsidir. Açıq vəzifə bazarına çıxmazdan
əvvəl müxtəlif ölkələrən olan yeni immiqrantlar dar çərçivəli
fəaliyyət növlərində çalışmağa meyl göstərirlər. İmmiqratlar
böyük əmək stajı əldə etdikcə və təhsilə yiyələndikcə, habelə dil
sərbəstliyi qazandıqca, onların iş yeri seçmək imkanı da genişlənir
və onlar ümumi əmək təklifinin bir hissəsinə çevrilirlər. Qadın-
miqrantlar iş tapmaq və gəlir əldə etmək baxımından daha zəif
qrupa aiddirlər. Onların çoxu hər-hansı bir gəlir mənbəyinə yol
tapmaq imkanından məhrumdurlar və məcburdurlar ki,
dolanmaq üçün primitiv kənd təsərrüfatı istehsalında yaxud da
215
iqtisadiyyatın qeyri-formal sektorunda çalışsınlar. Qeyri-leqal
qadın immiqrantın işi həyat minimumu ilə ödənilir, buna görə də
onun iqtisadi təhlükəsizliyi olduqca əhəmiyyətlidir.
4. İşsizlik, işsizlik dərəcəsi İşsizlik ” sosial-iqtisadi haldır, o
deməkdir ki, işçi qüvvəsinin bir hissəsi əmtəə mal və xidmətlər
istehsalı ilə məşğul olmur. İşsizlər məşğul olanlarla birlikdə
ölkənin işçi qüvvəsini təşkil edirlər. Real iqtisadi həyatda işsizlik
işçi qüvvəsinə olan tələbatdan artıq
olan əmək təklifi kimi çıxış edir.İşsizliyin strukturu onun
səbəblərinə görə dörd əsas işçi qüvvəsi kateqoriyasına bölünür:
işdən azad olunma nəticəsində işini itirənlər; könüllü olaraq işi
tərk edənlər; fasilədən sonra əmək bazarına gələnlər; əmək
bazarına ilk dəfə gələnlər. Bu kateqoriyaların nisbəti ilk növbədə
iqtisadi dövrün mərhələsindən asılıdır. İşsizliyin cari il üçün orta
aylıq həddi aşağıdakı formula ilə hesablanır: Lue = UE / LFc
100%, buradan LUE - işsizliyin %-lə dərəcəsini (normasını), UE ”
işsizliyin orta aylıq sayını, Lec ” mülki işçi qüvvəsinin sayını
göstərir. Qərb iqtisadi elmində belə bir nəzər-nöqtə hökm sürür ki,
işsizlik mahiyyətcə resurslardan istifadə olunmasının iqtisadi
məqsədəuyğunluğunu əks etdirir, necə ki, tutalım, əsas kapitalın
məqsədyönlü və səmərəli istifadəsi istehsal obyektlərinin tam
yiyələnməsini tələb edir. Bunu işsiliyin təbii həddi deyilən və əmək
bazarındakı struktur nisbətsizliyini (ixtisasa, demoqrafik, coğrafi
və qeyri kriterilərə görə fərlə qüvvəsinə olan struktur tələbat və
təklif arasında) əks etdirən hal göstərir. İqtisadi işsizlik dərəcəsi ”
iqtisadi və sosial problemdir. Ona görə iqtisadi problemdir ki, o,
çoxlu resursların məsrəfinə səbəb olur. Sosialdır ” ona görə ki,
güc-bəla ilə özünü dolandırmağa çalışan işsizlərə saysız-hesabsız
əzablar gətirir. İşsizliyin yüksək olduğu dövrlərdə iqtisadi
uğursuzluqlar adamların emosional sferasına, onların ailə
həyatına güclü təsir göstərir. İqtisadi tənəzzül şəraitində əvvəllər
dövlət tərəfindən təmin olunan tam məşğulluq yoxa çıxdı;
tənəzzül ən ciddi şəkildə bilavasitə qadınların məşğulluğunda
özünü göstərdi. İşsizlik ən aktual problemlərdən biridir, işsizlərin
təqribən 55% qadınlardır. İşsizlik xüsusilə də nisbətən yyüksək
təhsilin və elmi dərəcələri olan gəncləri və qadınları əhatə edir.
Dostları ilə paylaş: |