225
1) istehsal prosesində işçinin şəxsi nəticəsindən;2)kollektivin
işinin ümumi nəticəsindən. Təcrübədə üç komponentin ” işçinin
əmək haqqının səviyyəsi, onun şəxsi nəticəsinin və kollektiv
əməyin nəticəsinin qarşılıqlı əlaqəsinin konkret forması sahibkar
tərəfindən müəyyənləşdirilir.
Daha səmərəli üsul səmərəlilik əmsalının tətbiqi ilə əməyin
ödənilməsi sistemidir.
Sahibkar hər şeydən əvvəl istehsalın səmərəlili yinin yüksək
səviyyədə olmasında maraqlıdır və ona görə də bu məsələni həll
etməkdə ona kömək edə bilən hər şeyi daim axtarır. Bu məqsədə
o, əlbəttə ki, təkbaşına da nail ola bilər, həm də onunla işləyən
adamlardan ibarət bütün komandanı bu cür axtarışa cəlb edə
bilər. Bu halda əmr (lap ən nəzakətli formada olsa da)
formasından istifadə etmək olmaz. İşçinin firmanın kommersiya
marağına cəlb edilməsinin iqtisadi forması əməyin ödənilməsi
sistemi vasitəsilə həyata keçirilir.
Beləliklə, istehsalın səmərəliliyi və əməyin ödənilməsi
arasındakı qarşılıqlı əlaqəni göstərmək olar. Bu cür əlaqənin
vəzifəsi sadə və aşkardır: istehsalın səmərəliliyi yüksək olduqca
əməyin ödənilməsi də yüksək olmalıdır. Bəs səmərəlilik nə
deməkdir?
Dar mə‘nada səmərəlilik istehsal nəticələrinin müəyyən
ictimai formada götürülmüş xərclərə olan nisbətidir. Geniş
mə‘nada bu, ictimai əməyin qənaət edilməsinin konkret
ifadəsidir.
Səmərəlilik
eləcə
kooperativ
əməyin
nəticəsidir
və
məhsuldarlıq, elmi-texniki səviyyə, iş vaxtından və bütün əmək
vasitələrindən daha səmərəli istifadə edilməsi, əməyin keyfiyyəti
kimi
məvhumları
əks
etdirir.
Səmərəlilik
istehsalın
intensivləşdirilməsini, deməli, vahid son məhsul üçün əmək və
material məsrəflərinin azaldılmasını nəzərdə tutur. Səmərəliliyin
artması, təbii ki, hər bir işçinin yaradıcı təşəbbüsünün inkişaf
etdirilməsini də nəzərdə tutur.
Elə inkişafı səmərəli hesab etmək olar ki, o nəinki bu günün
ən zəruri tələblərə cavab versin, həm də yaxın və uzaq
perspektivdə keyfiyyətli inkişafın möhkəm özülünü qoysun.
226
Səmərəliliyin məhz belə dərəcəsi istehsalın təhlili zamanı diqqət
mərkəzində olmalıdır.
Ölkənin daxili iş qüvvəsini adətən yaşı 16-dan yuxarı, əmək haqqı
qazanmaq üçün işləyən və yaxud aktiv olaraq iş axtaran adamlar
təşkil edir. İş təklifi, yaxud işçi qüvvəsinin miqdarı, faktorlar
müxtəlifliyi ilə müəyyən edilir, o cümlədən:
1. Qender tutumlu: bu sıradan olan faktorlar ev işlərindən,
evdarlıqdakı əmək bölgüsündən, uşaq bəsləmək və ona
qulluqdan, qadınların evdən kənar işləmələrinə məhdudiyyətdən
irəli gəlir.
2. Həyat tərzi ” iş yeri seçimi kriterisi: işləmək həvəsi yaxud
işləmək vacibliyi?
3. Yaş həddi: evdə iş götürməyə qanunvericilikdə qoyulan
qadağala; onlara riayətin ciddiliyi. Pensiya yaşı. Yaş ayrı-
seçkiliyim mövcuddurmu?
4. Əmək bazarında iştirakın şərtlərində dəyişikliklər.
5. İmmiqrasiya.
Əməyin təklifi ” bu gəlir əldə etmək məqsədlə əhalinin
zavodlarda, fermalarda, kommersiya, dövlət və gəlirsiz
təşkilatlarda işləmək istəyinə ayırdığı saatların miqdarıdır. Əmək
təklifinin analizində üç element əsas götürülür: iş saatı, iştirak
norması (və yaxud əhalinin ümumi sayında işçi qüvvəsinin payı)
və immiqrasiya. İşçi qüvvəsinə inkişaf etmiş ölkələrdə statistika
adətən bütün məşğul olanları (o cümlədən hərbi qulluqçuları) və
işsizləri aiddir. Bu anlayışın sinonimi «iqtisadi cəhətdən aktiv
əhali» kateqoriyasıdır. Statistikada, hərbi qulluqçuları çıxmaqla,
həm də mülki işçi qüvvəsi anlayışı mövcuddur. Kimlər məşğul
sayılırlar:
A) statitstik sorğu keçirilən zamanı ödənişli işdə yaxud öz
müəssisələrində bir həftə müddətində işləyən şəxslər;
B) öz ailə üzvlərinə məxsus olan müəssisələrdə həftədə 15 saat
ödənişsiz
işləmiş şəxslər;
C) əmək qabiliyyətini müvəqqəti itirmiş və məzuniyyətdə olan
şəxslər. Bazar iqtisadiyyatlı nisbətən inkişaf etmiş ölkələrdə
muzdla tutulan işçilər bütün işçi qüvvəsinin orta hesabla 90%
təşkil edir. İşçi qüvvəsinin müəyyən hissəsini «müstəqil işçiləri»
227
sayılan işçilər təşkil edir ki, onlar bütövlükdə, bir qayda olaraq,
muzdlu əməkdən imtina edən kiçik sahibkarlardan və müstəqil
peşə sahiblərindən (vəkillər, jurnalistlər, yazıçılar və s.) ibarət
kütləni təmsil edirlər.
6-cı Fəsil:Beynəlxalq biznesdə birgə müəssələrin yaradəlması
6.1.Birgə müəssisələrin yaradılması şərtləri, məqsədləri və
qaydaları
Bazar iqtisadiyyatına keçilməsi və ictimai tərəqqinin
qarşısıalınmaz gedişi daim yeni-yeni problemlər yaradır. Hazırki
iqtisadi, siyasi, sosial, mənəvi tənəzzül dövründə Azərbaycan
Respublikasının sosial-iqtisadi inkişafını bərpa etməkdən vacib
ikinci bir ümdə vəzifə yoxdur. Sosial-iqtisadi vəziyyəti
tənzimləmək və iqtisadi inkişafı təmin etmək ölkəmizin strateji
xətti olmalıdır və bu xətt cəmiyyətin həyatının bütün sahələrinin
Dostları ilə paylaş: |