HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   28   29   30   31   32   33   34   35   ...   82

65 
 
M.R
əsulzadəyə  olan münasibətini, öz iradəsilə  etmək istədiyini  xalqın  tələbi 
p
ərdəsi altında təqdim etməsi ilə əlaqədardır. Digər tərəfdən yenicə qurulmuş sovet 
hakimiyy
ətinin  H.Əmioğlunun  tələbi ilə  təşvişə  düşməsi o qədər də  inandırıcı 
deyildir. 
Bolşevik  inqilabının  ilk  dövründən Moskvada güclü dəstəyi olan erməni 
siyas
ətçilərinin Bakını Azərbaycandan ayırmaq və ən azı erməniləşmiş müstəqil bir 
vilay
ət  şəklində  Rusiya tərkibinə  daxil etmək barədə  məkrli  planları  var  idi. 
Bolşeviklərin ermənilərlə  birgə  siyasəti, hələ  Şaumyanın  rəhbərliyi  altında  təşkil 
olunmuş  Bakı  Kommunası  dövründə  mahiyyətcə  üç vəzifəyə  xidmət edirdi: 
Bakının milliyyətcə azərbaycanlı əhalisini qırıb tükətmək və didərgin salmaq yolu 
il
ə  yox etmək;  Bakını  faktiki və  hüquqi olaraq Azərbaycandan  ayırmaq;  Bakını 
erm
əniləşdirmək.  Almaniyanın  İstanbuldakı  səfiri Bensdorf o dövrdə  Bakıda  baş 
ver
ən hadisələr  haqqında  deyirdi  ki,  onlar  “daha  çox  erməni hərəkatıdır,  nəinki 
bolşevik  hərəkatı”  (214,  v.2).  Hətta  Şaumyan  belə  vurğulayırdı  ki,  Bakı 
Az
ərbaycanın paytaxtı elan olunsa, “Zaqafqaziya Rusiya üçün itirilmiş olar” (139, 
s.260).  Şaumyan  məqsədini gizlətmədən deyirdi ki, biz 1918-ci ildə  düşünülmüş 
şəkildə  milli  qırğına  getdik,  “əgər müsavat qalib gəlsəydi,  Bakı  Azərbaycanın 
paytaxtı  elan  olunacaqdı”  (147,  s.246).  Şaumyan  başda  olmaqla  ermənilərin və 
bolşeviklərin bu birgə  cəhdləri o dövrdə  uğursuzluğa  düçar  olsa  da,  bolşeviklər 
h
ələlik bu fikirlərindən dönmədilər. 1918-ci ildə G.V.Çiçerin rəsmi bir toplantıda 
“Bakı qəzasının həmişəlik olaraq Rusiyada qaldığını” hətta bəyan etmişdi (157, t.1, 
s.465). Bu, Az
ərbaycanın Xəzər sahillərindən tamamən məhrum olması demək idi. 
Sovet hakimiyy
əti qurulandan sonra Azərbaycanın sərhədləri sənədləşmiş və Bakı 
paytaxt elan olunmuşdursa da, nə ermənilər, nə də onları dəstəkləyən bolşeviklər 
öz  iddialarından  əl çəkməmişdilər. N.Nərimanov  bu  plandan  yaxşı  xəbərdar 
olduğundan onlara qarşı açıq-aşkar mübarizə aparmışdır. Bakıya gəlməzdən əvvəl 
Bakı  və  Azərbaycanın  vahid  siyasi  qurum  olmağı  haqda məsələni V.Leninin 
qarşısında çox sərt şəkildə qoymuş və “düz bir saat bu haqda danışmışdır”. Burada 
ən  maraqlı  cəhət  bu  olmuşdur  ki,  N.Nərimanov  Bakının  və  Azərbaycanın  vahid 
siyasi qurumda birl
əşməsinin vacibliyini V.Leninə  bildirərkən 1918-ci ilin  acı 
n
əticələrinə istinad etmişdi. Nəhayət, V.Lenin onunla razılaşmışdı. Sonralar Stalin 
d
ə N.Nərimanovun bu fikri ilə razılaşdığını bildirmişdi (329, v.158). 
N.N
ərimanov 1923-cü ildə  Stalinə  yazdığı  məktubda 1919-cu ildə  olduğu 
kimi öz q
əti mövqeyini bildirərək  Bakı  şəhərinin Azərbaycansız  yaşaya 
bilm
əyəcəyini, bu şəhərin Azərbaycanın ayrılmaz bölgəsi olduğunu vurğulamış və 
m
əktubunda belə  cümlə  işlətmişdir:  “Biz  bütöv  Azərbaycanı  Bakısız  saxlamaq 
iqtidarında  deyilik”  (316,  v.430).  N.Nərimanov bildirirdi ki, Azərbaycana və  o 
cüml
ədən Bakıya ermənilər deyil, azərbaycanlılar rəhbərlik etməli idilər. O həmin 
mövqed
ən  çıxış  edərək  çevrilişin  lap  əvvəlindən  Bakı  Komitəsinin Mikoyan, 
Sarkis, Mirzoyan t
ərəfindən qəsdən  tutulduğunu  qeyd  etmişdir.  Ermənilərin 
siyas
ətinə dəstək verənlərdən biri də Orconikidze idi. N.Nərimanov onunla da ciddi 


