240
müqavilə tərəflərinin adları, onların hüquqi statusları və
ünvanları,
müəssisənin adı;
müəssisənin fəaliyyət sferasının müəyyənləşdirilməsi ;
nizamnamə fondu və onun formalaşdırılması qaydaları;
layihə iştirakçılarının hüquq və məsuliyyətləri;
tərəflər arasında məsuliyyət bölgüsü;
müqavilənin qüvvədə olma müddəti;
layihə üzrə mübahisələrin həlli qaydaları;
müqavilə müddətinin bitməsi və ya azalması hallarında
müəssisənin ləğv olunması qaydaları;
Müqavilədə başlıca məqam kimi birgə müəssisənin
iştirakçılarının hüquq və məsuliyyətləri haqqında əsasnamələr
hesab edilir.
Layihə iştirakçılarının əsas hüquqları birgə müəssisənin
yuxarı idarəetmə orqanlarının formalaşmasında; fəaliyyətdn əldə
edilən gəlirin onlara çatacaq hissəsinin və müəssisənin ləğv
olunması zamanı əmlak payının əldə edilməsindən ibarətdir.
Layihə iştirakçılarının məsuliyyətləri isə adətən ikitərəfli və
birtərəfli hissələrə bölünür. İkitərəfli məsuliyyətə, nizamnamə
fonduna zəruri daxiletmələrlə əlaqədar olan, idarəetmədə iştirak
ilə, informasiya təminatında birgə fəaliyyət göstərməsi, birgə
müəssisəyə zərər vura biləcək fəaliyyətdən özünü gözləmək və s ilə
əlaqədar məsuliyyətlər aid edilir.
Birtərəfli məsuliyyətin siyahısı birgə müəssisənin yaradılması
zamanı iştirakçı tərəflərin hər birinin milli spesifikliyi və
imkanlarından asılıdır.
Nəzərə alsaq ki birgə müəssisənin müvəffəqiyyətli fəaliyyəti
əksəriyyətdə hər iki iştirakçı tərəfin üzərinə düşən məsuliyyətin
lazını dərəcədə yerinə yetirilməsindən asılıdır, bu zaman
məsuliyyətlilik haqqında müddəanın müqaviləyə əlavə edilməsi
böyük əhəmiyyət kəsb edir.
Əksər hallarda o, itkilərə görə əvəzinin ödənilməsi haqqında
tələbnamə formasında, bəzi hallardsa isə cəza, peni və ya cərimə
şəkilində təyin edilir.
241
Birgə müəssisənin yaradılması haqqında müqvilədə həm də
məxfiliyin gözlənilməsi mübahisələrin həll edilməsi qaydaları və s
kimi məsələlərin xüsusi tənzimlənməsi mütləqdir.
Birgə müəssisənin iştirakçıları arasında məsuliyyətin tipik
bölüşdürülməsi.
Məsuliyyətlər
Birtərəfli
İkitərəfli
Milli i
şti
rak
çı
Xarici tərəfdaşın qeyri
pul vəsaitlərinin birgə
müəssisənin nizamnamə
fonduna keçirilməsi
zamanı gömrük
rəsmiləşdirilməsində
yardımın göstərilməsi.
yerli bazarlarda
məhsulun satışı və
reklamı, sifarişlərin
qəbulu və s.
birgə müəssisənin
nizamnamə fonduna
vəsaitlərinin yatırılması.
müəssisənin idarə
edilməsində iştirak.
müəssisənin bütün fəaliyyət
sferalarındayardımların
göstərilməsi.
242
X
aric
i i
şti
rak
çı
müəssisənin heyətinin
komplektləşdirilməsi.
xarici bazarlarda
məhsulun satışı və
reklamı, sifarişlərin
qəbulu.
birgə müəssisənin
istehsal-təsərrüfat
fəaliyyətinin təşkili
zamanı yardımın
göstərilməsi, personalın
təhsilinin artırılması və
s.
birgə müəssisənin
fəaliyyətinə zərər vura
biləcək fəaliyyətdən
qaçlması.
məxfiliyin gözlənilməsi və s.
Birgə müəssisənin yaradılması haqqında müqavilənin
ayrılmaz hissəsi və ona əlavə kimi yaradılmış təsərrüfatçılıq
subyekti ilə əlaqədar olan hüquqi aspektləri xarakterizə edən
nizamnamə çıxış edir. Nizamnamədə adətən müqavilənin
prinsipial xarakter daşıyan əsas müddəaları təkrar olunur (Birgə
müəssisənin hüquqi statusu, onun adı, yerləşdiyi yer, fəaliyyət
müddəti,
idarəetmə
aparatının,
nizamnamə
kapitalının
formalaşdırılması qaydaları, müəssisənin ləğv olunması qaydaları
və s.).
Bundan əlavə, normativ hüquqi aktlarda nəzərdə tutulduğu
tərzdə müəssisənin nizamnaməsinə, birgə müəssisənin fəaliyyət
xüsusiyyətlərini əks etdirən digər müddəalar da daxil edilə bilər.
Bu müddəalara məsələn: layihədə iştirak payına güzəşt,
müəssisənin fondları, idarəetmə və onun səlahiyyətləri, nəzarət
təftiş komisiyası, ləğv olunmaya əsas və s aid edilir.
Birgə müəssisənin qeydiyyata alınması. Birgə müəssisənin
dövlət
qeydiyyatına
alınması
prosesi
müvafiq
səlahiyyətləndirilmiş dövlət idarəetmə orqanları tərəfindən həyata
keçirilir, hansılar ki, müəssisənin dövlət qeydiyyatının
aparılmasına və ya sifarışçıyə müəssisənin qeydiyyata
243
alınmasından motivləşdirilmiş imtina səbəbi çatdırılmalıdır.
Müəssisənin
dövlət
qeydiyyatına
alınmadan
fəaliyyəti
qanunvericiliyə müvafiq şəkildə qadağan edilir. Dövlət
qeydiyyatina alınan müəssisələr müəyyən edilmiş nümunədə
qeydiyyat haqqında şəhadətnamə əldə edirlər və bu andan
etibarən hüquqi şəxs statusu əldə edirlər.
Qeydiyyat haqqında məlumat səlahiyyətləndirilmiş dövlət
orqanı tərəfindən müəssisə ünvanına verir və kütləvi informasiya
vasitələrində nəşr olunur.
Birgə müəssisənin dövlət qeydiyyatı üçün aşağıdakı sənədlər
tələb olunur:
Birgə müəssisənin yaradılması haqqında təsisçilərin
müraciəti;
təsis sənədlərinin notarial qaydada təsdiq edilmiş iki
nüsxədə surətləri;
ekspertiza rəyləri (zəruri olduqda);
müəssisənin yaradılması haqqında əmlakın milli
mülkiyyətçisinin qərarının notarial qaydada təsdiq
edilmiş
surəti
və
ya
onun
tərəfindən
səlahiyyətləndirilmiş orqanın qərarlarınn surəti; Birgə
müəssisənin yaradılmasında iştirak edən hər bir yerli
hüquqi şəxsin təsis sənədlərinin notarial qaydada təsdiq
edilmiş surətləri;
xarici investorun, ona xidmət edən bankın və ya digər
maliyyə-kredit
təşkilatı
tərəfindən
onun
ödəməqabiliyyətliliyi haqqında verilən sənəd;
xarici investorun çıxış etdiyi dövlətin ticarət
reyestrindən çıxarış və ya xarici investorun, onun
qeydiyyatda olduğu, vətəndaşı olduğu və ya daimi
yaşayış yeri olan ölkənin qanunvericiliyinə uyğun
şəkildə hüquqi şəxs statusunun digər ekvivalent
sübutusənədi.
Birgə müəssisənin dövlət qeydiyyatına alınmasından o vaxt
imtina oluna bilər ki, əgər hüquqi şəxsin yaradılması qatdaları və
ya təsis sənədləri qanuna müvafiq deyildir. Hüquqi şəxsin
yaradılmasının məqsədə uyğunsuzluğu (səmərəsizliyi) onun
qeydiyyatdan imtina edilməsi üçün səbəb hesab edilmir. Dövlət
Dostları ilə paylaş: |