646
Vəli sultan [hökmdara] həddən və hesabdan artıq sayda qatar dəvələr, yorğa qatırlar, Kıbrıs zirehləri
və Rus kürkləri hədiyyə etdi.
Cümə gecəsi, şaban [ayının] 24-də (06.11.1577)
2700
uzunluğu yarım fələk qövsü olan iri zuzuabə (ko-
meta) qövs bürcündə peyda oldu.
Yekşənbə günü
2701
, ramazan [ayının] 13-də (24.11.1577) aləmin pənahı olan şah fani aləmdən əbədi
cahana köçdü. Bu mövzunun gerçəyi belədir ki, həmin gecədə o həzrət gözəl yerişli atına minib, himayədar-
lıq göstərdiyi Həsən bəy Halvaçıoğlu və yaxınlarından bir neçə nəfərlələ birlikdə küçə və bazarda seyrə çıx-
mışdı. Səhərə yaxın Həsən bəyin evinə gəlib istirahət etdiyi zaman qəflətən asimani qəzavü-qədər divanın-
dan onun fani həyatı tərk etməsi haqqında fərman “Ölümü və həyatı yaradan Odur”
2702
tuğrası və “Şübhəsiz
ki, sən də öləcəksən, onlar da öləcəklər!”
2703
məzmunu ilə bəzədilərək əcəl elçilərinin əli ilə ona çatdırıldı. O,
aləm hökmranlığını namuradlıq nəfsi
2704
ilə yoxluq küləyinə verdi.
Nəzm
“Bu evdən köçəcəyi yəqin olsa da,
Lakin heç kəs bunu güman etmir.
Cahan səbatsızdır və daim belə olmuşdur,
Çünki o, fani bir saraydır”.
Onun qətlinin səbəbi budur ki, Həsən bəy Halvaçıoğluya bənd olub ondan bir an belə ayrılmazdı. O,
(yəni Həsən bəy) bu vəziyyətdən təngə gəldi. O namərd (Həsən bəy) rəzil alçaqlarla və hiyləgər gədalarla
söhbətə adət etdiyindən şahın düşmənləri ilə əlbir oldu. Pərixan xanım da onun anasını aldadıb yoldan çıxar-
dı və onun qətlində müttəfiq oldular.
O divə bənzər hökmdar dövlət sahiblərinə lazım olan ehtiyatkarlığa riayət etməyi yerə qoyub tək-tən-
ha onun (Həsən bəyin) evinə gəldi ki, istirahət etsin. Onlar fil iliyini
2705
yeməyinə qatıb ona verdilər. O, yu-
xuya gedəndən sonra onu boğdular. Həmçinin eşidilmişdir ki, onun xayasını da sıxmışlar. Nadir təsadüflər-
dən [biri] odur ki, Qəhqəhə qalasında olduğu zaman dinin pənahı olan şaha yazmışdı: “Düşmənlərin qəsdin-
dən və qadınların məkrindən qafil olma ki, məbada, sənin xayanı tutub Kiçik Şeyx Həsən kimi həlak edər-
lər”
2706
. Həmçinin Salmanın
2707
o barədə dediyi beytləri də yazmışdı.
Səltənəti zamanında Səbzəvarda iki yüz tümənə icarəyə verilmiş mis mədənini beş min tümənə qə-
rarlaşdırdı. Cəmi İsfahanın [vergisinin] otuz min tümən olmasına qərar verdi. Bütün məmaliki-məhrusənin
[vergisini] dörddə bir [qədər] artırdı. Hökm etdi ki, heç kəs əmlak yeməsin və qazılar qəbalə yazmasınlar.
Seyidlərin və üləmanın soyurğallarını kəsdi və camaatı Şafei məzhəbinə döndərmək istədi. Ona görə də qızıl-
baş qoşunu ona nifrət etdi
2708
.
Onun ölümündən sonra əmirlər və dövlət ərkanı dövlətxananın qapısında toplanıb məşvərət etdilər.
Əhd-peyman bağladıqdan və “Quran”a and içdikdən sonra aləmin və aləm sakinlərinin şahzadəsi Sultan Mə-
həmməd Xudabəndənin səltənətinə qərar verdilər və dəstə-dəstə Şiraza yollandılar.
2700
Göstərilən miladi tarix çərşənbə gününə təsadüf etmişdir.
2701
Baroda nəşri: “gecəsi”.
2702
Qurani-Kərim, “Mülk” surəsi, 2-ci ayə.
2703
Qurani-Kərim, “Zumər” surəsi, 30-cu ayə.
2704
Bodleian nüsxəsi: “namuradlıq naxışı”; Tehran nəşri: “namərdlik eşqi”.
2705
Ç.N.Seddona (Şərhlər, s.295) görə, bu terminlə xüsusi bir tiryək növü nəzərdə tutulmuşdur.
2706
Çobanilər sülaləsindən olan Kiçik Şeyx Həsən 16 dekabr 1343-cü ildə zövcəsi İzzət Mələk tərəfindən öldürülmüşdür (V.Z.Piri-
yev. Azərbaycan XIII-XIV əsrlərdə, s.147).
2707
Çox güman ki, İran şairi Xoca Cəmaləddin Salman Savəci (1309-1376) nəzərdə tutulur.
2708
Ə.Nəvai son üç abzasda verilmiş parçanı Nuruosmaniyyə nüsxəsindən əlavə etmişdir. Ç.N.Seddonun nəşrində isə həmin üç ab-
zasın əvəzinə bu parça yer almışdır: “Bəzilərindən belə eşidilmişdir ki, Həsən bəy Halvaçıoğlu onun düşmənləri ilə əlbir olub ona ye-
məyə fil iliyi vermişlər və daha sonra onu boğmuşlar. Nadir təsadüflərdəndir ki, Misir padşahı İsmayıl ibn Hafiz Lidinillah da öz ca-
van xidmətçisinin əli ilə bu tərzdə öldürülmüşdür. Onların əhvalatı yeddinci cilddə təfsilatı ilə qeyd edilmişdir. Amma ən doğrusu bu-
dur ki, [II Şah İsmayıl] öldürülməmişdir. Çünki o, ifrat dərəcədə tiryək atardı və şiddətli sancısı vardı. Gündə bir dəfə onu sancı tu-
tardı. Belə ki, [onu görən] insanlar iztiraba düşərdilər”.
647
Aləmin və aləm sakinlərinin şahı Sultan Məhəmməd Xudabəndə padşahın əhvalı haqqında
938-ci ildə (15.08.1531 – 03.08.1532) yoxluq gizlinliyindən mövcudluq aləminə qədəm qoydu və
yer üzünü ay simalı çöhrəsi ilə parladaraq mavi asimanın yerə həsəd aparmasına səbəb oldu.
Nəzm
“Qönçə gül dövlət bağında boy atdı,
Bu cür gülü dünyanın gözü görməmişdi”.
* * * * *
“Şahlıq dəryasından qiymətli bir dürr,
İlahi nurdan qaynaqlanan işıqlı bir çıraq.
Mübarək görkəmli və parlaq kürsülü,
Taleyinə taxt-tac sahibi olmaq yazılıb”.
Boya-başa çatma zamanında səltənət və hökmdarlıq əlamətləri və cahandarlıq nişanələri səadətli
çöhrəsindən zahir və aydın idi. Ondan qeyri-adi xüsusiyyətlər üzə çıxırdı. Dinin pənahı olan şah, əmirülümə-
ra Hüseyn xan Şamlunu o cənabın lələsi [təyin] etmişdi. Ondan sonra bu əbədi dövlətin möhkəm sütunu olan
Məntəşa sultan Ustaclu [onun] lələsi oldu. 942-ci ilin (02.07.1535 – 19.06.1536) axırlarında Xorasan səltənə-
tinə təyin edildi. İtaəti vacib olan fərmana əsasən, Məhəmməd xan Şərəfəddinoğlu Təkəlü nadir Herat mül-
künün idarəçilik işlərini və o həzrətin qoşununun sərkərdəliyini öz öhdəsinə aldı. Ta o zamana qədər ki, iqbal
fidanı cah-calal bostanında şirin su ilə ucaldı, onun dövlətinin südəmər tüfili əmin-amanlıq beşiyindən İlahi
ehsan tərbiyəsinin xoşbəxtliyi və Rəbbin lütfünün himayəsi ilə həddi-büluğ və yetinlik taxtı üzərinə çıxdı,
ağıl tacı, ədalət və insaf xələti ilə başı uca, əziz və şərəfli oldu, sərvərlik darülmülkünün qapısını və rəiyyət-
pərvərlik darvazalarını açdı. Fitnələrin hücumu və möhnətlərin ümumu ilə alt-üst olmuş Xorasan vilayəti o
həzrətin dövlətinin rövnəqi ilə abad oldu, fitnə və çaxnaşma tozuna bulaşmış mülk və millət çöhrəsi o həzrə-
tin ədalət yağışı ilə pak oldu. Bayrağını fələklərin damına çəkmiş və pis xilqətli özbəklərin şeypurunun külə-
yi ilə günəş məşəli üzərinə şölə salmış məmləkəti yandıran atəş fəlakəti onun tədbir suyu ilə yatdı. Daim Xo-
rasanı tarac edən Übeyd xan Özbək öldü. 963-cü ildə (16.11.1555 – 03.11.1556) dinin pənahı olan şah o həz-
rəti yanına çağırdı. Fərmana əsasən, cümə günü, şaban [ayının] 4-də (13.06.1556)
2709
gözəl Herat şəhərindən
çıxıb mənzilləri və mərhələləri qət etdikdən sonra calal sahibinin (Allahın) yardımı ilə şəvvalın (08.08-
05.09.1556) axırında aləmin pənahı olan dərgaha çatdı, növbənöv şahanə nəvazişlərlə və ata qayğısı ilə üz-
ləşdi. 964-cü ildə (04.11.1556 – 23.10.1557) yenidən Herat hakimliyi o həzrətə həvalə edildi. Şənbə günü,
səfər [ayının] 9-da (11.12.1556) zəfər nişanlı əsgərlərlə o tərəfə hərəkət etdi. Məşhədin ətrafı izzət və calal
çadılarının düşərgəsi oldu, əzəmət və səadət günəşinin şəfəqi, böyüklük və hökmranlıq nurlarının parıltısı
Xorasan vilayətinin ətrafına və yan-yörəsinə düşdü. O əsnada qeybdən gələn səda şəksiz və şübhəsiz surətdə
“Allah [bəndələrini] əmin-amanlıq yurduna çağırır və istədiyini doğru yola salır!”
2710
[ayəsinin] nazil sədası-
nı və təfsir müjdəsini o həzrətin qulağına çatdırdı. İmam Əli ibn Musa ər-Rzanın müqəddəs və nurlu rövzəsi-
ni ziyarət etməyə yollandı.
Nəzm
“Yüyəni tapşırdı qəzavü-qədərin əlinə,
Yollandı Əli Rzanın tərəfinə.
Haqq imamı, din əhlinin Kəbəsi,
Xorasan torpağının qərib şəhidi.
Onun türbəsi ənbər qoxulu cənnət bağıdır,
Hər tərəfində behiştə açılan pəncərə var.
Onun qapısını mələklər ziyarət edir,
Sanki o, təvaf olunan müqəddəs Kəbədir.
Məsihlə Xızır onun bargahına üz tutub,
Onun səhər çağı əsən mehi can bəxş edir.
2709
Göstərilən miladi tarix cümə gününə deyil, cümə axşamı (pəncşənbə) gününə təsadüf edir.
2710
Qurani-Kərim, “Yunus” surəsi, 25-ci ayə.