231
proqressiv və kompleks forması kimi yeri və rolu
müəyyənləşdirilir.
Birgə sahibkarlıq özündə müəyyən bir əməkdaşlıq sistemini
formalaşdırır ki, bunun vasitəsilə müstəqil təsərrüfat sahələri
formalaşır, tərəfdaşların əllərində olan vasitələr, resurslar və
güclər birləşir, təsərrüfat fəaliyyətinin birgə idarə edilməsi və
gəlirlərin bölüşdürülməsində birgə iştirak üzrə münasibətlər
inkişaf etdirilir.
Birgə sahibkarlıq çərçivəsində yaranan iqtisadi əməkdaşlıq
münasibətlərinin reallaşdırılması formaları kimi, birgə istehsal və
birgə müəssisələr çıxış edir.
Birgə istehsal ” birgə sahibkarlığın bir forması kimi özündə
vahid bir proses kimi tərəfdaşlar tərəfindən həyata keçirilən bütün
istehsal, istehsaldan qabaq və istehsaldan sonrakı əməliyyatların
birləşdirilməsini nəzərdə tutan istehsal sferasında korporativ
razılaşmaların və ya firmalararası qarşılıqlı fəaliyyətin müxtəlif
növlərini özündə ehtiva edir.
Birgə müəssisələr ” milli və xarici tərəfdaşların elə birgə
sahibkarlıq formasıdır ki, onun vasitəsi ilə ümumi istehsal bazası
yaradılır; yerli və xarici şirkət tərəfdaşlarının birgə mülkiyyətinə
daxil olan məhsul yaradılır; birgə fəaliyyətin ümumi idarə
edilməsi, gəlirlərin bölüşdürülməsi həyata keçirilir.
Milli və xarici iqtisadi və hüquqi ədəbiyyatlarda ‚Birgə
müəssisələr”anlayışını tam müəyyən edən ortaq fikir yoxdur:
müxtəlif şəkildə ‚qarışıq cəmiyyət‛, ‚qarışıq kompaniya‛, ‚birgə
firma‛, ‚xüsusi mülkiyyətə əsaslanan müəssisə‛ və s. anlayışlarına
rast gəlmək olar.
Milli iqtisadi-hüquqi praktikada başlıca olaraq müştərək
müəssisələr (müəyyənləşdirilmiş həcmdə xarici investisiya payı
olan müəssisələr üçün) və xarici müəssisələr (100% xarici
investisiya
kapitalına
əsaslanan
təsərrüfatçılıq
fəaliyyəti
subyekləri üçün).
Birgə müəssisə ” elmi ” istehsal, kommersiya, istehsal, kənd
təssərrüfatı və mövcud qanun vericiliyə müvafiq olaraq qadağan
edilməmiş istənilən digər fəaliyyəti növlərinin həyata keçirilməsi
üçün müxtəlif təssərrüfat ” hüquqi formaları da yaradıla bilər.
232
Müştərək müəssisələrin yaradılması və funksiyalaşdırılması
əsas şərtlərinə aşağıdakılar daxildir:
milli və xarici tərəfdaşların kapitallarının birləşdirilməsi;
təssərrüfatçılıqda ümumi idarəetmə;
fəaliyyətdən ümumi gəlirlərin əldə edilməsi və
bölüşdürülməsi;
risklərə görə ümumi məsuliyyət.
Müştərək müəssisələrin yaradılmasının əsas prinsipi kimi
tərəfdaşlar üçün layihənin bərəbər gəlirliliyi, müştərək
müəssisələrin funksiyalaşdırılmasının əsas prinsipi kimi isə
müəssisənin öz xərclərini ödəməsi qabiliyyətinin təmin edilməsi
çıxış edir.
Digər beynəlxalq əməkdaşlıq formaları ilə müqayisədə
müştərək müəssisələr aşağıdakı üstünlüklərə malikdirlər:
uzunmüddətli iqtisadi əməkdaşlıq;
müəssisənin fəaliyyətinin bütün sferalarında qarşılıqlı
fəaliyyət üzrə tərəfdaşların potensiallarından komplek
istifadənin mümkünlüyü;
qarşılıqlı fəaliyyət tərəfdaşları tərəfindən ancaq istehsal
prosesləri
üzərində
deyil
həm
də
məhsulun
reallaşdırılması üzərində nəzarətin təşkil olunması.
Müştərək müəssisə formasında təsərrüfat sferasında
əməkdaşlıq edən tərəfdaşların maraqları aşağıdakı imkanlar
vasitəsilə müəyyənləşir:
1.
Daha effektiv xarici iqtisadi fəaliyyətin təşkili.
2.
Daha böyük elmi texniki effektivliyin əldə olunması.
3.
Ümumilikdə istehsal fəaliyyətinin ixtisaslaşdırılması və
koopreativləşdirilməsindən yüksək effektivliyin əldə
olunması.
4.
Resurs
və
vəsait
çatışmazlıqlarının
aradan
qazldırılması.
5.
Sahibkarliq risqlərinin aşağı salınması.
6.
Zaman baxımından üstünlüyünəldə edilməsi.
7.
Yeni satış bazarlarının ələ keçirilməsi.
8.
İstehsalın difersifikasiyası.
233
Sadalanan motivlər birgə müəssisə formasında əməkdaşlıq
edən tərəflərdən hər birinin məqsədlərinin reallaşdırılması üçün
əsas yaradır.
Milli tərəfdaşların məqsədləri:
istehsalın təşkili və idarə edilməsinin proqresiv
metodlarının mənimsanilməsi;
milli məhsulun keyfiyyətinin və rəqabət qabiliyyətliliyinin
yüksəldilməsi;
xarici investisiyanın cəlb edilməsi;
elmi texniki yeniliklərin mənimsənilməsi müddətinin
qısaldılması və s.
Xarici tərəfdaşların məqsədləri:
məhsul və xidmət satışı bazarlarının genişləndirilməsi;
sərbəst kapitaldan effektiv istifadə etmək mümkünlüyü;
daha ucuz istehsal faktorları tətbiq edilməsi hesabına
istehsal məsariflərinin aşağı salınması və s.
Tərəfdaşların ümumi məqsədləri:
yeni istehsal güclərinin yaradılması zamanı kapital
itkilərinin (risklərin) minimumlaşdırılması;
konkrek mövcud coğrafi bazarlara daxil olmaq;
yerli bazarda aparılan əməliyyatlara münasibətdə
idarəetmə bacarıq və vərdişlərinin qazanılması;
yeni fəaliyyət sferasına doğru irəliləmək;
yeni istehsal bazasının və xammal mənbələrinin əldə
olunması;
yeni bazarlardakı tələbatın öyrınilməsi və ticarət
kanallarının əldə edilməsi;
tsiklik və yamövsümi qeyrisabitlik hallarından yayınmaq
mümkünlüyü;
istehsal faktorlarının dəyərinin aşağı səviyyəsində
üstünlükdən istifadə ediməsi.
Lakin praktikada heç də həmişə tərəfdaşların maraqları
bütün hallarda uzlaşmırlar.Bir qayda olaraq (makroiqtisadi
nöqteyi nəzərdən) yerli tərəfdaş üçün sərfəli olmayan, lakin xarici
tərəfdaşlar üçün sərfəli olan məsələ xammal resurslarının
daşınması prosesidir.
Dostları ilə paylaş: |