19
Haqq-nahaqq seçilər Haqq divanında
hələyə yol açmış oldu. Onun açdığı yolla gedənlər təkçə
aşıqlarımızın deyil, qaçaqlarımızın, ictimai xadimlə-
rimizin, alimlərimizin, yazıçı və şairlərimizin də ömür
yollarına aydınlıq gətirə biləcəklər.
Sonda bir məsələyə toxunmaq istəyirəm. Dünyanın hər
yerində (keçmiş SSRİ-ni və onun indiki davamçılarını çıx-
maqla) elmə yenilik gətirənlərə doktor adı verilir. Keçmiş
Sovetlər Birliyində olduğu kimi indi də Rusiya və ona bağ-
lılıqdan qurtara bilməyən respublikalarda-müstəqil dövlət-
lərdə isə bir qəlib müəyyənləşdirilib. Dissertasiyanın həcmi
fi lan səhifə, formatı fi lan cür, tərtibi fi lan səviyyədə olma-
lı, müdafi ə şurasınadək üç mərhələrəli müzakirə təşkil
edilməli, bu müzakirələrin gedişi videoya çəkilməli və
protokolları yazılmalıdır. Sonda böyük bir çamadan dolu-
su sənədlər Ali Attestassiya Komissiyasına gördərilməldir.
Orada azı bir-iki il saf-cürük edildikdən sonra cavab verilir
ki, dissertasiya təsdiq edilir, ya yox. (İndiyədək oradan on-
larla dissertasiya geri qaytarıl ıb. Lakin buna görə Müdafi ə
Şurası üzvlərinin birinə də “gözün üstə qaşın var” deyən
olmayıb). Hazırlanan dissertasiyaların da önündə mövzu-
nun aktuallığı, elmi yeniliyi və s. kimi yarımbaşlıqlar var.
Amma bunlar formal xarakter daşıyır.
Dahi alman fi losofu Fridrix Nitşenin həyatında maraqlı
bir hadisə var. Leypsiq Universitetinin tələbəsi olarkən an-
tik yunan ədəbiyyatı ilə bağlı yazdığı iki məqaləsini oxuyan
İsveçrənin Bazel Universitetinin klassik fi lologiya kafed-
rasının müdiri Nitşenin təhsil aldığı universitetə məktub
göndərir. Məktubda yazır ki, əgər etirazınız yoxdursa,
biz sizin tələbəniz Nitsşeni təhsilini başa vurduqdan son-
ra kafedramıza professor vəzifəsinə dəvət edirik. Nitsşe-
nin müəllimləri, əlbəttə etiraz etmir. Hər bir məsələdə
punktuallıq, intizam göstərən almanlar bəlkə də öz ta-
rixlərində ilk dəfə olaraq nadir bir hərəkət də edirlər.
20
Nazir Əhmədli
Deyirlər bir halda ki, bu tələbəni nüfuzlu bir universitet
professor vəzifəsinə dəvət edir, bizim ondan dövlət im-
tahanı götürməyimiz etik baxımdan düzgün olmaz. Nit-
sşedən dövlət imtahanı götürmədən ona diplom verirlər
və 24 yaşlı gənc məzun dəvət aldığı Bazel Universitetinə
yollanır...
Nazir Əhmədlinin kitabları, xüsusilə qarşımızdakı bu
son kitabı da elmi yeniliyi olan, millətimizə və Vətənimizə
xeyir verən kitablardır. Onlardan yüzlərlə alim, tələbə, zi-
yalı, yazıçı və şair, öz soy-kökünü öyrənmək istəyən sadə
insanlar istifadə edəcəklər. Lakin ona fi lologiya üzrə elmi
dərəcə vermək heç kimin yadına düşməyəcək. Çünki elmi
dərəcə üçün müəyyənləşdirilmiş qəliblərdə hazırlanmayıb,
oxucuya, alimə, tarixi mövzuda əsər yaradan yazıçı və şa-
irlərə, soy-kökü ilə maraqlananlara lazım olan səviyyədə
hazırlanıb. Avropada, Amerikada, Asiyada, hətta Afrikada
və Avstraliyada nəşrlərin bu cür hazırlanması normal sayı-
lır. Keçmişdən dördəlli yapışıb ondan əl çəkmək istəməyən
bizlərdən başqa.
Ola bilsin ki, hələ Nazir Əhmədlini diletantlıqda, qey-
ri-peşəkarlıqda, başqalarının işinə qarışmaqda da suçlasın-
lar. Buna da dözmək lazımdır. Çünki cəmiyyətimiz belə
formalaşdırılıb.
Əli Şamil,
tədqiqatcı jurnalist, folklorşünas
MÜƏLLİFDƏN
Adı Ustad Ələsgərə məxsus bir şeirdən götürülmüş bu
kitabın meydana çıxmasının maraqlı tarixi var.
Təxminən bir il bundan əvvəl keçmiş çar Rusiyasın-
da tərtib olunmuş kameral təsvir sənədləri ilə 2009-cu
ildən başlamış işimi intensiv şəkildə davam etdirməyə
başladım.1988-ci ildən erməni əsirliyində qalmış kəndi-
miz-Dərələyəz mahalının Gabud kəndi haqqında “Gabud
və gabudlular” adlı kitabıma tarixi sənədlərlə cidddi elmi
məzmun vermək istəyirdim. Çünki yaddaşlarda yaşayaraq
bizə gəlib çatmış tarix ən müxtəlif yorumlarda mövcud ol-
duğuna görə, bu müxtəlifl iklərə son qoymaq və ortaya ciddi
bir kitab çıxarmaq lazım idi. Bir daha görməyə ümidlərimi-
zin olmadığı Gabud kəndi haqqında övlad borcumu yerinə
yetirmək istəyirdim. Adı çəkilən kitab 2016-cı ildə işıq üzü
gördü və güman edirəm ki, qarşıya qoyduğum işin öhdəsin-
dən gələ bildim.
Bu iş məni elə cəlb etmişdi ki, artıq ondan ayrıla bilmir-
dim, fi kirləşirdim ki, mənə nə qədər doğma olsa da, Gabud
bir kənddir və onun daxil olduğu və onun kimi əsirlikdə
qalan Dərələyəz mahalının Kameral siyahısını da hazır-
layım. Dərələyəz mahalının 1831-ci və 1842-ci illərə aid
kameral təsvir sənədlərini də hazırladım (bu yaxınlarda
həmin kitab işıq üzü gördü), amma məndə növbəti arzu
və vətəndaşlıq borcu hissi oyandı, fi kirləşdim ki, tədqiqat-
larımı Dərələyəz mahalı ilə məhdudlaşdırsam, bu iş başa
çatmamış qalacaq. Axı təkcə Dərələyəz mahalı deyil, bütün
Qərbi Azərbaycan düşmən işğalı altındadır, əsrlər boyunca
üzərində gəzdiyimiz, həyat sürdüyümüz digər ellərimizi də
22
Nazir Əhmədli
bir növ “işğaldan azad edim”. Seçim və hərəkət imkanımın
məhdudluğunu nəzərə alaraq məsələyə Göyçə mahalından
başlamaq qərarına gəldim, çünki hər an yarıda kəsilə bilə-
cək bu işdə başqa həmyerlilərim inciməsin, Azərbaycan
xalqına Ələsgər kimi bir nəhəngi bəxş etdiyinə görə Göyçə
mahalını daha əhəmiyyətli sayırdım...
Göyçə mahalının Kameral təsvirini (buraya kameral si-
yahılar da daxildir) əldə edəndən sonra, təbii ki, ilk növbə-
də Ağkilsə kəndini və Ustad Ələsgəri axtarmağa başladım,
amma bəri başdan deyim ki, ilk tanışlıq məyusluqla əvəz
olundu. Axı indiyə qədər bütün folklorşünaslar, ədəbiyyat
tarixçiləri, aşığın nəvəsi, onun irsinin yorulmaz tədqiqatçısı
və təbliğatçısı, Aşıq Ələsgər yaradıcılığından fəlsəfə dok-
toru alimlik dərəcəsi elmi adını almış mərhum İslam Talıb
oğlu Ələsgər(1925-2014) təkidlə Aşıq Ələsgərin 1821-ci
ildə (hətta məsələni daha konkret qoyaraq aşığın doğum
gününü də göstərirdilər-22 martda, Novruz bayramında!)
Göyçə mahalının Ağkilsə kəndində anadan olduğunu, 1926-
cı il mart ayının 7-də, elə həmin Ağkilsə kəndində də və-
fat etdiyini bildirirdilər. Aşığın vəfat tarixi ilə bağlı heç nə
deyə bilmərəm, axı onun kiçik oğlu Aşıq Talıb 1979-cu ilə
kimi yaşayıb və ona görə də atasının vəfatı tarixində səhv et-
məyəcəyini qəbul etməliyik. Doğum tarixinə gəldikdə isə...
Sənədlərlə ilk tanışlıq göstərdi ki, Aşıq Ələsgər 1821-
ci ildə Ağkilsə kəndində anadan olmayıb. Çünki nəinki
1821-ci ildə, hətta 1831-ci ildə də Ağkilsə kəndində heç
kim yaşamırdı və bu kənd boş idi!
Bizim hansı sənədlərə əsaslanaraq belə ciddi və bəzi
adamlara iddialı görünə biləcək mülahizə yürütməyimizə
toxunmaq istəyirəm ki, oxucuda ciddi təsəvvür yaransın:
bu sənədlərə inanmaq olar, yoxsa yox?
XVIII əsrin sonlarından başlayaraq Rusiya İmperiya-
sı çoxdan göz dikdiyi Cənubi Qafqaz regionuna fəal mü-
Dostları ilə paylaş: |