234
Həm milli və həm də xarici tərəfdaşların ümumi
maraqlarının uzlaşdığı sferaları ” müştərək müəssisələrin daxili
bazarlar üçün işləməsi də milli elmi texniki nailiyyətlərdən istifadə
olunmasıdır.
Beynəlxalq birgə sahibkarlığın üstünlükləri və onunla bağlı
olan iqtisadi fəaliyyət tərəfdaşlarının məqsədlərinin effektiv
reallaşması imkanları əksər hallarda müştərək müəssisələrin
yaradıldığı və funksiyalaşdırıldığı siyasi-hüquqi və iqtisadi
mühitin spesifik xüsusiyyətləri ilə şərtləndirilmiş problemlərlə
məhdudlaşdırılır.
Keçid iqtisadiyyatlı ölkələrdə Müştərək müəssisələrin
yaradılması və funksiyalaşdırılması ilə əlaqədar yaranan
problemlər.
Problemlər
Birgə
müəssisənin
yaradılması
Birgə
müəssisənin
funk-ması
Siyasi ” hüquqi:
Siyasi qeyrisabitlik.
Birgə sahibkarlığın normativ və
qanunvericilik bazasındakı
qeyrisabitlik.
Təşkilati ” struktur:
İnfrastrukturun zəif inkişafı.
Təşkilati strukturun fəaliyyətsizliyi.
Qiymətləndirmə metodlarının
konservativliyi (mühafizəkarlıq),
çoxpilləli qərar qəbulu.
İqtisadi:
Valyutanın konversiya edilə
bilməməsi.
Formasını dəyişən qiymətəmələgəlmə.
Real stimulların olmaması.
Yaradılan birgə müəssisənin
məqsədyönlülü-yünün və effektivliyinin
qiymətləndirilməsi çətinlikləri.
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
235
Birgə müəssisənin inkişafı strategiyası
üzrə tərəfdaşların fikir ayrılıqları.
Sosial”psixoloji:
İdarəetmə təcrübəsinin olmaması və
təsərrüfat təfəkkürünün
fəaliyyətsizliyi.
Özgə hesabına yaşamaq fəlsəfəsi.
Dil-mədəniyyət aspektləri.
+
+
+
+
Müştərək müəssisələrin yaradılmasında başlıca məqsəd kimi
(istənilən digər fəaliyyət növündə olduğu kimi) maksimum
mənfəətin və hər bir tərəf müqabili ilə əməkdaşlıq çərçivəsində
maksimum effektivliyin əldə olunmsası çıxış edir. Bu səbəbdən,
layihələndirilən müştərək müəssisələrin təşkili prosesi onun bütün
mərhələlərinin hər biri haqqında dəqiq təsəvvür yaradılmasını
tələb edir ki, bu da bir sıra ağır neqativ halların qarşısının
alınması məqsədi güdür hansı ki, tərəfdaşların maraqlarının
nəzərə alınmaması ilə, layihə üzrə təkliflərin yetərincə təhlil
edilməməsi ilə, ilkin hesabatlarda baş verən səhvlərlə və s.
əlaqədar ola bilər.
Müştərək müəssisələrin yaradılması mərhələli şəkildə həyata
keçirilir.
Fəaliyyət növünün seçilməsi. Yaradılacaq müştərək
müəssisələrin fəaliyyət növünün seçilməsi statistik və reklam
informasiyaları, sənaye müəssisələri haqqında faktiki məlumatlar,
hesabatlar, dövri mətbuatın çap materialları əsasında müvafiq
marketing tədqiqatlarının, bazarın seqmentləşdirilməsi prosesinin
aparılmasını nəzərdə tutur.
Bununla əlaqədar olaraq texnoloji xüsusuyyətləri və
məhsulun nəzərədə tutulan buraxılış kəmiyyətinin bazarın
konyunkturasına təsiri inkanları və s. nəzərə alınmaqla
rəqabətqabiliyyətliliyi daha yüksək olan məhsul seçilməlidir.
Xarici tərəfdaşın seçilməsi. Xarici tərəfdaşın seçilməsi
ümumdünya praktikasında qəbul edilmiş sistemə əsaslandırılır:
1.
Dünya bazarında yetərincə məşhur olan mümkün fəaliyyət
236
tərəfdaşlarının siyahısının müəyyən edilməsi.
2.
Həmin siyahıdan seçilmiş namizədlərə, gələcək layihədə
onların iştirakı şərtləri haqqında sorğu vərəqi ilə birgə
əməkdaşlıq haqqında təkliflər paketi göndərilir. Verilmiş
təkliflər paketində, yerli müəssisə ”təsisçinin fəaliyyət
xarakteri və onun müştərək müəssisənin yaradılması üzrə
təşəbbüsü haqqında informasiya təqdim edilməsi daha
məqsədə uyğundur.
3.
Aşağıda verilən istiqamətlər üzrə xarici tərəfdaşlar haqqında
informasiya seçimi:
a)
ümumi məlumatlar (qaydiyyat ünvanı və adlandırma,
təsərrefat-hüquqi forma, öz ölkəsində və xaricdə
müştərək
müəssisənin
yaradılması
və
onun
fəaliyyətində iştirak təcrübəsi və s.);
b)
maliyyə vəziyyəti (çəxsi və borc kapitalının
əlaqələndirilməsi; birgə müəssisənin profili üzrə məhsul
burraxılışı həcmi dinamikası; son 3 il ərzində
toplanmış
başlıca
maliyyə-iqtisadi
göstəriciləri;
müəssisələrə müxtəlif xidmətlər göstərən bankların
adları və ünvanları);
c)
personal (məçğul işçilərin miqdarı, inzibati və texniki
personalın qarşılıqlı münasibətləri, əsas mütəxəssislər
haqqında informasiya);
d)
istehsal təcrübəsi (uyğun fəaliyyət sahələrinə malik
birgə müəssisələr yaradılan ölkələr və onların qısa
xarakteristikası).
Beynəlxalq tender torqlarının fəaliyyəti gedişində müsabiqə
əsasında tərəf müqabillərinin seçimidaha effektiv hesab edilir.
Beynəlxalq tender torqları ” bu, iş tərəfdaşlarının müsabiqə
əsasında seçimi formasıdır, hansının ki, əsasında müəssisə -
inisiator gözlənilən torqla haqqında informasiya nəşr edilməsi
vasitəsi ilə müəyyən edilmiş müddətə qədər maraqlı tərəflərdən
təkliflər cəlb edir.
Tender təklifi (oferta) ” tender torqlarında müsabiqə yolu
ilə iştirak edən tərəflərinyazılı təklifidir ki, bu da müştərək
müəssisəyə yatırımların təsviri və bu yatırımların şərtləri ilə rəsmi
sorğuda göstərilmiş ünvana təqdim olunur.
Dostları ilə paylaş: |