Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə60/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   56   57   58   59   60   61   62   63   ...   95

 
219 
 
 
 
 
yaxşılaşdırılması.  Belə  ki,  işçinin  normal  yaşamaq  (mənzil,  qida,  
geyim,  yə‘ni  ilkin  tələbat  malları    üçün  haqq  vermək),  iş  üçün 
zəruri  olan  qüvvəni  bərpa  etmək  üçün  işdən  dincəlmək 
(relaksasiya etmək) imkanı  olmalıdır. Eləcə  də  işçi gələcək  əmək 
ehtiyatları olan uşaqları böyüdüb tərbiyələndirməlidir.  
     2. Maddi  həvəsləndirmə    işçinin  öz  ixtisasını  artırmasında 
marağının artması deməkdir, belə ki, nisbətən yüksək ixtisas daha 
yüksək  maaşla  ödənilir.    Müəssisələr  isə  daha  yüksək  ixtisaslı 
kadrlara maraq göstərir. 
     3. Əmək  məhsuldarlığının    artırılması  və  məhsulun 
keyfiyyətinin  yaxşılaşdırılmasının həvəsləndirilməsi. 
Çox  vaxt  istehsal  edilmiş  malların,  xidmətlərin  keyfiyyət  və 
kəmiyyəti    bir-biri  ilə  qırılmaz  surətdə  bağlı  olur,  ona  görə  də 
mühümlüyü ilə əlaqədar olaraq  bu iki maddəni birlikdə, təfsilatı 
ilə nəzərdən keçirmək daha yaxşıdır.  
Əmək  haqqının  təşkili  sisteminin  təkmilləşdirilməsinin  əsas 
istiqaməti  əmək  haqqının  əmək  kollektivinin  (firmanın, 
kooperativin,  müəssisənin  və  s.)  fəaliyyətinin  son  nəticələrindən 
birbaşa  və  qəti  asılılığının  tə‘min  edilməsidir.  Bu  məsələnin 
həllində vacib rolu əmək haqqının forma və sistemlərinin düzgün 
seçilməsi və səmərəli tətbiqi oynayır. 
      Əmək haqqının forma və sistemləri fəhlələrin əmək haqlarının 
miqdarının onların əməyinin nəticələrini əks etdirən kəmiyyət və 
keyfiyyət  göstəricilərinin  cəmi    vasitəsilə    sərf  etdikləri  əməyin 
kəmiyyəti  və  keyfiyyətindən  asılılığının  müəyyənləşdirilməsi 
üsullarıdır. Əməyin ödənilməsi forma və sistemlərinin əsas vəzifəsi 
əməyin ölçüsü ilə onun ödənilmə ölçüsü arasında düzgün nisbətin 
tə‘min edilməsidir.   
     Fəhlələrin  əmək  haqlarının  forma  və  sistemləri  əmək 
ölçüsünün qiymətləndirilməsi üsulunu və ödənilməsi üçün əməyin 
ölçülməsini (iş vaxtı ilə, istehsal edilmiş məhsulla, fərdi, kollektiv 
və  son  nəticələrlə),  əməyin  ölçüsü  və  onun  ödənilməsi  arasında 
yaradılmış  funksional  əlaqənin  xassəsini,  əməyin  bu  və  ya  digər 
kəmiyyət  və  keyfiyyət  nəticələrindən  asılı  olaraq  əmək  haqqının 
dəyişilmə nisbətlərini qabaqcadan müəyyənləşdirir.  


 
220 
 
 
 
 
       Əmək məsrəfləri göstəricisi iş  vaxtı və hazırlanmış  məhsulun 
(yerinə  yetirilmiş  əməliyyatların) miqdarıdır. Buna uyğun olaraq 
maddi  istehsal  sahələri    müəssisələrində  fəhlə  əməyinin 
ödənilməsinin iki formasından ” vaxtamuzd və işəmuzd qaydada 
ödənişdən  istifadə  edirlər.  Vaxtamuzd  ödənilmədə  əməyin  ölçüsü 
kimi  sərf  edilmiş  vaxt  çıxış  edir,  fəhlənin  əmək  haqqı  isə  onun 
tarif dərəcəsinə (ona verilmiş dərəcədən çıxış edərək) və ya əslində 
sərf edilmiş vaxta görə maaşa uyğun olaraq hesablanır. 
         İşəmuzd    ödənilmədə  əməyin  ölçüsünü  fəhlənin  istehsal 
etdiyi  məhsul  təşkil  edir  (gördüyü  işin  həcmi),  ona  görə  də  onun 
əmək  haqqı  birbaşa  istehsal  etdiyi  məhsulun  kəmiyyəti  və 
keyfiyyətindən asılıdır, yə‘ni müəyyənləşdirilmiş işəmuzd qaydada 
qiymətləndirmədən  irəli  gələrək  hər  bir  məhsul  vahidi  ”  ədəd, 
kiloqram, metr və s. üçün hesablanır.  
       Əməyin  ödənilməsinin  bu  və  ya  digər  forma  və  sistemini 
seçərkən tətbiq edilən avadanlığın xassəsi, texnoloji proseslərin və 
istehsalın  təşkilinin  xüsusiyyətləri,  əməyin  təşkili  formaları, 
məhsulun  keyfiyyətinə  olan  tələblər  və  əmək  və  maddi 
ehtiyatlardan istifadə edilməsi kimi obyektiv şərtləri nəzərə almaq 
vacibdir. 
           Əməyin  işəmuzd  qaydada  ödənilmə  formasından  istifadə 
etmək aşağıda göstərilən şərtlər daxilində məqsədəuyğundur: 
      1.vahid  məhsulun  istehsalına  sərf  edilən  vaxtın  azaldılması 
şəraitində məhsul istehsalını artırmağın real imkanlarının varlığı;  
      2.sabit  texnologiya  və  məhsulun  uyğun  keyfiyyəti  şəraitində 
işçilərin  (briqadaların)  məhsul  istehsalını  artırmaq  imkanının 
olduğu halda; 
    3.hətta  kiçik  imkanlar  daxilində  verilmiş  sahədə  (iş  yerində) 
məhsul  istehsalı  həcminin  artırılmasına  istehsalın  tələbatının 
olduğu halda. 
Vaxtamuzd  ödənişin  tətbiqi  aşağıda  göstərilən  şərtlər  daxilində 
məqsədəuyğundur: 
    s)  ciddi  reqlamentləşdirilmiş  aparatlı,  avtomatlaşdırılmış  və 
çevik avtomatlaşdırılmış  istehsalların olması, burada işçi (işçilər 
qrupu) texnoloji (maşın) vaxta tə‘sir edə bilmir; 


 
221 
 
 
 
 
   s)  məhsulun (işlərin) keyfiyyətinə  yüksək tələblərin  olması, bu 
da birbaşa fəhlələrdən asılıdır; 
   s)  iş yerində məhsul istehsalını həqiqətən artırmaq olar, amma 
istehsala bu qədər məhsul lazım olmayacaq. 
 
6.3. BEYNƏLXALQ ƏMƏK BÖLGÜSÜNDƏ İŞÇİ HEY‘ƏTİN 
FƏALİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ 
         İdarə  etmə  aparatı  işçiləri  əməyinin  son  nəti  cələrinin 
göstəricilərinə  və  onun  məzmununa  cədvəl  1-də  göstərilmiş 
müxtəlif  amillərin  tə‘sir  edir.  Konkret  vəzifəli  şəxslərin  konkret 
məkan 
və 
zaman 
şəraitində 
əməyinin 
səmərəliliyini 
qiymətləndirərkən  bu  amillərin  nəzərə  alınması  vacibdir,  və 
qiymətləndirmə  nəticələrinin  əsaslandırılması,  obyektivlik  və 
inandırıcılıq dərəcəsini artırır. 
          İdarə etmə aparatı işçisi əməyinin nəticəsi ən ümumi halda 
az  məsrəflərlə  müəssisənin  məqsədinə  çatma  səviyyəsi  və  ya 
dərəcəsi ilə səciyyələnir.  
      İşçilərin  qiymətləndirilməsi  üçün  istifadə  edilən  göstəricilər 
qiymət me‘yarları adlandırılır. Onlara görülmüş işin keyfiyyəti də 
daxil  olmaqla  onun  kəmiyyəti  və  nəticələrin  əhəmiyyəti  aiddir. 
Misal 
üçün 
satış 
agentinin 
əməyinin 
səmərəliliyinin 
qiymətləndirilməsi  üçün işin həcmini (məsələn, satış  üzrə  agentin 
vizitlərinin  sayı)  və  onun  nəticələrini  (məsələn,  gəlirin  məbləği) 
əhatə edən bir çox me‘yar istifadə edilə bilər. 
      Ona  görə  də  qiymət  me‘yarlarını  seçərkən  birincisi, 
qiymətləndirmə  nəticələrindən  (əmək  haqqının  artırılması, 
xidməti  yüksəliş,  işdən  azad  edilmə  və  i.a.)    konkret  hansı 
məsələlərin  həlli  üçün  istifadə  edildiyini,  ikincisi,  işçinin 
fəaliyyətinin mürəkkəbliyi, məs‘uliyyəti və təbiətindən asılı olaraq 
onların fərqləndiriləcəklərini nəzərə alaraq hansı dərəcə və vəzifə 
işçiləri  üçün  me‘yarların  müəyyənləşdirildiyini  nəzərə  almaq 
lazımdır.  Mə‘lumdur  ki,  idarə  etmə  işçilərinin  (qulluqçularının) 
üç  təbəqəyə  ayrılırlar:  rəhbərlər,  mütəxəssislər  və  başqa 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə