143
e) Qapalı valyutalar üzrə uzun açıq valyuta mövqeyi limiti;
f) Qapalı valyutalar üzrə qisa açıq valyuta mövqeyi limiti;
g) Qapalı valyutalar üzrə uzun məcmu açıq valyuta mövqeyi limiti;
h) Qapalı valyutalar üzrə qısa məcmu açıq valyuta mövqeyi limiti.
Açıq valyuta mövqeyi:
1) Milli Bankın İdarə Heyəti bankların açıq valyuta mövqeyi
limitlərinin həddini müəyyən edir.
2) Milli Bankın müəyyən etdiyi açıq valyuta mövqeyi limitləri yalnız
əməliyyat gününün yekun icmal balansının nəticələrinə şamil edilir.
Bankların əməliyyat günü ərzində açdıqları valyuta mövqeləri Milli Bank
tərəfindən tənzimlənmir.
3) Milli Bankla qabaqcadan razılaşdırma şərtilə banklar açıq valyuta
mövqeyini hesablayarkən struktur valyuta mövqelərini nəzərə almaya
bilər.
4) Açıq valyuta mövqeyi hesablanarkən struktur valyuta mövqeyinin
nəzərə alınmaması üçün aşağıdakı şərtlərə əməl edilməlidir:
a) valyuta mövqeyinin uzun müddətə və möhtəkirlik məqsədləri
olmadan qəbul edilməsi əsaslandırılmalıdır;
b) valyuta mövqeyi bank kapitalının qorunması məqsədilə qəbul
edilməlidir;
c) hesablamalarda nəzərə alınmaması şərtilə struktur valyuta
mövqeyi üzrə müstəsna hallar ardıcıl tətbiq edilməli və həmçinin mövqenin
mövcud olduğu bütün müddət ərzində dəyişilməz olaraq qalmalıdır.
5) Bankın Maliyyə Nəzarəti vəXəzinədarlıq departamentləri valyuta
mövqeyinə daim birgə nəzarət edirlər.
Açıq valyuta mövqeyinin hesablanması ” açıq valyuta mövqeyi bank
tərəfindən
gündəlik
hesablanmalıdır.
Hesablama
icmal
balans
məlumatlarına əsasən günün yekun məzənnəsi üzrə həyata keçirilir.
Valyuta risklərinin idarə edilməsinə nəzarəti idarəetmə orqanları
tərəfindən təsdiq olunmuş müvafiq struktur bölməsi və Daxili Audit
departamenti həyata keçirir.
Xarici valyutada riskin hesablanması:
Xarici valyuta riski - xarici valyuta yerləşdirmə və borc götürülməsinə
məxsus olub xarici valyuta svopları vasitəsilə aradan götürülə bilər.
Məsələn, xarici valyutadakı kredit üzrə hecinq əməliyyatını yerinə yetirmək
üçün diller kreditin başlanğıc tarixinə uyğun olan xarici valyutanı alır və
144
həmin valyutanı kreditin ödəniş tarixində satır. Bu svoplar kreditin xalis
faiz dəyərinə təsir göstərəcək premiya və ya diskontla icra oluna bilər.
Xarici valyuta riski dedikdə qiymətləndirmək üçün bankın valyuta
balansında aktiv passivlərin strukturunu müqayisə etmək lazımdır. Bankın
balansında əhəmiyyətli paya malik(aktivlərin 5%-i) olan hər bir valyutaya
ayrıca baxılır. Maliyyə Menecmenti Departamenti hər günün sonunda
valyuta mövqeyini hesablayır. Xəzinədarlıq və Risklərin idarə edilməsi
departamenti valyuta mövqeyinə gün ərzində nəzarəti həyata keçirir. Xarici
valyuta ilə əməliyyatlar apararkən təyin edilmiş limitərin pozulmaması
məqsədilə Xəzinədarlıq departamenti AVM-ə nəzarət edir. Risklərin idarə
edilməsi departamenti risklərin idarə edilməsi, qoyulmuş limitlərin
dəyişdirilə bilməsi, aparılacaq iri əməliyyatların, yeni maliyyə alətlərinin
valyuta mövqeyinə təsirinin öyrənilməsi üçün AVM-ə nəzarət edir. AVM
xarici valyuta olan aktiv və passivlərin fərqi kimi hesablanır. Bankımızda
AVM üzrə limitlərin müəyyənləşdirilməsi AMB-nın 8 fevral 2001-ci il
tarixli 2657 N-li ‚Azərbaycan Respublikasının müvəkkil banklarının açıq
valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi
Qaydaları‛ ilə tənzimlənir. Bu qaydalara görə bank üçün bütün valyutalar
üzrə hər bir iş gününün sonuna sərbəst konvertasiya oluna bilinən
valyutalar üzrə uzun və qısa valyuta mövqelərinin məcmu böyüklüyü
bankın xüsusi vəsaitlərinin (kapitalının) 20%-dən çox, hər bir sərbəst
konvertasiya oluna bilinən valyuta üzrə uzun və qısa valyuta mövqeyi
bankın xüsusi vəsaitlərinin (kapitalının) 10%-dən çox, hər bir qapalı
valyuta üzrə uzun və qısa valyuta mövqeyi bankın xüsusi vəsaitlərinin 5%-
dən çox, qapalı valyutalar üzrə uzun və qısa valyuta mövqelərinin məcmu
böyüklüyü bankın xüsusi vəsaitlərinin (kapitalının) 7%-dən artıq
olmamalıdır. Adları çəkilən normaları qorumaq üçün bank ‚siqnal‛
valyuta mövqeyi norması təyin edir. Bu ‚siqnal‛ valyuta mövqeyi
göstəricisi Milli Bankın normativ ən azı 0,5% az olmalıdır və bu zaman
ayrı-ayrı valyutalar üçün uzun və ya qısa valyuta mövqeyini nəzərə almaq
lazımdır. Bütün valyutalar üzrə məcmu uzun və ya qısa valyuta mövqeyi
göstəricisi Milli Bankın normativ göstəricisindən ən azı 1% az olmalıdır.
Xəzinədarlıq departamenti Risklərin İdarə Edilməsi departamentinə
‚siqnal‛ limitlərin müəyyən edilməsi və ya dəyişdirilməsi tələbi ilə təkliflər
verir. Risklərin İdarə Edilməsi departamenti təklifləri risk meyarları
əsasında təhlil edir, ciddi iradları yoxdursa, təkliflər müzakirə üçün
Risklərin İdarə Edilməsi departamentinin müzakirəsinə çıxarılır.
145
Valyuta risklərin idarə edilməsi üçün bankımız beynəlxalq təcrübədə
geniş tətbiq edilən aşağıdakı metodlardan istifadə edir:
Məzənnənin idarə edilməsi
Zərərli əməliyyatların dayandırılması
Qarşı tərəf metodu
Valyuta likvidliyinin idarə edilməsi
Ssenari metodu
Bankımızda xarici valyuta riskinin hesablanması üçün aşağıdakı
düsturdan istifadə olunur:
Vr = AVM (məcmu) *8%
Burada AVM açıq valyuta mövqeyidir.
Bankımızda qəbul olunan valyuta riski, yəni qəbul olunan
maksimum itki bankın məcmu kapitalının 2% - dən çox olmamalıdır.
Bankımızda valyuta risklərinin idarə edilməsi üçün müxtəlif
üsullardan istifadə olunur:
Realizə olunmuş valyuta risklərinin idarə edilməsi;
Cari valyuta risklərinin idarə edilməsi;
Əməliyyatların limitləşdirilməsi hesabına risklərin
məhdudlaşdırılması;
Risklərin direktiv idarə edilməsi;
Valyuta investisiyaları ” gəlirlərin ilkin kapital qoyuluşlarının
edildiyi valyutadan fərqli valyutada alınmasıdır. Pulları bir valyutadan o
biri valyutaya iki dəfə köçürmək lazımdır:
1) ilkin kapital qoyuluşları zamanı;
2) pul gəlirlərinin investorun ölkəsinə qayıtdığı zaman.
Xarici valyutada tələb olunan gəlirliliyi aşağıdakı düsturla
hesablayırlar:
1 + i=(1+k)/(1+j)
Burada
k=i+j+i*j kimi hesablanır.
i- valyutada tələb olunan gəlirlilik,
j- investisiyalar valyutasının devalvasiya tempi,
k- xarici valyutada tələb olunan gəlirlilikdir.
Dostları ilə paylaş: |