228
keyfiyyətcə yenidən qurulmasına yönəldilməlidir. Bu xətdə
iqtisadi və ictimai inkişafınmüasir mərhələsinin başlıca
xüsusiyyətləri və vəzifələri özünün cəmləşdirilmiş ifadəsini
tapmalıdır.
Bazar
iqtisadiyyatına
keçid
strategiyası
ictimai
münasibətlərin inkişaf etdirilməsi, siyasi və ideoloji təsisatların iş
formalarının və metodlarının yeniləşməsini və ictimai tərəqqini
ləngidən nə varsa hamısının qətiyyətlə aradan qaldırılmasını tələb
edir.
Azərbaycan
Respublikasının
iqtisadiyyatının
inkişaf
edilməsi bütün problemlərin açarıdır. Cəmiyyətin inkişafı və
mütərəqqi keyfiyyətlər qazanması yalnız bu yolla əldə edilə bilər
və edilməlidir. Keçmiş inzibati idarə etmə sistemindən miras
qalan dağılmış iqtisadiyyat, idarəetmə aparatı, bərbad hala
salınmış zavod və fabriklər, ayrı-ayrı sənaye və kənd təsərrüfatı
obyektləri özlərinin yenidən qurulmasını və inkişaf etdirilməsini
gözləyir. Elə bu baxımdan da investisiya imkanı əldə etmək üçün
xarici investorların ölkə iqtisadiyyatına investisiya yatırmalarını
təmin etmək ən sərfəli yollardandır.
Heç də təsadüfi deyildir ki, birgə müəssisələrin yaradılması
və inkişaf etdirilməsi daim dövlətin diqqət ərkəzində saxlanılır.
Xarici investorların ölkəmizə gətirdikləri kapitalla yanaşı onların
idarə etmə təcrübəsi, dünya standartlarına cavab verən ən yeni
texnika və texnologiyaları, avtomatlaşdırılmıç sistemləri və digər
intellektual dəyərləri Azərbaycan iqtisadiyyatına, sosial iqtisadi
həyatına vacib lazımdır. Hazırkı vəziyyətdə ayrı-ayrı müəssisə və
təşkilatlar xarici kommersiya şirkətləri ilə birgə fəaliyyət
göstərmək üçün müxtəlif səviyyələrdə təmsil olunan birgə
müəssisələr yaradsalar da, bu biznes fəaliyyəti pərakəndə
xarakter daşıyır.
1. Birgə müəssisələrin yaradılması şərtləri, məqsədləri və
qaydaları
İstənilən dövlətin iqtisadi inkişafı strategiyasında bəşlıca rol
xarici ölkələrlə qarşılıqlı təsərrüfat iqtisadi fəaliyyətin
yaradılmasına yönəldilir, belə ki, beynəlxalq əmək bölgüsündə
iştirak prosesində uyğunlaşdırılmış bacarıqların (vasitələrin)
229
istifadəsi ölkənin iqtisadi artımının başlıca mənbələrindən biri
hesab edilir.
Beynəlxalq əmək bölgüsü əsaında beynəlxalq iqtisadi
münasibətlərin inkişafı üçün zəmin yaradan və zərurət doğuran
başlıca şərtlər kimi aşağıdakılar önə çəkilir:
müxtəlif dünya ölkələrinin iqtisadi inkişafındakı qeyri
bərabərlik;
maliyyə, xammal və əmək resurslarının kəmiyyət və
keyfiyyət fərqləri;
dövlətlərarası siyasi münasibətlərinxarakteri;
ölkələrin iqtisadi inkişafından asılı olaraq onların elmi
texniki
inkişaf
səviyyələrindəki
fərqləndirici
xüsusiyyətlər:
təbii resursların, iqlim şəraitinin və coğrafi yerləşmənin
xüsusiyyətləri.
Nəzərdən keçirilən faktorların fəaliyyəti beynəlxalq
əməkdaşlığın
müxtəlif
formalarının
inkişafını
yenidən
müəyyənləşdirir, hansıların ki, seçiminin məqsədyönlülüyü
ekspert
qiymətləndirilməsi
və
hesablamaları
tərəfindən
arqumentləşdirilməli və təsdiq edilməlidir.
Xarici mühit şərtlərinin təsiri altında iqtisadi əməkdaşlıq
formaları daima təkmilləşir və inkişaf edir. Iqtisadi əməkdaşlıq
zəminində əlaqələrin başlanğıc mərhələsi kimi milli və xarici
kontragentlərlə həm birbaşa və eləcə də vasitəçilər vaisstəsi ilə
bağlanmış birdəfəlik xarici iqtisadi ticarət müqavilələri çıxış edir.
Milli müəssisələrin xarici bazarlarda iqtisadi ticarət fəaliyyətinin
dərininə inkişafında növbəti mərhələ ixtisaslaşmış xidmət
sahələrinin yaradılmasıdır ki, bu sahələr də xarici ticarət
əlaqələrinin yaradılmassının birbaşa amili olan inkişaf
əməkdaşlıq
haqqında
müqavilələrin
bağlanılmasına
və
öhdəliklərin yerinə yetirilməsinə cavabdehhlik daşıyırlar.
Milli müəssisələr və xarici, beynəlxalq şirkətlər arasında
qarşılıqlı iqtisadi əlaqələrin inkişafında vacib mərhələ xarici
iqtisadi fəaliyyət subyektləri tərəfindən digər (əməkdaşlıq edilən)
dövlətlərin ərazisində öz müəssisələrinin açılması mərhələsi hesab
olunur.
230
Nəhayət, xarici dövlətlərin müəssisələri ilə yerli müəssisələr
(kontagentlər) arasında əməkdaşlığın bir mərhələsi də birgə
iqtisadi əməkdaşlığın aşağıdakı növlərini əhatə edir:
layihənin reallaşdırılması prosesində texniki qarşılıqlı
fəaliyyət;
kompensasiya əlaqələri;
xarici investisiya (kapital) ilə müştərək müəssisələr;
podrat müqavilələrin bağlanması və istifadəsi.
İqtisadi fəaliyyət sahəsindən asılı olaraq iqtisadi əməkdaşlıq
birgə fəaliyyətin bütün növlərini əhatə edə bilər, hansı ki,
müəssisələrin tikintisi və istismarı zamanı xüsusi aktuallıq kəsb
edir. İnkişaf etməkdə olan keçid iqtisadiyyatlı ölkələr üçün birgə
əməkdaşlıq çərçivəsində beynəlxalq bazarda çıxış etməyin daha
odekvat forması xarici investisiya kapitalına əsaslanan birgə
sahibkarlıq forması hesab edilir, hansının ki, əsası kimi birbaşa
xarici investisiyalarının cəlb edilməsi və istifadəsi mümkünlüyü və
vacibliyi çıxış edir.
Birgə sahibkarlıq forması kimi birgə müəssisələrin inkişaf
etməsi bir sıra obyektiv səbəblərlə şərtləndirilmişdir.
-birincisi, elmi texniki tərəqqi və iqtisadi inkişafıla əlaqədar
olaraq yeni sənaye sahələrinin meydana çıxması, onun
reallaşdırılması üçün investisiya qoyuluşu tələb edir ki, bu da
bəzən ayrılıqda götürülmüş hər hansı bir ölkənin iqtisadi gücü
daxilində olmur.
-ikincisi, elmi texniki inkişaf, texnika və texnologiyanın
yenilənməsinə ehtiyac əlavə xarici investisiya cəlb edilməsini tələb
edir.
-üçüncüsü, ölkələr arasındakı təbii və əmək resurslarındakı
fərq bir sıra ölkələri təbii resursların mənimsənilməsi və əlavə iş
yerlərinin açılması nəticəsində məşğulluğun artırılması məqsədilə
xarici investisiya cəlb edilməsinə, digər ölkələri isə əlavə kapitalın
hələ işə salınmamış iqtisadi fəaliyyət sahələrinə yönəldilməsinə
sövq edir. Bu səbəblər vasitəsilə birgə sahiibkarlığın müxtəlif
ölkələrin kapitallarının birləşdirilməsinə əsaslanan və ənənəvi
ticari-iqtisadi münasibətləri tamamlayan uzunmüddətli iqtisadi,
elmi-texniki və istehsal yönümlü beynəlxalq münasibətlərin daha
Dostları ilə paylaş: |