Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə58/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   54   55   56   57   58   59   60   61   ...   95

 
213 
 
 
 
 
yanaşma ” müqayisəli dəyər təklif olundu. Bu ideya «eyni iş üçün 
bərabər əmək haqqı» ideyasını əvəz etdi. Bu yeniliyi başa düşmək 
üçün əmək haqqının strukturunu təhlil etmək və baxmaq lazımdır 
ki, müqayisəli dəyər əməyin ayrı-ayrı növlərində əmək ödənişinin 
bərabərləşdirilməsinə necə təsir göstərir. 
           Müqayisə edilən dəyərlər təliminqə görə, əmək haqqı tarifi 
həmin  əməyin  dəyərinə  əsaslanmalıdır.  Müqayisəli  dəyərlərlə 
ölçülən  əmək  sahələrində  çalışan  nadamların  əməyi  eyni  cür 
ödənməlidir  və  əgər  işəgötürən  bu  prinsipə  əməl  etmirsə,  bunu 
mənəviyyatsızlıq  və  qanunsuz  ayrı-seçkilik  kimi  başa  düşmək 
lazımdır.  Bu  yanaşmaya  uyğun  olaraq,  cəmiyyət  eyni  işlər  üçün 
kişi və qadınlara bərabərləşdirilmiş eyni əmək haqqı ödənməsinə 
nail  olar,  haqsız  fərqləri  və  ayrı-seçkiliyi  ləğv  edə  bilər.  Bu 
sistemin  bir  sıra  çatışmayan  cəhətləri  vardır:  məsələn, 
qiymətləndirmədə  istifadə  olunan  faktlar  heç  də  tam  əhatəli 
deyildirlər  və  bazar  şəraitində  onlara  istinad  kifayət  deyil; 
xarakterizə edilən işlərin dəyəri işəgötürəndən asılı olaraq dəyişir; 
hər-hansı  işin  ağırlığı  (deməli,  tələb  olunan  kompensasiya)  bir 
adamdan  başqasına  keçiddə  xeyli  dəyişə  bilər.  Müqayisəli 
dəyərlər prinsipi həmkarlar təşkilatları tərəfindən istifadə olunur, 
ələlxüsus  qadınların  çoxluq  təşkil  etdiyi  təşkilatlar  ki,  onlar  bu 
prinsipi  danışıqlar  aparmaq  üçün  bir  alətə  çevirirlər.  Bəzən 
məhkəmələr qərar çıxarırdılar ki, müqayisəli dəyərlər kişilərin və 
qadınların maaşları arasındakı davamlı fərqləri aradan götürmək 
üçün ən münasib çıxış yoludur. Yəqin ki, müqayisəli dəyər təlimi 
hələ  uzun  illər  əmək  bazarında  dövlət  siyasətinin  baş  problemi 
kimi qalacaqdır. 
        Son illərdə davamlı olaraq qadınların məşğulluq səviyyəsinin 
artım  prosesi  nəzərə  çarpır.  1980-cı  illərin  ikinci  yarısında  əmək 
fəaliyyəti ilə məşğul olan əhali arasında qadınların payı artmışdır. 
Bu  artımın  əsas  gücü  «qeyri-istehsal»  sektorudeyilən  sahəyə 
düşmüşdü  ki,  burada  qadınların  payı  86%  təşkil  edirdi.  Öz  əsas 
işlərindən  və  ev  işlərindən  kənar  əlavə  olaraq  əmək  fəaliyyəti  ilə 
məşğul  olan  qadınların  sayı  artır,  1990-cı  illərin  sonunda 
qadınların  təqribən 40%  əlavə  qazanc  üçün  çalışırdı.Ö  iş  yerində 
bir  stavkadan  artıq  işləməyə  məcbur  olan  qadınlar  məşğul  olan 
qadınların  20%-ni  təşkil  edir.            Bugün  özəl  sektorda  çalışan 


 
214 
 
 
 
 
əksər qadınların bir iş gününün davamlılığı 10 saatı ötür. Hazırda 
qadınların  çoxu  praktiki  olaraq  bütün  vaxtlarını  ailə  üçün  vacib 
olan  gəlirin  müəyyən  və  ya  tam  hissəsini  əldə  etmək  üçün  sərf 
edirlər,  özü  də  bu  zaman  onların  və  ailələrinin  həyat  keyfiyyəti 
aşağı  enir.  İştirak  norması  (əhalinin  ümumi  sayında  işçi 
qüvvəsinin payı). Son illərin ən təsir bağışlayıcı nailiyyətlərindən 
biri  qadınların  ən  təsir  bağışlayıcı  nailiyyətlərindən  biri 
qadınların əmək bazarına kəskin axınıdır. Əməklə məşğul olan və 
ya  iş  axtaran  15  yaşdan  yuxarı  qadınların  payı  hazırda  1960-cı 
illərin  ortalarına  nisbətən  40  faizdən  60  faizədək  artmışdır. 
Qismən  də  olsa,  buna  səbəb  real  əmək  haqqının  xeyli  artması, 
əməyin  qadın  üçün  daha  cəlbedici  olmasıdır.  Lakin  bu 
göstəricilərin  dəyişməsi  yalnız  iqtisadi  səbəblərlə  izah  etmək 
mümkün  deyil.  Əməyin  strukturunda  baş  vermiş  bu  gözəçarpan 
dəyişikliyi  anlamaq  üçün  cəmiyyətin  qadına  bir  ana  kimi,  evdar 
qadın  və  işçi  kimi  olan  dəyişmiş  münasibətinə  kənardan  nəzər 
salınsınması  gərəkdir.  Bir  məsələyə  də  diqqət  yetirmək  lazımdır 
ki,  əmək  bazarında  qadınların  iştirakı  artdıqca,  bu  bazarda  ahıl 
kişilərin,  ələlxüsus  da  yaşı  65-i  ötmüş  kişilərin  aktivliyi  kəskin 
surətdə  aşağı  düşüb.  Ola  bilsin,  bu  halın  səbəbi  sosial  təminat 
proqramları  üzrə  verilən  ödənişlərin  daha  səxavətli  olmasıdır  ki, 
bu da çox adamlara işləməkdənsə pensiyaya çıxmaq imkanı verir. 
İmmiqrasiya.  İşçi  qüvvəsi  kimi,  immiqrantlar  əhəmiyyətli  rol 
oynayırlar.  Məsələn,  ABŞ-a  hər  il  1  milyondan  çox  immiqrant 
köçür,  bunlardan  200  mini  ölkəyə  qanusuz  daxil  olur. 
İmmiqrantlar əhalinin 39% artımını «yaratmaqla» işçi qüvvəsinin 
artan hissəsini təşkil edirlər. İmmiqrant üçün iş seçimi rəqabətsiz 
qrupların  klassik  nümunəsidir.  Açıq  vəzifə  bazarına  çıxmazdan 
əvvəl  müxtəlif  ölkələrən  olan  yeni  immiqrantlar  dar  çərçivəli 
fəaliyyət  növlərində  çalışmağa  meyl  göstərirlər.  İmmiqratlar 
böyük  əmək  stajı  əldə  etdikcə  və  təhsilə  yiyələndikcə,  habelə  dil 
sərbəstliyi qazandıqca, onların iş yeri seçmək imkanı da genişlənir 
və  onlar  ümumi  əmək  təklifinin  bir  hissəsinə  çevrilirlər.  Qadın-
miqrantlar  iş  tapmaq  və  gəlir  əldə  etmək  baxımından  daha  zəif 
qrupa aiddirlər.    Onların çoxu hər-hansı bir gəlir mənbəyinə yol 
tapmaq  imkanından  məhrumdurlar  və  məcburdurlar  ki, 
dolanmaq  üçün  primitiv  kənd  təsərrüfatı  istehsalında  yaxud  da 


 
215 
 
 
 
 
iqtisadiyyatın  qeyri-formal  sektorunda  çalışsınlar.  Qeyri-leqal 
qadın immiqrantın işi həyat minimumu ilə ödənilir, buna görə də 
onun iqtisadi təhlükəsizliyi olduqca əhəmiyyətlidir.  
  4.  İşsizlik,  işsizlik  dərəcəsi  İşsizlik  ”  sosial-iqtisadi  haldır,  o 
deməkdir  ki,  işçi  qüvvəsinin  bir  hissəsi  əmtəə  mal  və  xidmətlər 
istehsalı  ilə  məşğul  olmur.  İşsizlər  məşğul  olanlarla  birlikdə 
ölkənin işçi qüvvəsini təşkil edirlər. Real iqtisadi həyatda işsizlik 
işçi qüvvəsinə olan tələbatdan artıq  
olan  əmək  təklifi  kimi  çıxış  edir.İşsizliyin  strukturu  onun 
səbəblərinə  görə  dörd  əsas  işçi  qüvvəsi  kateqoriyasına  bölünür: 
işdən  azad  olunma  nəticəsində  işini  itirənlər;  könüllü  olaraq  işi 
tərk  edənlər;  fasilədən  sonra  əmək  bazarına  gələnlər;  əmək 
bazarına ilk dəfə gələnlər. Bu kateqoriyaların nisbəti ilk növbədə 
iqtisadi  dövrün  mərhələsindən  asılıdır.  İşsizliyin  cari  il  üçün  orta 
aylıq  həddi  aşağıdakı  formula  ilə  hesablanır:  Lue  =  UE  /  LFc 
100%, buradan LUE - işsizliyin %-lə dərəcəsini (normasını), UE ” 
işsizliyin  orta  aylıq  sayını,  Lec  ”  mülki  işçi  qüvvəsinin  sayını 
göstərir. Qərb iqtisadi elmində belə bir nəzər-nöqtə hökm sürür ki, 
işsizlik  mahiyyətcə  resurslardan  istifadə  olunmasının  iqtisadi 
məqsədəuyğunluğunu  əks etdirir, necə  ki, tutalım,  əsas  kapitalın 
məqsədyönlü  və  səmərəli  istifadəsi  istehsal  obyektlərinin  tam  
yiyələnməsini tələb edir. Bunu işsiliyin təbii həddi deyilən və əmək 
bazarındakı struktur nisbətsizliyini (ixtisasa, demoqrafik, coğrafi 
və  qeyri  kriterilərə  görə  fərlə  qüvvəsinə  olan  struktur  tələbat  və 
təklif arasında) əks etdirən hal göstərir. İqtisadi işsizlik dərəcəsi ” 
iqtisadi və sosial problemdir. Ona görə iqtisadi problemdir ki, o, 
çoxlu  resursların  məsrəfinə  səbəb  olur.  Sosialdır  ”  ona  görə  ki, 
güc-bəla  ilə  özünü  dolandırmağa  çalışan  işsizlərə  saysız-hesabsız 
əzablar  gətirir.  İşsizliyin  yüksək  olduğu  dövrlərdə  iqtisadi 
uğursuzluqlar  adamların  emosional  sferasına,  onların  ailə 
həyatına  güclü  təsir  göstərir.  İqtisadi  tənəzzül  şəraitində  əvvəllər 
dövlət  tərəfindən  təmin  olunan  tam  məşğulluq  yoxa  çıxdı; 
tənəzzül  ən  ciddi  şəkildə  bilavasitə  qadınların  məşğulluğunda 
özünü göstərdi. İşsizlik ən aktual problemlərdən biridir, işsizlərin 
təqribən  55%  qadınlardır.  İşsizlik  xüsusilə  də  nisbətən  yyüksək 
təhsilin və elmi dərəcələri olan gəncləri və qadınları əhatə edir.  
 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə