Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə113/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   109   110   111   112   113   114   115   116   ...   122

Maddə 4 
Konsulluq başçısının funksiyalarının müvəqqəti olaraq 
 yerinə yetirilməsi 
 
1.
 
Əgər konsulluq başçısı öz funksiyalarını yerinə yetirə bilmirsə və 
ya konsulluq başçısının vəzifəsi boşdursa, konsulluq başçısının 
funksiyaları konsulluq başçısının vəzifələrini icra edən tərəfindən 
müvəqqəti yerinə yetirilir. 
2.
 
Konsulluq başçısının vəzifələrini icra edən  şəxsin tam adı  və 
soyadı göndərən dövlətin diplomatik nümayəndəliyi vasitəsilə və 
ya göndərən dövlətin qəbul edən dövlətdə belə nümayəndəliyi 
olmadıqda, konsulluq başçısı  tərəfindən, yaxud o bunu etmək 
imkanına malik deyilsə, onda göndərən dövlətin hər hansı 
səlahiyyətli orqanı  tərəfindən qəbul edən tərəfin Xarici İşlər 
Nazirliyinə  və yaxud həmin Nazirliyin göstərdiyi orqana 
bildirilir. Bu bildiriş, bir qayda olaraq, qabaqcadan göndərilir. 
3.
 
Qəbul edən dövlətin səlahiyyətli orqanları konsulluq başçısı 
vəzifələrini icra edən  şəxsə yardım göstərir və onu himayə 
edirlər. Konsulluğa rəhbərlik etdiyi müddətdə ona bu 
Konvensiyanın müddəaları müvafiq konsulluq başçısı üçün 
nəzərdə tutulan əsaslarla şamil edilir. 
4.
 
Göndərən dövlətin qəbul edən dövlətdəki diplomatik 
nümayəndəliyinin diplomatik heyət üzvü göndərən dövlət 
tərəfindən bu maddənin 1-ci bəndinin müddəalarına  əsasən 
konsulluq başçısı vəzifələrinin müvəqqəti icraçısı təyin olunarsa, 
o, diplomatik imtiyazlardan və toxunulmazlıqlardan qəbul edən 
dövlətin buna etiraz etmədiyi təqdirdə istifadə etməkdə davam 
edir. 
 
Maddə 5 
Konsulluq heyəti işçilərinin təyin olunması 
 
1.
 
Göndərən dövlət konsulluq heyəti işçilərini 6-cı  və 7-ci 
maddələrin müddəalarında göstərilən istisnalarla, azad şəkildə 
təyin edə bilər. 
2.
 
Göndərən dövlət qəbul edən dövlətin istəyinə uyğun olaraq 7-ci 
maddənin 3-cü bəndində  nəzərdə tutulan hüquqlarını  həyata 
keçirə bilməsi üçün konsulluq başçısı istisna olmaqla, 
konsulluğun vəzifəli  şəxslərinin tam ad və soyadlarını, 
kateqoriyalarını  və  vəzifə  dərəcələrini qabaqcadan qəbul edən 
dövlətə bildirir. 
3.
 
Qəbul edən dövlət konsulluğun bütün işçilərinə  və onların ailə 
üzvlərinə, onların statusuna müvafiq olaraq, konsulluq işçiləri və 
ailə üzvləri sifətində tanıyan şəxsiyyət vəsiqələri verir. 
 
Maddə 6 
Konsulluq vəzifəli şəxslərin vətəndaşlığı 
 
Konsulluğun vəzifəli  şəxsi göndərən dövlətin vətəndaşı 
olmalıdır. 
 
Maddə 7 
«Persona non qrata» elan olunmuş şəxslər 
 
1.
 
Qəbul edən dövlət istədiyi vaxt diplomatik kanallarla göndərən 
dövlətə konsulluğun bu və ya digər vəzifəli  şəxsinin «persona 
non qrata», yaxud hər hansı işçisinin arzu olunmaz şəxs olduğu 
barədə  məlumat verə bilər. Bu halda göndərən dövlət, müvafiq 
olaraq, həmin  şəxsi geri çağırmalı  və ya onun funksiyalarını 
dayandırmalıdır. 
2.
 
Göndərən dövlət bu maddənin 1-ci bəndində göstərilən öhdəliyi 
məqbul müddətdə yerinə yetirməkdən imtina edərsə və ya yerinə 
yetirməzsə, qəbul edən dövlət müvafiq olaraq həmin  şəxsin 
ekzekvaturasını  və ya digər icazəsini ləğv edə, yaxud onu 
konsulluq işçisi kimi tanımaqdan imtina edə bilər. 
3.
 
Konsulluğun işçisi kimi təyin edilmiş  şəxs qəbul edən dövlətin 
ərazisinə daxil olanadək və ya o artıq qəbul edən dövlətdirsə, öz 
vəzifələrinin icrasına başlayarkən arzuolunmaz şəxs elan edilə bilər. 
Hər belə halda göndərən dövlət onun təyinatını ləğv edir. 
4.
 
Bu maddənin 1-ci və 3-cü bəndlərində göstərilən hallarda qəbul 
edən dövlət göndərən dövlətə öz qərarının səbəbini bildirməyə 
borclu deyildir. 
 
Maddə 8 
Təyinolunma, gəlmə və getmə haqqında  
qəbul edən dövlətə bildirilməsi 
 
456
 
457


 
1.
 
Qəbul edən dövlətin xarici işlər nazirliyinə  və ya bu nazirlik 
tərəfindən göstərilən orqana aşağıdakılar barədə bildirilir: 
a) konsulluğun işçilərinin təyin olunması, təyin olunduqdan sonra 
onların konsulluğa gəlmələri, tamamilə qayıtmaları  və ya onların 
funksiyalarının dayandırılması, konsulluqda işlədiyi müddətdə 
onların statusuna təsir göstərən bütün başqa dəyişikliklər barədə; 
b) konsulluq işçisinin onunla daimi yaşayan ailə üzvü, habelə lazımi 
hallarda bu və ya digər  şəxsin üzvlüyünə daxil olması yaxud ailə 
üzvlüyündən çıxması; 
c) xüsusi ev xidmətçilərinin gəlmələri və tamamilə getmələri və 
lazımi hallarda onların xidmətlərinin bu sifətdə dayandırılması; 
d) qəbul edən dövlətdə daimi yaşayan imtiyaz və immunitetlərə 
malik olan şəxslərin konsulluq işçiləri və ya xüsusi ev xidmətçiləri 
qismində əmək fəaliyyətinə cəlb edilməsi, yaxud azad edilməsi. 
2. Gəlmə  və tamamilə getmə barədə bildiriş mümkün qədər 
qabaqcadan verilməlidir. 
 
Maddə 9 
Konsulluq və yaşayış binalarının əldə edilməsi 
 
1.
 
Göndərən dövlət öz adından və ya onun tərəfindən müvəkkil 
edilmiş  hər hansı fiziki və ya hüquqi şəxs vasitəsilə  qəbul edən 
dövlətin qanun və qaydalarına uyğun olaraq və bu dövlətin 
razılığı ilə mülkiyyət şəklində, istifadə üçün, icarəyə götürmək və 
ya hər hansı başqa formada sahiblik üçün aşağıdakıları əldə edə 
bilər: 
a) konsulluq binaları, konsulluq başçısının iqamətgahı, hər bir 
konsulluq vəzifəli şəxsinin, qəbul edən dövlətin vətəndaşı olmayan 
və bu dövlətdə daimi yaşamayan hər bir konsulluq əməkdaşının 
yaşayış binasını; 
b) hər hansı belə konsulluq binalarının və yaşayış binalarının 
tikilməsi üçün tutulan torpaqları; 
2. Bu maddənin 1-ci bəndində göstərilən  şərtlərə uyğun olaraq 
göndərən dövlət eləcə də konsulluq və yaşayış binaları, ya torpaq 
sahələrini yaxşılaşdıra bilər. 
3. Qəbul edən dövlət göndərən dövlətə bu maddənin 1-ci və 2-ci 
bəndində göstərilən hüquqları  həyata keçirməkdə müvafiq 
yardım göstərir və onu himayə edir. 
4. Bu maddədə göstərilən müddəalar qəbul edən dövlətin binaların 
yerləşdirilməsini, tikintisini və habelə şəhər planlaşdırılmasını və 
rayonlaşdırılmasını  tənzimləyən qanun və qaydalarına riayət 
etmək məsuliyyətindən göndərən dövlətin azad edilməsi kimi 
təfsir olunmamalıdır. 
 
Maddə 10 
Fəxri konsulluq vəzifəli şəxsləri 
 
Razılaşan hər iki tərəf fəxri konsulluq vəzifəli  şəxsinin təyin 
olunması barədə razılığa gələrsə, onlar fəxri konsulluq vəzifəli 
şəxslərinə  tətbiq edilən rejimin müəyyən edilməsi məqsədilə bu 
Konvensiyanın müddəaları  və beynəlxalq ümumi hüququ 
normalarına  əsasən müvafiq sazişlərin bağlanması  məsləhəti ilə 
əlaqədar məsləhətləşmələr keçirəcəklər. 
 
Maddə 11 
Konsulluqların, konsulluq işçilərinin müdafiəsi  
və onlara verilən imkanlar 
 
1.
 
Qəbul edən dövlət konsulluğa funksiyalarını yerinə yetirmək 
üçün bütün imkanları təmin edir. 
2.
 
Qəbul edən dövlət konsulluğun vəzifəli  şəxslərinə lazımi 
hörmətlə yanaşır, konsulluğun vəzifəli şəxslərinin və qəbul edən 
dövlətin vətəndaşları olmayan, qəbul edən dövlətdə qanuni 
olaraq daimi yaşayış icazəsi olan əcnəbi statusuna malik olmayan 
digər konsulluq işçilərinin, habelə yuxarıda göstərilən hər hansı 
birinin onlarla birlikdə yaşayan ailə üzvlərinin  şəxsiyyətinə 
azadlığına və ləyaqətinə xələl gətirə bilən halların qarşısını almaq 
üçün bütün lazımi tədbirləri görür. 
 
Maddə 12 
Dövlət bayrağı və gerbi 
 
1.
 
Göndərən dövlət bu maddənin müddəalarına uyğun olaraq qəbul 
edən dövlətdə öz dövlət bayrağından və gerbindən istifadə etmək 
hüququna malikdir. 
 
458
 
459


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə