259
tərəfdaşın payı isə ” torpaq sahəsinin verilməsində, işçi
qüvvəsinin,
tikinti
materiallarının
və
xammalın
cəlb
olunmasındadırsa, əməkdaşlığın emosional tərəfi ” müəssisənin
səmərəli fəaliyyəti üçün tərəfdaşların səylərinin birləşdirilməsində
öz əksini tapır.
Müştərək müəssisəni yaradan tərəflərin məqsədləri onların
motivlərində öz əksini tapır. Bu motivlər 3 əsas kateqoriyaya
bölünür:
–
zəruri istehsal resurslarının əldə olunması;
–
bazar motivləri;
–
risklərin bölüşdürülməsi.
Təcrübədə bu motivlər əlaqəli şəkildə götürülür və çox nadir
hallarda hərhansı bir motiv əsas götürülür.
Müştərək müəssisələr əksər hallarda ona görə yaradılır ki,
tərəfdaşlar çox vaxt öz istehsal və ya bazar potensialını mənfəətli
reallaşdırmaq üçün bu və ya digər resurs növünə çatışmazlıqla
qarşılaşırlar.Burada maliyyə resursları, istehsal gücləri, xammal
və materiallar,texnologiya, patentlər, idarə etmə kadrları,
informasiya, ‚nou ” hau‛və s. aid edilə bilər.
Müştərək müəssisələrin yaradılması xarici tərəfdaşlara yerli
şərait və bazar haqqında yerli tərəfdaşın biliklərindən istifadə
edərək həmin ölkə bazarlarında az xərclə möhkəmlənməyə imkan
verir. Bu özünü alıcılarla, xammal və resurs təminatı, işçi
qüvvəsindən istifadə və s. ilə əlaqədar əməkdaşlıq nəticəsində
istehsal və tədavül xərclərinin azalmasında, kapitalın dövriyyə
sürətinin artmasında göstərir.
Digər mühüm məsələ, yerli bazarın qeyri sabitliyi və onunla
tanışlıq dərəcəsinin az olması ilə əlaqədar risklərdir. Milli
tərəfdaşlarının müştərək müəssisədə iştirakı xarici investisiyanın
milliləşdirmə və müsadirə riskini, onların milli müəssisələrdən
diskriminasiya olunma riskini xeyli azaldır. Ümumi kapital
qoyuluşlarının bölüşdürülməsi nəticəsində bununla bağlı risklər
azalır.
Beləliklə, yaradılma motivlərindən asılı olmayaraq müştərək
müəssisə, tərəfdaşların ayrı-ayrılıqda imkanı xaricində olan
işgüzar və iqtisadi məqsədlərin birgə fəaliyyətlə əldə edilməsi
vasitəsidir.
260
Müştərək müəssisənin yaradılması yolu ilə texnika və
texnologiyanın, idarəetmə təcrübəsinin və s. ölkə iqtisadiyyatına
cəlb olunması aşağıdakı 3 əsas formada həyata keçirilir:
1. Müştərək rnüəssisənin təsisçisi olan xarici tərəfdaş patentə
və ya « nou-hau»ya görə müştərək müəssisəyə lisenziyanı satır.
Lisenziya müqaviləsinin vaxtı bitdikdən sonra müştərək
müəssisənin yerli tərəfdaşı əldə edilən texnologiyanı almaq,
istifadə etmək və onu təkmilləşdirmək hüququna malik olur.
2. Müştərək müəssisənin təsisçisi olmayan xarici fırmadan
patentloşdirilmiş texnologiya alımr. Texnologiyamn bu üsulla
vcrilməsi adətən, yığma əməliyyatları ilə və ya xammal və
malerialların emalı ilə məşğul olan müştərək müəssisələrdə
istifadə edilir. Bu halda istehsal prosesinin təşkili üçün
texnologiya ilə yanaşı avadanlıq da idxal edilir.
3. Xarici investor sənaye mülkiyyətinə olan hüququnu
müştərək müəssisənin nizamnamə kapitalına öz payı kimi verir.
Bu forma, texnologiyanın əldə edilmesinin ən rnürəkkəb
formasıdır. Bunun əsas mənfi cəhətləri aşağıdakılardır:
- birincisi -xarici tərəfdaşların müəssisənin uğursuzluğuna
görə məsuliyyət dərəcəsi qoyduqları payda texnoloji hissənin
səviyyəsindən asılıdır və texnoloji hissənin payı artdıqca, onların
məsuliyyəti də azalır. Çünki belə halda xarici tərəfdaş yalnız
texnologiyanın tətbiq miqyasının genişlənməsindən əldə etdiyi
gəlirin itirilməsi təhlükəsi ilə üzləşir;
- ikincisi, texnoloji hissənin payı nə qədər çoxdursa, bir o
qədər müştərək müəssisənin maddi texniki bazasının, xüsusilə
maliyyə
(valyuta)
resurslarının
formalaşmasında
xarici
investorun iştirakı azdır və s.
Göründüyü kimi, müştərək müəssisələrin yaradılması yeni
istehsala başlamaq üçün start şəraitini xeyli yaxşılaşdırır. Lakin
bununla yanaşı təsisçilərin siyasi, iqtisadi və milli maraqları
müştərək müəssisələrin yaradılmasında və fəaliyyətində bəzən
mürəkkəb və ziddiyyətli münasibətlərin amələ gəlməsinə gətirib
çıxarır.
Belə
münasibətlər
ilk
növbədə,
tərəfdaşların
motivlərindən asılıdır.
Müştərək müəssisənin yaradılması və fəaliyyəti prosesində
istehsalın səmərəliliyinin artmasına səbəb olan tərəfdaşların üst-
261
üstə düşən iqtisadi maraqlan və bir-birini tamamlayan imkanları
ilə yanaşı, həm də uyğun gəlməyən ıstehsal imkanları, rəqabətli
məqsədləri mövcud olur. Müştərək müəssisənin fəaliyyəti üçün
zəruri resursların verilməsi prosesində əsas ziddiyyət və çətinlik,
güclü tərəfdaşların mütərəqqi texnika və texnologiyanın,
idarəetmə
və
rnarketinqin
təcrübəsinin
verilməsini
minimumlaşdırmaq, zəif tərəfdaşların isə maksimumlaşdırmaq
cəhdidir
ki,
bu
da
layihənin
həyata
keçirilməsinin
gecikdirilməsinə səbəb olur.
Digər
ziddiyyətlər
istehsalın
və
kapitalın
təmərküzləşməsinin artmasına zərurət yarandıqda əlavə kapital
qoyuluşlarının həyata keçirilməsi ilə əlaqədardır. Bir tərəfdən,
müştərək müəssisənin iqtisadi səmərəliliyini artırmaq üçün əlavə
kapital qoyuluşlarına zərurət yaranır, digər tərəfdən, müştərək
müəssisə üzərində nəzarətin ıtirilməsi, onun sərbəst əmtəə
istehsalçısına çevrilməsi təhlükəsi tərəfdaşların əlavə kapital
qoyuluşlarının həyata keçirilməsini məhdudlaşdırır.
Müştərək müəssisənin yaradılması və fəaliyyəti prosesində
onun məhsulunun reallaşdırılması problemi mühüm əhəmiyyət
kəsb edir. Əgər xarici investorun əsas məqsədi yerli bazarda
möhkəmlənməkdirsə, rnilli tərəfdaş isə daha tez məhsul ixracına
çalıhşırsa, bu cür mənafelərın tloqquşması müəssisənin
fəaliyyətinə mane ola bilər. Beləliklə, tərəfdaşların məqsədlərinin
uzlaşdırılması və vəhdəti müştərək müəssisənin yaradılması və
səmərəli fəaliyyəti üçün əsas şərtdirsə, digər tərəfdən, müştərək
müəssisələrin muxtariyyətliyini daha çox tərəfdaşların məqsədləri
məhdudlaşdırır. Məhz bu «stratejı muxtariyyətə» malik olmamaq
müştərək
müəssisədə
istehsalın
səmərəliliyini
artırmaq
imkanlarını məhdudlaşdırır.
Deyilənləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki,
müştərək müəssisənin səmərəli fəaliyyət göstərməsi, bir-birilə sıx
əlaqəli ıki amilin nəzərə alınmasıın tələb edir:
1) yeni təsərrüfat subyektinin fəaliyyeti üçün zəruri olan
iqtisadi resursların verilməsinə tərəfdaşları vadar edən
stimulun mövcudluğu;
2) tərəfdaşların bu resurslar üzərində nəzarətdən
müəyyən dərəcədə imtina etməsi.
Dostları ilə paylaş: |