66 
 
mübariz
ə  aparmışdır  və  Orconikidze  haqqında  demişdir:  “Orconikidzenin 
n
əzəriyyəsinə  görə,  əlbəttə,  azsaylı  Azərbaycan  əhalisini müntəzəm  olaraq  qırıb 
m
əhv etmək olar, lakin respublika kimdən ibarət olacaqdır?”.  Azərbaycanın  milli 
v
ə  dövlətçilik  maraqlarını  qoruyan  Nərimanovun sərt siyasətini Orconikidze 
“panislamizm siyas
əti”nin təzahürü kimi qiymətləndirmişdir.  Belə  ittihamlar 
N.N
ərimanovu öz yolundan heç bir vəchlə çəkindirməmişdir. O deyirdi: “Mənim 
z
ərrə  qədər  şübhəm yoxdur ki, Serqo və  Stalinin  simasında  Rusiya  Kommunist 
Partiyasının  Mərkəzi Komitəsi biz türklərə  etibar etmir və  Azərbaycanın  taleyini 
erm
əni  daşnaklarına  tapşırır.  Bunun  nə  kimi nəticələr verəcəyini demək çətindir
lakin bu baş tutsa, bütün  məsuliyyət Serqo və Stalinin üzərinə düşəcəkdir” (316, 
s.441).  
N.N
ərimanovun Azərbaycanda Sovet hakimiyyətinin  qurulmasında  rolu 
aparıcı  bolşeviklər tərəfindən müəmmalı  kimi  qiymətləndirilib. N.Nərimanovun 
h
əmkarları  olan  Ə.Qarayev,  M.Hüseynov,  M.Bağırov,  Q.Musabəyov onu 
Az
ərbaycanda nə  bolşevik  çevrilişinin  başçısı,  nə  də  sovet hakimiyyətinin 
qurucusu sayırdılar. Məsələn, 1928-ci il fevralın 15-də Azərbaycan DSİ tərəfindən 
h
əbs olunmuş Ə.Əhmədov verdiyi yazılı ifadələrində bildirirdi ki, N.Nərimanovun 
Az
ərbaycanda fəaliyyəti dövründə  Mircəfər  Bağırov  onun  tərəfdarı,  yəni milli 
t
əmayüllü kommunist idi. 1921-ci ildə M.Bağırov hətta əlində qılınc Mirzədavud 
Hüseynovun üstün
ə  hücum edərək N.Nərimanovun  şəxsiyyətini qoruyurdu. 
Sonralar partiya r
əhbərliyi tərəfindən N.Nərimanovun siyasəti pisləndikdə  o, bu 
yoldan ç
əkindi (231, v. 134). 1924-cü ildə  Eyyub  Xanbudaqovun  başçılığı  və 
M.Bağırov,  Həsən Rəhmanov, Mirbəşir  Qasımov,  Hacıbaba  Ələsgərov və  b. 
iştirakı  ilə  Azərbaycanda yeni bir milli təmayülçülər hərəkatı  yarandı.  Lakin 
E.Xanbudaqovun m
əğlubiyyətini hiss edərək  M.Bağırov  ondan  uzaqlaşdı  (231, 
v.142). M.Bağırov Azərbaycan KP MK-ya yazdığı məktubda özünü deyilənlərdən 
k
ənara çəkir və  Ə.Əhmədov  “müsavatçı”  olduğundan  ona  inanmamağa  çağırır 
(231, v.131). N.N
ərimanov o illərin azərbaycanlısı üçün bolşevizmin təzahürü kimi 
deyil, milli t
əmayüllü  şəxsiyyət  kimi  inam  qazanmışdır.  N.Nərimanov 
az
ərbaycanlıların  bolşevikləşməsi yolunda xidməti  ən  az  olanların  siyahısındadır. 
Ə.Qarayevin  etirafı  bu  baxımdan  çox  səciyyəvidir. O deyirdi: 1919-cu ilə  qədər 
“bolşeviklər türk (azərbaycan) xalqının düşməni sayılırdı. 1919-cu ilin fevralında 
Bakı  Fəhlə  Konfransında  Levon  Mirzoyanın  çıxışından  sonra  türklər 
(az
ərbaycanlılar)  bolşeviklər tərəfə  keçirdilər”.  Sonra  Ə.Qarayev  fikrini  davam 
etdir
ərək  yazırdı  ki,  dərhal bu hadisələrdən sonra “bizim təşkilatın  ən  yaxşı 
işçilərindən  olan”  Anastas  Mikoyan  Bakıya  gələrək, hətta “Hümmət”ə  rəhbərlik 
etdi (117, s.11-13). N.N
ərimanovun həmkarları  olan  siyasətçilərin  heç biri onun 
Az
ərbaycanda sovet hakimiyyətinin qurulmasında xidmətlərini qeyd etmirlər. Buna 
baxmayaraq, onlar İ.Stalin, L.Mirzoyan, A.Mikoyan, S.Kirov, hətta L.Beriyanın və 
bir  çox  başqa  erməni və  rus  bolşeviklərinin  adlarını  fərəhlə  çəkirlər (117, 99). 
Bütün bunlar tarixi s
ənədlərə  və  gerçəkliyə  uyğundur.  N.Nərimanov Azərbaycan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə