233
Haqq-nahaqq seçilər Haqq divanında
9. Əziz Əhmədovun söylədiyinə görə, Keşişoğlu adlı
üç aşıq yaxud şair Ağ Aşığın çağdaşı olub və hətta onunla
deyişib: 1.Borçalıdakı Keşişoğlu; 2.Naxçıvanlı Keşişoğ-
lu və 3.Bala Məzrəli Keşişoğlu. Deyişmələrdən ancaq biri
bizlərə gəlib çatıb.
10.Ağ Aşığın gəzib-dolaşdığı, çalıb-çağırdığı coğrafi
çevrə özündən sonrakılarla tutuşdurula bilməz. Misirdən
Şərqi Türküstana kimi gəzib dolaşdığı güman olunur və bir
təcnisində özü buna işarə edir. Lakin Məkkəni ziyarət etdiyi
haqda heç bir bilgi yoxdur.
11.Əziz Əhmədovun söylədiyinə görə, Aşıq Alı da öz
ustadı kimi, savadlı imiş və Ağ Aşığın qoşduğu bütün söz-
ləri bir əlyazmaya toplayıbmış. Kəlbəcərə köçərkən həm öz
sözləri, həm ustadı qoşduqları əlyazmaları yerli şagirdlər-
dən birinə bağışlayır. 1937-ci ildə əski ərəb əlifbası ilə ya-
zılmış əlyazmalar (oxuya bilmirlərmiş!) cəzalanma qorxu-
su altında yandırılır.
12.Kötükcəsinin dediyinə görə, Babacanlı Aşıq Qə-
dir (onun haqqında sonra söhbət açacağıq!) dünyasını də-
yişənədək Ağ Aşıqdan bildiklərini M. Həkimova tam şəkil-
də verməyib və qalanları onun oğlanlarındadır. Aşıq Alının
törəmələrində, məsələn, Gədəbəyin Slavyanka kəndində
Qaytaran adlı iqtisadçıda və vaxtı ilə Kəsəmən kəndində
yaşamış Molla Muxtarın oğlanlarında Ağ Aşığın şerləri və
hekayətləri toplanıb. Kötükcəsinin özü də az-çox topladığı-
nı qoruyub saxlayır.
Ağ Aşıqdan əldə etdiyim bilgilərin çoxunu açıqlasam
da, araşdırmanın ən başlıca məqsədinə yaxınlaşıram. Ulu
Göyçə yüzilliklər boyu onlarla, yüzlərlə saz-söz sənətkarı
yetişdirib ki, onların sayəsində öz ənənələrini XX yüzilli-
yin sonunadək, çox böyük çətinliklər və qurbanlar hesabına
qoruyub saxlasa da, bütöv Azərbaycan çevrəsində ən tanın-
mış, ən öncül ustadın xalqımıza verdiyi ən ölçüyəgəlməz
234
Nazir Əhmədli
faydaya, - onun ləyaqətli yetirmələrinə üz tuturuq. Çünki
Ağ Aşıq nə dərəcədə Ağ olsa da və hətta bütün bəşəriyyə-
tin üzünə ağ olsa da (əlbəttə, əfsanələrdə!) onun üzünü ta-
riximiz və milli mədəniyyətimiz qarşısında daim ağardan
yetişdirdiyi sənətkarlar olub. Burada «İman Əlisi» kimi ta-
nınmış Zərzibilli Aşıq Əlinin dediklərini (maqnit lentə ya-
zılıb!) olduğu kimi çatdırmağı özümə borc bilirəm:
«Sən bir Aşıq Allahverdinin böyüklüyünə bax ki, us-
tadlar Ustadı Ələsgər kimi nəhəngin Ustadı Aşıq Alını ər-
səyə çatdırıb».
İxtisarsız təqdim etdiyim bu yazının müəllifi də əksər
müəllifl ərin səhvlərini təkrar edir, İrəvan Sərdarı haqqında-
kı səhv fi kirlərə həmmüəllifl ik edir, onu hətta türk paşası
kimi təqdim edir, aşığın atasını və babasını dolaşıq salır.
Müəllifi n istinad etdiyi Əziz Əhmədov bilməsə də, məqalə
yazıb ictimaiyyətin diqqətinə çıxaran adam bilməli idi ki,
hər hansı Osmanlı paşası silahlı adam göndərib kimisə
Göyçədən Osmanlı dövlətinə apara bilməzdi, çünki Göy-
çə mahalı sonuncu dəfə qısa bir müddətdə 1724-1735-ci
illərdə Osmanlılar tərəfi ndən işğal edilmişdi, həmin dövr-
də Aşıq Allahverdi, çox güman ki, onun atası da hələ do-
ğulmamışdı. Göyçəni 1735-ci ildə Nadir şah Osmanlı iş-
ğalından azad etdi və 1828-ci ildə Rusiya tərəfi ndən işğal
edilənə qədər İran Qacarlar dövlətinin ərazisi idi. Başqa
bir dövlətin vətəndaşını isə Osmanlı paşası qol gücünə necə
yanına apartdıra bilərdi? “Yuxusuzluqdan əziyyət çəkən pa-
şanı yatırtması” isə ancaq dastanlara xas olan rəvayətlərə
yarayır, elmi məqalədə belə cümlələr yazmaq sadəcə olaraq
naşılıqdır.
Məşhur aşıqlar Aşıq Əkbərin və Mikayıl Azafl ının “Ağ
Aşıq” adının əmələ gəlməsinə verdikləri şərh isə gülməli
uydurmadır. Valideynlərinə ağ olan şəxs xalq arasında necə
hörmət, ad-san qazana bilər, üstəlik 11 məşhur aşığa ustad-
235
Haqq-nahaqq seçilər Haqq divanında
lıq edə bilər? Guya böyük bir iş görübmüş kimi Allahverdi
də bunu da özünə təxəllüs götürüb! Əslində isə bu ad tük-
lərinin və dərisinin ağlığına görə başqaları tərəfi ndən ona
ləqəb (məhz ləqəb, təxəllüs yox!) kimi verilib.
Tibbdə rast gəlinən bir termin var: albinos. Bu ifadə o
canlılara deyilir ki, onların dərisində piqmentlər-rəng verən
hüceyrələr olmur və dərisi də, tükləri də ağ olur. Bu cür
qeyri-təbii hallara həm insanlar, həm də heyvanlar arasında
rast gəlinir. Bu cür canlılar rəngləri də fərqləndirə bilmir.
“Millət” qəzetinin redaksiyasının yerləşdiyi “Azərbay-
can” nəşriyyatında işlədiyim vaxtlarda milliyətcə gürcü
olan Givi Paçxataşvili adlı, Azərbaycanda doğulmuş və
azərbaycanca yazıb-yaradan bir jurnalist vardı, yaxşı da
şahmat həvəskarı idi, jurnalistlər arasında keçirilən şahmat
yarışlarında çox həvəslə iştirak edirdi. Onu Azərbaycan jur-
nalistlərinin çoxu tanıyırdı. G.Paçxataşvili də albinos idi,
çox zəif görürdü. Məhz saç-saqqalının və dərisinin bu cür
ağlığına görə Aşıq Allahverdiyə Ağ Aşıq deyiblər, validey-
nlərinə ağ olduğuna görə yox.
Bu məqaləyə müraciət etməyimin əsas səbəbi odur ki,
müəllif Əziz Əhmədovun söylədikləri əsasında Ağ Aşığın
doğum tarixini dəqiqləşdirməyə çalışır və onun doğumu-
nun 20 il qabağa çəkildiyi, yəni 1750-1754-cü illərdə deyil,
1775-1780-ci illərə aid olduğunu irəli sürür. Amma Ağ Aşı-
ğın 105 il yaşaması haqqındakı uydurmanı düzgün hesab
edərək, 1775 rəqəminin üzərinə 105-i əlavə edir və onun
1880-ci ildə vəfat etdiyini güman edir.
Məqalənin 5-ci bəndində Ağ Aşığın Göyçə mahalına
köçməsi haqqındakı”izahat” lap gülməlidir:
“ 5. Aşıq Allahverdinin Göyçəyə köçməyinin iki sə-
bəbi olub: 1) atasının ölümündən sonra üzərinə düşən
ailə ağırlığı; 2) Qacarların İranda və Qafqazda tüğyan
etməsi”.
Dostları ilə paylaş: |