13
Haqq-nahaqq seçilər Haqq divanında
sının həyat və yaradıcılığından dissertasiya yazırdı. Aşığın
şeirlər toplusunu çapa hazırlayır, hərdən də təkidli xahişi-
mizlə yazdığı dissertasiyadan parçalar oxuyurdu.
Şagird-müəllim arasında səmimi bir münasibət
yaratdığından fi kirlərimizi ona rahat söyləyə bilirdik.
Ondan Aşıq Ələsgərin şeirlər kitabına başqalarının da
şeirlərinnin nədən daxil edildiyini soruşduqda, kitabın
tərtibçilərindən, nəşriyyatlardan gileylənirdi.
Aşıqların İmanın, Musanın, Bəşirin, Məhəmmədin və
başqalarının adı ilə oxuduqları şeirlərin “Aşıq Ələsgər”
kitabına düşməsi haqlı narazılıq yaradırdı. Sonralar mən
unversitetdə oxuyanda (1968-1973) və “Şərq qapısı” qə-
zetində işləyəndə də gördüm ki, aşıqların, sinədəftər şeir
həvəskarlarının nəinki İslam Ələsgərovdan, folklor topla-
yanlardan bir inciklikləri var. Onlar bu incikliyi “çap etdir-
diyi o şeirləri məndən topladı, amma mənim adımı bir dəfə
də olsun çəkmədi”, “məndən topladığı şeiri başqa aşığın
adına çap etdirdi”, “mən söylədiyim şeirin üzərində düzə-
lişlər apardı” və s. şəkildə bildirirdilər. Onların dediklərində
böyük həqiqət olsa da, bir məsələ də vardı ki, hər bir söylə-
yici, aşıq özünün bildiyini doğru sanırdı. Onlar folklordakı
çoxvariantlılıqla razılaşmaq istəmirdilər.
Bir məsələ də vardı. Cəmiyyətdə bir böyüklük, nəhəng-
lik sindiromu mövcud idi. “İnqilabı kim etdi?” sualına
düşünmədən “Lenin”, “Sovet hökümətini kim qurdu və
möhkəmləti?” sualına “Stalin!” cavabı verilirdi. Sov. İKP.
MK-nın 10-dən çox büro üzvü olsa da, yalnız Baş və birnci
katiblərin adları hallanırdı. Yuxarıdan başlayan bu proses
aşağılaradak davam edirdi. Belə ki, rayonda hamı dərdini,
şikayətini birinci katibə, kənddə kolxoz sədirinə, sovxoz di-
rektoruna demək istəyir, əsasən onları tanıyırdılar. Rayon
İcraiyyə Komitəsinin sədri, büro üzvləri, rayon prokuroru,
kənd sovetinin sədri və başqaları “nəhənglərin” kölgəsin-
14
Nazir Əhmədli
də qalırdı. Bu, özünü bütün təşkilatlarda göstərirdi. Aşıq
şeirlərini toplayan araşdırıcılar da bir “böyük”, “məşhur”
sənətkar yaratmaq istəyirdilər. Başqalarının, yəni Alının,
Bəşirin, İmanın, Musanın haqqının tapdanması önəmli de-
yildi.
Bolşeviklərin hakimiyyətə gəldiyi ilk illərdən başlayan
bu proses 1980-ci illərədək davam etdi.
Belə ki, yeni bolşevik hökuməti keçmişi inkar edir, yeni
proletar mədəniyyəti və ədəbiyyatı yaradıcaqlarını vəd edir-
dilər. Keçmişdə yazılanları, saray ədəbiyyatı, burjua-m ülk ə-
dar, tacir sinifi nin ədəbiyyatı adlandırır, kasıb-kusub için-
dən çıxanların yaradıcılığından yeni ədəbiyyat yaratmağa
çan atırdılar. Qazaxıstanda Cambul Cabayevi(1846-1945),
Dağıstanda avar Həmzət Sadasanı(1877-1951), ləzgi Su-
leyman Stalskini(Həsənbəyov) (1869-1937), balkar Kazım
Meçiyevi (1849-1945) və b. beləcə parlatdılar. Oxuma-yaz-
ma bilməyən, vəzn, qafi yə haqqında aydın təsəvvürü olma-
yan, söylədikləri bədiyyatdan uzaq olan bu insanları ictimai
mənşəyinə görə məşhur şair kim təbliğ etdilər, əsərlərini rus
dilinə və b. dillərə çevirib böyük tirajla yaydılar. Onlara
yüksək dövlət mükafatları, fəxri adlar verdilər.
Fəhlə-kəndlidən yeni proletar ədəbiyyatı yaratmaq
istəyənlər qaraçay Qasbot Qoçqarovdan da (Qoçqarlanı)
(1834-1940) istifadə etməyə çalışırlar. Lakin o, Sovet qur-
luşuna xoş münasibət bəsləmədiyindən səfi l bir ömür sür-
dü, at belində gəzərək Sovet rəhbər işçiləri, xoşu gəlməyən
adamlar haqqında həcvlər söylədi.
Xatirələrdə Aşıq Ələsgərin Sovet dövründə İrəvana
dəvət edildiyindən söz açılır. Qoca və xəstə olduğunu səbəb
gətirən Aşığın getmədiyi söylənilir. Bu, yuxarıda adını çək-
diyimiz kəndli şairlərin dəvəti ilə eyni vaxta təsadüf edir.
Aşıq Ələsgər yeni hökümətdən xoşu gəlmədiyinə görəmi
İrəvana getməyib, yoxsa həqiqətən də xəstəlik və qocalıq
15
Haqq-nahaqq seçilər Haqq divanında
belə bir səfərə çıxmasını əngəlləyib? Fikrimizcə, o, yeni qu-
ruluşu bəyənməyib, qocalığı və xəstəliyi bəhanə gətirərək
getməyib. Və yaxşı ki, getməyib!
Bunları deməkdə məqsədimiz odur ki, araşdırıcılarımız
yaşadıqları mühitin övladı olduqlarından aşıqların yaşını
böyütməyə, onları çox yaşayan, uzunömürlü göstərməyə
çalışmaları danılmazdır. Onu da nəzərə almalıyıq ki, həmin
dövrdə tədqiqatçıların əlinin çatacağı sənədlər də olma-
mışdır, çünki sovet dövründə arxivlərdə sərt bir qapalılıq,
senzura nəzarəti vardı. “Məxvi” qrifi altında olan minlərlə
sənədi ən məşhur, sovet hökumətinə sədaqəti ilə seçilən,
inanılmış alimlərə, yazıçı və şairlərə də vermirdilər. Qafqaz
canişinliyi tərəfi ndən tərtib edilmiş kameral təsvirlər də
belə sənədlərdən idi.
Elə faktlar vardı ki, alimlərimiz onlardan yanlışlığı
çözmək üçün ipucu kimi istifadə edə bilərdi. Lakin onlar
da bunu etmək istəmir, qəlibləşmiş formulları dağıtmağa
cürət etmirdilər. Aşıq Ələsgərin ömür yolu haqqında ən eti-
barlı məlumatlar ailə üzvlərinin hazırladığı şəcərə sayılırdı.
İstər bu şəcərədəki fərq, istərsə Aşıq Ələsgərdən yazan tə-
dqiqatçıların sənəktarın doğumu haqqında yazdıqlarındakı
yanlışlıq göz qabağında idi. Söz-söhbətlərdə bunlar deyilsə
də, rəsmişəşdirilmirdi. Belə ki, Aşıq Ələsgərin 1821-ci ildə
doğulduğunu yazanlar sənətkarla qardaşları arasındakı 30
ildən çox yaş fərqi haqqında deyilənləri eşitmək belə istə-
mirdilər. Aşıq Ələsgərin 1821-ci ildə doğulduğunu “Quran”
ayəsi kimi qəbul edən İslam müəllim onun qardaşı Məhəm-
mədin 1857-ci ildə doğulduğunu yazır, Məşədi Saleh, Xəlil
və Məhəmməd arasındakı yaş fərqini 3-5 il göstərirdi. Bu
yaş fərqindəki uyğunsuzluq Aşıq Ələsgərin qardaşı Məşədi
Salahın ailəsində də vardı. Belə ki, Məşədi Salahın böyük
oğlu Aşıq Qurbanın 1870-ci ildə, ondan sonra doğulan oğ-
lanları Növrəs İmanın 1903-cü ildə, Aşıq Musanın 1909-cu
Dostları ilə paylaş: |