244
qeydiyyatına alınan, həmçinin artıq fəaliyyətdə olan birgə
müəssisələrin təsəs sənədlərinə əlavə və dəyişikliklər də dövlət
qeydiyyatından keçirilməlidir.
Birgə müəssisənin nizamnamə fondu həm milli və həm də
xarici investorların müəyən müddətə əldə toplanmış resurslarının
birgə müəssisəyə yatırılması hesabına formalaşdırılır. Birgə
müəssisənin yaradılmasında iştirak edən tərəflər onun
fəaliyyətində həm pul, həm də digər maddi vasitələrlə (avadanlıq,
istehsal obyekti, qarğular və s.) çıxış edə bilər.
İştirakçılar tərəfindən müəssisələrin nizamnamə fonduna
milli pul vahidi və ya xarici valyuta formasında yatırımlar etdiyi
zaman, iştirakçilar birgə müəssisələrin yaradılması haqqında
müqavilələrin imzalandığı gün və pul və digər vəsaitlərin faktiki
yatırıldığı gün üçün mülli bank tərəfindən müəyyənləşdirilmiş
milli pul vahidi və xarici valyutanın mübadilə edildiyi məzənnə
nəzərə alınmalıdır.
Xarici investorun qeyri-pul formasında müəssisəyə cəlb
etdiyi investisiya xarici ölkədən gətirilə bilər ya da birgə
müəssisənin qeydiyyatdan keçdiyi dövlətdə xarici valyutanın
konversiya edilməsi (dövlət istiqrazı şərtlərinin dəyişməsi)
hesabına və ya onun iştirakı ilə yaradılmış birgə müəssisələrin
fəaliyyətində investorun payı həcmində əldə etməli olduğu gəlir
formasında milli pul vahidi hesabına və yaxud konversiya edilmiş
xarici valyutanın yerli banklarda dəyişdirilməsi hesabına əldə
edilə bilər.
Xarici investorlar tərəfindən birgə müəssisənin nizamnamə
fonduna daxil edilməsi məqsədi ilə ölkəyə gətirdiyi maddi
vəsaitlər idxal uçün gömrük vergi və rüsumlarından azad edilirlər,
bu şərtlə ki: onlar birgə müəssisənin təsis sənədlərində müəyyən
edilmiş qaydada nizamnamə fondunun formalaşdırılması
müddəti ərzində sərbəst tədavülü üçün gömrük buraxılış rejimində
bəyan edilsin; və həmin vəsaitlər xarici investorun qeyri pul
vəsaitləri formasında yatırımların ölçüləri haqqında təsis
sənədlərində göstərilən həddini aşmamaq şərtilə yekun dəyərə
malik olsun.
Təsərrüfat həyatımn beynəlmiləşdirilməsi ölkələr arasmda
yalnız əmtəə və işçi qüvvəsini deyil, həm də kapital axını
245
gücləndirir. Kapital ixracını müxtəlif banklar, şirkətlər və
sahibkarlar həyata keçirə bilərlər.
İqtisadiyyatın inkişafına yönəldilmiş tədbirlər kompleksində
təsərrüfat subyektləri kimi müəssisələrin real müstəqilliyi və
iqtisadi məsuliyyətinin yüksəldilməsi əsasında mövcud tələbə
uyüun məhsul istehsal həcminin artırılması ön planda durur.
Bazar iqtisadiyyatına keçid üzrə tədbirlərin səmərəsi də, son
nəticədə istehlak bazarının sabitləşməsi və müvafiq keyfiyyət
dəyişikliklərinə məruz qalma əmtəələrlə təmini səviyyəsi ilə
müəyyənləşəcəkdir.
Azad
rəqabətə
əsaslanan
müştərək
sahibkarlığın
təşəkkülü
və
inkişafı
istehsalcıların
öz
fəaliyyətlərini, istehlakcı hesabına deyil, keyfiyyətli məhsul
istehsalı yolu ilə təmin etməyə istiqamətləndirilir. Təsərrüfat
mexanizminin yenidən qurulması ilə bağlı olan sahibkarlığın
inkişafı mülkiyyətin daha səmərəli iqtisadi reallaşmasına imkan
verəcəkdir. Nəticədə müəssisələr elə bir şəraitdə fəaliyyət
göstərəcəklər ki, onların rəqabətə dözümlüyü və inkişafı məhsul
istehsalı
həcminin
artırılmasından,
onun
satışının
genişləndirilməsindən, istehsal xərclərinin aşağı salınmasından
asılı olacaqdır.
Bazar iqtisadiyyatı şəraitində bu prosesi sürətləndirmək,
istehsalın, xidmətin və digər sahələrin inkişafı o cümlədən milli
iqtisadiyatmın beynəlxalq əmək bölgüsü sistemində iştirakının
daha səmərəli və rasional üsullarının öyrənilməsi müştərək
əməkdaşlıq formasında sahibkarlığm yaradılmasını zəruri edir.
Müştərək sahibkarlıq nisbətən gec, lakin son illər sürətlə inkişaf
edən sahibkarhq növlərindən birinə çevrilmişdir. Bunun da səbəbi
bir çox dövlətlərin texniki, iqtisadi, maliyyə problemlərinin
təkbaşına həll edə bilməməsi və ehtiyatlardan istifadənin daha
optimal variantlarını seşməkdir. Belə ki, beynəlxalq əmək bölgüsü
olmadan, yeni texnika, texnologiya tətbiq etmədən, innovativ
qərarlar qəbul etmədən öz milli resurslarından daha səmərəli
istifadə etmək, dünya bazarına çıxmaq, təlabatı çox olan
məhsullar istehsal etmək qeyri mümkündür. Sahibkarhq
fəaliyyətinin bu növü postsosialist ölkələrində bir sözlə keçmiş
SSSR ərazisində 80-ci ilbrin əvvəllərindən başlayaraq inkişaf
etməsinə baxmayaraq, digər kapitalist və qərb ölkələrində
246
müştərək sahibkarhq xeyli vaxtdır ki mövcuddur. Müştərək
sahibkarlığın yaradılması zəruriliyi özünü iqtisadiyyatm bütün
sahələrində göstərir.
Birgə müəssisələrin yaranmasında əsas prinsiplərindən biri də
müəssisələrin fəaliyyət göstərməsi üçün dövlətlər arası hüqiqi
müqavilələrin
bağlanmasıdır.
Müştərək
sahibkarhğın
yaradılmasında əsas fərqləndirici cəhət subyektindən, istifadə
sahəsindən və xarakterindən asılı olmayaraq qəbul edən ölkəyə
xarici kapitalın axıb gəlməsini intensivləşdirilməsi, onun
iqtisadiyyatına xarici investisiyaların tətbiq edilməsidir. Ən
başlıcası isə sahibkarhğın bu forması xarici investisiyaları qəbul
edən ölkəyə özündən inkişaf etmiş dövlətlərin iqtisadiyyatma xas
olan yeni texnikanı, texnologiyanı, qabaqcıl idarəetmə üsullarını
gətirir ki, bunlar da son nəticədə iqtisadi artımın təmin
edilməsinə səbəb olur.
Müasir dövrdə iqtisadiyyatın beynəlmiləşməsi, xarici kapitalın
cəlb edilməsi, beynəlxalq əmək bölgüsünün dərinləşməsi hesabına
istehsalın effektivliyinin artırılması, elmi-texniki potensialın
ötürülməsi, xarici təcrübənin öyrənilməsi, xarici iqtisadi əlaqələrin
genişləndirilməsi müştərək sahibkarlığın yaradılmasını zəruri
edir. Müştərək sahibkarlıq beynəlxalq iqtisadi əməkdaşlığın
nisbətən yeni formasıdır. Müştərək sahibkarlığın əsasında riskdə
və mənfəətdə iştirak etmək şərti ilə material ehtiyatları, maliyyə
vəsaitləri və güclərin birləşməsi durur. İlk dəfə müştərək
sahibkarlığın bir forması olan müştərək müəssisə ‚joint venture‛
anlayışı XVI-XVII əsrlərdə Böyük Britaniyada yaranmışdır və bu
termin dəniz ticarətində istifadə olunmuşdur. Müştərək
sahibkarlığın konkret bir tərifi yoxdur. Müştərək sahibkarlığın
yaradılması həmçinin ixtisaslaşma və kooperasiyalaşma
meyllərinin artmasına stimul verir. Bigə müəssisələr tərifi
haqqında çoxlu fikir ayrılıqları var.
Brgə müəssisələr ilk dəfə inkişaf etmiş ölkələrdə yaranmasına
baxmayaraq sahibkarlığın bu növü post sosialist və keçmiş SSRİ-
də 80-ci illərin sonlarından etibarən inkişaf etməyə başlayıb.
Müştərək sahibkarlıq müstəqil fəaliyyət növü olub və dövlətlərin
tərəf-müqabillərinin birgə mülkiyyəti bazasında həyata keçirilir.
Dostları ilə paylaş: |