237
4.
Seçilmiş xarici tərəf müqabili ilə danışıqların aparılması.
Burada, aşağıdakı məsələlər üzrə danışıqlardan razışmaların
əldə edilməsi mütləq hesab edilir.
layihənin miqyası ;
məhsulun növü və buraxılış həcmi;
daxili və xarici bazarlarda reallaşdırılması nəzərdə
tutulan məhsulların miqdarı;
xammal, ehtiyyat;
istehsal miqyasları, avadanlıq və infrostruktur;
şəxsi heyət.
Müştərək müəssisənin yaradılması üzrə texniki-iqtisadi
əsaslandırılması
layihəsinin
hazırlanması.
Texniki-iqtisadi
əsaslandırmanın konkret forması və tərkibi elementləri
yaradılacaq birgə müəssisənin fəaliyyəti xarakterindən aslıdır.
Belə ki, hər bir halda işlənib hazırlanan texniki - iqtisadi
əsaslandırma özündə bir sıra məsələləri ehtiva etdirir ki, bunlar
da, müştərək müəssisənin yerləşmə yerinin əsaslandırılması; satış
bazarlarının, istehsal olunan məhsula qiymətlərin və onların
ölçülməsi tendensiyalarının tətbiqi; müstəqil təsərrüfat subyekti
kimi
birgə
müəssisənin
yaradılmasının
effektivliyinin
hesablanması; birgə müəssisənin özünüödəməqabiliyyətinin
müəyyənləşdirilməsi; tərəfdaşlardan hər birinin birgə müəssisənin
fəaliyyətində iştirakı effektivliyi ilə əlaqədar məsələrdir.
Şərti olaraq, texniki - iqtisadi əsaslandırmanı iki hissəyə
ayırmaq olar:
1.
birgə müəssisənin yaradılması mütləqliliyini önə çəkən
problemin əsaslandırılması və onun məqsədlərinin
xülasə edilməsi;
2.
yaradılacaq müəssisənin fəaliyyətinin vacib şərtləri.
Texniki - iqtisadi əsaslandırmanın 1-ci hissəsində aşağıdakı
aspektlər nəzərdən keçirilir:
1.
əsas bazarların ümumi xarakteristikası;
2.
istehsal olunan məhsulun, onun tərkibinə aid olan
xüsusiyyətləri göstərilməklə təsvir edilməsi;
3.
istehsala yardımçı fəaliyyət növlərinin təsviri hansılar ki,
həm resurslara tələbatın ödənilməsi məqsədi ilə həm də,
238
məhsulun və ya əlavə məhsulların satışı və ya təkrar
emalı məqsədləri üçün içlnib hazırlana bilər;
4.
tətbiq edilən texnologiyanın ümumi xarakteristikası;
5.
tərəfdaşlar və tələb olunan işçi heyəti kəmiyyəti
haqqında siyahı;
6.
layihənin ümumi maliyyə-iqtisadi qiymətləndirilməsi.
Texniki - iqtisadi əsaslandırmanın 2-ci hissəsi aşağıdakı
bölmələrin işlənilməsini nəzərdə tutur:
birgə müəssisənin yaradılmasına kapital qoyuluşu
(layihənin reallaşdırılması müddəti üzrə(illər) kapital
qoyuluşunun
ümumi
həcmi,
strukturu
və
bölüşdürülməsi; nizamnamə fonduna qoyuluşlar və
kreditlər
hesabına
tərəfdaşlar
təərəfindən
maliyyələşdirilən kapital qoyuluşlarının həcmi);
cari xərclər (məhsil vahidi istehsalının bütün
elementləri üzrə və ümumi buraxılış həcmi üzrə
xərclər);
resurs təminatı (tələb olunan həcmdə resursların,
resurs mənbələrinin, onların əldə olunması və
istehsalda
istifadə
edilməsi
çərtlərinin
əsaslandırılması);
birgə müəssisənin funksiyalaşdırılması nəticələri
(natural və dəyər ifadəsində məhsulun reallaşdırılması
və istehsalı həcmlərinin, eləcə də birgə müəssisənin
ümumilikdə və tərəfdaşların ayrılıqda əldə etdikləri
gəlirlərin hesablanması);
məhsul satışı (öz ölkəsində və xaricdə məhsulun
reallaşdırılması üzrə təklif olunan metod, vasitə və
kanalların təsviri);
birgə müəssisənin inkişaf şərtləri (müəssisə tərəfindən
formalaşdırılan fondların siyahısı, onların mütləq
həcminin və istifadə istiqamətlərinin əsaslandırılması).
Birgə müəssisələrin yaradılmasının texniki - iqtisadi
əsaslandırmasının bir neçə variantının işlənib hazırlanması və
onlardan ən optimalının seçilməsi daha məqsədə uyğundur.
Layihənin texniki - iqtisadi əsaslandırmasına olan ifadələrdə
aşağıdakılar əks etdirilir:
239
1.
Yeni
yaradılacaq
birgə
müəssisələrdə
fəaliyyət
göstərəcək idarəedicilər və başqa mütəxəssislər haqqında
bioqrafik məlumatlar;
2.
başlıca səhm sahibinin, onların vətəndaşlığı, yaşayış yeri
və onların hərbirinin malik olduqları səhmlərin miqdarı
və qiyməti göstərilməklə siyahısı;
3.
əsas yardımçı müəssisə və filiallar haqqında məlumat;
4.
Əgər fəaliyyət zaricdə həyata keçiriləcəkdirsə, ölkə
hüdudlarından kənarda olan müəssisələr və fəaliyyət
növləri haqqında arayış məlumatları. Əgər müəssisə ”
investor qrupun bir hissəsi olduğu təqdirdə ” əsas
müəssisə haqqında informasiya.
5.
Layihənin texniki - iqtisadi əsaslandırması üçün
hazırlanmış əlavə arayış informasiya.
“Məqsədlər haqqında razılaşma” layihəsinin hazırlanması.
Hazırlanmış texniki - iqtisadi əsaslandırma nəzərə alınmaqla
birgə
müəssisələrin
yaradılması
problemlərinin
ilkin
müzakirəsinin məticələri ‚Məqsədlər haqqında razılaşma‛
formasında rəsmiləşdirilir. Bu sənəd digər təsis sənədlərindən
fərqli olaraq birgə müəssisələrin yaradılması ilə əlaqədar olan heç
bir hüquq və məsuliyyətlər nəzərdə tutmur və ona görə də
qanunvericilik mövqeyindən yanaşıldıqda tərəəf müqabilləəri
üçün heç bir mənfi hüquqi nəticələr törədmir. ‚Məqsədlər
haqqında razılaşma‛-da gələcək müəssisənin fəaliyyət prinsipləri
və əsas şərtləri formulə edilir: təsis edilmə məqsədi və predmeti;
satış bazarları; istehsal obyektləri (tətbiq edilmə sahələri,texniki
göstəriciləri); nizamnamə kapitalının həcmi və tərəfdaşlar
tərəfindən ora yaırılan payın məbləği; texniki sənədləşdirmə;
idarəetmə və fəaliyyətin planlaşdırılmasının başlıca prinsipləri;
şəxsi heyət və əməyin ödənilməsi şərləri; istehsalın gözlənilən
həcmi; nəzərdə tutulan funksiyalaşdıma müddətləri; təsis
sənədlərinin təqribi strukturu.
Təsis sənədlərinin (müqavilə və nizamnamənin) hazırlanması.
Bizim ölkədə və xaricdə birgə müəssisənin yaradılması zamanı
müqavilənin tərtib edilməsi praktikasının analizi ilə onlara daxil
edilən mövqelərin aşağıdakı siyahısını ayırmaq olar:
müqavilənin adı və onun növünə çıxarış;
Dostları ilə paylaş: |