247
Sahibkarlıq fəaliyyətinin bu növü hal-hazırda da inkişaf
etməkdə olan ölkələrdə uğurla həyata keçirilir. Sözsüz kapitalın
hərəkət verici qüvvəsi mənfəət olduğu üçün müştərək
sahibkarlığın yaradılmasında əsas niyyət mənfəət əldə etmək
məqsədi ilə sahibkarların (dövlətlərin) hər hansı bir maliyyə, elmi-
texnoloji, xammal, idarəetmə proseslərini təkbaşına həyata keçirə
bilməməsi və ya bunların həyata keçirilməsinin daha optimal
variantının seçilməsidir. Buna da iqtisadi nöqteyi nəzərindən
diqqət yetirsək görərik ki, müştərək sahibkarlığın yaradılması
kapital ixracının xüsusi bir forması kimi çıxış edir. Belə ki,
beynəlxalq əmək bölgüsü olmadan, yeni texnika, texnologiya
tətbiq etmədən dünya bazarına çıxmaq, təlabatı çox olan
məhsullar istehsal etmək müşkül məsələdir. Müştərək sahibkarlıq
fəaliyyətinin həyata keçirilməsində həm yerli, həm də xarici
əməkdaş öz strateji maraqlarını güdür və buna uyğun olaraq öz
fəaliyyətlərini qururlar. Müştərək sahibkarlıqda adətən yerli
əməkdaş xarici investorun təcrübəsindən, qabaqcıl texnika və
texnologiyasından, idarəetmə üsullarından xarici tərəfdaş isə,
zəngin təbii resurslardan istifadə, öz ölkəsində həyata keçirə
bilmədiyi məqsədləri həyata keçirmək o cümlədən fəaliyyət
göstərdiyi ölkənin coğrafi mövqeyindən istifadə, ucuz işçi
qüvvəsindən istifadə, yerli bazarın konyukturasını öyrənmək və s.
imkanını qazanır. Müştərək sahibkarlığın yaradılmasında digər
səbəblərdən biri də geniş ölkələrarası layihələrin tək bir ölkə
tərəfindən maliyələşə bilməməsi və ya həyata keçirilə
bilməməsidir. Müştərək sahibkarlıq deyəndə iki və ya bir neçə
ölkə partnyorlarının istehsal, ticarət, elmi-texniki, investisiya,
servis və s. sahələri daxil olmaqla istehsal təsərrüfat fəaliyyəti
başa düşülür. Müştərək sahibkarlığın ümumi əlamətlərinə bütün
partnyorların aşağıdakı eyni növ əlaqələrin razılaşdırılmasının
vacibliyidir. Belə ki, bu sahibkarlığın əsasında onların
mövqelərinin üst-üstə düşmədiyi konfliktli hallar (kadrlar, istehsal
və ticarət siyasəti, idarəetmə üsulları, əməyin ödənilməsi) və
əmtəənin (xidmət) istehsalçıdan istehlakçılara hərəkətini təmin
etmək durur.
Birgə müəssisələrin yaradılması formaları
248
Birgə müəssisələrin yaradılması əsasında güclərin, maliyyə
vəsaitlərinin, material resurslarının birləşdirilməsi və mənfəətdə
və riskdə iştirak durur.
Birgə müəssisələr aşağıdakı formalarda həyata keçirilir:
konsersium;
beynəlxalq iqtisadi təşkilatlar;
azad iqtisadi zonalar;
müştərək müəssisələr;
təsərrüfat cəmiyyətləri;
səhmdar cəmiyyətləri.
Bəzən birgə müəsisələr tərəflərin yerli və ya xarici
olmasından asılı olmayaraq aşağıdakılara bölünür. Xarici
tərəfdaşla yaradılan müştərək sahibkarlığın növləri bunlardır.
—
Qarışıq cəmiyyət;
—
Müştərək müəssislər;
—
Azad iqtisadi zonalar.
Konsersium (latın sözü-birgə iştirak, birgə əməkdaşlıq)
konkret məsələlərin həlli üçün partnyorların müvəqqəti
birləşməsidir.
Beynəlxalq iqtisadi təşkilatlar-bunlar hökumətlərarası və
dövlətlərarası iqtisadi təşkilatlar, beynəlxalq təsərrüfat təşkilatları
və birlikləridirlər. Onlar müqavilələr və onların təsisçilərinin
razılığı əsasında qurulurlar. Dövlətlərarası iqtisadi təşkilatların
əsas funksiyaları istehsal, elmi və s. sahələrdə əməkdaşlıq edən
ölkələrin fəaliyyətlərinin koordinasiyasıdır.
Beynəlxalq təsərrüfat təşkilatlarının əsas funksiyaları elm-
istehsal sferasında birgə təsərrüfat və koordinasiya fəaliyyətidir.
Ilk azad iqtisadi zonalar böyük dəniz limanlarının, dəmir
yolları qovşaqlarının, aeroportların-ölkələrin, sərbəst və
gömrüksüz xarici əmtəələrin aparılması və gətirilməsi üçün
gömrüksüz sahələrindən ayrı xüsusi ərazilər sayılırdı. Uzun zaman
ərzində azad iqtisadi zonalar əhəmiyyətli kommersiya fəaliyyətinə
çevrildi. Azad iqtisadi zonalar-gömrük sərhəddi daxilində sərbəst
ayrılan sahə olub, bütün təsərrüfat məsələlərinin həllində müstəqil
hüquqlara malikdir.
249
Azad iqtisadi zonalara xüsusi idarəçilik hüquqları verilir,
güzəştli şərait yaradılır. Onlar həmçinin xarici investorların
iştirakı ilə müştərək müəssisələr də yarada bilərlər.
Azad iqtisadi zonaların yaradılmasının əsas məqsədi xarici və
daxili kapitalı cəlb edərək istehsalı təşkil etmək, investisiya şəraiti
yaratmaq, xarici bazar üçün rəqabət qabiliyyətli məhsul istehsal
etməkdir.
Statistik məlumatlara görə hazırda bütün dünyada 400-ə
yaxın azad iqtisadi zona mövcuddur. Onların bəziləri öz
funksional xasiyyətlərinə görə sərbəst kömrük zonalarına
yaxındırlar.
Azad iqtisadi zonaların əsasən iki forması vardır.
1.Ticarət xarakterli (fəaliyyətli).
2. İstehsal fəaliyyətli.
Müştərək müəssisələr-müştərək müəssisələr dedikdə iki və ya
daha artıq ölkənin (ölkə sahibkarı) kapitalı ilə birgə yaradılan
müəssisələr başa düşülür. Iqtisadi ədəbiyyatlarda müştərək
müəssisə termini ilə yanaşı ‚birgə müəssisə‛, ‚qarışıq müəssisə‛
anlayışı da işlədilir. Bəzi iqtisadi ədəbiyyatlarda xarici tərəfdaşı
olan və birgə fəaliyyət göstərən müəssisələr ‚Müştərək müəssisə‛,
yerli tərəfdaşı olan müəssisələr”‚Şərikli müəssisə‛, dövlətin
yaratdığı belə müəssisə isə–“Birgə müəssisə” adlandırılır.
Dünya təcrübəsində müştərək müəssisələrin yaradılmasının 2
müxtəlif tipini fərqləndirirlər. Bunlar ‚səhmdar kapitalı əsasında
yaradılan müştərək müəssisələr‛ və ‚contraktual müştərək
müəssisələrdir‛
Səhmdar müştərək müəssisələr iki və ya daha artıq iştirakçı
tərəfindən səhmdar cəmiyyəti formasında yaradılır və hər bir
iştirakçı səhmdar kapitalın müəyyən payına malik olur.
Kontraktual müştərək müəssisələr dedikdə fəaliiyətin bu növü
müştərək fəaliyyəti həyata keçirmək üçün yeni müəssisənin
yaradılmasını nəzərdə tutmur. Iştirakçılar arasında həyata
keçirilən bütün proseslər müqavilələr yolu ilə tənzimlənir.
Dostları ilə paylaş: |