HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə327/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   323   324   325   326   327   328   329   330   ...   337

636

 

 



Yusif kimi qəm zindanında giriftar oldu. 

Qidasızlıqdan qaniçən ox quşu

Simurq kimi tirkeş Qafında əsir oldu”. 

 

O  məqamda  mərdimazar  Hüseyni  tutub  aləmin  pənahı  olan  dərgaha  gətirdilər.  Baxmayaraq  ki,  o, 



növbənöv qəzəb və cəzaya layiq idi, o həzrət son dərəcə yüksək xeyirxahlığı üzündən ona  əziyyət etməyə 

meyil  göstərməyib  onu  mülazimlərə tapşırdı.  Bəzi  bədbəxtlər  onu o  həzrətin  rüxsəti  olmadan  qətlə  yetirdi-

lər

2668


Nəzm 


“Ey şah, yenə azdır sənə kim hər nə qədər şükr etsə, 

Çünki ağılla, ədalətlə xalqı etdin asudə. 

Din düşmənlərini sən elə məhv etdin ki sakitcə

Nə əlin bulaşdı, nə də qılıncın oldu aludə”. 

 

Ona görə də qəzavü-qədər kimi cərəyan edən fərman verildi ki, say-seçmə insanlardan və avam ca-



maatdan heç bir canlı təcavüz və intiqam qılıncını qından çıxarmasın və Sultan Heydər  mirzə tabeçilərinin 

canına, malına və arvad-uşağına təvəqqe əlini uzatmasın. Can qorxusundan evlərdə və dəlmə-deşiklərdə giz-

lənmiş olan o qövmdən bəziləri

2669


 özlərini aləmin pənahı olan dərgaha çatdırdılar və qiyamət əlamətli əsgər-

lərin təcavüzündən əmin-amanlıqda qaldılar. 

 

Səltənət və hökmranlıq kürsüsü, səadət taxtı, cahangirlik döşəyi, məmləkət qəbası və şahlıq tacı qeyb 



pusqularından  və  “Ey  mülkün  sahibi  olan  Allah!  Sən  mülkü  istədiyin  şəxsə  verərsən”

2670


 xəlvətxanasından 

ona həvalə edildiyi üçün bu əziz xanədanın dövlət günəşinin məşriqi olan Qəzvin şəhəri cah-calal çadırının 

qurulduğu yerə çevrildi; haqq öz mərkəzində qərar tutdu. Qoç xəlifə Möhürdar, Qulu bəy Əfşar, Şamxal Çər-

kəz və Mirzə Əli bəy Qacar kimi ordu sərdarları və dərgah böyükləri çoxlu qoşunla o çəməndə müzəffər or-

duya gəldilər. Ondan sonra zəfər bayraqlı hökmdar Xüləfanın evinə cah-calalla qədəm qoydu. Türklər və ta-

ciklər uzaqdan və yaxından padşahın hüsn-rəğbətinin mərhəmətləri üçün cahanın pənahı olan dərgaha üz tut-

dular və hər biri öz rütbəsinin dərəcəsinə görə bol ənam  və qiymətli ikram ilə iftixarlı və başı uca oldular. 

Onun günəş kimi işıq saçan düşüncəsi və Bürcis (Yupiter) təsiri bağışlayan nurlu ürəyi böyük seyidlər təbə-

qəsinin, islam qazıları tayfasının, məşhur elm xadimlərinin, əyyam şairləri cəminin, fəzilət və kamal sahiblə-

rinin  vəziyyətinin  yaxşılaşdırılmasına  meyil  göstərdi.  Onun  ənamının  feyz  damcılarından  bu  tayfanın  amal 

qönçəsi səadət gülzarında açdı və onun qayğıkeşlik zülalının sızmasından bu təbəqənin rifah fidanı murad 

çəmənində səmərə verdi. O həzrət Bəhram [kimi] qəhredici qoşunlarla şəhərə yönəldi. Dəbdəbəli tərzdə küçə 

və  xiyabandan  keçib  Səadətabad  bağında  cah-calalla  dayandı.  O  bağ  İrəm  gülüstanının  bir  nümunəsidir. 

Onun ali imarətləri fələk təbəqələri kimi görkəmlidir və onun bir küncündə həyat bəxş edən nəhrlər axmaq-

dadır. Həyat suyu onun zülalı qarşısında utanır və günəş çeşməsi onun bulağından xəcalət çəkir. 

Şeir 


“Onun zülalı yerin üzünün suyudur (abrusudur), 

Onun daşan suyu yer üstünə tökülmüşdür. 

Onun mehi qıvrım sünbülü şanə edib, 

Havası şəbnəm yaşını danə edib”. 

 

Onun ruh bəxş edən mehindən burun ətirlənir və könül açan güllərinin tamaşasından hamının gözü 



nurlanır. O zaman Hacı Üveys bəy Bayat, Sultan Mustafa mirzəni tutub islamın pənahı olan dərgaha gətirdi. 

O, öz böyük qardaşı olan kama çatmış hökmdarın əlini öpmək şərəfinə nail olub onun hüsn-rəğbət və qayğı-

keşlik baxışına tuş gəldi. O, əfv edildi və günahlarına göz yumuldu. Aləmin pənahı olan şah, “olan olub, ke-

çən keçib” kəlamını dilə gətirdi və Sultan Mustafa mirzə digər şahzadələrin cərgəsində qərar tutdu. 

 

O əsnada Mürtəzaqulu sultan Pornak və Şiraz hakimi Vəli sultan düşməni məhv edən bahadırlardan 



[ibarət] bir dəstə ilə Qəzvinə gəldilər və Fəridun kimi şan-şövkətli hökmdarın nəzəri qarşısına çıxdılar. Həm-

                                                 

2668

 İsgəndər bəy Münşi, Hüseyn bəy Yüzbaşı Ustaclunun II Şah İsmayıl zamanı zindanda ölməsi barədə məlumatı təsdiq etsə də, 



onun orada öz əcəli ilə ishal xəstəliyindən vəfat etdiyini yazır (Tarixi-aləmarayi-Abbasi, I c., Bakı, 2009, s.444). 

2669


 Baroda nəşri: “hər qövm ondan sonra”. 

2670


 Qurani-Kərim, “Ali-İmran” surəsi, 26-cı ayə. 


637

 

 



çinin dövlət əyanları, səltənətin dayaqları, hakimlər, ərəb əşirətlərinin başçıları, nökərlər, istehkam və qalala-

rın müstəhfizləri, səhrada yaşayanlar və b. sakinlər və ümumi məmaliki-məhrusə camaatı islamın pənahı olan 

dərgaha gəldilər. 

 

O zaman əfi [ilan] surətli, əqrəb xasiyyətli, alçaq əməlli, Şümr



2671

 görkəmli, kişi hesab edilən üzdən-

iraq  nakişi,  mərdimazar,  din  işindən  qafil,  həyasızlıq  meydanının  süvarisi  [Hüseynqulu]  Xüləfa  Rumlu

2672


 

tutduğu vəzifədən uzaqlaşdırıldı. Həmin əhvalatın təfsilatı belədir ki, dinin pənahı olan şahın vəfatından və 

yüksək məqamlı qazilərin Qəhqəhə qalasına getməsindən sonra qüdrətli dövlətin düşmənləri Qəzvinə yanlış 

bir xəbər çatdırdılar. O xəsisin daimi adəti zülm və fəsad bünövrəsini təsis etmək, fitnə və inad sütunlarını 

möhkəmlətmək olduğu üçün öz yanında olan Rum kürdlərindən [ibarət] alçaq, ədəbsiz və yaramaz bir dəstə-

ni topladı. Onun beyin qəsrinə pozğun xəyallar yol tapdı. Əmiraslan və bir sıra digər bədbəxtlər istədilər ki, 

hökmdarlıq qəbasını Sultan Süleyman mirzənin əyninə geyindirsinlər. 

Beyt 


“Divə çatmaz Süleymanlıq, 

Ya milçəyə simurqluq”. 

 

Bundan qafil idilər ki, heyran və sərgərdan milçəyin nə əl-ayağı var ki, əzəmət fəzasında və cah-calal 



havasında yüksək uçan şahbazla uça bilsin və ya dəyərsiz zərrələrin nə işığı və qüdrəti var ki, cahanın yüksək 

və  alçaq  yerlərini  öz  kölgəsi  altında  saxlayan  parlaq  günəşlə  bərabər  səviyyədə  parlaya  bilsin?!  O  zaman 

uğur  müjdəçisi,  “Biz  İbrahim  övladına  da  kitab  və  hikmət  vermişdik  və  onlara  böyük  mülk  (hökmranlıq) 

bəxş etmişdik”

2673

 [ayəsinin] xoş  ədalı nidasını xoşbəxt dövləti sevənlərin qulağına çatdırdı. Hamı sevincli, 



şadman, yekdil və dilbir şəkildə Həzrət Sübhana (Allaha) şükür etməklə məşğul oldular. Bu xoş xəbərin gəli-

şindən ruh bəxş edən meh kimi o həyəcanlı şəhər rifahlı cənnət bağçaları kimi şənləndi. Xüləfa və Əmiraslan 

qorxaq-hürkək oldular. O bədbəxtlərin pozğun xəyallarını xəbərçilər cahan hökmdarına ərz etdilər. Ona görə 

də  o  həzrət  Xüləfanı  mənsəbdən  çıxarıb  Damğana  göndərdi  və  onun  yerini  Bolğar  xəlifə  Rumlunun  oğlu 

Nurəli xəlifəyə verdi

2674


, Əmiraslanı isə Şüştərə yolladı. 

Ali [hökmdarın] qulağına Azərbaycanın şəriət məsələlərinin icraçılarının xəyanəti haqqında [xəbər] 

çatdığı üçün hamısını işdən çıxardı. Rəbiülaxır ayının son günündə (26.07.1576) Mirzə Şükrullanı vəzarət di-

vanına təyin etdi və işlərin həllini, təşkilini, camaatın ümumi mənafeyinin yüyənini onun iqtidar ovcuna ver-

di. O, elə bir aydın ürəkli katibdir ki, tez gəzən ay onun yazısının sürətindən təəccüb barmağını dişinə qoy-

muşdur və düz tədbirli ox onun təmiz zehninin qeyrətindən təfəkkür barmağının ucunu heyrət dişində tut-

muşdur. Qərara alındı ki, [Mirzə Şükrulla] cəmi əməllərdə və qadağalarda Həzrət İlahinin xofunu göz önün-

də saxlayıb, zalımların cəzalandırılması və məzlumların himayə olunması istiqamətində çalışaraq, heç kimə 

tərəfkeşlik etməsin, divanın mənfəəti yolunda və aləm sakinlərinin ərzaqla təmin olunmasının səbəbkarı olan 

kəndlilərin və əkinçilərin vəziyyətinin yaxşılaşdırılması uğrunda səy göstərsin.  

Həmçinin  bu  zaman  müstövfilik  mənsəbi  İsfahanın  yüksək  dərəcəli  seyidlərindən  olan  Şah  Qaziyə 

həvalə edildi. 

Həmçinin çaharşənbə günü, cəmadiyüləvvəl [ayının] 27-də (22.08.1576) aləmin pənahı olan şah Çe-

helsütun  eyvanındakı  hökmdar  dövlətxanasında  şərəfli tale  və  bəxtlə səltənət  taxtı  üzərində  əyləşdi.  Həzrət 

əmirləri,  dövlət  ərkanı,  dünyanın  pənahı  olan  dərgahın  məhrəmləri, Kəbəyə  bənzər  astananın  mülazimləri, 

rütbə yiyələri, mənsəb sahibləri, ali rəyli alimlər və bacarıqlı vəzirlər münasib yerlərdə qərar tutdular. Məcli-

sin önündə bir dəstə hacib ay və günəş kimi dayanmışdı. Onların əlləri qılıncın qəbzəsində və qulaqları şək-

lənmiş vəziyyətdə [idi]. 

Şeir 

                                                 



2671

 Şümr – İmam Hüseynin qatilidir. 

2672

 Maraqlıdır ki, müəllif Həsən bəy Rumlu özü ilə eyni tayfaya mənsub olan və əsərinin əvvəlki yerlərində təriflədiyi dostu Hü-



seynqulu Xüləfa şahın gözündən düşüb vəzifədən kənarlaşdırıldıqdan sonra onun haqqında son dərəcə təhqiramiz ifadələr işlətməyi 

rəva görmüşdür. 

2673

 Qurani-Kərim, “Nisa” surəsi, 54-cü ayə. 



2674

 İsgəndər bəy Münşiyə görə, II Şah İsmayıl zamanında Bolğar xəlifə Rumlunun oğlu deyil, özü xəlifətül-xüləfa mənsəbini daşı-

yırdı (Tarixi-aləmarayi-Abbasi, I c., Bakı, 2009, s.432). “Əhsənüt-təvarix”in Ç.N.Seddon nəşrində də xəlifətül-xüləfa vəzifəsinə Bol-

ğar xəlifənin təyin edildiyi göstərilmişdir (Baroda nəşri, vol. II, p.206). 




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   323   324   325   326   327   328   329   330   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə