140
arasındakı zaman müddətindən bilavasitə asılıdır. İxracatçının məzənnə
itkiləri müqavilə ödəmə valyutasının məzənnəsi azalanadək bağlandığı
təqdirdə meydana çıxır. Çünki belə halda ixracatçının milli valyutada aldığı
məbləğin həqiqi qiyməti daha az olur. İdxalatçı isə valyutanın məzənnəsi
qalxdıqda zərər çəkir. Çünki onun alınması üçün daha çox milli valyuta
sərf etmək lazım gəlir.
Bankda valyuta riskinin idarə olunması
1. Bank strukturu daxilində valyuta risklərinin idarə olunmasında ilk
addım valyuta əməliyyatlarına limitlərin tətbiqidir.
2. Bankda aşağıda göstərilən limitlər tətbiq olunur:
a) Xarici ölkələr üçün limitlər (hər bir konkret ölkədən olan müştəri
və kontrtərəfdaşlarla gün ərzində aparılan əməliyyatlar üçün maksimum
mümkün məbləğlərin təyin edilməsi).
b) Kontrtərəfdaşlar və müştərilərlə aparılan əməliyyatlara limitlər
(hər bir kontrtərəfdaş, müştəri və ya müştəri növü üçün aparılan
əməliyyatlara maksimal mümkün məbləğin təyin edilməsi).
c) Alətlər limiti (alınıb satılan valyutalar və istifadə olunan ticarət
alətlərinin siyahısı müəyyən olunmaqla müvafiq olaraq bu valyuta və
alətlərə məhdudiyyətlərin tətbiq olunması).
d) Hər gün və hər bir diller üçün limitlər (adətən ticarət aparılan
xarici valyutalar üzrə açıq mövqelər üçün maksimum mümkün qiymət təyin
edilir. Hər bir konkret alət üzrə və hər bir konkret diller üçün
əməliyyatların növbəti iş gününə keçirilə biləcək payı müəyyən olunur).
e) İtkilərin limitləşdirilməsi (itkilərin maksimum mümkün həddi təyin
edilir ki, bu həddin əldə olunmasından sonra bütün açıq mövqelər itki ilə
bağlanmalıdır. Bəzi banklarda bu cür limit hər iş günü və yaxud da
müxtəlif zaman kəsiyi (adətən 1 ay) üçün təyin olunur. Bəzi banklarda bu
limit müxtəlif alətlər şəklində bölüşdürülür, bəzilərində isə itkilərin
limitləşdirilməsi dillerlər üzrə təyin oluna bilər).
Valyuta riskinin azaldılması metodları
1) Valyutanın qiymətinin düzgün seçilməsi.
2) Valyuta mövqeyinin müqavilələr üzrə tənzimlənməsi.
Valyuta riskinin sığortalanması metodları
1). Valyuta risklərindən sığortalanmaq üçün bankda forvard
əməliyyatları tətbiq olunur.
Qeyd: Forvard valyuta əqdləri ” müəyyən olunmuş valyuta
məbləğinin alqı ” satqısını nəzərdə tutulur. Bu zaman əqdin bağlanması və
141
icrası müddətləri arasında fərq olur. Lakin əqdin icrası əqdin bağlandığı
günə olan məzənnə ilə həyata keçirilir. Bu halda forvard məzənnəsi spot
məzənnəsi əsasında hesablanır.
2) Valyuta risklərindən sığortalanmanın ikinci yolu açıq valyuta
mövqeyinin seçilməsidir.
3) Valyuta mövqeyi ” bankın bu və ya digər valyutada tələbləri
(aktivləri) və öhdəlikləridir(passivləridir).
4) Açıq valyuta mövqeyi ” bankın ayrı-ayrı xarici valyutalarda
tələblərinin və öhdəliklərinin (o cümlədən hesablaşmaları tamamlanmamış
əməliyyatlar üzrə balansdankənar tələblərin və öhdəliklərin) məbləğləri
arasında mübadilə məzənnəsinin əlverişsiz dəyişməsi şəraitində itkilər riski
yaradan fərqdir.
5) Qısa açıq valyuta mövqeyi ” hər hansı xarici valyutada passivlərin
və balansdankənar öhdəliklərin məbləğinin aktivlərin və balansdankənar
tələlərin məbləğindən çox olduğu valyuta açıq valyuta mövqeyidir.
6) Uzun açıq valyuta mövqeyi ” hər hansı xarici valyutada aktivlərin
və balansdankənar tələblərin məbləğinin passivləri və balansdankənar
öhdəliklərin məbləğindən çox olduğu açıq valyuta mövqeyidir.
7). Məcmu açıq valyuta mövqeyi ” bütün uzun açıq valyuta
mövqelərinin manat ekvivalentində məbləğlərinin cəmi ilə bütün qısa açıq
valyuta mövqelərinin göstəricidir. Məcmu açıq valyuta mövqeyi sərbəst
dönərli valyutalar və qapalı valyutalar üzrə ayrılıqda hesablanır. Bu zaman
açıq valyuta mövqeləri ‚plyus‛, qısa açıq valyuta mövqeləri isə ‚minus‛
işarələri ilə işarələnir.
8) Qapalı valyuta mövqeyi ” hər hansı xarici valyutada aktivlərin və
balansdankənar tələblərinin məbləğinin passivlərin və balansdankənar
öhdəliklərin məbləğinə bərabər olduğu valyuta mövqeyidir.
9) Açıq valyuta mövqeyi limiti ” Azərbaycan Respublikası Milli
Bankı tərəfindən açıq valyuta mövqeyinin manat ekvivalentinin bankın
kapitalına nisbətinə təyin edilən kəmiyyət məhdudiyyətidir.
10) Günün yekun məzənnəsi ” açıq valyuta mövqeyinin hesablandığı
tarixdə iş gününün yekununa Milli Bankın elan etmiş olduğu rəsmi
məzənnə və ya rəsmi məzənnə üzrə hesablanmış çarpaz (kross) məzənnədir.
11) Struktur valyuta mövqeyi ” inflyasiyanın və valyuta risklərinin
bankın kapitalına təsirini minimallaşdırmaq məqsədilə qəbul edilmiş
uzunmüddətli valyuta mövqeləridir. Bu cür mövqeyə bankların xaricdə
törəmə müəssisələr təsis etməsi, səhmlərini xarici valyutada emissiya edərək
142
yerləşdirməsi və möhtəkirlik xarakterinə malik olmayan digər əməliyyatlar
üzrə açılmış mövqelər aid edilə bilər.
12) Xarici valyutada aktivlər(tələblər) ” nağd pul və müxbir hesablar,
Milli Bankdakı məcburi ehtiyatlar, verilmiş (o cümlədən vaxtı keçmiş)
kreditlər və avanslar, qiymətli kağızlar, investisiyalar, hesablanmış faizlər
və dividentlər, rezident və qeyri-rezidentlərə xarici valyutada digər tələblər
daxildir.
13) Xarici valyutada öhdəliklər ” müştərilərin, o cümlədən bankların
maliyyə vəsaitləri, alınmış kreditlər və avanslar, buraxılmış qiymətli
kağızlar üzrə öhdəliklər, hesablanmış faiz borcları, rezident və qeyri-
rezidentlər qarşısında digər öhdəliklər daxildir.
14) . Balansdankənar hesablardakı xarici valyuta ” valyuta
forvardları, bank qarantiyaları, akkreditivlər və s. üzrə xarici valyutada
gələcək daxilolmalar və ödəmələr daxildir.
Sığortalamanın əsası odur ki, investor riskin sıfra endirilməsi üçün
gəlirdən də imtina etməyə hazırdır. Hedc əməliyyatı (heaging ” qorumaq)
bank,birja
və
kommersiya
praktikasında
valyuta
risklərinin
sığortalanmasının müxtəlif metodlarını müəyyən etmək istifadə olunur.
Hedc əməliyyatı ” alıcı və satıcı özlərinin bizneslərini, yaxud ödəniş
vasitələrini bazarda qiymət (məzənnə) dəyişməsi nəticəsində maliyyə
itkisindən yəni valyuta riskindən sığortalamaq (qorumaq) məqsədilə
həyata keçirdikləri forvard əməliyyatıdır. Hedc əməliyyatı möhtəkirlik
xarakteri daşımır. Məsələn, satıcı subyekt kommersiya krediti formasında
bir neçə əmtəəni alıcı subyektə göndərir. Bu halda satıcı subyekt ödəniş
günü alacağı xarici valyutanın mümkün mübadilə məzənnəsi riskindən
qorumaq məqsədilə həmin məbləği banka satır. Beləliklə, satıcı ilə bank
arasında müəyyən münasibət yaranır ki, bu da hedc əməliyyatı adlanır.
Bankın valyuta-məzənnə risklərinin məhdudlaşdırılması:
Bankın valyuta-məzənnə risklərinin məhdudlaşdırılması məqsədilə
aşağıda göstərilən mövqelər üzrə açıq valyuta mövqeyi limitləri
müəyyənləşdirilir:
a) Sərbəst dönərli valyutalar üzrə uzun açıq valyuta mövqeyi limiti;
b) Sərbəst dönərli valyutalar üzrə qısa açıq valyuta mövqeyi limiti;
c) Sərbəst dönərli valyutalar üzrə uzun məcmu açıq valyuta mövqeyi
limiti;
d) Sərbəst dönərli valyutalar üzrə qısa məcmu açıq valyuta mövqeyi
limiti;
Dostları ilə paylaş: |