262
Müəssisə üzərində nəzarə müştərək müəssisənin fəaliyyətində
əsas məsələlərdən biridir. Hansı investor miştərək müəssisə
üzərində daha çox nəzarətə malikdirsə, həmin investor da öz
mənafeyini daha dolğun reallaşdırmaq imkanına malik olur.
Müştərək
müəssisə
üzorində-nəzarət
təkcə
tərəfdaşların
müəssisənin kapitalındakı payı ilə yox, həm də ölkənin inkişaf
səviyyəsi və tərəfdaşların gücü ilə müəyyən olunur. Iqtisadi
ədəbiyyatda düzgün olaraq qeyd edilir ki, «inkişaf etməkdə olan
ölkələrdə xərici investorun müəssisənin kapitalında 5 faiz iştirakı
çox hallarda həmin müəssisəni korporasiyadaxili əlaqələrə
qoşmaq üçün kifayət edir». Xarici investor öz üstünlüklərindən
istifadə edərək müştərək müəssisə üzərində nəzarətı təmin edir.
Bıı nəzarəti təmin edən aşağıdakı metodlar vardır:
-Inzibati metod - bu, müştərək müəssisədə formal və real
idarəetmə heyəti yaradılması hesabına xarici investorun müştərək
müəssisəyə nəzarət etməsinə əsaslanır.
-Maliyyə metodu - bu, xarici investorun daha geniş kredit
bazarına əsaslanmaqla, müştərək müəssisənin fəaliyyətinin bu
kreditlərin verliməsindən asılı edilməsinə əsaslanır.
-Səhmlərin emissiyası və yerləşdirilməsi metodu - bu metod
isə, milli tərəfdaşın səhm paketinin xırda səhmdarlar arasında
yayılmasına, ya da iki növ səhm-səsvermə hüququ verən və
səsvermə hüququ vermeyən səhm buraxmaq yolu ilə xarici
investorun müştərək müəssisə üzərində nəzarətinə əsaslanır.
Beləliklə, tərəfdaşların iqtisadi gücləri və inkişaf səviyyələri
arasındakı fərq nə qədər böyükdürsə, güclü tərəfdaş müəssisəni
texnoloji, istehsal, kommersiya cəhətdən özündən asılı etməklə
onun üzərində daha çox nəzarət etmək imkanına malik olur.
Müştərək müəssisənin yaradılması prosesi aşaрıdakı
mərhələləri əhatə edir: bazarın tədqiqi, zəruri
informasiyanın toplanması, real imkanların qiymətləndirilməsi,
müştərək
müəssisənin
tipinin
seçilməsi
tərəfdaşların
informasiyanın toplanması,real imkanların qiymətləndirilməsi,
müştərək müəssisənin tipinin seçilməsi, tərəfdaşların axtarışı və
seçilməsi, müştərək müəssisənin yaradılması üçün danışıqların
aparılması, onun yaradılması, qeydiyyatı və fəaliyyətinin təşkili
nəzarətin həyata keçirilməsi. Bu vaxt xarici investor ölkədəki
263
siyasi-iqtisadi mühiti hüquqi şəraiti, müştərək müəssisənin
fəaliyyətinin operativ-təşkilati-strateji aspektlərini, o cümlədən
milli və beynelxalq iqtisadi siyasətin məqsədini, qəbul edən
ölkədə sosial-psixoloji xüsusiyyətləri və s. nəzərə alır. Deməli,
müştərək müəssisə yaradılması haqqında danışıqlara qədər,
investorlar müəssisənin öz xüsusiyyətlərini və xarici mühitlə
əlaqədar amilləri nəzərə almalıdırlar.
Beləliklə, xarici kapitalın iştirakı nəticəsində müştərək
müəssisələrdə formalaşan istehsal münasibətlərinin məzmunu,
fəaliyyət
məqsədləri,
iqtısadi
maraqları,
onları
digər
təsərrüfatçılıq formalarından fərqləndirən əsas cəhətlərdir.
Müştərək müəssisəyə xas olan xarakterik xüsusiyyətlər
Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası
tərəfindən aşağıdakı kimi müəyyənləşdirilmişdir:
1.
Uzunmüddətli sahibkarlıq fəaliyyəti göstərmək barədə
ikitərəfli və ya çoxtərəfli) razılaşmanın olması;
2.
Məqsədə çatmaq üçün tərəflərin pul vəsaitlərindən, əsas
fondlardan,
idarəetmə
təcrübəsindən,
intellektual
mülkiyyətdən və s. vasitələrdən birlikdə istifadə etmələri;
3.
İştirakçı tərəflərin qoyduqları kapitala birgə aktiv kimi
qiymət vermələri;
4.
Müştərək məqsədi həyata keçirmək üçün müstəqil
idarəetmə orqanlarının yaradıması;
5.
Müştərək kapital qoyuluşundakı payına görə hər iki
tərəfin
həm
qazancının,
həm
də
itkilərinin
bölüşdürülməsində münasib faizlə iştirak etmələri.
Müştərək müəssisələr ‚səhdar tipli‛ və ‚maqavilə tipli‛ ola
bilərlər.
Səhdar tipli müştərək müəssisələrdə hər bir tərəfdaşın
özünün səhm payı olur və o da bunun müqabilində müəyyən faiz
divident götürür.
Maqavilə tipli müştərək müəssisələrdəisə qazancın bölgüsü
müqavilə şərtləri əsasında aparılır və bunun üçün də yeni bir
təşkilatın yaradılması zəruri olmur. Yəni hər hansı bir konkret
məqsədə çatmaq üçünimzalanmış sazişin bütün şərtləri yerinə
yetirildikdən sonra, tərəflər müqavilə şərtlərinə görə paylarını
bölüşdürüb işlərini bitmiş hesab edə bilərlər.
264
Müştərək müəssisə yaradılarkən müxtəlif səbəblər və
məqsədlər qarşıya qoyula bilər.Lakin onların yaradılmasında
iştirak edən 4 prinsip demək olar ki, bütün müştərək müəssisələrə
aid edilə bilər.Bunlar aşağıdakı prinsiplərdir:
1.
İstehsalın məhsuldarlığının və səmərəliliyinin yüksəldilməsi.
2.
Əməliyyatların genişləndirilməsi.
3.
Yeni növ məhsul istehsalında riskin azaldılması.
4.
İnvestisiya, texnika, texnologiya cəlb edilməsi yolu ilə geridə
qalmış sahənin inkişafının təmin edilməsi.
Bu prinsiplərin hər birinin əldə edilməsi üçün müştərək
müəssisə aşağıdakı motivlərdən istifadə etməlidir:
1.
İstehsalın məhsuldarlığının və səmərəliliyinin yüksəldilməsi
aşağıdakı yollarla əldə edilir:
a)
yeni istehsal sahələri yaradılarkən kapital qoyuluşu
həcminin azaldılması;
b)
fəaliyyətdə olan istehsal bölmələri ilə istehsal həcminin
genişləndirilməsi;
c)
məhsul buraxılı prosesin şaquli inteqrasiyanın təmin
edilməsi;
d)
ucuz qiymətli xammalın əldə olunması;
e) mövcud istehsalın, marketinqın və təchizatın
gücləndirilməsi;
f) yeni texnologiya və ucuz işçi qüvvəsi tətbiq etmək
sayəsində rentabelliyin yüksəldilməsi;
g) texniki cəhətdən mürəkkəb məhsulların kooperasiya
yolu ilə iri miqyaslı istehsalının təşkil edilrnəsi;
h) patent və lisenziyalar hesabına istehsalın
sadələşdirilməsi;
1) kooperasiya üzrə tərəfdaşlar arasında ödəniş
şərtlərinin sadələşdirilməsi.
2. Əməliyyatların genişləndirilməsi aşağıdakı imkanlan yaradır:
a)
yeni istehlak bazarına daxil olmaq;
b)
yeni fəaliyyət sahəsinə girmək;
c)
yeni istehsal bazarı, xammal mənbəyi və əmək
ehtiyatları əldə etmək;
d)
yeni təchizat əlaqələrinə nail olmaq;
Dostları ilə paylaş: |