HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə328/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   324   325   326   327   328   329   330   331   ...   337

638

 

 



“Xidmətdə pəri görkəmlilər şah önündə, 

Kəmər bağlamışlar halədən ay kimi. 

O bargahdakı yaraşıqlıların çoxluğundan, 

Yer üzü günəş və ayla dolu bir asimana döndü”. 

 

Xarəzm valisi Hacım xan Özbəyin oğlu Məhəmmədqulu sultanı, Din Məhəmməd oğlu Əbülxanın el-



çilərini, Portuqal [adı] ilə məşhur olan Firəng padşahı Dan Sebastiyanın elçilərini, Gürcüstan hakimləri Lə-

vənd oğlu İsa xanı, Ləvasan oğlu Simaun bəyi və Luristan hakimi Şah Rüstəmi bargaha gətirdilər. Onlar itaət 

şərtlərini yerinə yetirdilər və bəzənmiş bir behişt gördülər ki, orada qızıl və gümüş tabaqlar düzülmüş, ipək 

xalılar sərilmişdi. Aləmin pənahı olan şah məhəbbətli kəlmələrin və dostcasına sözlərin sığalı ilə onların kö-

nül güzgüsündən qəm pasını təmizlədi və yemək məclisinin bitməsindən sonra izzət və ehtiramla öz mənzili-

nə qayıtdı. 

 

Dinin  pənahı  olan  şah  zamanında  elçi  sifəti  ilə  Ruma  getmiş  və  Sultan  Murad  tərəfindən  pəri  üzlü 



qulamlardan, zərli işləməli alaçıqlardan,  ərəb atlarından, Şam  və Hicazın yeyin atlarından, dördkünc çadır-

dan, Şüştər ipəyindən [toxunmuş] bargahdan, gümüş və qızıl sandıqlardan, nəfis kitablardan və dəyərli qu-

maşlardan [ibarət] bol hədiyyələrə və qeyri-məhdud töhfələrə layiq görülmüş Şahqulu sultan Ustaclunun oğ-

lu Toxmaq sultan şənbə günü Sultan Muradın çavuşu ilə birlikdə aləmin pənahı olan dərgaha gəldi və əmirlə-

rin vasitəçiliyi ilə əlahəzrətin ayağını öpmək şərəfinə nail oldu. O, [Sultan Muradın göndərdiyi] məhəbbət və 

sevgi izharından, dostluq və ittihad qaydalarının möhkəmləndirilməsindən bəhs edən məktubu [II Şah İsma-

yıla] təqdim etdi. 

 

O zaman dəlilik nəşəsindən tam nəsibini almış Peykər bəy Qacar gözlənilmədən hamamda Gəncə ha-



kimi Yusif xəlifə Ziyadoğlunun üzərinə gedib o biçarəni qətlə yetirdi və bununla kifayətlənməyib onun ana-

sını da gedər-gəlməzə göndərdi. Bu xəbər alicənab şaha çatdıqda, dünyanı bəzəyən düşüncəsinə çox ağır gəl-

di  və  onun  həbsi  haqqında  hökmdar  fərmanı  verildi.  Onu  sərçə  kimi  bəla  qəfəsində  əsir  və  əzab  tələsində 

dustaq etdi və o, göyərçin kimi iztirab toruna düşdü.  

 

Seşənbə günü, şaban ayının 7-də (30.10.1576) Sultan Süleyman mirzə və Sultan Mustafa mirzə hərə-



kət bayrağını axirət aləminə yüksəltdilər (öldülər). O əsnada Qəhdəhardan bir qasid gəlib bəyan etdi ki, Bəh-

ram  mirzənin  oğlu  Sultan Hüseyn  mirzə  varlıq  nağdını  Qabizül-ərvaha  (Əzrailə)  vermişdir.  Aləmin  pənahı 

olan şah onun oğlu Məhəmməd Hüseyn mirzənin mənzilinə tələsib [xətrini-əhvalını] soruşdu (başsağlığı ver-

di) və Qəndəhar hakimliyini Fulad xəlifə Şamluya həvalə etdi. 

 

Həmçinin  eyni  vaxtda  Qoç  xəlifə  Möhürdar  Zülqədər  mənsəbdən  azad  edildi.  Aləmin  pənahı  olan 



şah ali möhürü Bəhram mirzənin oğlu Sultan İbrahim mirzəyə tapşırdı. O əsnada Lar valisi İbrahim xanın el-

çiləri öz diyarlarından ali mənşəli hökmdarın bargahına gəlib peşkəş qaydasında nağddan (puldan), cavahir-

dən, külək rəftarlı ərəb atlarından və zərnigar taclardan [ibarət] çoxlu mallar təqdim etdilər. 

Nəzm 


“Div soylular pəri surətində, 

Quruda və dənizdə cövlan etməkdə. 

Səhra şahidi ev tələbi ilə, 

Bağlayıb zəncir divanəlikdən. 

Çevik və rəqsan halda gəldilər dəstə-dəstə, 

Səmadakı göyərçin kimi müxtəlif, əlvan”. 

 

Həmçinin Mazandaran valisi Sultan Məhəmməd xan ibn Sultan Murad xanın elçisi bol peşkəşlər təq-



dim etdi. Eləcə də Rəşt hakimi Cəmşid xanın elçisi və Hüveyzə valisi Seyid Səccadın qasidi Qəzvinə gəldi-

lər, Çehelsütun eyvanında Lar elçisi ilə birlikdə yeri öpmək şərəfinə nail oldular və öz hakimlərinin dilindən 

itaət izhar etdilər. 

 

Çaharşənbə günü, şaban ayının 27-də (19.11.1576)



2675

 rəhmətlik şahın (Təhmasibin) hərəm bağında 

əmanət şəklində dəfn olunmuş nəşini (meyitini) cinlərin və insanların imamı Sultan Əli ibn Musa ər-Rzanın 

(İmam Rzanın) civarında dəfn etmək niyyəti ilə çıxardılar. Aləmin pənahı olan şah növhəni və ah-zarı tutqun 

                                                 

2675


 Göstərilən miladi tarix çərşənbə (çaharşənbə) gününə deyil, bazar ertəsi (düşənbə) gününə təsadüf etmişdir. 


639

 

 



səmaya çatdırdı. Onun şərəfli cəsədini şahzadə Hüseyn [məqbərəsində] qoydular. O həzrət böyük həcmdə aş 

bişirilməsinə fərman verdi və öz nəfis vücudu ilə şəhər xaricində tərtib edilmiş bargaha təşrif gətirdi. Aləmin 

pənahı olan şah səhərdən axşamacan ayaq üstündə dayandı və xidmət göstərdi. Xansalarlar (süfrəçilər) ləziz 

yeməkləri həddən artıq və xəyal mədəsinə yığıla biləndən daha çox [miqdarda] gətirdilər. 

Nəzm 

“Hər yerdə elə süfrələr açdılar ki, 



Sanki günəş içinə süfrə payəsi qoydular. 

Rəngarəng süfrənin bolluğundan

Geniş cahan dar oldu. 

Bu doqquz asimanın tabağı, 

Orada duzqabı kimi görünürdü”. 

 

Xalqın müxtəlif təbəqələri o faydalı süfrədən bol həzz və yetərincə nəsiblə ləzzət alıb bəhrə götürdü-



lər. 

 

O  əsnada  Sulaq  Hüseyn  Təkəlü  ilə  Mürtəzaqulu  sultan  Türkman  arasında  bir  döyüş  baş  verdi.  Bu 



ədəbsizlik səbəbindən əcəmin və ərəbin padşahını (yəni ərəblərin və qeyri-ərəblərin padşahını) tər bürüdü. O, 

öz gözəl yerişli atına minib o dava iştirakçılarından üç nəfəri oxla vurdu. Ona görə də fitnə atəşi yatdı. Fələ-

yin  qulamlıq  etdiyi  şah  yeməyin  yeyilməsindən,  calal  və  ikram  sahibinin  (Allahın)  kəlamının  (“Quran”ın) 

xətmindən sonra dövlətxanaya yollandı. 

 

Ramazanın  (22.11-21.12.1576)  axırında  Xorasandan  xəbər  gəldi  ki,  Xorasan  əmirülümərası  olan 



Şahqulu sultan Ustaclunu qətlə yetirmişlər. Onun öldürülməsinin səbəbi odur ki, o, dikbaşlıq və azğınlıq id-

diasına  malik  idi.  Cənnət  nişanlı  Herat  şəhərində  olan  Hüseyn  sultan  Əfşar,  Xosrov  sultan  Koroğlu,  Əmir 

Həsən Xətib və b. qazilər bir yerdə oturub məşvərət etdilər və dedilər: 

- Aləmin pənahı olan şaha müxaliflik etmək məhz cəhalət və yaramazlıqdır. Çünki qara bəxtinin bə-

lədçiliyi ilə o həzrətə qarşı müxaliflik və düşmənçilik bayrağı qaldırmış hər kəsin iş-gücünün səhifələri üzəri-

nə ruzigar başıaşağılıq və fəlakət hərfini yazmışdır. Şahqulu sultan haqtanımaz və vəfasız adamdır. O, dinin 

pənahı olan şahın ona göstərdiyi qayğıkeşlik hüququnun dəftərini unutqanlıq tağı üzərinə qoymuşdur, müxa-

liflik və üsyan yolu ilə getməkdədir. Fürsəti əldən vermək lazım deyildir. Xatirimizi onun əqidəsinin xəbisli-

yindən və hiyləgərliyinin murdarlığından pak etmək gərəkdir və belə bir qorxmaz şəxsin yoxluğunu açıq-aş-

kar şadmanlıq müjdəsi və iki cahanın

2676

 sevincinə nail olmağın sərmayəsi hesab etmək lazımdır.  



Ona görə də müsəlləh və mükəmməl olub onun evinin qapısına getdilər. Onun mülazimləri qılınc iş-

lətməyərək, tülkü kimi qaçmağa üz qoydular. Qazilər onun canını bədənindən çıxardılar və onun həmin şə-

hərdə həyəcana gələn fitnə-fəsad tozunu atəş saçan qılıncın suyu ilə yatırdılar. Bu sevincli xəbərin çatdırıl-

ması üçün ildırım və külək kimi [tez gedən] bir qasidi Qəzvinə göndərdilər. Bu xəbər alicənab şahın qulağına 

çatdıqda dəyərli Herat şəhərinin hakimliyini Şirvan valisi Araz sultan Rumluya tapşırdı. 

 

Dəfələrlə əhvalının səhifəsindən vəfasızlıq və nifaq əlamətləri zahir və aşkar olmuş Hüseynqulu Xü-



ləfa həmin zaman kor edildi. 

 

Həmçinin eyni zamanda Sultan Heydər mirzə tərəfdarları silkində qərar tutmuş Seyid bəy Kəmunə 



dustaqlıq və həbs möhnətinə giriftar oldu. 

 

Yekşənbə günü, zilhiccə [ayının] 6-da (24.02.1577) Bolğar xəlifənin oğlu Nurəli xəlifə həbs edildi. 



Aləmin pənahı olan şah onu yasavulluqdan və həqarətdən əmirlik mənsəbinə ucaltmışdı. O, cəhalət səbəbin-

dən güman edirdi ki, fələk onun rüxsəti olmadan dövr edə bilməz və külək onun izni olmadan hava meyda-

nında cərəyan edə bilməz. O, elə hərəkətlərə təşəbbüs göstərdi ki, əlahəzrət hökmdarın xoşuna gəlmədi. 

 

Elə həmin gün tale qələmi Sultan Mahmud mirzənin, Sultan Əhməd mirzənin və Məhəmməd Hüseyn 



mirzə ibn [Sultan Hüseyn mirzə ibn] Bəhram mirzənin vücudunun naxışını varlıq lövhəsindən sildi. Bu hadi-

sə ilə eyni zamanda hüsn-rəğbətə və lütfkarlığa layiq görülmüş Bəhram mirzənin oğlu Sultan İbrahim mirzə 

dəfələrlə  vəfasızlıq  və  hiyləgərlik  törətdiyi  üçün  öz  əməllərinin  cəzasına  giriftar  oldu  və  qəzavü-qədər  əli 

onun həyatının sicillini yazdı. 

                                                 

2676


 Baroda nəşri: “həyatın”. 


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   324   325   326   327   328   329   330   331   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə