16
Nazir Əhmədli
ildə doğulduğu göstərilirdi. Ələsgərlə qardaş-bacıları ara-
sında, eləcə də Məşədi Salahın övladları arasında ögeylik
yoxdu. Onda sual doğurdu ki, neçə olur bir qadın bir övlad
doğduqdan sonra 33 il(!) fasilə verib sonra bir neçə il fərqlə
o biri övladlarını doğur?
Mən 1980-ci illərdə Axısqalı Xəstə Hasanla bağlı İslam
müəllimə məktub yazanda bu məsələyə də aydınlıq gətir-
məsini istəmişdim. O isə belə söhbətləri eşitmək belə istə-
mirdi. Hətta 2000-ci ildən sonra İslam müəllimlə bir yer-
də, Folklor İnstitutunda işləyəndə İ.Şopenə istinad edərək
1821-ci ildə Ağkilsədə yaşayış olmadığını yazmışdım.
Məqaləni hörmət əlaməti olaraq müəllimim və Ələsgər
ocağının alim oğlu, bu sahənin bilicisi sayılan İslam Ələs-
gərova oxumağa vermişdim. İslam müəllim məqaləni oxu-
yanda bərk əsəbləşmiş, yazını çırıb zibil yeşiyinə atmışdı.
Mənə də incikliyini sərt şəkildə bildirdi, narahat olmuşdu
ki, mən ondan xəbərsiz məqaləni haradasa çap etdirərəm.
İnstitutun direktoru Hüseyin İsmayılova da məndən şikayət
etmiş, xahiş etmişdi ki, məqalənin çapına mane olsun. Göy-
cə aşıq məktəbinin yaşını böyütmək istəyən, bu mövzuda
dəfələrlə mənimlə mübahisə edən Hüseyn İsmayılov sakit
və mülayimliklə xahiş etdi ki, İslam Ələsgərov sənin müəl-
limin olub, ağsaqqal adamdır, hirslənər, başına bir iş gələr,
sən gəl bu məsələni qapat. Mən bu mövzudan əl çəkimək
fi kirində deyildim, lakin əlimdə də ciddi tarixi sənədlər yox
idi. Ona görə də bu məsələni gündən-günə, aydan-aya, il-
dən ilə ötürürdüm.
Nazir Əhmədlinin qarşımızdakı kitabı isə mənim bu
mövzuya müracət etməyimə son qoydu. O, elmi ictimaiy-
yətə elə sənədlər təqdim etdi ki, burada daha mübahisəyə,
inciməyə yer qalmadı. Bu sənədlər həm də Xəstə Hasanın
Aşıq Ələsgərə bağlama göndərib-göndərmədiyi məsələlə-
sinə nöqtə qoymuş oldu.
17
Haqq-nahaqq seçilər Haqq divanında
Bir yanlışlıq başqa yanlışlığa da yol açır. Ələsgərin
yaşının böyüdülməsi yeni bir problem-Aşığın övladlarının
yaşı məsəlsini ortaya çıxarırdı. Onların yaşını artıra bilmə-
diklərindən, məcbur olmuşdular Ələsgərin 40 yaşında ev-
ləndiyi rəvayətini ortaya atsınlar.
Kəndimizdən Aşıq Ələsgəri görən adamlar və Göy-
çədə tanıdığım, söhbət etdiyim aşıqlar ustad sənətkarın 40
yaşında evlənməsinə, onun ilk eşq məcarəsi ilə bağlı ya-
ranan poemaya, radio verlişinə, xüsusən Pullu Məhərrəm
haqqında deyilənlərə istehza ilə yanaşır, bu uydurmaları
Aşıq Ələsgərə yaraşmayan cəfəngiyat adlandırırdılar. Çox-
ları kimi Ələsgərin də gəncliyində bir qıza aşiq olduğunu,
onun şəninə şeirlər söylədiyini normal qarşılayırdılar. Aşığı
gözü tox, oturub-durmağını, sözünün yerini bilən, namus-
lu bir insan kimi xatırlayırdılar. Onun gözəllərə yazdığı
şeiriləri isə o dövrün ab-havasının məhsulu kimi dəyərlən-
dirdilər. Toyun sonunda aşığın bəyə və gəlinə tərif deməsi
vacib şərtlərdən biri sayılırmış. Aşıq Ələsgər də bütün aşıq-
lar kimi bu ənənəyə əməl edirmiş. Yəni musiqi ilə sözün
vəhdətindən ibarət xoş sözlər, arzu-diləklər olurmuş. Onlar
içərisində yüksək sənətkarlıq nümunələri yaşayır və ağız-
dan-ağıza keçərək yayılırmış. Bəzən də toyda bir nəfər irəli
çıxıb “aşıq, mənim məclisdə iştirak edən qızıma və ya gəl-
nimə bir tərif de, sənə bir quzu, və ya başa bir nəmər verə-
cəm” deyərmiş. Aşıq da bunu məmnunluqla yerinə yetirər-
miş. Aşıq Ələsgərin gözəllər haqqında söylədiyi şeirlərin
bir qismi belə yaranıbsa, bir qismi də müəyyən hadisələrlə
bağıldır.
Aşıq Alının anadan olmasının 180 illiyinin təntənə ilə
qeyd edilməsi haqqında Azərbaycan KP MK-nın qərarı qə-
zet və jurnalların bu mövzuda məqalələr verməsinə imkan
yaratdı. Həmin günlərdə mən də işlədiyim “Sovet Naxçı-
vanı” qəzetində Aşıq Alı və onun ustadı, Ağ Aşıq ləqəbli
18
Nazir Əhmədli
Allahverdi haqqında bir neçə məqalə yazdım. O dövrdə Ağ
Aşıqdan söz açan bütün müəllifl ər onun Kosacan kəndində
doğulduğunu, sonra Göyçənin Kərkibaş kəndinə getdiyi-
ni yazırdılar. Mən də aşıqla bağlı material toplamaq üçün
Kosacana getdim. Orada aşığın qızı Zülfünaz qarı ilə gö-
rüşdüm. Yaşının 80-i keçdiyi deyilən Zülfünazdan aldığım
bilgidən bu qənaətə gəldim ki, Kosacandakı Allahverdi ilə
Kərkibaşdakı Allahverdi ayrı-ayrı adamlardır. Yaşadıqları
dövrlər arasında azından 50-60 il fərq var. Atalarının adı
da fərqlidir. Bu haqda 1982-ci ildə “Sovet Naxçıvanı”na
məqalə yazdım, radioya verliş hazırladım. Lakin mən məş-
hur alim olmadığım üçün yazdıqlarım heç kimin diqqətini
çəkmədi. 1993-cü ildə “Bir daha Ağ Aşıq haqqında” adlı
məqalə yazıb “Oğuz eli” qəzetində (14 yanvar,sayı 1 (30),
səh.8) və “Ağ Aşıq təxəllüslü Allahverdi Sulduzludurmu?”
məqaləsini Tehrandakı “Vaqlıq” jurnalınada (1998 (1376),
105-2, 106-3, səh.44) çap etdirdim. Əlimdə aşığın doğumu
ilə bağlı rəsmi sənədlər olmadığından mən də yanlışlıqlara
yol vermişdim. Nazir Əhmədli bu kitabı ilə mənim də yan-
lışlıqlarımı düzəltmiş oldu.
Nazir Əhmədli 19-cu yüzildə yaşamış aşıqlarımızın
ömür yolları haqqındakı yanlışlığa son qoydu. Ağ Aşıq
ləqəbli Allahverdilərin, Aşıq Alının, Aşıq Ələsgərin, Aşıq
Musanın, Şair Məhəmm ədin, Şəmkirli Aşıq Söyünün(Hü-
seynin) və başqalarının haqqında elə dəqiq bilgilər verdi ki,
ensklopediyalara məqalə hazırlayanlar, aşıq yaradıcılığın-
dan məqalə və kitab yazanlar gərək Nazir Əhmədlinin kita-
bını daim masalarının üstündə saxlasınlar, araşdırıcılarımız
Qaracəmirlidə yaşamış, indiydək adı, bəhsi çəkilməyən
sənətkarlar haqqında Nazir Əhmədlinin verdiyi bilgilər əsa-
sında yeni axtarışlara başlasınlar.
Nazir Əhmədli tədqiqatçıların nəzərini kameral
təsvir sənədlərinə cəlb etdiyi bu kitabı ilə yeni bir mər-
Dostları ilə paylaş: |