Hasil fəTƏLİyev şƏrabin mikrobiologiyasi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/95
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#20988
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   95

190 
göbələklərdə,  (məsələn,  mayalarda)  hiflər  olmayıb,  onların  orqa-
nizmi bir hüceyrədən ibarətdir. 
Mitseli substratın səthində (ekzogen),  yaxud daxilində (endo-
gen) inkişaf edə bilər. Göbələyin hüceyrə quruluşu da əvvəlkilərə 
oxşar şəkillidir.  
Göbələklər  vegetativ  yolla  və  sporun  köməyilə  çoxalır. 
Vegetativ  çoxalma  mitsel  hissəcikləri  ilə  baş  verir.  Bəzən  hiflər 
çoxalmaya xidmət edən ayrıca hüceyrələr şəklində (oidii) paylanır.  
Sporlar iki növdə olur: cinsiyyətsiz və cinsiyyətli. Cinsiyyətsiz 
sporların  əmələ  gəlməsi  hüceyrənin  irsiyyətini  davam  etdirmir. 
Cinsiyyətsiz sporlar daxili (endogen) və xarici (ekzogen) ola bilir. 
Endogen sporlar sporangiyalarda yerləşməklə, uzun ayaqcıqlar 
–  sporangienoslarda  oturur.  Xarici  sporlar  konidisporlar  adlanır. 
Onlar  zəncirlərlə  ayaqcıqlarda  –  konidienoslarda  yerləşir. 
Konidienoslar müxtəlif formaya malik olur. Onların yuxarı hissəsi 
qalınlaşmış  (Aspergillus),  budaqlanan  (Penisililum,  Botrytis)  ola 
bilir.  Konidiosporlar  zoosporangilərə  çevrilməklə  çoxsaylı 
zoosporlar (qamçılarla təchiz olunmuş sporlar) əmələ gətirə bilir. 
Cinsi  sporlar  iki  hüceyrənin  qovuşmasından  əmələ  gəlir. 
Qovuşma izoqam (eyni hüceyrələrin birləşməsi) və ooqam (dişi və 
qadın erkək cinsli hüceyrələrin birləşməsi) ola bilər. Birinci halda 
ziqospor yaxud ziqot, ikincidə - oospor formalaşır.  
Göbələklərdə  özünəməxsus  cinsi  proses  nüvələrin  birləşməsi 
(karioqamiya)  müşahidə  olunur.  Proses  iki  nüvəli    hüceyrələrdən 
(dikarion)  başlanır.  Nüvələr  birləşəndən  sonra  onun  4  yaxud  8 
spora  bölünməsi  başlayır.  Bu  yolla  askosporlar  və  bazidosporlar 
əmələ  gəlir.  Askosporlar  daxili  sporlardır.  Onlar  kisə  yaxud 
asklarda səkkiz-səkkiz əmələ gəlirlər. Bazidosporlar xarici sporlar 
olub, hər ayaqcıqda (steriqmlər) dörd-dörd meydana çıxır.  
Göbələklərin  çoxunda  həm  cinsiyyətsiz,  həm  də  cinsiyyətli 
sporlar olur.  
Yalnız natamam göbələklər sinfinə aid olanlar cinsi sporlardan 
məhrum olur. 
Hər  iki  spor  növünə  malik  olan  göbələklərdə  qeyri-cinsi  və 
cinsi  üsulla  çoxalma  müşahidə  olunur.  Cinsiyyətsiz  sporlar  əlve-


191 
rişsiz  şəraitə  az  davamlı  olub,  əlverişli  şəraitdə  əmələ  gəlir  və 
növün saxlanmasına xidmət edir (məsələn təkrar qışlama üçün). 
Bəzi  göbələklərdə  çoxalma  üçün  sıxlaşmış  hiflərdən  bərk 
kütlə-sklerosiya  və  qalın  qılafla  örtülmüş  sıxılmış  hif  hissəsi  – 
slamidosporlar  rol  oynayır.  Əmələ  gələn  bu  hissəciklər  kifayət 
qədər davamlı olub, qışlamaq xüsusiyyətlidir. 
Göbələklərin  təsnifatı.  Göbələklərin  tipi  (Fungi)  beş  sinifə 
bölünür: 
I sinif – Archimycetes (arximisetlər)   
II sinif – Phycomycetes (fikimisetlər) 
III sinif – Ascomycetes (askomisetlər) 
IV sinif – Basidiomycetes (bazidomisetlər) 
V sinif – Fungi imperfecti (natamam göbələklər) 
Birinci  iki  sinif  ibtidai  göbələklər  qrupunda  birləşməklə  bir 
hüceyrəli misellərə malik olur, qalanlar –ali göbəklər olmaqla, çox 
hüceyrəli misellərdir. 
Arcimycetes - ən sadə göbələklərdir. Onlar parazit həyat tərzi 
keçirirlər. Hüceyrə qılafı olmur. Onu sahib bitkinin hüceyrə qılafı 
əvəz edir. Çoxalma zoosporlarla baş verir. 
Phucomycetes  –  birhüceyrəli  mitsellərlə  səciyyələnir  və  cinsi 
sporların  tipinə  görə  iki  yarımsinifə  bölünür:  Zygomycetes  – 
(ziqomitsetlər)  –  ziqosporlarla  çoxalanlar  və  Oomycetes 
(oomisetlər) oospolarla çoxalanlar.  
Birinci  yarımsinifə  çox  geniş  yayılmış  kiflər  mucor  göbələk-
ləri,  ikinci  yarımsinifə  parazit  göbələklər  –  Plasmopdra  viticola 
(üzümün  mildyu  xəstəliyinin  törədicisi)  və  Phytophtora  (kartof 
paraziti) aiddir. 
Ascomycetes  –  askosporlarla  (cinsi  sporlarla)  çoxalması  ilə 
səciyyələnir. Qeyri cinsi çoxalma konidisporların köməyilə həyata 
keçirilir. 
Bu çox geniş sinif olub, həm papaqlı, həm də parazit göbələk-
ləri,  kifləri  və  mayaları  birləşdirir.  Bəzi  Ascomyceteslərdə  kisə-
ciklər  meyvə  bədənciklərində  əmələ  gəlir.  Onlar  meyvə-kisəlilər 
adlanır. Digərlərində kisələr birbaşa misellərində yerləşir – bunlar 
çılpaq  kisəlilər  adlanır.  Meyvə  kisəlilərə  -  yeyilən  göbələklər  – 


192 
tryufellər,  kiflər  –  Asergillus  və  Penicillium  və  bəzi  bitki  para-
zitləri (sporinyalar) aiddir. 
Çılpaq  kisəlilərə  Endomyces  (endomites)  cinsi  və  mayalar 
aiddir.  
Basidomycetes  –  bazidosporlarla  çoxalan  göbələklərdir. 
Papaqlı  göbələklərin  çoxu,  həmçinin  bəzi  bitki  parazitləri  bura 
daxildir. 
Fungi  imperfecti  –  cinsi  sporların  olmaması  ilə  səciyyələnir. 
Natamam  göbələklərin  konisiosporlarla,  bəzilərinin  isə  oidilərlə, 
çoxalması  müşahidə  olunsa  da  bəzi  orqanlarda  çoxalma  yoxdur. 
Bu sinifə parzit göbələklər (Fuzarium) aiddir. 
5.2.2. Kif göbələklərinin fiziologiyası 
Qidalanma.  Kif  göbələkləri  karbon  mənbəyi  kimi  çox  müx-
təlif  birləşmələrdən  istifadə  edə  bilər.  Bunlara  şəkər  və  polişə-
kərlər, spirtlər, üzvi turşular, aminturşular, zülallar, karbohidratlar, 
fenolların törəmələri və bir çox digərləri. 
Kif göbələklərinin çoxu azot mənbəyi kimi üzvi azotdan başqa 
nitrat və ammonyak azotunu mənimsəmək xüsusiyyətinə malikdir. 
Üzvi azot əsasən amin azotu formasında mənimsənilir. Aminturşu 
azotunun ən yaxşı mənbəyi aspargin və qlütamin turşuları və onla-
rın  amidləridir.  Zülalların  istifadəsi  yalnız  onların  preteolitik 
fermentlərlə  hidrolizindən  sonra  mümkündür.  Göbələklərin  bəzi 
növləri  (məsələn,  Aspergillus  flarus)  atmosfer  azotunu  tutmaq 
xüsusiyyətinə malik olur. 
Kif  göbələklərinin  inkişafı  və  həyat  fəaliyyəti  üçün  mineral 
maddələr  lazımdır.  onlardan  bəziləri  məsələn,  kükürd,  fosfor, 
kalium,  kalsium,  maqnezium,  dəmir  nisbətən  yüksək  qatılıqda 
lazım  olur.  Mikroelementlər  adlanan  digərləri  isə  aşağı  qatılıqda 
(adətən  mq/l)  lazımdır.  Bunlara  manqan,  molibden,  sink,  mis, 
kobalt, nikel, bor və bir çox başqaları aiddir. 
Mayalara  nisbətən  kif  göbələklərinin  vitaminlərə  təlabatı 
azdır.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə