HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə326/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   322   323   324   325   326   327   328   329   ...   337

634

 

 



 

Xaneyi-Şir kəndi müzəffər məiyyətin gəlişinin rövnəqindən İrəm gülüstanına həsəd verdi. O məqam-

da Kəsgər hakimi Əmirə Sasanın oğlu Əmirə Səyavuş fələk şövkətli orduya qoşuldu. Orada Sultan Mustafa 

mirzənin və üzüqara Hüseynin qardaşlarının Hacı Üveys bəy Bayatın mülazimləri tərəfindən tutulması xəbə-

ri çatdı. Adı çəkilən şəxs (Hacı Üveys bəy) o xidmətinin müqabilində mükafat (“cəldu”) olaraq əmirlik rüt-

bəsinə  yüksəldildi.  Səhəri  gün  o  yurddan  hərəkət  edib,  Tutunəsrdən  keçərək  daha  sonra  dayandılar.  Ertəsi 

gün müzəffər əsgərlər yola düşdülər. Sarıqamış çəməni izzət və calal çadırlarının düşərgəsi oldu. O məqam-

da  Həmədan  hakimi  Fulad  xəlifə  Şamlu  müzəffər  əsgərlərə  qoşulub  böyük  əmirlər  cərgəsində  qərar  tutdu. 

Fələyin qulam olduğu hökmdar bir gün o məkanda qaldı. O vaxt qəzavü-qədər kimi cərəyan edən hökm ve-

rildi ki, Məntəşa sultan Ustaclunun nəvəsi Murad xan haqqı görmədiyi və batil [xəyallara] göz dikdiyi üçün 

onun gözlərini başının kasasından çıxarsınlar. Ona görə də onun dostu olan Pirə Məhəmməd xan Ustaclu onu 

kor edib Ərdəbilə göndərdi. 

 

Həmin ayın 7-də (04.06.1576) qalibiyyətli və [Allahın] köməyini almış padşah köç etdi. Yol əsnasın-



da Sultan İbrahim mirzə hökmdarın qoşununa qoşulub onun feyz bəş edən barmaqlarını öpməklə iftixar və 

baş ucalığı tapdı, qumrutək başını itaət halqasına saldı və bülbül kimi xidmətin gül budağında ötməyə başla-

dı.    

Nəzm 


“[Dedi] ki, sənə candan bəndəyəm və nökərəm, 

Bəxt sənin qapının torpağını mənim başımın tacı etmiş. 

Sənin hüzurunda dövlətdən agah olmuşuq, 

Hüzurunda gəda olmağı şahlıqdan üstün bilmişik. 

Xidmət təqsirindən başımı əymişəm, 

Və nə qədər ki yaşayıram, bu günahımdan utanıram. 

Pislik yerinə yaxşılığı gətir irəli, 

Axırda yaxşılıq görsün öz işini”. 

 

Seşənbə günü ali məqamlı hökmdar Miyanə çəmənində çadırını, alaçığını, saray pərdəsini və bargah 



qübbəsini günəşin və ayın zrvəsinə yüksəltdi. Pəncşənbə günündə Sərçəm

2664


 ətrafı izzət və calal çadırlarının 

düşərgəsi oldu. Ali məiyyət dağdan və səhradan keçərək Nikpey ətrafında dayandı. Şənbə günü müzəffər əs-

gərlər Zəncanrudda cah-calalla dayandılar. Yol əsnasında Sulaq Hüseyn Təkəlü və Pirə Məhəmməd Ustaclu, 

Talış əmirləri ilə ittifaqda və İmamqulu mirzə ilə birlikdə hökmdarın qoşununa qoşuldular. Ertəsi gün Sulta-

niyyə şəhəri cahangirlik zirvəsinin günəşinin nurunun parıltısından asimanın bürclərinə həsəd bəxş etdi. Mə-

safələri qət etdikdən sonra Sayınqalanın ətrafı dəniz kimi coşan və ildırım kimi gurlayan ordunun dayanacaq 

yeri oldu. Elə ki Cəkcəki yaylağı yüksək səviyyəli hökmdarın məiyyətinin tozanağından iftixar bayrağını bu 

dövr edən günbəzdə (səmada) yüksəltdi, Qəzvinin böyükləri və əhalisi hökmdarın ordusuna qoşuldular. Ça-

harşənbə gününün səhərində köç edib günorta vaxtı Ağsaqüzən kənarında dayandılar. Pəncşənbə günü Qəz-

vin şəhərinin ətrafı hökmdarın nurunun parıltısından fələyə həsəd bəxş etdi. O həzrətin qayğıkeşlik günəşi 

mərhəmət bürcünün zirvəsindən əmin-amanlıq şəfəqini o diyarın əhalisi üzərinə saldı. 

Nəzm 


“Şükür ki, cahan şahının qədəmindən, 

Qoca dünya yeni başdan cavan oldu. 

Fələk əvvəldən belə bir xəyal içində idi ki

Ona candan bəndəlik etsin. 

Lakin qəzadan [bu iş] baş tutmurdu, 

Bu halın surəti lövhədə əksini tapmırdı. 

Axırda [fələk] etdi aşkar, 

O şeyi ki, ürəyində saxlamışdı insanlardan gizli. 

Çünki İlahi yardımla tutdu, 

Cənnətməkan şahənşahın taxtını. 

                                                 

2664


 Baroda nəşri: “Pərçem”. 


635

 

 



Gəldi cülusunun tarixi qeybdən: 

Taleyi qüvvətli, sahibqiran şah”

2665

 

 



Fələyin  qulamlıq  etdiyi  o  hökmdarın  qayğı  və  himayəsinin  kölgəsində  qartal  göyərçinə  havadarlıq 

üçün pərvaza gəldi və padşahın cəzasının qorxusundan fitnə Simurğu Qaf dağının arxasında tərki-dünya və 

guşənişinlik tənhalığına çəkildi. Aslan bayquş kimi aləmin abadlığından xarabalıqlara üz qoydu. 

 

O həzrət cümə və camaat namazının qılınmasında, oruc və namaz hökmlərinin yerinə yetirilməsində, 



əmri-mərufun və nəhyi-münkərin

2666


 davamlılığında, bidətlərin və haramların aradan qaldırılmasında, günah-

ların qarşısının alınmasında və onların dəf edilməsində yədi-bəyza kimi iş görürdü. Belə ki, məmləkət işləri-

nin istiqaməti şəriət qaydalarının istehkamı olmadan müyəssər olmurdu. Necə ki, insanların ağasının (“seyyi-

dül-ənam”, Məhəmməd peyğəmbər) – ona ən fəzilətli dua və salam olsun – möcüzəvi kəlamı xəbər vermiş-

dir: “Bil ki, mülk və din birgədir”. 

Beyt 


“Tanrı kimə mülk (hakimiyyət) verərsə, o, dini şüar etməlidir, 

Birgəliyin təfsiri bundan başqa bir şey deyildir”. 

 

[İsmayıl mirzə], “Alimə hörmət göstərən mənə hörmət göstərər” – deyən peyğəmbərin kəlamına uy-



ğun olaraq, müsəlman camaatın məmləkətlərinin hafizləri və Məhəmmədi şəriət yollarının gözətçiləri olan 

islam alimlərinə ehtiramı vacib işlərdən saydı. Çünki peyğəmbərin kəlamından göründüyü kimi, onlara hör-

mət  göstərmək  elə  insanların  ağasına (Məhəmməd  peyğəmbərə)  hörmət  göstərmək  kimidir.  Eyni  zamanda, 

səltənət karxanasının istiqamətini öz fədakarlıqları vasitəsilə möhkəmləndirən hərbçiləri nəzər-diqqətdə sax-

ladı. Səxavət və bəxşiş əlini açıb, insanların nəzərində nurlu göz bəbəyi kimi dəyərli olan maliyyə vəsaitini 

zəfər şüarlı qoşunlara sərf etdi. Dinin pənahı olan şahın on dörd il müddətində qorçulara vermədiyi məvacibi 

ödədi. Belə ki, məchul bir adam yüz tümən, iki yüz tümən aldı. Cahan sakinləri Hatəmin

2667


 əliaçıqlığını və 

Nuşirəvanın ədalətini unutqanlıq tağı üzərinə qoydular (unutdular). Müsəlman dininin bağçası Əhmədi (Mə-

həmməd peyğəmbərə xas) ədalətin mehlərindən günbəgün təzə-tər və şad-xürrəm oldu. Rəiyyət zülm zülmə-

tindən [xilas olub] həyat sərçeşməsinə qovuşdu və xalq rahatlıq tapdı. 

Beytlər 

“Ülfət hərəmində aram tapdı heyvanlar və quşlar, 

Asudə oldu ədalətin himayəsi altında insanlar və cinlər. 

Fələk öz belindən qılınc kəmərini açdı, 

Əyyam kamanın boynundan kirişi çıxardı”. 



 



 



 



 



 

“Cəmşid ayinli, dünyanı idarə edən hökmran, 

Bəzədi ədalətlə və insafla o diyarı. 

Ehsana layiq bir kəsi gördükdə

Onun qədr-qiymət başını ulu ərşə yüksəltdi. 

Yetərincə pərgar oldu çərxi-fələyin oxu

Çünki haqq tapdı öz mərkəzində qərar. 

Onun dövründə dirhəmin əyarı bir başqadır, 

Onu adı ilə dirhəm bir özgə cür etibara malikdir. 

Onun dövründə asiman sitəmi tərk etdi

Yer üzü yatdı əmin-amanlıq beşiyində. 

 

Yetərincə əmin-amanlıqla aləmi abad etdi



Kamanı kiriş bəndindən azad etdi. 

Onun dövranında misri qılınc, 

                                                 

2665


 “Şahi-qəvi-tale sahibqiran” = 984 h. 

2666


 “Əmri-məruf” (insanları yaxşı yola dəvət etmək) və “nəhyi-münkər” (insanları pis yoldan çəkindirmək) – islamın şiə cərəyanı-

nın vacib dini əməllər məcmusunun (“füruiddin”in) prinsiplərindəndirlər. 

2667

 Hatəm (Hatəmi-Tai) – VI-VII əsrin əvvəllərində yaşamış ərəb qəbilələrinin başçılarından və şairlərindən biridir. O, dövrünün 



ən varlı və səxavətli adamı imiş. Şərq ədəbiyyatında öz səxavəti ilə məşhur olan adam rəmzi kimi işlədilir (A.M.Babayev. Azərbaycan 

klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi, s.241). 


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   322   323   324   325   326   327   328   329   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə