Maddə 4
Konsulluq başçısının funksiyalarının müvəqqəti olaraq
yerinə yetirilməsi
1.
Əgər konsulluq başçısı öz funksiyalarını yerinə yetirə bilmirsə və
ya konsulluq başçısının vəzifəsi boşdursa, konsulluq başçısının
funksiyaları konsulluq başçısının vəzifələrini icra edən tərəfindən
müvəqqəti yerinə yetirilir.
2.
Konsulluq başçısının vəzifələrini icra edən şəxsin tam adı və
soyadı göndərən dövlətin diplomatik nümayəndəliyi vasitəsilə və
ya göndərən dövlətin qəbul edən dövlətdə belə nümayəndəliyi
olmadıqda, konsulluq başçısı tərəfindən, yaxud o bunu etmək
imkanına malik deyilsə, onda göndərən dövlətin hər hansı
səlahiyyətli orqanı tərəfindən qəbul edən tərəfin Xarici İşlər
Nazirliyinə və yaxud həmin Nazirliyin göstərdiyi orqana
bildirilir.
Bu bildiriş, bir qayda olaraq, qabaqcadan göndərilir.
3.
Qəbul edən dövlətin səlahiyyətli orqanları konsulluq başçısı
vəzifələrini icra edən şəxsə yardım göstərir və onu himayə
edirlər. Konsulluğa rəhbərlik etdiyi müddətdə ona bu
Konvensiyanın müddəaları müvafiq konsulluq başçısı üçün
nəzərdə tutulan əsaslarla şamil edilir.
4.
Göndərən dövlətin qəbul edən dövlətdəki diplomatik
nümayəndəliyinin diplomatik heyət üzvü göndərən dövlət
tərəfindən bu maddənin 1-ci bəndinin müddəalarına əsasən
konsulluq başçısı vəzifələrinin müvəqqəti icraçısı təyin olunarsa,
o, diplomatik imtiyazlardan və toxunulmazlıqlardan qəbul edən
dövlətin buna etiraz etmədiyi təqdirdə istifadə etməkdə davam
edir.
Maddə 5
Konsulluq heyəti işçilərinin təyin olunması
1.
Göndərən dövlət konsulluq heyəti işçilərini 6-cı və 7-ci
maddələrin müddəalarında
göstərilən istisnalarla, azad şəkildə
təyin edə bilər.
2.
Göndərən dövlət qəbul edən dövlətin istəyinə uyğun olaraq 7-ci
maddənin 3-cü bəndində nəzərdə tutulan hüquqlarını həyata
keçirə bilməsi üçün konsulluq başçısı istisna olmaqla,
konsulluğun vəzifəli şəxslərinin tam ad və soyadlarını,
kateqoriyalarını və vəzifə dərəcələrini qabaqcadan qəbul edən
dövlətə bildirir.
3.
Qəbul edən dövlət konsulluğun bütün işçilərinə və onların ailə
üzvlərinə, onların statusuna müvafiq olaraq, konsulluq işçiləri və
ailə üzvləri sifətində tanıyan şəxsiyyət vəsiqələri verir.
Maddə 6
Konsulluq vəzifəli şəxslərin vətəndaşlığı
Konsulluğun vəzifəli şəxsi göndərən dövlətin vətəndaşı
olmalıdır.
Maddə 7
«Persona non qrata» elan olunmuş şəxslər
1.
Qəbul edən dövlət istədiyi vaxt diplomatik kanallarla göndərən
dövlətə konsulluğun bu və ya digər vəzifəli şəxsinin «persona
non qrata», yaxud hər hansı işçisinin
arzu olunmaz şəxs olduğu
barədə məlumat verə bilər. Bu halda göndərən dövlət, müvafiq
olaraq, həmin şəxsi geri çağırmalı və ya onun funksiyalarını
dayandırmalıdır.
2.
Göndərən dövlət bu maddənin 1-ci bəndində göstərilən öhdəliyi
məqbul müddətdə yerinə yetirməkdən imtina edərsə və ya yerinə
yetirməzsə, qəbul edən dövlət müvafiq olaraq həmin şəxsin
ekzekvaturasını və ya digər icazəsini ləğv edə,
yaxud onu
konsulluq işçisi kimi tanımaqdan imtina edə bilər.
3.
Konsulluğun işçisi kimi təyin edilmiş şəxs qəbul edən dövlətin
ərazisinə daxil olanadək və ya o artıq qəbul edən dövlətdirsə, öz
vəzifələrinin icrasına başlayarkən arzuolunmaz şəxs elan edilə bilər.
Hər belə halda göndərən dövlət onun təyinatını ləğv edir.
4.
Bu maddənin 1-ci və 3-cü bəndlərində göstərilən hallarda qəbul
edən dövlət göndərən dövlətə öz qərarının səbəbini bildirməyə
borclu deyildir.
Maddə 8
Təyinolunma, gəlmə və getmə haqqında
qəbul edən dövlətə bildirilməsi
456
457
1.
Qəbul edən dövlətin xarici işlər nazirliyinə və ya bu nazirlik
tərəfindən göstərilən orqana aşağıdakılar barədə bildirilir:
a) konsulluğun işçilərinin təyin olunması,
təyin olunduqdan sonra
onların konsulluğa gəlmələri, tamamilə qayıtmaları və ya onların
funksiyalarının dayandırılması, konsulluqda işlədiyi müddətdə
onların statusuna təsir göstərən bütün başqa dəyişikliklər barədə;
b) konsulluq işçisinin onunla daimi yaşayan ailə üzvü, habelə lazımi
hallarda bu və ya digər şəxsin üzvlüyünə daxil olması yaxud ailə
üzvlüyündən çıxması;
c) xüsusi ev xidmətçilərinin gəlmələri və tamamilə getmələri və
lazımi hallarda onların xidmətlərinin bu sifətdə dayandırılması;
d) qəbul edən dövlətdə daimi yaşayan imtiyaz və immunitetlərə
malik olan şəxslərin konsulluq işçiləri
və ya xüsusi ev xidmətçiləri
qismində əmək fəaliyyətinə cəlb edilməsi, yaxud azad edilməsi.
2. Gəlmə və tamamilə getmə barədə bildiriş mümkün qədər
qabaqcadan verilməlidir.
Maddə 9
Konsulluq və yaşayış binalarının əldə edilməsi
1.
Göndərən dövlət öz adından və ya onun tərəfindən müvəkkil
edilmiş hər hansı fiziki və ya hüquqi şəxs vasitəsilə qəbul edən
dövlətin qanun və qaydalarına uyğun olaraq və bu dövlətin
razılığı ilə mülkiyyət şəklində, istifadə üçün, icarəyə götürmək və
ya hər hansı başqa formada sahiblik üçün aşağıdakıları əldə edə
bilər:
a) konsulluq binaları, konsulluq başçısının iqamətgahı,
hər bir
konsulluq vəzifəli şəxsinin, qəbul edən dövlətin vətəndaşı olmayan
və bu dövlətdə daimi yaşamayan hər bir konsulluq əməkdaşının
yaşayış binasını;
b) hər hansı belə konsulluq binalarının və yaşayış binalarının
tikilməsi üçün tutulan torpaqları;
2. Bu maddənin 1-ci bəndində göstərilən şərtlərə uyğun olaraq
göndərən dövlət eləcə də konsulluq və yaşayış binaları, ya torpaq
sahələrini yaxşılaşdıra bilər.
3. Qəbul edən dövlət göndərən dövlətə bu maddənin 1-ci və 2-ci
bəndində göstərilən hüquqları həyata keçirməkdə müvafiq
yardım göstərir və onu himayə edir.
4. Bu maddədə göstərilən müddəalar qəbul edən dövlətin binaların
yerləşdirilməsini, tikintisini və habelə şəhər planlaşdırılmasını və
rayonlaşdırılmasını tənzimləyən qanun və qaydalarına riayət
etmək məsuliyyətindən göndərən dövlətin azad edilməsi kimi
təfsir olunmamalıdır.
Maddə 10
Fəxri konsulluq vəzifəli şəxsləri
Razılaşan hər iki tərəf fəxri konsulluq vəzifəli şəxsinin təyin
olunması barədə razılığa gələrsə, onlar fəxri konsulluq vəzifəli
şəxslərinə tətbiq edilən rejimin müəyyən edilməsi məqsədilə bu
Konvensiyanın müddəaları və beynəlxalq ümumi hüququ
normalarına əsasən müvafiq sazişlərin bağlanması məsləhəti ilə
əlaqədar məsləhətləşmələr keçirəcəklər.
Maddə 11
Konsulluqların, konsulluq işçilərinin müdafiəsi
və onlara verilən imkanlar
1.
Qəbul edən dövlət konsulluğa funksiyalarını yerinə yetirmək
üçün bütün imkanları təmin edir.
2.
Qəbul edən dövlət konsulluğun vəzifəli şəxslərinə lazımi
hörmətlə yanaşır, konsulluğun vəzifəli şəxslərinin və qəbul edən
dövlətin vətəndaşları olmayan,
qəbul edən dövlətdə qanuni
olaraq daimi yaşayış icazəsi olan əcnəbi statusuna malik olmayan
digər konsulluq işçilərinin, habelə yuxarıda göstərilən hər hansı
birinin onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsiyyətinə
azadlığına və ləyaqətinə xələl gətirə bilən halların qarşısını almaq
üçün bütün lazımi tədbirləri görür.
Maddə 12
Dövlət bayrağı və gerbi
1.
Göndərən dövlət bu maddənin müddəalarına uyğun olaraq qəbul
edən dövlətdə öz dövlət bayrağından və gerbindən istifadə etmək
hüququna malikdir.
458
459