Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə55/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   51   52   53   54   55   56   57   58   ...   95

 
204 
 
 
 
 
fəaliyyət  spesifikasından  və  menecerlərin  tələblərindən   çox 
asılıdır.  Ona  görə  də  idarəetmə  uçotu  hər  bir  şirkət  üçün  unikal 
xüsusiyyətlərə  malikdir.  Bütün  bu  xüsusiyyətləri  nəzərə  alaraq 
şirkətdə  idarəetmə  uçotunun  və  onun  müxtəlif  metodlarının 
tətbiqi  həyata  keçirilə  bilər.  İdarəetmə  uçotu  şirkətdə  qərarların 
düzgün  və  vaxtında  qəbul  olunması  üçün,  xərclərə  daha  yaxşı 
nəzarət etmək üçün, şirkətin əmlakının düzgün idarəedilməsi və s. 
üçün çox lazımdır.     
 
 
 
       
 
 
 
 
 
 
 
 
 
 
       
 
 
 
 
 
 
 
 
 
 
 
 
Fəsil-6:Beynəlxalq biznesdə əmək bölgüsü 
6.1. Beynəlxalq əmək bölgüsünün iqtisadiyyatda rolu və yeri 
            


 
205 
 
 
 
 
 
               Müasir  iqtisadiyyat  bir-biri  ilə  geniş  ticarət  şəbəkəsi  ilə 
bağlı  olan  insan  və  firmaların  ixtisaslaşdırılmasından  asılıdır. 
Qərb  ölkələrinin  təsərrüfatı  sürətli  iqtisadi  artım  keçirdi,  belə  ki, 
ixtisaslaşmanın  artması  işçilərə  müəyyən  fəaliyyət  sahələrində 
məhsuldarlığın artırılmasına və öz məhsullarını onlara lazım olan 
məhsullara dəyişdirilməsinə kömək etdi.  
İqtisadiyyatın  qanunauyğunluqlarından  bir  belədir:  Hamını 
hər işi babat görməyə məcbur etməkdənsə, əmək bölgüsünü təşkil 
etmək lazımdır. Əmək bölgüsü hündürboy adamlara basketbolçu 
olmağa,  hesabı  yaxşı  bilənlərə  iqtisadiyyat  müəllimi  və 
mühasibatçı,  inandırmağı  bacaran  adamlara  satıcı  işləməyə 
imkan  verir.  «Beynəlxalq  əmək  bölgüsü»  termini  bir  tərəfdən 
ənənəvi olaraq millətlər arasında istehsalat vəzifələrinin kor təbii 
bölgüsü,  əmtəələrin  müəyyən  növlərinin  müəyyən  ölkələrdə 
ixtisaslaşdırılması  deməkdir.  Digər  tərəfdən  istehsalat  vəzifələri 
planlı  şəkildə  içəridə  və  firmalar  arasında  bölüşdürülür.  Sahələr 
daxilində ixtisaslaşma geniş vüsət alır. Müxtəlif ölkələrin firmaları 
arasında  kooperasiyanın  intensiv  inkişaf  etməsi”yaranma 
təşəbbüsçüsü  çox  vaxt  transmilli  korporasiyalar  (TMK)  olan  iri 
beynəlxalq 
istehsal-investisiya 
komplekslərinin 
meydana 
çıxmasına  səbəb  oldu.  Bu  əsas  üzərində  milli  iqtisadiyyatçıların 
açıqlıq  dərəcəsi  artır.  Açıq  iqtisadiyyat  ölkənin  dünya  təsərrüfat 
əlaqələrinə  daha  artıq  qoşulması  əsasında  formalaşır.  İnkişaf 
etmiş  ölkələrdə  açıq  iqtisadiyyatın  inkişafının  formalaşmasında 
ölkələrin  ixrac  istehsalının  stimullaşdırıldması,  xarici  kapitalın, 
texnologiyaların,  ixtisaslı  kadrların  idxalı  üzrə  hüquqi  bazanın 
yaradılması  sahəsində  əcnəbi  firmalarla  kooperasiyaya  yönəlmiş 
xarici iqtisadi strategiyası mühüm rol oynayır.  
Beynəlxalq  istehsal  əməkdaşlığının  bir  neçə  mərhələsini 
göstərmə olar. 
Birinci  mərhələ,  başlıca  olaraq,  ölkələrin  ümumi  əməyin 
beynəlxalq  bölgüsü  əsasında  ixtisaslaşması  ilə  bağlıdır,  yəni  bu 
zaman  bir  istehsal  sahəsinin  (tutalım,  sənayenin)  məhsulunun 
digər  sahənin  (məsələn,  kənd  təsərrüfatının)  məhsulu  ilə 
dəyişdirilməsi inkişaf edir. 


 
206 
 
 
 
 
İkinci  mərhələ  əməyin  qismən  bölgüsü  bazasında  sahələrarası 
ixtisaslaşmanın intensiv inkişafı ilə xarakterizə  olunur, bu isə  ilk 
növbədə 
maddi 
istehsalın 
sahə 
strukturunun 
mürəkkəbləşdirilməsi, yəni  sənaye sahələrinin  fərqləndirilməsi ilə 
bağlıdır.  Bu  öz  təzahürünü  «beynəlxalq  ixtisaslaşdırılmış 
sahələrin»  və  istehsalın  yaranmasında,  ölkənin  bundan  aldığı  
məhsulun  beynəlxalq  bazara  çıxarmasında  göstərir.  Üçüncü 
mərhələ  onunla  xarakterizə  olunur  ki,  burada  əməyin  ümumi  və 
özəl  bölgüsünə  əsaslanan  beynəlxalq  sahə  ixtisaslaşmasının 
inkişafı  ilə  yanaşı,  əməyin  özəl  və  fərdi  bölgüsünə  əsaslanan 
beynəlxalq 
sahələrdaxili 
ixtisaslaşması 
prosesinin 
dərinləşdirilməsi başlayır. 
İstehsal  əməkdaşlığı  üçün  baza  anlayışları  olan  «beynəlxalq 
ixtisaslaşma»  və  «istehsalın  kooperasiyası»  bir-biri  ilə  qırılmaz 
surətdə bağlıdır. 
        Beynəlxalq  istehsal  kooperasiyası  ”  bu  müxtəlif  ölkələrin 
eyni  və  ya  müxtəlif  sahələrdə  hüquqi  şəxs  olan,  lakin  bir-biri  ilə 
istehsal  prosesləri  ilə  bağlı  olan  subyektlərin  gündəlik  əmək 
əlaqələrinin  bilavasitə  birliyidir.  Beləliklə,  beynəlxalq  istehsal 
kooperasiyası  onun  üzvlərini  konkret  istehsal  məqsədlərinin 
vəhdəti ilə bağlayır. Beynəlxalq istehsal əməkdaşlığının aşağıdakı 
formalarını  fərqlənqdirmək  olar:  ixtisaslaşma  və  kooperasiya 
əsasında  istehsal  və  satışın  birgə  əlaqələndirilməsi;    müəssisələrə 
birgə  sahibkarlıq  (birgə  müəssisə);  podrat  tikinti;  elmi-tkexniki 
əməkdaşlıq.Beynəlxalq  iztisaslaşma  əsasında  birgə  istehsal,  bir  
qayda  olaraq,  müxtəlif  ölkələrin  firmaları  arasında  beynəlxalq 
inteqrasiya  proseslərinin  kifayət  qədər  yüksək  inkişaf  həddində 
olduğunu əks etdirir. 
İstehsal 
əməkdaşlığının 
xarakterik 
əlamətləri 
bunlardır: 
partnyorlar  arasında  iqtisadi  münasibətlərin  uzunmüddətliyi, 
sabitliyi və müntəzəmliyi;  
-istehsal  kooperasiyasının  bilavasitə  subyektləri  qismində 
müxtəlif 
ölkələrin 
sənaye 
müəssisələrinin 
(firmalarının) 
mövcudluğu;  
-kooperasiyanın  baş  obyektləri  kimi  hazır  məmulatların, 
komponentlərin,  digər  ayrı-ayrı  məhsulların  və  müvafiq 
texnologiyaların müqavilə qaydasında təsbit edilməsi;  


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə