Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə112/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   108   109   110   111   112   113   114   115   ...   122

mədəni həyatında baş vermiş hadisələr haqqında məlumatlar 
verilir. 
13.4. Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu 
Azərbaycan Respublikasının qəbul edən dövlətdən diplomatik 
nümayəndəliyinə  və ya konsulluğuna, yaxud da bilavasitə 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ötən il 
ərzində konsulluq əməliyyatları  və xidmətlərinə görə alınmış 
konsulluq rüsumlarının məbləği, konsulluq əməliyyatlarını 
həyata keçirərkən faktiki xərclər daxil olmaqla, konsulluq 
funksiyalarının icrası ilə əlaqədar xərclər barədə maliyyə hesabatı 
təqdim edir. 
 
 
AZƏRBAYCAN RESPUBLİKASI VƏ  
ÖZBƏKİSTAN RESPUBLİKASI ARASINDA 
KONSULLUQ KONVENSİYASI 
 
Azərbaycan Respublikası və Özbəkistan Respublikası, iki ölkə 
arasında dostluq münasibətləriinin inkişafına yardım etmək, habelə 
öz vətəndaşlarının hüquqlarını  və  mənafeyini daha səmərəli 
qorumağa səy göstərərək, 24 aprel 1963-cü ildə Vyanada imzalanmış 
konsulluş  əlaqələri haqqında Vyana Konvensiyasını inkişaf etdirmə 
məqsədilə konsulun münasibətləri yerinə yetirmək üçün əlavə 
müddəalar müəyyən etmək arzusu ilə  aşağıdakılar barədə razılığa 
gəldilər. 
 
Maddə 1 
Təriflər 
 
Bu Konvensiyada işlədilən terminlər aşağıdakı mənaları daşıyır: 
1.
 
«Konsulluq» hər hansı baş konsulluq, konsulluq, vitse-konsulluq 
və konsulluq agentliyi. 
2.
 
«Konsulluq dairəsi» qəbul edən ölkənin ərazisində konsulluğa öz 
vəzifələrini yerinə yetirmək üçün ayrılmış bölgə; 
3.
 
«Konsulluq başçısı» - konsulluğa rəhbərlik etmək tapşırığı almış 
şəxs; 
4.
 
«Konsulluğun vəzifəli  şəxsi» - konsulluq başçısı daxil olmaqla, 
konsulluq funksiyalarını yerinə yetirmək tapşırığı almış hər hansı 
şəxs; 
5.
 
«Konsulluğun  əməkdaşı» konsulluqda inzibati və texniki 
vəzifələri yerinə yetirən hər hansı şəxs; 
6.
 
«Xidtmət personalı  işçisi» - konsulluqda xidmət işlərini yerinə 
yetirən şəxs; 
7.
 
«Konsulluğun işçiləri» - yəni konsulluğun vəzifəli  şəxsləri, 
konsulluq əməkdaşları və ya xidmət personalı işçiləri; 
8.
 
«Konsulluq personalı  işçiləri» - konsulluğun vəzifəli  şəxsləri 
(konsulluq başçısı istisna olmaqla), habelə konsulluğun əməkdaşı 
və xidmət personalı işçiləri; 
9.
 
«Xüsusi ev xidmətçisi» - konsulluq işçisinin yalnız xüsusi 
xidmətində olan şəxs; 
10.
 
«Konsulluq binaları» - kimin mülkiyyətində olmasından asılı 
olmayaraq, yalnız konsulluq funksiyalarını yerinə yetirmək üçün 
ayrılmış binalar və ya bina hissələri, bu binalara və yaxud bina 
hissələrinə aid torpaq sahəsi; 
11.
 
«Konsulluq arxivləri» - konsulluğa aid bütün kağızlar, 
yazışmalar, sənədlər, kitablar, filmlər, vildesəsyazma lentləri, 
konsulluğun reyestrləri,  şifr və kod cədvəlləri, kartotekalar, 
onların saxlanılması və mühafizəsi təmin edilməsi üçün ayrılmış 
ləvazimatlar; 
12.
 
«Göndərən dövlətin hava gəmisi» - hərbi hava gəmiləri istisna 
olmaqla göndərən dövlətdə qeydiyyatdan keçirilmiş bildirici 
işarələrini daşımaq hüququna malik olan hər hansı üçün aparatı 
deməkdir. 
 
Maddə 2 
Konsulluqların açılması 
 
1.
 
Göndərən dövlətin konsulluğu qəbul edən dövlətin  ərazisizində 
yalnız qəbul edən dövlətin razılığı ilə açıla bilər. 
2.
 
Konsulluğun yerləşdiyi ərazi, onun dərəcəsi, konsulluq dairəsi və 
konsulluğun vəzifəli  şəxslərinin sayı göndərən dövlətlə  qəbul 
edən dövlət arasında razılığa əsasən müəyyənləşdirilir. 
3.
 
Konsulluğun yerləşdiyi  ərazidə, onun dərəcəsində  və konsulluq 
dairəsində, yaxud konsulluğun vəzifəli  şəxslərinin sayında 
sonrakı  dəyişikliklər göndərən dövlət tərəfindən qəbul edən 
dövlətin razılığına əsasən həyata keçirilə bilər. 
 
452
 
453


Maddə 3 
4.
 
Baş konsulluq və konsulluq, yerləşdiyi  ərazidə  kənarda vitse-
konsulluq agentliyi açmaq istədiyi halda da qəbul edən dövlətin 
razılığı zəruridir. 
Konsulluq başçısının təyin olunması 
 
1.
 
Konsulluq başçısı  təyin edilməzdən  əvvəl göndərən dövlət 
tərəfindən diplomatik və ya digər müvafiq kanallarla təklif 
olunan şəxs barədə qəbul edən dövlətin razılığı alınmalıdır. 
5.
 
Mövcud konsulluğun tərkib hissəsini təşkil edən dəftərxananın 
onun yerləşdiyi  ərazidən kənarda açılması üçün də  qəbul edən 
dövlətin əvvəlcədən müəyyən razılıq verməsi zəruridir. 
 
2.
 
Qəbul edən dövlət hər hansı bir şəxsin konsulluq başçısı sifətində 
təyin olunmasına razılıq verməzsə, o, göndərən dövlətə bu 
imtinanın səbəblərini göstərməyə borclu deyil. 
3.
 
Göndərən dövlət diplomatik kanallar vasitəsilə  qəbul edən 
dövlətin Xarici İşlər Nazirliyinə konsulluq patentini və ya 
konsulluq başçısının təyin edilməsi barədə digər analoji sənədi 
göndərir. Bu sənəddə konsulluq başçısının tam adı, soyadı, 
vətəndaşlığı, konsulluğun yeri, dərəcəsi və konsulluq dairəsi 
göstərilir. 
4.
 
Qəbul edən dövlət konsulluq patentini və ya analoji sənədi 
aldıqdan sonra konsulluğun başçısının təyin edilməsi üçün ona 
formasından asılı olmayaraq ekzekvatura adlanan icazə  sənədi 
verir. 
Ekzekvaturan və ya digər icazəni verməkdən imtina edən qəbul 
edən dövlət, göndərən dövlətə bu imtinanın səbəblərini göstərməyə 
borclu deyil. 
5.
 
Bu maddənin 6-cı  bəndində  və 4-cü maddədə göstərilən hallar 
istisna olmaqla, konsulluq başçısı yalnız belə ekzekvatura və ya 
digər icazə verildikdən sonra öz funksiyalarını yerinə yetirməyə 
başlaya bilər. 
6.
 
Qəbul edən dövlət ekzekvatura və ya digər icazə  sənədi 
verənədək müvəqqəti olaraq konsulluq başçısına öz 
funksiyalarını yerinə yetirməyə razılıq verə bilər. Bu halda 
hazırkı Konvensiyanın müddəaları tətbiq edilir. 
7.
 
Konsulluq başçısına hətta müvəqqəti olaraq öz funksiyalarını 
yerinə yetirmək icazəsi verildikdən sonra qəbul edən dövlət təcili 
surətdə konsulluq dairəsinin səlahiyyətli hakimiyyət orqanlarına 
bu barədə məlumat verməlidir. Bundan əlavə, qəbul edən dövlət 
konsulluq başçısının öz vəzifələrini icra etməsi və bu 
Konvensiyadan irəli gələn üstünlüklərdən istifadə edə bilməsi 
üçün lazımi tədbirlər görülməsini təmin edir. 
 
 
454
 
455


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə