Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə59/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   55   56   57   58   59   60   61   62   ...   95

 
216 
 
 
 
 
 
 
   6.2 BEYNƏLXALQ ƏMƏK BÖLGÜSÜNDƏ ƏMƏK  HAQQI VƏ 
ONUN FORMALAŞMASI 
      Mə‘lumdur  real  əmək  haqqının  ümumi  səviyyəsi  dün  ya 
ölkələrində  böyük  intervalda  dəyişir.  Əmək  haqqının  səviyyəsi 
iqtisadi  cəhətdən  daha  çox  inkişaf  etmiş  ölkələrdə  zəif  inkişaf 
etmiş  ölkələrə  nisbətən  kifayət  qədər  yüksəkdir.  Bunun  bir  neçə 
səbəbi  var  və  onlar  əsasən  aşağıdakılardan  ibarətdir.  Daha 
inkişaf etmiş ölkələrdə:  
1. əmək məhsuldarlığı daha yüksək səviyyədədir; 
2. dövlət və müəssisə idarəçilik sistemələri daha inkişaf etmişdir; 
3. zəhmətkeşlərin  haqqlarının  qoruyan  qanun  və  müvafiq 
təşkilatlar daha inkişaf etmişdir; 
4. ümumiyyətlə  insan  haqqlarına  daha  yüksək  səviyyədə  önəm 
verilir. 
         İnkişaf etmiş ölkələrdə əmək məhsuldarlığının hər iş yerində 
daha  yüksək  səviyyədə  olması    ümumiyyətlə  əhalinin  təhsil  və 
sağlamlığının  daha  yuksək  səviyyədə  olması,  texnologiyaların 
daha inkişaf etməsi, təbiyi ehtiyatlardan və enerji daşıyıcılarından 
daha səmərəli istifadə edilməsi, əmək məhsuldarlığını təşviq edən 
sistemlərin,  işgüzar,  sosial  və  siyasi  iqlimin  inkişafı,  işçilərin 
müəssisənin  əldə  etdiyi  mənfəətə  payçılığa  cəlb  edilməsi  və  digər 
amillər ilə izah edilir. 
      Rəqabətli  əmək  bazarı  istənilən  başqa  rəqabətli  bazarlarda 
olduğu  kimi  əmək  bazarında  da  bir-biri  ilə  rəqabət  aparan  bir 
qism  müstəqil  firmalar  səciyyəvidir.  Təbii  ki,  bu  bazarda  daha 
böyük  həcmdə  rəqabət  iş  axtaranlar  arasında  olur.    Lakin  nə 
firmalar,  nə  də  fəhlələr  əmək  haqqının  bazar  miqdarına  nəzarət 
etmir.  Eləcə  də,  istənilən  başqa  rəqabətli  bazarda  olduğu  kimi 
tarazlaşdırılmış    əmək  haqqını  tələb  və  təklif  xətlərinin  kəsişmə 
nöqtəsi təşkil edir. 
      Təcrübədə  hər  bir  firma  işə  qəbul  edilmiş  fəhlələrin  ümumi 
sayı ilə müqayisədə əmək bazarında çox az fəhlə tutur, ona görə 


 
217 
 
 
 
 
də  firmalardan  heç  biri  əmək  haqqının  miqdarına  bu  bazarda 
tə‘sir edə bilmir. 
       Müasir  dövrdə  bütün  inkişaf  etmiş  ölkələrdə  minimal  əmək 
haqqı  dövlət  tərəfindən  müəyyənləşdirilir.  O  adətən  yaşama 
minimumu qədər və ya bundan bir az çox olur. 
üasir  dövrdə  bütün  inkişaf  etmiş  ölkələrdə  minimal  əmək  haqqı 
dövlət tərəfindən müəyyənləşdirilir. O adətən yaşama minimumu 
qədər və ya bundan bir az çox olur. 
Əmək  haqqının  fərqləndirilməsi  anlayışına  yeni  dən 
qayıdaraq  müxtəlif  sahələrdə,  müxtəlif  bazarlarda  və  müxtəlif 
fəhlələr  arasında  fərqləndirməni  nəzərdən  keçirək.    Bu  suala 
ümumi cavabı tələblə təklif arasındakı qarşılıqlı münasibət,  daha 
dəqiq desək,  müxtəlif əmək bazarlarında onların müxtəlif ölçüləri 
verir. Bu fərqlərin mövcudluğunun səbəblərini nəzərdən keçirək.  
      Yə‘qin  ki,  bütün  adamların  inkişaf  etmək  və  təhsil  almaq 
iste‘dadları və imkanları eyni deyil. Qabiliyyətlərinə uyğun olaraq 
iş axtaranlar bazarda öz aralarında rəqabət aparmayan qruplara 
bölünürlər. Bölüşdürmə üsulu kifayət qədər sadədir, lakin qruplar 
arasında dəqiq sərhəd yoxdur. Qruplardan hər birinə bu qrupun 
tərkibini  müəyyənləşdirən  bir  və  ya  bir  neçə  peşə  daxildir. 
Məsələn, çox az adamın yaxşı idmançı, rəssam və ya alim olmaq 
qabiliyyəti var, lakin daha az adam öz təhsil haqqını ödəyə bilər. 
Bu, bazarda təklifin azalmasına gətirib çıxarır, və bu halda əmək 
haqqı artır.  
İş  axtaranlar  ixtisassız  və  ya  yarımixtisaslı  olduqda  tamamilə 
başqa  vəziyyət  yaranır.  Onlar  bir-birini  asanca  əvəz  edə  bilərlər, 
çünki  hamı  bu  və  başqa  işi  görə  bilir,  lakin  onlar  nisbətən 
məhdud  qrupa  aid  olan    nə  misal  üçün  elektron  hesablayıcı 
maşını üzrə mütəxəssisə, nə də elektriklərə  rəqabət təşkil etmir. 
      Nəhayət,  qeyd  edək  ki,  rəqabət  aparmayan  qrup  anlayışını 
müxtəlif yarımqruplara və hətta bu qrupda olan ayrı-ayrı şəxslərə 
tətbiq etmək olar.  Üzvi kimya üzrə mütəxəssisə ” Nobel Mükafatı 
Laureatına tədqiqat işinə görə başqa kimyaçıdan daha çox haqq 
verə bilərlər. Və belə vəziyyət, demək olar ki, rəqabət aparmayan 
bütün qruplarda ola bilər.  


 
218 
 
 
 
 
       Belə  bir  sual  meydana  çıxır:  rəqabət  aparmayan  bir  qrup 
daxilində  peşələr  arasında  fərqlər  mövcuddurmu?  Görünür  ki, 
mövcuddur.  İki  müxtəlif  peşənin  icra  etdiyi  iş  üçün  işçidən  tələb 
olunan  təxminən  eyni  qabiliyyət  və  biliklərə  baxmayaraq,  çox 
vaxt  elə  hallar  olur  ki,  işin  yerinə  yetirilməsi  üçün  tələb  edilən 
əmək  və  sə‘y  müxtəlif  olur.  Məsələn,  orta  məktəb  mə‘zununun 
həm  dəftərxana  işini,  həm  də  tikinti  fəhləsinin  ixtisassız  işini 
yerinə yetirmək imkanı  var. Birinci işin şəraitinin ikincidən daha 
yaxşı  olduğuna  görə  mə‘zunu  tikintiyə  cəlb  etmək  üçün  ona 
dəftərxanadakından  daha  çox  əmək  haqqı  vermək  lazımdır. 
Əməyin  ödənilməsində  olan  bu  fərqə  bərabərləşdirən  fərq 
deyirlər,  çünki  o  müxtəlif  növ  işlər  arasında  olan  fərqi  ödəmək 
üçün  nəzərdə tutulmuşdur.  
     Hər  halda  niyə  eyni  işi  görən  bir  peşə  fəhlələri  müxtəlif  əmək 
haqqı alırlar? Bunun müxtəlif səbəbləri ola bilər. Misal üçün:  
   a.  Cooğrafi  məhdudiyyət.    Əmək  haqqının  cooğrafi 
fərqləndirilməsi  fəhlələrin  miqrasiya  etmək  arzularının  və  ya 
imkanlarının  olmaması  ilə  izah  olunur.  Burada  çoxlu  misal 
göstərmək  olar,  bu,  əsasən,  təzə  yerdə  işə  keçərkən  meydana 
çıxan çətinliklərdən irəli gəlir.  
     b. Sosioloji məhdudiyyət. Burada əmək haqları arasında olan 
fərq ayrı-seçkiliklə əlaqədardır. Məsələn, qanunlara baxmayaraq, 
qadınlar  adətən  kişilərdən  az  əmək  haqqı  alırlar.  İrqi  ayrı-
seçkiliyi də qeyd etmək olar. 
       Əməyin  həvəsləndirilməsi  sistemində  əmək  haqqı  aparıcı  rol 
oynayır.  O,  zəhmətkeşlərin  maddi  rifahının  yaxşılaşdırılmasının 
əsas  mənbəyidir,  belə  ki,  onların  gəlirlərinin  əsas  hissəsini  (orta 
hesabla dörddən üçünü) təşkil edir.  
Bir  qayda  olaraq,  əməyin  ödənilməsi  ikili  vəzifə  daşıyır:  o,  bir 
tərəfdən 
işçilərin 
gəlirlərinin 
və 
həyat 
səviyyəsinin 
yüksəldilməsinin  əsas  mənbəyidir,  digər  tərəfdən  istehsalın 
səmərəliliyinin artması  və  inkişafının  maddi həvəsləndirilməsinin 
əsas  vasitəsidir.  Daha  təfərrüatlı  yanaşmada  əmək  haqqının 
aşağıdakı vəzifələrini ayırd etmək olar: 
      1. 
İşçi  qüvvəsinin  təkrar  istehsalının  tə‘min  edilməsi, 
başqa  sözlərlə  işçinin  həyat  şəraitinin  saxlanması  və 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə