HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə332/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   329   330   331   332   333   334   335   336   337

646

 

 



 

Vəli sultan [hökmdara] həddən və hesabdan artıq sayda qatar dəvələr, yorğa qatırlar, Kıbrıs zirehləri 

və Rus kürkləri hədiyyə etdi. 

 

Cümə gecəsi, şaban [ayının] 24-də (06.11.1577)



2700

 uzunluğu yarım fələk qövsü olan iri zuzuabə (ko-

meta) qövs bürcündə peyda oldu. 

 

Yekşənbə günü



2701

, ramazan [ayının] 13-də (24.11.1577) aləmin pənahı olan şah fani aləmdən əbədi 

cahana köçdü. Bu mövzunun gerçəyi belədir ki, həmin gecədə o həzrət gözəl yerişli atına minib, himayədar-

lıq göstərdiyi Həsən bəy Halvaçıoğlu və yaxınlarından bir neçə nəfərlələ birlikdə küçə və bazarda seyrə çıx-

mışdı. Səhərə yaxın Həsən bəyin evinə gəlib istirahət etdiyi zaman qəflətən asimani qəzavü-qədər divanın-

dan onun fani həyatı tərk etməsi haqqında fərman “Ölümü və həyatı yaradan Odur”

2702

 tuğrası və “Şübhəsiz 



ki, sən də öləcəksən, onlar da öləcəklər!”

2703


 məzmunu ilə bəzədilərək əcəl elçilərinin əli ilə ona çatdırıldı. O, 

aləm hökmranlığını namuradlıq nəfsi

2704

 ilə yoxluq küləyinə verdi. 



Nəzm 

“Bu evdən köçəcəyi yəqin olsa da

Lakin heç kəs bunu güman etmir. 

Cahan səbatsızdır və daim belə olmuşdur, 

Çünki o, fani bir saraydır”. 

 

Onun qətlinin səbəbi budur ki, Həsən bəy Halvaçıoğluya bənd olub ondan bir an belə ayrılmazdı. O, 



(yəni  Həsən  bəy)  bu  vəziyyətdən  təngə  gəldi.  O  namərd  (Həsən  bəy)  rəzil  alçaqlarla  və  hiyləgər  gədalarla 

söhbətə adət etdiyindən şahın düşmənləri ilə əlbir oldu. Pərixan xanım da onun anasını aldadıb yoldan çıxar-

dı və onun qətlində müttəfiq oldular. 

 

O divə bənzər hökmdar dövlət sahiblərinə lazım olan ehtiyatkarlığa riayət etməyi yerə qoyub tək-tən-



ha onun (Həsən bəyin) evinə gəldi ki, istirahət etsin. Onlar fil iliyini

2705


 yeməyinə qatıb ona verdilər. O, yu-

xuya gedəndən sonra onu boğdular. Həmçinin eşidilmişdir ki, onun xayasını da sıxmışlar. Nadir təsadüflər-

dən [biri] odur ki, Qəhqəhə qalasında olduğu zaman dinin pənahı olan şaha yazmışdı: “Düşmənlərin qəsdin-

dən və qadınların məkrindən qafil olma ki, məbada, sənin xayanı tutub Kiçik Şeyx Həsən kimi həlak edər-

lər”

2706


. Həmçinin Salmanın

2707


 o barədə dediyi beytləri də yazmışdı.  

 

Səltənəti zamanında Səbzəvarda iki yüz tümənə icarəyə verilmiş mis mədənini beş min tümənə qə-



rarlaşdırdı.  Cəmi  İsfahanın  [vergisinin]  otuz  min  tümən  olmasına  qərar  verdi.  Bütün  məmaliki-məhrusənin 

[vergisini]  dörddə  bir  [qədər]  artırdı.  Hökm  etdi  ki,  heç  kəs  əmlak  yeməsin  və  qazılar  qəbalə  yazmasınlar. 

Seyidlərin və üləmanın soyurğallarını kəsdi və camaatı Şafei məzhəbinə döndərmək istədi. Ona görə də qızıl-

baş qoşunu ona nifrət etdi

2708



 



Onun ölümündən sonra əmirlər və dövlət ərkanı dövlətxananın qapısında toplanıb məşvərət etdilər. 

Əhd-peyman bağladıqdan və “Quran”a and içdikdən sonra aləmin və aləm sakinlərinin şahzadəsi Sultan Mə-

həmməd Xudabəndənin səltənətinə qərar verdilər və dəstə-dəstə Şiraza yollandılar. 

 

 

                                                 

2700

 Göstərilən miladi tarix çərşənbə gününə təsadüf etmişdir. 



2701

 Baroda nəşri: “gecəsi”. 

2702

 Qurani-Kərim, “Mülk” surəsi, 2-ci ayə. 



2703

 Qurani-Kərim, “Zumər” surəsi, 30-cu ayə.  

2704

 Bodleian nüsxəsi: “namuradlıq naxışı”; Tehran nəşri: “namərdlik eşqi”. 



2705

 Ç.N.Seddona (Şərhlər, s.295) görə, bu terminlə xüsusi bir tiryək növü nəzərdə tutulmuşdur. 

2706

 Çobanilər sülaləsindən olan Kiçik Şeyx Həsən 16 dekabr 1343-cü ildə zövcəsi İzzət Mələk tərəfindən öldürülmüşdür (V.Z.Piri-



yev. Azərbaycan XIII-XIV əsrlərdə, s.147).  

2707


 Çox güman ki, İran şairi Xoca Cəmaləddin Salman Savəci (1309-1376) nəzərdə tutulur. 

2708


 Ə.Nəvai son üç abzasda verilmiş parçanı Nuruosmaniyyə nüsxəsindən əlavə etmişdir. Ç.N.Seddonun nəşrində isə həmin üç ab-

zasın əvəzinə bu parça yer almışdır: “Bəzilərindən belə eşidilmişdir ki, Həsən bəy Halvaçıoğlu onun düşmənləri ilə əlbir olub ona ye-

məyə fil iliyi vermişlər və daha sonra onu boğmuşlar. Nadir təsadüflərdəndir ki, Misir padşahı İsmayıl ibn Hafiz Lidinillah da öz ca-

van xidmətçisinin əli ilə bu tərzdə öldürülmüşdür. Onların əhvalatı yeddinci cilddə təfsilatı ilə qeyd edilmişdir. Amma ən doğrusu bu-

dur ki, [II Şah İsmayıl] öldürülməmişdir. Çünki o, ifrat dərəcədə tiryək atardı və şiddətli sancısı vardı.  Gündə bir dəfə onu sancı tu-

tardı. Belə ki, [onu görən] insanlar iztiraba düşərdilər”. 




647

 

 



Aləmin və aləm sakinlərinin şahı Sultan Məhəmməd Xudabəndə padşahın əhvalı haqqında 

 

938-ci  ildə  (15.08.1531  –  03.08.1532)  yoxluq  gizlinliyindən  mövcudluq  aləminə  qədəm  qoydu  və 



yer üzünü ay simalı çöhrəsi ilə parladaraq mavi asimanın yerə həsəd aparmasına səbəb oldu. 

Nəzm 


“Qönçə gül dövlət bağında boy atdı, 

Bu cür gülü dünyanın gözü görməmişdi”. 

* * * * * 

“Şahlıq dəryasından qiymətli bir dürr

İlahi nurdan qaynaqlanan işıqlı bir çıraq. 

Mübarək görkəmli və parlaq kürsülü, 

Taleyinə taxt-tac sahibi olmaq yazılıb”. 

 

Boya-başa  çatma  zamanında  səltənət  və  hökmdarlıq  əlamətləri  və  cahandarlıq  nişanələri  səadətli 



çöhrəsindən zahir və aydın idi. Ondan qeyri-adi xüsusiyyətlər üzə çıxırdı. Dinin pənahı olan şah, əmirülümə-

ra Hüseyn xan Şamlunu o cənabın lələsi [təyin] etmişdi. Ondan sonra bu əbədi dövlətin möhkəm sütunu olan 

Məntəşa sultan Ustaclu [onun] lələsi oldu. 942-ci ilin (02.07.1535 – 19.06.1536) axırlarında Xorasan səltənə-

tinə təyin edildi. İtaəti vacib olan fərmana əsasən, Məhəmməd xan Şərəfəddinoğlu Təkəlü nadir Herat mül-

künün idarəçilik işlərini və o həzrətin qoşununun sərkərdəliyini öz öhdəsinə aldı. Ta o zamana qədər ki, iqbal 

fidanı cah-calal bostanında şirin su ilə ucaldı, onun dövlətinin südəmər tüfili əmin-amanlıq beşiyindən İlahi 

ehsan  tərbiyəsinin  xoşbəxtliyi  və  Rəbbin  lütfünün  himayəsi  ilə  həddi-büluğ  və  yetinlik  taxtı  üzərinə  çıxdı, 

ağıl tacı, ədalət və insaf xələti ilə başı uca, əziz və şərəfli oldu, sərvərlik darülmülkünün qapısını və rəiyyət-

pərvərlik darvazalarını açdı. Fitnələrin hücumu və möhnətlərin ümumu ilə alt-üst olmuş Xorasan vilayəti o 

həzrətin dövlətinin rövnəqi ilə abad oldu, fitnə və çaxnaşma tozuna bulaşmış mülk və millət çöhrəsi o həzrə-

tin ədalət yağışı ilə pak oldu. Bayrağını fələklərin damına çəkmiş və pis xilqətli özbəklərin şeypurunun külə-

yi ilə günəş məşəli üzərinə şölə salmış məmləkəti yandıran atəş fəlakəti onun tədbir suyu ilə yatdı. Daim Xo-

rasanı tarac edən Übeyd xan Özbək öldü. 963-cü ildə (16.11.1555 – 03.11.1556) dinin pənahı olan şah o həz-

rəti yanına çağırdı. Fərmana əsasən, cümə günü, şaban [ayının] 4-də (13.06.1556)

2709

 gözəl Herat şəhərindən 



çıxıb  mənzilləri  və  mərhələləri  qət  etdikdən  sonra  calal  sahibinin  (Allahın)  yardımı  ilə  şəvvalın  (08.08-

05.09.1556) axırında aləmin pənahı olan dərgaha çatdı, növbənöv şahanə nəvazişlərlə və ata qayğısı ilə üz-

ləşdi. 964-cü ildə (04.11.1556  – 23.10.1557) yenidən Herat hakimliyi o həzrətə həvalə edildi. Şənbə günü, 

səfər [ayının] 9-da (11.12.1556) zəfər nişanlı əsgərlərlə o tərəfə hərəkət etdi. Məşhədin ətrafı izzət və calal 

çadılarının  düşərgəsi  oldu,  əzəmət  və  səadət  günəşinin  şəfəqi,  böyüklük  və  hökmranlıq  nurlarının  parıltısı 

Xorasan vilayətinin ətrafına və yan-yörəsinə düşdü. O əsnada qeybdən gələn səda şəksiz və şübhəsiz surətdə 

“Allah [bəndələrini] əmin-amanlıq yurduna çağırır və istədiyini doğru yola salır!”

2710


 [ayəsinin] nazil sədası-

nı və təfsir müjdəsini o həzrətin qulağına çatdırdı. İmam Əli ibn Musa ər-Rzanın müqəddəs və nurlu rövzəsi-

ni ziyarət etməyə yollandı. 

Nəzm 


“Yüyəni tapşırdı qəzavü-qədərin əlinə, 

Yollandı Əli Rzanın tərəfinə. 

Haqq imamı, din əhlinin Kəbəsi

Xorasan torpağının qərib şəhidi. 

Onun türbəsi ənbər qoxulu cənnət bağıdır, 

Hər tərəfində behiştə açılan pəncərə var. 

Onun qapısını mələklər ziyarət edir,  

Sanki o, təvaf olunan müqəddəs Kəbədir. 

Məsihlə Xızır onun bargahına üz tutub

Onun səhər çağı əsən mehi can bəxş edir. 

                                                 

2709


 Göstərilən miladi tarix cümə gününə deyil, cümə axşamı (pəncşənbə) gününə təsadüf edir. 

2710


 Qurani-Kərim, “Yunus” surəsi, 25-ci ayə. 


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   329   330   331   332   333   334   335   336   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə