256
global şəkildə fəaliyyət göstərən ‚strateji müştərək sahibkarlıq”
və ya digər növü olan “bərabər payçılıq” növünü göstərə bilərik.
Lakin bu alternativlərin arasında sözsüz bir əlaqə vardır.
Lisenziya razılığı;
Bölüşdürmə razılığı;
Idarəetmə köməyi və ya konsaltinq razılığı.
Birgə müəssisələrin təşkilinin aktual problemlərindən biri
onların
idarəetmə
sisteminin
işlənib
hazırlanmasıdır.
Idarəetmənin əsas xüsusiyyətlərindən biri tərəflər arasında
funksiyaların bölüşdürülməsidir. Sahibkarlıq fəaliyyətinin ümumi
nəticəsi və tərəflərin hər birinin maraqlarının təmin edilməsi
bundan asılıdır. Adətən xarici investor müştərək sahibkarlığın
idarə edilməsində əhəmiyyətli dərəcədə səlahiyyət tələb edir. Milli
iqtisadiyyatda müştərək sahibkarlığın səmərəli təşkili üçün milli
iqtisadiyyatın istehsal və sosial imkanları yaxşı öyrənilməli, cari
və perpektiv inkişaf problemləri tədqiq edilməlidir. Öz
iqtisadiyyatı, onun imkanları haqqında daha çox biliyə malik
olanlar və onun imkanları haqqında məlumata malik olan,
beynəlxalq iqtisadi münasibətlərinə qoşulan daha yüksək səmərə
əldə edirlər.
Birgə müəssisələrin beynəlxalq iqtisadi əməkdaşlığın daha
mürəkkəb formasıdır. Bunlara misal olaraq beynəlxalq müştərək
müəssisələr göstərə bilərik.
Dünyada çoxmillətli kompaniyalar daxil olmaqla inkişaf
etmiş ölkələrin payına düşən müştərək sahibkarlıq obyektlərinin
çoxu tam məsuliyyətli cəmiyyət formasında fəaliyyət göstərirlər.
Xarici
ədəbiyyatlarda
adətən
müştərək
sahibkarlıq
fəaliyyətinin qeyri kommersiya təşkilatları ilə indivuallar və
kommersiya təşkilatları ilə birgə həyata keçirilən 4 tipini
göstərirlər.
1. Xüsusi qiymətliləri inkişaf etdirmək üçün müəssisələr. Birgə
müəssisələrin qeyri-kommersiya təşkilatlarını və xüsusi qiymətləri
inkişaf etdirmək üçün uzun illərdir ki, istifadə olunur. Bunlara
misal olaraq Vençur kapitalı investisiyası, investisiya portfelinin
amalqalanması (qorunması) və intellektual mülkiyyət hüququ
kimi müstəqil təşkilatların inkişaf etdirdiyi qiymətlilərin xüsusi
tipininin inkişafını formalaşdıran müştərək razılaşmaları
257
göstərmək olar. Bütün bunlar müştərək razılaşmaların birinci tipi
idi ki ABŞ-da “İnternal Revenue Service‛ (dövlət vergi xidməti)
dəstəklədi.
2. Sərbəst təşkilat üçün yardım funksiyasını yerinə yetirən
müəssiələr. Müştərək sahibkarlıq sərbəst təşkilat üçün köməkçi
funksiyasını yerinə yetirən bacarıqları və xidmətləri inkişaf
etdirmək üçün formalaşdırılır. Bunlara misal olaraq biz
xəstəxanalar və heyət həkimləri tərəfindən inkişaf etdirilən tibbi
ofis binalarını, universitetlər ilə kommunal xidmətlərin
əməkdaşlığında inkişaf etdirilən elektrik cərəyanı sahələrini
göstərə bilərik.
3. Sərbəst təşkilatın köməkçi fəaliyyətlərinə xidmət edən
müəssisələr. Müştərək sahibkarlıq sərbəst-vergi təşkilatının əsas
əməliyyatlarını özünə daxil edən fəaliyyətləri inkişaf etdirir. Bütün
bunlar əhəmiyyətinə görə müştərək sahibkarlığın bütün
əməliyyatlarına nisbətən daha kiçik və ikinci dərəcəli
əməliyyatlardır. Bunlara misal olaraq qeyri-kommersiya
xəstəxanalarının yerli həkimlərlə birlikdə təşkil etdiyi kliniki
laboratoriyaları və ambulator cərrahiyə mərkəzlərini və tədqiqat
kursu müddətində bazar məhsulları üçün yaradılan universitetlər
və onların fakultə üzvləri tərəfindən təşkil edilən əməkdaşlığı
göstərə bilərik.
4. Sərbəst təşkilatın bütün qiymətlilərinin transferini cəlb
edən müəssisələr. Müştərək sahibkarlıq özündə qeyri-
kommersiya təşkilatının prinsipial əməliyyat aktivlərinin yeni
obyektə transfer edilən və obyekt tərəfindən idarə edilən
mülkiyyətçi firmalar ilə yaradılır.
6.2.Beynəlxalq biznesdə birgə müəssisələrin yaradılmasının
əsas istiqamətləri və prinsipləri.
258
Beynəilxalq biznesdə birgə müəssisələrin yaradılması xarici
investora yerli tərəfdaşların köməyi ilə ölkənin iqtisadi və siyasi
vəziyyəti haqqında informasiya əldə etməyə, dövlət orqanları və
yerli istehsalçılarla əlaqə yaratmağa, yerli xammaldan, maliyyə
mənbələrindən istifadə etməyə, ışçi qüvvəsindən, yerli tərəfdaşın
istehsal güclərindən istifadə etməyə imkan verir.
Milli tərəfdaşlar isə əlavə maliyyə resursları, yeni texnika və
texnologiya, idarə etmə təcrübəsi cəlb etməklə istehsal olunan
məhsulun rəqabət qabiliyyətini yüksəltmək imkanlarına malik
olur. Beləliklə, müştərək müəssisənin yaradılması üçün bir-birini
tamamlayan və qarşılıqlı mənfəətli iqtisadi resursların cəlb
edilməsionun digər əməkdaşlıq formalarında üstüncəhəti hedab
oluna bilər. Müştərək müəssisələrin yaradılmasında bazar
motivləri mühüm rol oynayır. Müştərək müəssisənin yerli bazara
daxil olmaq vasitəsi kimi xarici investora daha geniş informasiya
bazası, daha geniş əlaqə şəbəkəsi əldə etməyə və daxili
bazarıqiymətləndirməyə, yerli istehlakçıların zövq və meylləri
haqqında
informasiya
toplamağa
istehlakçılara
xidmət
göstərilməsinə imkan verir. Nəticədə, xarici investor yerli bazarda
möhkəmlənir. Digər tərəfdən xarici investor yetkin istehsal
texnika və texnologiyasını və məhsul istehsalını inkişaf etməkdə
olan ölkəyə keçirməklə şəxsi kapitalının dövriyyə sürətini artırmış
olur. Xarici investorun müştərək müəssisənin avadanlıq, detal,
qovşaq, dəstləşdirici hissələrlə təchiz etməsi, müasir istehsal
texnika və texnologiyası, avadanlıqlarının, idarə etmə
təcrübəsinin müştərək müəssisəyə verilməsi nəticəsində, yerli
bazara məhsul ixracı üçün əlavə dayaq nöqtəsi yaratmış olur.
Müştərək müəssisənin yaradılması milli investorun xarici
təchizatçı və istehsalçılarla təsərrüfat əlaqələri yaratmasına, yerli
bazarı daha tez mənimsəməsinə, xarici investorların satış
şəbəkəsindən istifadə edərək xarici bazarlara çıxmasına, xarici
marketinq təcrübəsinə yiyələnməsinə müsbət təsir göstərir.
Müştərək müəssisənin sosial-iqtisadi mahiyyəti tərəfdaşların
texnoloji və emosional əməkdaşlığı ilə müəyyən olunur.
Əməkdaşlığın texnoloji tərəfi tərəfdaşların birgə sərmayə
qoyuluşlarında, xarici investorun payı ” texnikada, yeni
texnologiyada, ixtisaslı kadrlarda, uzun müssətli kreditlərdə; milli
Dostları ilə paylaş: |