“konsulluq binaları toxunulmazdır, qəbul
edən dövlətin hakimiyyət
orqanları bu binaların yalnız konsulluq məqsədləri üçün istifadə
edilən hissələrinə konsulluq başçısının, göndərən dövlətin diplomatik
nümayəndəliyinin başçısı və ya onlardan biri tərəfindən təyin
olunmuş şəxsin icazəsi olmadan daxil ola bilməzlər. Təcili mühafizə
tədbirləri tələb edən yanğın və digər təbii fəlakət halları zamanı,
konsulluq başçısının razılığı ehtimal oluna bilər. ”(bənd 2).
Onu qeyd edək ki, Azərbaycan Respublikasının əksər ikitərəfli
konsul Konvensiyalarında “yanğin qeyd-şərti” saxlanılır (Azərbaycan
Resdpublikası ilə Rusiya Federasiyası, Özbəkistan, Gürcüstan
respublikaları arasında ikitərəfli konsul Konvensiyaları (maddə 13)).
Lakin bu Konvensiyalarda Vyana Konvensiyasından fərqli olaraq
“adıçəkilən şəxslərdən heç biri tərəfindən birbaşa etiraz olmazsa”
binaya daxil
olmağa icazə verilir, və bu zaman xüsusi olaraq qeyd
olunur ki, qəbul edən dövlətin orqanlarına konsulluq binalarının,
arxivlərinin toxunulmazlıq prinsiplərini pozmaq, xüsusilə onu
öyrənmək və müsadirə etmək icazəsi verilmir.
Azərbaycan Respublikası ilə Ukrayna arasında ikitərəfli
Konsul Konvensiyası xüsusi maraq kəsb edir. Burada konsulluqlar və
onun personalı üçün diplomatik nümayəndəliklərlə analoji immunitet
və imtiyazlar müəyyən olunmuşdur. Bu Konvensiyanın 30-cu
maddəsində nəinki “yanğın qeyd-şərti” yer almır və konsulluq
binaları mütləq toxunulmazlıqla təmin olunur, burada həmçinin
konsul vəzifəli şəxslərinin yaşayış binalarının
da mütləq
toxunulmazlığı təsbit olunur.
Vyana Konvensiyasının və
həmçinin Azərbaycan
Respublikasının bir çox ikitərəfli konsul konvensiyalarının,
fikrimizcə, çatışmayan cəhətlərindən biri də onlarda konsul vəzifəli
şəxslərinin şəxsi iqamətgahlarının hüquqi rejimi barədə müddəaların
yer almamasıdır. Müqayisə üçün qeyd edək ki, diplomatik əlaqələr
haqqında 1961-ci il Vyana Konvensiyasının 30-cu maddəsində
diplomatik agentlərin şəxsi iqamətgahlarının tam toxunulmazlığı
prinsipi öz əksini tapmışdır.
1963-cü il Vyana Konvensiyasının 31-cı maddəsində nəzərdə
tutulan yerləşmə dövlətinin daha bir öhdəliyinə əsasən o, konsulluq
binalarını hər cür zorla daxil olma və ya zərər yetirə biləcək
hərəkətlərdən müdafiə etmək, konsulluğun narahatlığına səbəb olan,
ləyaqətinə xələl gətirən hər cür halların qarşısını almaq üçün lazımi
tədbirlər görməlidir. Bu öhdəlik özündə 2 komponenti birləşdirir:
1) konsul müəssisələrinin təhlükəsizliyinin
təmin edilməsi; 2)
onların normal fəaliyyətini təmin etmək.
Konsulluğun binası, onun avadanlığı, konsulluğun əmlakı,
habelə nəqliyyat vasitələri də dövlət müdafiəsi və ya başqa ictimai
ehtiyac baxımından aparılan hər növ rekvizisiyaya qarşı
immunitetlərdən istifadə edir.
Konsul nəqliyyat vasitəsi dedikdə konsul müəssisələrinin,
konsul vəzifəli şəxsləri və onların ailə üzvlərinin müntəzəm istifadəsi
üçün onlara aid olan, kirayə alınan və ya verilən istənilən nəqliyyat
vasitələri (əsasən avtomobil, hava və su nəqliyyatı) başa düşülür
1
.
Konsulluq praktikasında və beynəlxalq hüququn özündə birbaşa
konsulluğun özünə aid olan və konsul vəzifəli şəxsləri və onların ailə
üzvlərinin şəxsi istifadəsində olan nəqliyyat vasitələri arasında fərq
qoyulmur.
Konsul nəqliyyat vasitələri ilə bağlı mürəkkəb məsələlərdən
biri yerləşmə dövləti tərəfindən onlara qarşı bu
və ya digər məc-
buretmə tədbirlərinin həyata keçirilməsinin hüquqi mümkünlüyü
məsələsidir. Beynəlxalq hüquq doktrinası bu məsələyə birmənalı
cavab vermir. Belə ki, hüquq ədəbiyyatlarında konsul nəqliyyat
vasitələri haqqında məsələ dərindən araşdırılmamışdır və bu sahədə
hüquqşünasların fikirləri ziddiyyətlidir. Beynəlxalq hüquq
doktrinasında daha sıx rast gəlinən fikrə əsasən, konsul nəqliyyat
vasitələri toxunulmazdır. Bu, iki məqamla izah olunur:
1)
onlar konsulun iqamətgahının bir hissəsi kimi nəzərdən
keçirilə bilər; 2) onlar konsulluğun daşınan əmlakıdır.
Bu baxımdan yanaşsaq konsul nəqliyyat vasitələri
toxunulmazdır, həmçinin Konvensiyanın 49-cu maddəsinə əsasən
bütün vergi və rüsumlardan, 50-ci
maddəsinə əsasən gömrük rü-
sumlarından azad olunur. Gömrük nəzarətinə gəldikdə isə, 1963-cü il
Konvensiyasına uyğun olaraq onlara gömrük nəzarəti həyata keçirilir.
Göründüyü kimi, konsul nəqliyyat vasitələrinin toxunulmazlığı
prinsipinin konkretləşdirilməsinə ehtiyac vardır. Müqayisə üçün qeyd
edək ki, diplomatik əlaqələr haqqında 1961-ci il Konvensiyasına
əsasən, diplomatik nümayəndəliyin nəqliyyat vasitələri təkcə
1
Плотникова О. В. Консульские отношения и консульское право.
М.: Норма ИНФРА, 1998, с. 58
244
245
rekvizisiyaya qarşı deyil, həmçinin axtarış, həbs və digər icra
əməllərinə münasibətdə də toxunulmazlıqdan istifadə edir. Onlar
konsul nəqliyyat vasitələrindən fərqli olaraq gömrük nəzarətindən də
azaddır.
Vyana Konvensiyasının 33- cü maddəsinə əsasən, konsulluğun
arxivləri və konsulluq sənədləri yerindən asılı olmayaraq hər vaxt
toxunulmazdır. Konvensiyanın 1-ci maddəsinin “k” yarımbəndində
konsulluq arxivini təşkil edən əşyaların siyahısı verilir. Lakin artıq
qeyd
etdiyimiz kimi, informasiya sahəsində sürətlə irəliləyiş, inkişaf
nəticəsində bu siyahı hər gün genişlənməkdədir.
Konsulluqlar konvensiyanın 32-ci maddəsinə uyğun olaraq
konkret xidmət növlərinə görə ödəniş istisna edilməklə dövlət, rayon
və ya bələdiyyə vergilərindən, yığımlarından və rüsumlardan azad
edilir.
Konsulluqlar yerləşdikləri dövlətin ərazisində sərbəst hərəkət
etmək hüququndan və əlaqələr azadlığından istifadə edirlər. Qəbul
edən dövlət bütün rəsmi məqsədlər üçün konsulluğun əlaqələr
azadlığına icazə verməli və onu qorumalıdır. Burada mühüm
əhəmiyyət kəsb edən məsələlərdən biri konsulluq valizinin hüquqi
statusu məsələsidir. Konsulluq valizi əlaqələr azadlığının həyata keçi-
rilməsində istifadə olunan mühüm vasitələrdəndir. Konvensiyanın
35-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə uyğun
olaraq konsulluq
valizi toxunulmazdır, o, açıla və tutulub saxlanıla bilməz. Bu valizi
təşkil edən bütün yerlər aydın görünən zahiri işarələrə malik olmalı
və yalnız konsulluğun rəsmi istifadəsi üçün ayrılmış
korrespondensiyalardan, sənədlərdən, əşyalardan ibarət ola bilər.
Lakin konsulluq valizinin hüquqi statusu diplomatik poçtun
statusundan fərqlənir. Qəbul edən dövlətin səlahiyyətli orqanlarının
valizdə korrespondensiyalar, sənədlər və ya rəsmi istifadə üçün
nəzərdə tutulmuş əşyalardan başqa, digər əşyaların olmasına güman
edildiyi ciddi əsasları olduqda, o, göndərən dövlətin müvəkkil
edilmiş nümayəndəsinin iştirakı ilə valizin açılmasını tələb edə bilər.
Tərəf bu tələbləri yerinə yetirməkdən imtina etdiyi halda onu
göndərən yerə geri qaytarmalıdır.
Bu müddəa Azərbaycan Respublikasının ikitərəfli konsul
konvensiyalarında da, həmçinin Azərbaycan Respublikası Gömrük
Məcəlləsinin 201-ci maddəsində də öz əksini tapmışdır.
Konsul valizinin açılmaması üçün praktikada dövlətlər onu çox
vaxt diplomatik poçtun içərisində yerləşdirirlər.
Konsul valizi ilə,
o cümlədən, diplomatik poçtla əlaqəli olan
daha bir problemli məsələ ondan ibarətdir ki, onların konkret ölçüləri
və ağırlığı barədə konvensiyalarda söz açılmır. Bunun nəticəsində
praktikada həmin məsələ ilə əlaqədar mürəkkəb situasiyalar yaranır.
Konsulluqların daha bir imtiyazı akkreditiv dövlətin bayraq və
rəmzlərindən istifadə etmək hüququdur. Göndərən dövlətin dövlət
bayrağı konsulluq binası üzərində, onun dövlət gerbi konsulluğun
binasında, binanın giriş qapılarında sancıla, habelə dövlət bayrağı
konsulluq başçısının iqamətgahında, xidməti vəzifələrini yerinə
yetirərkən onun nəqliyyat vasitələrinin üzərində ucaldıla bilər.
8.5.2. Konsul vəzifəli şəxslərinin immunitet və imtiyazları
2-ci kateqoriya immunitet və imtiyazlar arasında əsas norma
konsul vəzifəli şəxslərinin şəxsi toxunulmazlığıdır.
Öz funksiyalarını həyata keçirə bilmələri üçün konsul vəzifəli
şəxsləri 1963-cü il Vyana Konvensiyası və Azərbaycan
Respublikasının ikitərəfli konsul konvensiyaları əsasında şəxsi
immunitet və imtiyazlarla təmin olunurlar. Vyana Konvensiyasının
və Azərbaycan Respublikasının ikitərəfli konsul konvensiyalarının
müqayisəli analizi göstərir ki, xüsusilə, şəxsi immunitet
məsələlərində onlar arasında bir çox fərqlər mövcuddur.
Bu problemi
I fəsildə bir qədər araşdırmış və qeyd etmişdirk ki, Vyana
Konvensiyasının 41-ci maddəsində təsbit olunmuş konsul vəzifəli
şəxslərinin şəxsi toxunulmazlığı prinsipinə əsasən konsul vəzifəli
şəxsləri “ağır cinayət törədilməsi halında səlahiyyətli məhkəmə
hakimiyyətinin qərarı” istisna olmaqla, həbs edilə, tutulub saxlanıla
bilməz. Həmin maddənin sonuncu bəndində müəyyən olunmuş
öhdəliyə əsasən konsul vəzifəli şəxsi, ona qarşı cinayət işi qaldırılan
zaman səlahiyyətli orqanlara gəlməlidir. Lakin işə baxılması zamanı
ona rəsmi mövqeyinə görə lazımi hörmətlə yanaşılmalıdır. Qeyd
etdiyimiz kimi, Azərbaycan Respublikası digər dövlətlərlə bağladığı
ikitərəfli konsul konvensiyaları praktikasında konsul vəzifəli
şəxslərinin immunitet və imtiyazlarının genişləndirilməsi
mövqeyindən çıxış edir. Belə ki, Azərbaycan Respublikasının,
məsələn, Gürcüstan, Özbəkistan, Rusiya Federasiyası ilə konsul
konvensiyalarında konsul vəzifəli şəxslərinin şəxsi toxunulmazlığı
aşağıdakı şəkildə təsbit olunmuşdur: “Konsulluğun vəzifəli şəxsi və
246
247