HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə325/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   321   322   323   324   325   326   327   328   ...   337

632

 

 



 

O, üzünü yalvar-yaxarla yol torpağına sürtdü və xəcalət tozu onun halının camalına oturdu. O, həmin 

sərvərlik səmasının günəşinin (İsmayıl mirzənin) lütf və mərhəmətinə könül verib öz xoşagəlməz hərəkətlə-

rindən utancaq və şahanə qayğıkeşlikdən ümidvar oldu. O həzrət (İsmayıl mirzə) kərəminin və qayğıkeşliyi-

nin çoxluğundan, rəhm və bəxşiş sandığından onun qabiliyyətli qamətinə ənam və ehsan xələti geyindirdi. 

Beyt 


“Şah izzət tacı ilə onun başını ucaltdı, 

Ona çoxlu kərəm etdi və əzizlədi. 

Yuxarıda oturanlardan daha yuxarıda oturtdu onu, 

O qədər ucaltdı ki, qızıl kürsüdə oturtdu onu”. 

 

O həzrət seşənbə günü, səfər [ayının] 22-də (21.05.1576) zəfər nişanlı əsgərlərlə qaladan çıxıb o ət-



rafda cah-calalla dayandı.  

Nəzm 


“Bir günəş boylandı cisim və can səmasından, 

Onun rüxsarının ayının ziyasından nurlandı cahan. 

Cahanın İsa nəfəsli sübhü ölü ürəyi diriltdi

Elə bil, Ruhullah

2656

 gəldi yerə asimandan. 



Sanki Mehdiyi-Axırzaman

2657


 gəldi , ya Rəbb, 

Şadlıq xəzinəsi aşkar və qəm əjdahası nihan oldu”. 

 

O  əsnada  Heydər  sultan  türkman  qorçuları  və



2658

 bahadırlar  dəstəsi  ilə  hökmdar  ordusuna  qoşulub 

büsatı öpmək izzətinin səadətinə nail oldu. Hər gün səhra tərəfindən bir dəstə və dərya səmtindən bir dalğa 

digər dəstələrin və sair dalğaların üzərinə əlavə oldu və [onların sayını] artırdı

2659

. O aləmi yandıran qoşunlar 



iki gün ərzində otuz minə çatdılar. O həzrət dağ görkəmli bir ata mindi. 

Şeir 


“Pələng şəkilli, bizon yallı, cüyür qabırğalı, 

Qartal təbiətli, ənqa şövkətli və tuti tüklü. 

Döyüş meydanında hava onun iki ayağından arxada qalır, 

Həmlə günü səba onun iki əlindən geri qalır”. 

 

O, cahangir günəş kimi təbii hərəkətlə şərq vilayətinə üz qoydu. 



Beyt 

“Qiyamət etdilər gənc və qoca ki

Günəş oldu məşriq tərəfə rəvan”

2660


 

Zəfəri elan edən bayraqlar Qəzvin şəhərinə tərəf hərəkətə gəldilər. 



Nəzm 

“Tələsdi o dərya şövkətli sel, 

Onun yanında bir idi dərya ilə dağ. 

Coşqunlar tər tökdülər tələsməkdə, 

Atəş tufanından rəvan oldu su. 

İzdihamla gedən nalların qığılcımından, 

Sanki ulduz tökülürdü yeni aydan. 

İki yüz toz dağı Sürəyyadan keçdi, 

Zəminin başı uca ərşdən keçdi”. 

                                                 

2656

 Ruhulla – İsa peyğəmbərin ləqəblərindən biridir. Rəvayətə görə, İsa peyğəmbər möcüzə göstərib nəfəsi ilə ölüləri dirildərmiş. 



Bu misrada həmin möcüzəyə işarə olunur. 

2657


 Şiə inancına görə, qeyb olmuş və qiyamət öncəsi zühur edəcəyi gözlənilən 12-ci imam Məhəmməd Mehdi Sahibüzzaman nə-

zərdə tutulur. 

2658

 Baroda nəşri: “Heydər sultan Türkman ox və kaman qorçuları və …” 



2659

 Yəni hər gün müxtəlif tərəflərdən qoşun dəstələri gələrək İsmayıl mirzəni müşayiət edən qoşunlara əlavə oldu və onların sayını 

artırdı. 

2660


 Dini inanclara görə, qiyamət günü günəş qərbdən doğacaq və şərqə hərəkət edəcəkdir. Həsən bəy Rumlu II Şah İsmayılı günəşə 

bənzədir və onun şərqə doğru irəliləməsini qiyamətin qopmasına oxşadır.  




633

 

 



 

Pəncşənbə günü Yaft

2661

 mövqeyi əzəmətli əsgərlərin dayanacaq yeri oldu. Ordunun çoxluğundan o 



geniş zəminin sahəsi üzük halqasından və iynə dəliyindən daha dar oldu. Saysız qoşunların bir-birinə qarış-

ması üzündən o böyük səhranın səthi qarışqa gözündən və ilan hədəqəsindən daha xırda nəzərə gəlirdi. Cümə 

günü Ərşəqdə

2662


 dayandılar. Şənbə günü mübarək çətir uğurlu kölgəsini Ərdəbil şəhərinin sakinlərinin başı-

na saldı. O, rəhmət ayəti kimi onların üzərinə nazil oldu və onun ümumi lütfü o pərişan camaata şamil oldu. 

 

Neçə gündən sonra o, “vilayət”in pənahı, cənnət dəstgahlı, tovhid gülşəninin nəğməkarı və təcrid ən-



cüməninin xəlvətində oturan

Nəzm 


“Tərki-dünya və təcrid xanəgahının yaraşığı, 

Ədalət və tovhid bargahının əmiri. 

Təriqət bostanının sərvi surəti ilə, 

Həqiqət eyvanının günəşi mənası ilə”, 

parlaq nurların varid olduğu, xalqın halından xəbərdar, mələklər qoşununun sipəhsaları, fələk dairəsinin qüt-

bü, yüksək zümrənin sevimlisi, aşağı təbəqənin hamisi, “vilayət” səmasının işıq saçan günəşi, hidayət fələyi-

nin bədirlənmiş parlaq ayı, 

Nəzm 


“Sənin canpərvər rövzən şahlıq məskənidir, 

Sənin rövzənin məşəli ilahi nurdur. 

Həqq səni ruzi paylayan etdi və sən qadirsən

Kiminkini istəsən artırarsan, kiminkini istəsən azaldarsan”,  

doğru  şəriətin  bayrağını  yüksəldən,  peyğəmbərlər  ağasınının  (“Seyyidül-mürsəlin”)  elmlərinin  varisi  olan 

həzrətin, [yəni] Şeyx Səfiəddinin ziyarətinə yollandı. 

Nəzm 

“Daxil oldu o can rahatlayan rövzəyə, 



Qiyaməti görmədən behiştin içinə girdi. 

Asiman rütbəli, ali məqamlı [şah], 

Etdi təvaf belə bir Kəbəni tamam. 

Oradan çıxdı həmin nöqsansız ay, 

Astananı öpməklə dodağını bəzədi”. 

 

O, haqqı çatanlara və ehtiyac sahiblərinə nəzirlər və sədəqələr paylamağa göstəriş verdi. 



Beyt 

“O qədər pul, mal və bərat verdi ki, 

Sədəqə yeyənlərin zəkat verməsi vacib oldu”. 

 

Cümə  günü, ayın 3-də (31.05.1576)



2663

 ədalətli,  geniş  ürəkli,  yüksək  səxavətli,  Keyvan  [kimi]  əzə-

mətli, Mərrix [kimi] şiddətli, Günəş [kimi] həmlə edən hökmdar (İsmayıl mirzə) dövlət atına minib, səadətli 

tale və xoşbəxtliklə uğurlu və bəxtiyar bir saatda Ərdəbildən yola düşdü. 

Nəzm 

“Gethaget kosundan çıxdı hay-küy, 



Elə bir hay-küy ki, ondan sərsəm oldu div. 

Təbilin səsindən qulaq tutdu ay

Ordunun tozundan günəş yolunu azdı. 

Atların ay kimi nallarının qığılcımları ulduza bənzər, 

Yer üzü çərxi-fələkdən verdi nişan. 

Bütün tuğların pərçimləri müşk saçır, 

Pırtlaşıq saçlı Məcnun kimi kölgə salır”. 

                                                 

2661

 Hazırda Ərdəbil vilayətinin Meşkinşəhr şəhristanının Muradlu bölgəsində bir dehistandır. 



2662

 Ərşəq – Ərdəbil vilayətinin Meşkinşəhr şəhristanında bir bölgədir. 

2663

 Göstərilən miladi tarix cümə gününə deyil, cümə axşamı (pəncşənbə) gününə təsadüf etmişdir. 




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   321   322   323   324   325   326   327   328   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə